Məhkəmə qərarları › İş №2(019)-294/2021

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-294/2021

19.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-294/2021 19.02.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X9 qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh oğluna qarşı aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh ilə faktiki nikahlarından xx xxxx 2009-cu ildə doğulmuş X3 və xx xxxxxxx 2013-cü ildə doğulmuş X1 yetkinlik yaşına çatana kimi baxılıb saxlanmaları üçün hər ay hər uşaq üçün 170 (bir yüz yetmiş) manat, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində alimentin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki,o, 2008-ci ilin yanvar ayında rəsmi nikah bağlamadan Cavabdeh ilə evlənmişdir. Faktiki nikahlarından xx xxxx 2009-cu ildə X5 və xx.xx.2013-cü ildə X4 adında iki uşaqları olmuşdur. O, ailə qurduqdan sonra Fizuli rayonunun Fin qəsəbəsində yaşamışdır. 2014-cü ildən Cavabdeh ailəsinə laqeyd yanaşmasına görə aralarında yaranmış mübahisələrə görə ayrılmışlar.Cavabdeh iki uşağı olan başqa bir qadınla ailə qurmuş, onlara baxır, bütün qazancını onlara xərcləyir. Ona və öz doğma uşaqlarına qətiyyən baxmır, nə maddi, nə mənəvi yardım göstərmir.Cavabdeh ilə demək olar ki, 6 ildir ki, ayrılmışlar. O, uşaqlarla birlikdə Balakən rayonunun Qullar kəndində yaşayır. Hazırda uşaqlara təkbaşına baxmaqda çox çətinlik çəkir. Heç bir yerdə işləmir. Cavabdeh isə uşaqlarla maraqlanmır. O, uşaqlara baxmağa borcludur. Ona görə də Cavabdeh faktiki nikahlarından olan uşaqların yetkinlik yaşına çatanadək baxılıb saxlanmaları üçün aliment tutulması tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh Bakı şəhərində maklerlik edir, daşınmaz əmlakın alqı-satqısı ilə məşğul olur, kifayət qədər qazancı var. İddiaçı nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir.Ona məxsus ***-***-**-** mobil nömrəli telefon vasitəsi ilə onunla əlaqə saxlanmış,o məhkəmə bildirişini aldığını, lakin məhkəmə iclasına gəlməyəcəyini, iddia ərizəsində yazılanların yalan olduğunu, son bir aya kimi uşaqlarına özünün baxdığını, iddiaçıya aliment ödəməyəcəyini bildirərək iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon İHB-nın Qullar kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 22 yanvar 2021-ci il tarixdə verilmiş 75 nömrəli arayışdan görünür ki,İddiaçı Рamiz qızı 2008-ci ildə Cavabdeh ilə qeyri-rəsmi nikahla evlənmiş, iki övladı olmuş, 2016-cı ildə ayrılmışlar. Uşaqlar anasının himayəsindədirlər. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən xx xxxxxxx 2009-cu il tarixdə verilmiş AZ-İİ seriyalı 362404 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Allahverdiyev Pənah Elxan oğlu xx xxxx 2009-cu il tarixdə anadan olmuş, atası Cavabdeh, anası isə İddiaçı göstərilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən xx xxxxxx 2013-cü il tarixdə verilmiş AZ-İİİ seriyalı 216132 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Allahverdiyeva Zəhra Elxan qızı xx xxxxxxx 2013-cü il tarixdə anadan olmuş, atası Cavabdeh oğlu, anası isə İddiaçı göstərilmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh 2008-ci ilin yanvar ayında rəsmi nikah bağlamadan evlənmişlər.Tərəflərin faktiki nikahlarından xx xxxx 2009-cu il tarixdə X5 və xx.xx.2013-cü il tarixdə X4 adında iki uşaqları olmuşdur. Uşaqlar analarının himayəsindədirlər. Cavabdeh uşaqların saxlanması üçün iddiaçıya maddi köməklik göstərmir. Ona görə də iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Konstitusiyanın 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcədə aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa , yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Uşaq hüquqları haqqında “Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə görə aliment alınması haqqında iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən olunur. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, tərəflərin birgə yaşayışından olan uşaqların anasının yanında yaşamalarını, tərəflər arasında alimentin ödənməsi ilə bağlı saziş olmamasını, cavabdehin uşaqların saxlanmasına maddi köməklik göstərməməsini, tərəflərin maddi və ailə vəziyyətlərini, iddiaçının alimenti sabit pul məbləği ilə tələb etməsini, iddiaçının cavabdehin qazancı barədə heç bir sübut təqdim etməməsini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, ərizənin verildiyi xx xxxxxx 2021-ci il tarixdən başlayaraq 28 iyun 2009-cu il tarixdə anadan olmuş X3 və xx.xx.2013-cü il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Cavabdeh hər ay hər bir uşaq üçün 130 (bir yüz otuz ) manat sabit pul məbləğində aliment alınıb İddiaçı verilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220,234.2.1 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. xx xxxxxx 2021-ci il tarixdən başlayaraq xx xxxx 2009-cu il tarixdə anadan olmuş X3 və xx.xx.2013-cü il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Cavabdeh hər ay hər bir uşaq üçün 130 (bir yüz otuz) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilsin.İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən H.Q.Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar