Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-330/2020 07.10.2020 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X15 qızının katibliyi, iddiaçılar İddiaçı1, İddiaçı2 və Cavabdeh1 iştirakları ilə İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X2, Cavabdeh5, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X11 və Balakən rayon X7rşı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının, daşınmaz əmlakın dövlət reyestrdən çıxarışın və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X2, Cavabdeh5, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X11 və Balakən rayon X7rşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh1 və digərlərinin mülkiyyətinə 0.48 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin verilməsinə dair tərtib olunmuş JN-1434 nömrəli “Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktı”nın etibarsız hesab edilməsi, onların adına 0.0582 ha torpaq sahəsinə dair Azərbaycan Respublikası DƏDRX Zaqatala rayon Ərazi İdarəsi tərəfindən verilmiş MH seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın və 0.4199 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin alqı-satqısı ilə bağlı Balakən rayon Dövlət Notariat Kontorunda tərtib olunmuş və 4Ə-301 reyestr nömrəsi ilə qeydə alınmış torpaq alqı-satqı müqaviləsinin ləğv edilməsi və ailələrinin mülkiyyətinə verilmiş 0.48 ha pay torpaq sahəsinə mülkiyyət hüquqlarının bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Balakən Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək Cavabdeh1 və digərlərinin mülkiyyətinə 0.48 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin verilməsinə dair tərtib olunmuş JN-1434 nömrəli “Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktı”nın etibarsız hesab edilməsi, onların adına 0.0582 ha torpaq sahəsinə dair Azərbaycan Respublikası DƏDRX Zaqatala rayon Ərazi İdarəsi tərəfindən verilmiş MH seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın etibarsız hesab edilməsi və 0.4199 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin alqı-satqısı ilə bağlı Balakən rayon Dövlət Notariat Kontorunda tərtib olunmuş və 4Ə-301 reyestr nömrəsi ilə qeydə alınmış torpaq alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddia ərizəsini onunla əsaslandlırmışlar ki, onlar Balakən rayonunun Qullar kəndində yaşayırlar və qeydiyyatdadırlar. Dövlət tərəfindən torpaq islahatı aparılarkən ailə üzvlərinin payına JN-14xx xxx 40107018 saylı Dövlət Aktına əsasən 0,48 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin sahədən 0.0582 ha hissə Göylərov Nizirovun mülkiyyətinə verilmiş həyətyanı torpaq sahəsinə bitişik, 0,4199 ha hissəsi isə çöl sahəsindən verilmişdir. Onlar bir müddət Rusiyada, sonralar isə Bakı şəhərində yaşamışlar. 2019-cu ilin əvvəllərində Balakən rayonuna qayıtmışlar və mülkiyyətlərinə verilmiş pay torpaq sahəsindən istifadə etmək istəyərkən onlara məlum olmuşdur ki, torpaq sahələri Balakən rayonu Qullar kənd sakini Cavabdeh1 istifadəsindədir. Buna görə də Cavabdeh1 onlara məxsus torpaq sahəsindən çıxarılması tələbi ilə məhkəməyə müraciət etmişlər. Balakən Rayon Məhkəməsində tələbləri ilə bağlı işə baxılarkən məlum olmuşdur ki, xx xxxxxx 2008-ci il tarixdə 4Ə-301 saylı Balakən Rayon Dövlət Notariat Kontorunda bağlanmış torpaq alqı-satqı müqaviləsinə əsasən mülkiyyətlərinə verilmiş 0,4199 ha pay torpaq sahəsi cavabdehlər Cavabdeh1 və digərləri tərəfindən sənədlərdə saxtakarlıq edilməklə Bakı şəhər sakinləri X2 və Cavabdeh5 500 manata satılmışdır. Torpaq sahəsinin 0.0582 ha hissəsinə isə cavabdehlər Cavabdeh1, Göylərova Mənanət Cəlil qızı və Cavabdeh3 adına Seriya MH ******* saylı, qeydiyyat tarixi xx.xx.2008-ci il olmaqla DƏDRX-dən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış verilmişdir. Bundan başqa Azərbaycan Respublikası ƏMDK yanında DƏDDRX-nin 18 saylı X16 tərəfindən Balakən Rayon Məhkəməsinə ünvanlanmış məktubda göstərilmişdir ki, İddiaçı1 və digərlərinin adlarına rəsmiləşdlirilmiş JN-1434 nömrəli“ Torpağa mülkiyyət hüququna dair Dövlət aktı” 18 saylı X8 mövcud olan elektron baza məlumatlarında öz əksini tapmış və həmin sənədin ləğv edilmiş DTXK-nin Balakən rayon Şöbəsi tərəfindən təhvil verilmiş arxivdə saxlanılan nüsxəsi vardır. Cavabdeh1 və digərlərinin adlarına rəsmiləşdirilmiş JN- 1434 nömrəli “Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktı” ləğv edilmiş DTXK-nin Balakən rayon şöbəsi tərəfindən təhvil verilmiş arxivdə saxlanılan nüsxəsi yoxdur. İddiaçı1 və Cavabdeh1 adlarına rəsmiləşdirilmiş hər iki (2) JN-1434 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Akt”ında göstərilən 0,48 ha k/t təyinatlı torpaq sahələri üst- üstə düşür. İddiaçı1 və qeyrilərinin adlarına rəsmiləşdirilmiş JN-1434 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Akt”ında göstərilən 0,48 ha k/t təyinatlı torpaq sahələrinin özgəninkiləşdirilməsi barədə məlumat idarədə aşkar edilməmişdir. Digər tərəfdən araşdırma zamanı məlum olmuşdur ki, Cavabdeh1 daxil olmaqla, Göylərov Nizirov Abdumuslum oğluna və digərlərinin adlarına ünvan 2i ünvanında 0,86 ha k/t təyinatlı torpaq sahələri verilmiş və JN-1433 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Akt”ı ilə rəsmiləşdlirilmişdir. Məhkəmə müddətində onlara məlum olmuşdur ki, dövlət tərəfindən mülkiyyətlərinə verilmiş torpaq sahəsindən 0.0582 ha hissəyə qanunsuz olaraq yuxarıda qeyd etdikləri hüquqmüəyyənedici sənəd olan “Çıxarış” verilmiş, 0.4199 ha hissəsi isə qanunsuz olaraq torpaq alqı-satqı müqaviləsi bağlanılmaqla özgəninkiləşdirilmişdir. Hal-hazırda 0.4199 ha pay torpaq sahəsi cavabdehlər X4 və Cavabdeh5 istifadəsindədir. Buna görə də onlar göstərilən tələblə məhkəməyə müraciət etməli olmuşlar. Məhkəmə iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2 iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddialarının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. İddiaçı3 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək işə onun iştirakı olmadan baxıb iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul edərək izahatında göstərdi ki, o ailəsi ilə birlikdə Balakən rayonunun Qullar kəndində yaşayır. Onların ailə üzvülərinə Balakən rayonu Qullar kəndi ərazisindən 0,86 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Onlar öz torpaq sahələrindən istifadə edirlər. Onun və ailə üzvülərinin adına tərtib olunmuş JN-1434 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Akt”ının necə verilməsindən onun məlumatı yoxdur. O və ailə üzvüləri iddiaçılara məxsus 0.4199 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini cavabdehlər X2 və Cavabdeh5 satmamışdır. O, həmin alqı-satqı müqaviləsinə necə və hansı şəraitdə imza etdiyini də xatırlamır. İddianın təmin edilməsinə etiraz etmir. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh2, Cavabdeh3, X4, Cavabdeh5, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər-Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X11 və Balakən rayon X12 nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş JN-14xx xxx 40107018 nömrəli Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Balakən rayonu X5 xx xxxxx 1998-ci il tarixli 05 nömrəli qərarı ilə İddiaçı1, İddiaçı2 və İddiaçı3 Balakən rayonu Qullar kəndi ərazisindən 0.48 ha kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş JN-14xx xxx 40107018 nömrəli Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Balakən rayonu X5 xx xxxxx 1998-ci il tarixli 05 nömrəli qərarı ilə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Balakən rayonu Qullar kəndi ərazisindən 0.48 ha kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş JN-14xx xxx 40107018 nömrəli Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Balakən rayonu X5 xx xxxxx 1998-ci il tarixli 05 nömrəli qərarı ilə Göylərov Nizirov Abdumuslum oğluna, Göylərova Telli İsə qızına, Göylərova Məleykə Nizirov qızına və Cavabdeh1 Balakən rayonu Qullar kəndi ərazisindən 0.86 ha kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ilə X6 və Cavabdeh5 arasında bağlanmış 4Ə-301 saylı xx.xx.2008-ci il tarixli torpaq alqı-satqı müqaviləsindən görünür ki, Balakən rayon X5 05 saylı qərarı ilə JN-1434 nömrəli Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktına əsasən verilmiş Balakən rayonu Qullar kəndində yerləşən 0.4199 ha torpaq sahəsi Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən 500 manata X3 və Cavabdeh5 satılmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2008-ci il tarixdə verilmiş MH seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Balakən rayonu Qullar kəndi ərazisində yerləşən 0.0582 ha həyətyanı torpaq sahəsi Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 adına daşınmaz əmlakın dövlət reyestrində 4 nömrəli reyestr kitabının 125 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X16 tərəfindən Balakən Rayon Məhkəməsinə ünvanlanmış xx xxxxxx 2020-ci il tarixli **********87 nömrəli məktubda göstərilmişdir ki, Balakən Rayon Məhkəməsinin icraatında olan 2(019)-130/2019 saylı mülki işlə bağlı 2020-ci il 14 yanvar tarixli sorğuya Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi idarəsində baxılmışdır. Sorğu ilə bağlı məlumat verilir ki, Cavabdeh1 və ailə üzvlərinin ümumibirgə mülkiyyətinə ünvan 2i ünvanında yerləşən 0,48 ha k/t təyinatlı torpaq sahələri verilmiş və JN-1434 nömrəli «Torpağa mülkiyyət hüququna dair Dövlət Akt» ilə rəsmiləşdlirilmişdir. Həmin torpaq sahəsinin 0,4199 ha hissəsi Balakən rayon DNK-nun xx.xx.2008-ci il tarixli, 4Ə-301 saylı alqı-satqı müqaviləsinə əsasən X1 və Cavabdeh5 adına özgəninkiləşdirilmiş və sonuncuların adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. JN-1434 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nda qeyd olunan digər 0,0582 ha torpaq sahəsi isə ********** qeydiyyat nömrəsi ilə xx.xx.2008ci il tarixində 04 saylı reyestr kitabının 125-ci səhifəsində Cavabdeh1 və onun ailə üzvlərinin adına birgə mülkiyyət üzrə daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyata alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin 18 saylı X16 tərəfindən Balakən Rayon Məhkəməsinə ünvanlanmış xx xxxxxx 2020-ci il tarixli **********53 nömrəli məktubda göstərilmişdir ki, Balakən Rayon Məhkəməsinin icraatında olan 2(019)-130/2020 saylı mülki iş üzrə yaranmış ziddiyyətli hallarla bağlı JN-1434 «Dövlət Akt”ında qeyd olunan torpaq sahələrinin mülkiyyətçilərinə və yerləşmə vəziyyətinə dair məlumatın təqdim edilməsi barədə» xx xxxxxx 2020-ci il tarixli sorğunuza Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X8 baxılmışdır. Sorğuda qeyd olunan suallarla bağlı aşağıdakılar müəyyənləşdi: 1.İddiaçı1 və digərlərinin adlarına rəsmiləşdlirilmiş JN-1434 nömrəli «Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı» 18 saylı X8 mövcud olan elektron baza məlumatlarında öz əksini tapmış və həmin sənədin ləğv edilmiş DTXK-nin Balakən rayon Şöbəsi tərəfindən təhvil verilmiş arxivdə saxlanılan nüsxəsi vardır. Cavabdeh1 Nizirov oğlunun və digərlərinin adlarına rəsmiləşdirilmiş JN-1434 nömrəli “Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktı” ləğv edilmiş DTXK-nin Balakən rayon şöbəsi tərəfindən təhvil verilmiş arxivdə saxlanılan nüsxəsi yoxdur. 2.İddiaçı1 və Cavabdeh1 adlarına rəsmiləşdirilmiş hər iki (2) JN-1434 nömrəli «Torpağa mülkiyyət hüququna dair Dövlət Akt»ında göstərilən 0,48 ha k/t təyinatlı torpaq sahələri üst- üstə düşür. 3.İddiaçı1 və qeyrilərinin adlarına rəsmiləşdirilmiş JN-1434 nömrəli «Torpağa mülkiyyət hüququna dair Dövlət Akt»ında göstərilən 0,48 ha k/t təyinatlı torpaq sahələrinin özgəninkiləşdirilməsi barədə məlumat idarədə aşkar edilməmişdir. Digər tərəfdən araşdırma zamanı məlum olmuşdur ki, Cavabdeh1 daxil olmaqla, Göylərov Nizirov Abdumuslum oğluna və digərlərinin adlarına ünvan 2i ünvanında 0,86 ha k/t təyinatlı torpaq sahələri verilmiş və JN-1433 nömrəli «Torpağa mülkiyyət hüququna dair Dövlət Akt»ı ilə rəsmiləşdlirilmişdir. Ləğv edilmiş DTXK-nin Balakən rayon şöbəsi tərəfindən 18 saylı X11 təhvil verilmiş Dövlət Aktlarının qeydiyyat kitabından JN-1433 və 1434 nömrəli «Torpağa Mülkiyyət hüququna dair Dövlət Akt»larına aid hissədən çıxarış təqdim olunur. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş xx xxxxxxxx 2020-ci il tarixli 4/311 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş,xx xxxxxx 2008-ci il tarixli 4Ə-301 reyestr nömrəsi ilə təsdiq edilmiş müqaviləyə dair notariat işinin 2-ci səhifəsinin arxa tərəfində «İMZALAR» qrafasında «Göylərov» yazılarının qarşısındakı imza- Cavabdeh1 tərəfindən icra olunmuşdur. Məhkəmə iddiaçıların və məhkəmə iclasına gəlmiş cavabdehin izahatını dinləyib, iş materiallarını bilavasitə araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Balakən rayon X5 xx xxxxx 1998-ci il tarixli 05 nömrəli qərarı ilə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Balakən rayonu Qullar kəndi ərazisindən 0.48 ha kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi verilmişdir. Onların bu hüquqları JN-1434 nömrəli “Torpağa Mülkiyyət hüququna dair Dövlət Akt”ı ilə rəsmiləşdirilmişdir. İddiaçı1 və ailə üzvülərinin adlarına rəsmiləşdlirilmiş JN-1434 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” 18 saylı X8 mövcud olan elektron baza məlumatlarında öz əksini tapmış və həmin sənədin ləğv edilmiş DTXK-nin Balakən rayon Şöbəsi tərəfindən təhvil verilmiş arxivdə saxlanılan nüsxəsi vardır. Həmin 0,48 ha torpaq sahəsinə görə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 adına da eyni nömrəli “Torpağa Mülkiyyət hüququna dair Dövlət Akt”ı verilmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 adlarına rəsmiləşdirilmiş JN-1434 nömrəli “Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktı” ləğv edilmiş, DTXK-nin Balakən rayon şöbəsi tərəfindən təhvil verilmiş arxivdə saxlanılan nüsxəsi yoxdur. Həmin Dövlət Aktı əsasında iddiaçıların mülkiyyətinə verilmiş 0,4199 ha hissəsinə görə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ilə X4 və Cavabdeh5 arasında xx xxxxxx 2008-ci il tarixli torpaq alqı-satqı müqaviləsi bağlanmış, torpaq sahəsi 500 manata X4 və Cavabdeh5 satılmışdır. Torpaq sahəsinin qalan 0.0582 ha hissəsi xx.xx.2008-ci ildə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 adına daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ ilə qeydə alınmışdır. Buna görə onlara Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən MH seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Nəticədə iddiaçılar özlərinin mülkiyyətlərinə verilmiş torpaq sahəsindən məhrum olmuşlar. Buna görə də iddiaçılar hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Göründüyü kimi, həm milli qanunvericilik, həm də, beynəlxalq hüquq, o cümlədən X17 Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu və öz mülkiyyətindən maneəsiz istifadə hüququnu tanıyır və həmin hüquqa təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 146.1-146.2-ci maddələrinə görə daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Torpaq Məcəlləsinin 68-ci maddəsinə görə torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəlləsinin 337.1-337.5-ci maddələrinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Qanunun 8.0 və 8.0..3-cü maddələrinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq olunan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutları tətbiq edilməli hüquq normalarına müvafiq qiymətləndirərək, işin hallarını, JN-1434 nömrəli “Torpağa Mülkiyyət hüququna dair Dövlət Akt”ı ilə Balakən rayonu Qullar kəndi ərazisindən 0,48 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin iddiaçıların mülkiyyətinə verilməsini, həmin torpaq sahəsinə görə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 adına eyni nömrə ilə, qeydiyyatda olmayan, “Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktı”nın tərtib olunmasını, həmin Dövlət aktına əsasən iddiaçıların mülkiyyətində olan 0, 48 hektar torpaq sahəsinin 0,4199 ha hissəsinə görə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ilə X4 və Cavabdeh5 arasında xx xxxxxx 2008-ci il tarixli, 4Ə-301 reyestr nömrəli torpaq alqı-satqı müqaviləsinin bağlanmasını, qalan 0.0582 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 adına mülkiyyət hüququ ilə qeydə alınmasını və bu barədə onlara MH seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın verilməsini, maddi hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 mülkiyyətinə Balakən rayonu Qullar kəndi ərazisindən 0.48 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin verilməsinə dair JN- 1434 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı , cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ilə cavabdehlər X4 və Cavabdeh5 arasında Balakən rayon Notariat Kontorunda 4Ə-301 reyestr nömrəsi ilə qeydə alınmış xx xxxxxx 2008-ci il tarixli torpaq alqı-satqı müqaviləsi və 0.0582 ha torpaq sahəsinə görə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 adına verilmiş MH seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış etibarsız hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə uyğun olaraq 124 manat ekspertiza xərci cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X4 və Cavabdeh5 oğlundan tutulub dövlət büdcəsinə Az.MEM VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesaba ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 mülkiyyətinə Balakən rayonu Qullar kəndi ərazisindən 0.48 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin verilməsinə dair JN-1434 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ilə cavabdehlər X4 və Cavabdeh5 arasında Balakən rayon Notariat Kontorunda 4Ə-301 reyestr nömrəsi ilə qeydə alınmış xx xxxxxx 2008-ci il tarixli torpaq alqı-satqı müqaviləsi və 0.0582 ha torpaq sahəsinə görə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 adına verilmiş MH seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış etibarsız hesab edilsin. 124 manat ekspertiza xərci cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X4 və Cavabdeh5 oğlundan tutulub dövlət büdcəsinə Az.MEM VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesaba ödənilməlidir. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən H.Q.Səlimov
Məhkəmə qərarları › İş №2(019)-330/2020
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-330/2020
07.10.2020 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver