Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № 2(019)-35/2022 21.12.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyi ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Əlivas oğluna, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı JN-1199 KOD 40107018 nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət aktı ilə ümumibirgə mülkiyyət hüququ ilə verilmiş 0,58 ha, Cavabdeh2 JN-1267 KOD ********* nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət aktı ilə ümumibirgə mülkiyyət hüququ ilə verilmiş 0,55 ha,X2 JN-1231 KOD 40107018 nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət aktı ilə ümumibirgə mülkiyyət hüququ ilə verilmiş 0,55 ha, Cavabdeh4 JN-1268 KOD 40107018 nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət aktı ilə ümumibirgə mülkiyyət hüququ ilə verilmiş 0,29 ha, Cavabdeh5 JN-1252 KOD 40107018 nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət aktı ilə ümumibirgə mülkiyyət hüququ ilə verilmiş 0,62 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin xx.xx.2005-ci il tarixli alqı-satqı müqaviləsinin etibarlı (bağlanmış) hesab edilməsi, mümkün olmadığı təqdirdə cavabdehlərə ödədiyi -Cavabdeh1 580.000 manat, Cavabdeh2 550.000 manat, X2 380.000 manat, Cavabdeh4 240.000 manat, Cavabdeh5 620.000 manat məbləğin indiki məzənnə ilə qaytarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Əlivas oğluna, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək cavabdehlərin Balakən Rayonu Qullar kəndində yerləşən,mülkiyyətlərində olan JN-1199 KOD-40107018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən ümumi sahəsi 0,58 ha, JN-1267 KOD-40107018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən ümumi sahəsi 0,55 ha, JN-1268 KOD-40107018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən ümumi sahəsi 0,29 ha, JN-1231 KOD-40107018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən ümumi sahəsi 0,55 ha, JN-1252 KOD-40107018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən ümumi sahəsi 0,62 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi barədə xx.xx.2005-ci il tarixli alqısatqı müqaviləsinin etibarlı (bağlanmış) hesab edilməsi, mümkün olmadığı təqdirdə cavabdehlərə ödədiyi məbləğin indiki məzənnə ilə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin məhkəmə iclasına təkrarən gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6. və 259.0.7-ci maddələri tətbiq edilir. Həmin Məcəllənin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflərin məhkəməyə gəlməməsi ərizənin baxılmamış saxlanması üçün əsasdır. Həmin Məcəllənin 259.0.7-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə iş üzrə sənədləri tədqiq edib, yuxarıda şərh edilənlərə əsasən hesab edir ki, tərəflərin iştirakı olmadan işə mahiyyəti üzrə baxmaq mümkün deyildir. Ona görə də mülki iş baxılmamış saxlanmalıdır.30 manat dövlət rüsumu xərci iddiaçıya qaytarılmalıdır. İddiaçı yenidən ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 260.1, 263-264 və 268.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Əlivas oğluna, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı JN-1199 KOD 40107018 nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət aktı ilə ümumibirgə mülkiyyət hüququ ilə verilmiş 0,58 ha, Cavabdeh2 JN-1267 KOD ********* nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət aktı ilə ümumibirgə mülkiyyət hüququ ilə verilmiş 0,55 ha,X2 JN-1231 KOD 40107018 nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət aktı ilə ümumibirgə mülkiyyət hüququ ilə verilmiş 0,55 ha, Cavabdeh4 JN-1268 KOD 40107018 nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət aktı ilə ümumibirgə mülkiyyət hüququ ilə verilmiş 0,29 ha, Cavabdeh5 JN-1252 KOD 40107018 nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət aktı ilə ümumibirgə mülkiyyət hüququ ilə verilmiş 0,62 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin xx.xx.2005-ci il tarixli alqı-satqı müqaviləsinin etibarlı (bağlanmış) hesab edilməsi, mümkün olmadığı təqdirdə cavabdehlərə ödədiyi -Cavabdeh1 580.000 manat, Cavabdeh2 550.000 manat, X2 380.000 manat, Cavabdeh4 240.000 manat, Cavabdeh5 620.000 manat məbləğin indiki məzənnə ilə qaytarılması tələbinə dair mülki iş baxılmamış saxlansın. 30 manat dövlət rüsumu xərci iddiaçıya qaytarılsın. İddiaçı izah olunur ki, yenidən ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №2(019)-35/2022
Balakən Rayon Məhkəməsi Qərardad — İş №2(019)-35/2022
21.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver