Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № 2(019)-350/2021 11.03.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X2 qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “İddiaçı” İstehsalat Birliyinin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “İddiaçı” İstehsalat Birliyi Cavabdeh qarşı ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək borclu, Balakən rayonu Püştətala kəndində yaşayan Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 765.80 (yeddi yüz altmış beş manat səksən qəpik) məbləğində əsas borcun, 20 (iyirmi) manat rüsum, 0.40 (qırx) qəpik xidmət haqqı, ümumilikdə isə 786.20 manat (yeddi yüz səksən altı manat iyirmi qəpik) borcun (pulun) məcburi qaydada tutularaq “İddiaçı” X1 X3 İdarəsinin xeyrinə (hesabına) ödənilməsi barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli məhkəmə əmri ilə ərizə təmin edilmişdir. Borclu Cavabdeh etirazı əsasında Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2021ci il tarixli qərardadı ilə xx xxxx 2017-ci il tarixli məhkəmə əmri ləğv edilmiş, iddia icraatına keçirilmişdir. İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “İddiaçı” İstehsalat Birliyi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına heç bir üzürlü səbəb olmadan gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinə əsasən işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh işə mahiyyəti üzrə baxılmasını tələb etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin məhkəmə iclasına təkrarən gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6. və 259.0.7-ci maddələri tətbiq edilir. Həmin Məcəllənin 259.0.7-cı maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə iş üzrə sənədləri tədqiq edib, yuxarıda şərh edilənlərə əsasən hesab edir ki, iddiaçının iştirakı olmadan işə mahiyyəti üzrə baxmaq mümkün deyildir. Ona görə də mülki iş baxılmamış saxlanmalıdır. 20 manat dövlət rüsumu qəbzi iddiaçıya qaytarılmalıdır. İddiaçıya yenidən ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilmək hüququnun olması izah olunmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 260.1, 263-264 və 268.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “İddiaçı” İstehsalat Birliyinin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair mülki iş baxılmamış saxlansın. 20 manat dövlət rüsumu qəbzi iddiaçıya qaytarılsın. İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “İddiaçı” İstehsalat Birliyinə izah olunur ki, yenidən ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Qərardaddan surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №2(019)-350/2021
Balakən Rayon Məhkəməsi Qərardad — İş №2(019)-350/2021
11.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver