Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-355/2021 07.04.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi Doldolova Ramilə Kamil qızının katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakları ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Cavabdeh” İstehsalat Birliyinə qarşı qaz borcunun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Cavabdeh” İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, “Cavabdeh” X2 X8 İdarəsinin əməkdaşlarının hərəkətlərinin qanunsuz hesab edilməsi, “Cavabdeh” X2 X8 İdarəsinin əməkdaşları tərəfindən ona hesablanmış 216 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsini onunla əsaslandırmışlar ki, İddiaçı1 ünvan 1 ünvanında yaşayır. Onun ünvan 2 otaqlı mənzili var, həmin mənzili qardaşı İddiaçı2 bağışlamışdır. Hələ o, mənzili almazdan əvvəl ev təbii qazla təmin edilmişdi. Onlar qaz sayğacında nasazlıq yarandığını, xırıltılı səslər çıxardığını görüb, bununla bağlı xx xxxxxx 2019-cu ildə “Cavabdeh” X3 rayon şöbəsinə müraciət etmişlər. Cavabdeh “Cavabdeh” X1 İstismarı idarəsinin əməkdaşları gəlib xx.xx.2019-cu ildə sayğacı çıxarıb gəldikləri maşının içinə tullamış, həmin vaxt sayğacın qapağı əzilmişdir. Cavabdeh “Cavabdeh” X1 istismarı idarəsinin əməkdaşları həmin vaxt bildirmişlər ki, narahat olma, köhnə sayğacı aparıb, yeni sayğac qoyacaqlar. Həmin vaxt qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 37/12126 nömrəli akt tərtib edilmişdir. 2021ci ildə yanvar ayında qardaşı İddiaçı2 ona zəng edərək bildirmişdir ki, “Cavabdeh” X1 İstismarı idarəsinin Balakən Rayon şöbəsinə gedib müqaviləni təzələləmək lazımdır, yoxsa qardaşı İddiaçı2 yaşadığı evə gələn qazı kəsəcəkləri ilə hədələyirlər. Ona təqdim edilən sənədlərə imza atmış, orada nə yazıldığının fərqinə varmamışdır. Aradan iki həftə keçmiş qardaşı İddiaçı2 bildirmişdir ki, ona 216 (iki yüz on altı) manat qaz borcu yazılıb. O da həmin borca imza atmışdır. “Cavabdeh” X1 istismarı idarəsinin qaz sayğacının çıxarılması, quraşdırılması qəbulu haqqında tərtib edilmiş akta onun adı qeyd olunsada o, həmin akta imza atmamışdır.Sayğac onun yanında açılmayıb. “Cavabdeh” X1 İstismarı İdarəsinə dəymiş ziyanın bərpasına dair tələbnamədə qeyd olunur ki, Metrologiya Departamenti sayğacları - Laboratoriyasının Qaz sayğacının yoxlanılması barədə xx.xx.2020-ci il tarixli, 29/171003857 nömrəli Aktına əsasən Q-4 markalı ******* nömrəli sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarında əzik-cırıq izləri vardır. Lakin onlar bununla razı deyillər. Çünki onlar tərəfindən sayğaca heç bir müdaxilə edilməmişdir. Onun istifadə etdiyi sayğaca heç bir müdaxilə olunmamışdır. Yuxarıda qeyd etdiyi kimi sayğacı dəyişdirərək çıxardıqdan sonra cavabdehin əməkdaşları maşının içinə tulladıqda əzilmişdir. Son illərin qaz sərfiyyatına baxdıqda açıq- aydın görünür ki, heç bir müdaxilədən söhbət gedə bilməz .Əgər müdaxilə olsaydı, qaz sərfıyyatında azalma olardı. Buna görə də,Cavabdeh X1 istismarı idarəsinin əməkdaşlarının hərəkətlərini qanunsuz hesab edir. Göründüyü kimi “Qazdan istifadə Qaydalari”nda imperativ qaydada müəyyən edilmişdir ki, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı tərəfindən öz hesabına həyata keçirilir. Məhkəmə iclasında İddiaçı1 iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi.O, əlavə olaraq göstərdi ki, qaz sayğacı binanın həyətində yerləşir. Onların həmin sayğacı mühafizə etmək imkanları yoxdur. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı2 iddianı müdafiə edərək İddiaçı1 izahatına uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Cavabdeh” İstehsalat Birliyinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx xxxxxx 2019-cu il tarixli ******* nömrəli aktdan görünür ki, Balakən şəhərində yaşayan İddiaçı1 məxsus qaz sayğacın növbədənkənar dövlət yoxlamasına göndərilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli Aktdan görünür ki, istehlakçıya məxsus qaz sayğacının hesablama mexanizmi ilişərək səslə işləyir, sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqda əzik və çızıq izləri vardır. Məhkəmə iddiaçıların izahatını dinləyib, işdə olan sübutları tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Balakən şəhəri C Məmmədquluzadə küçəsi 1 ünvanındakı binanın 3 nömrəli mənzili İddiaçı1 mülkiyyətindədir. Həmin mənzildə onun qardaşı İddiaçı2 yaşayır. İddiaçı1 “Cavabdeh” İB X9 İstismar İdarəsinin Balakən Xidmət Sahəsində istehlakçı kimi qeydiyyatdadır və “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilə əsasında məişət qaz sayğacı vasitəsilə təbii qazdan istifadə edir. 29 avqust 2019-cu ildə “Cavabdeh” İB-nin X9 İstismar İdarəsinin əməkdaşları tərəfindən qaz sayğacı çıxarılmış və qaz sayğacının çıxarılması quraşdarılması və istismara qəbulu haqqında akt tərtib edilmişdir. Qaz sayğacının yoxlanılması barədə verilmiş rəydə qaz sayğacının hesablama mexanizminin qapağının yan tərəfindən əzilməsi və daxili qulaqcıqlarda əzik-cızıq izləri aşkar olunması qeyd edilmişdir. Sonradan iddiaçıların evinə “Cavabdeh” İB-nin X9 İstismar İdarəsindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında AKT göndərilmiş və İddiaçı1 216 manat qazdan istifadəyə görə borcunun yarandığı göstərilmişdir. İddiaçılar sayğaca heç bir müdaxilə etmədiyini göstərərək hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdirlər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilən “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu maddəsinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Mülki Məcəllənin 152.6-cı maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Həmin Məcəllənin 560.1-ci maddəsinə mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, işin hallarını, iddiaçının evinə aid qaz sayğacının binanın həyətində yerləşməsini, sayğaca müdaxilənin iddiaçıların təqsiri üzündən baş verməsinə, bunun iddiaçılar tərəfindən törədilməsinə, həmin müdaxilə nəticəsində sayğacın istifadə olunan qazı normal qeydə almamasına dair heç bir sübut təqdim edilməməsini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, iddiaçı “Cavabdeh” İstehsalat Birliyinin əməkdaşlarının hərəkətləri qanunsuz hesab edilməli, “Cavabdeh” İstehsalat Birliyinin əməkdaşları tərəfindən İddiaçı1 hesablanmış 216 manat borc silinməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh “Cavabdeh” İstehsalat Birliyinin əməkdaşlarının hərəkətləri qanunsuz hesab edilsin və “Cavabdeh” İstehsalat Birliyinin əməkdaşları tərəfindən İddiaçı1 hesablanmış 216 manat borc silinsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №2(019)-355/2021
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-355/2021
07.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver