Məhkəmə qərarları › İş №2(019)-377/2021

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-377/2021

09.09.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-377/2021 09.09.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X7 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı nikahın pozulması, uşağın onun himayəsinə verilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək onunla Cavabdeh arasında bağlanmış, 28 may 2004-cü il tarixdə R u s i y a Federasiyası, Moskva VVAQ idarəsinin Medvedkovsk VVAQ şöbəsində qeydə alınmış nikahın pozulması, birgə nikahdan anadan olmuş 13.06.2004-cü il təvəllüdlü X3 və 28.05.2012-ci il tarixli X1 himayəsinə verilməsi və uşaqlar yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay hər uşaq üçün 150 (bir yüz əlli) manat- cəmi 300 (üç yüz) manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə baxışı iclasında iddia tələbinin azaldılması barədə ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək onunla Cavabdeh arasında bağlanmış, 28 may 2004-cü il tarixdə R u s i y a Federasiyası, Moskva VVAQ idarəsinin Medvedkovsk VVAQ şöbəsində qeydə alınmış nikahın pozulması, birgə nikahdan anadan olmuş 13.06.2004cü il təvəllüdlü X3 və 28.05.2012-ci il tarixli X1 himayəsinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, o, Cavabdeh ilə nikahlarını 28 may 2004-cü il tarixdə Rusiya Federasiyası, Moskva VVAQ idarəsinin Medvedkovsk VVAQ şöbəsində rəsmi qaydada qeyd etdirməklə ailə qurmuşlar. Cavabdehin ailəsinə qarşı biganə yanaşması, düzgün münasibət bəsləməməsi səbəbindən ayrılmışlar Hal-hazırda ayrı yaşayırlar. Barışmaq fikrləri yoxdur. Bunun üçün hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.Bundan sonra onun cavabdehlə birgə nikahda bir ailə kimi yaşamaq fikri yoxdur. Onlara barışıq üçün üç ay vaxt verilsə də onlar barışmamışlar.Onun fikri qətidir.Nikahın pozulmasını tələb edir. Ayrıldıqları vaxtdan uşaqlar özünün yanındadırlar. Bundan sonra da uşaqların öz yanında qalmalarını istəyir. O.cavabdehdən aliment də tələb etmir. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasına gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə Cavabdeh oğlunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan Moskva VVAQ İdarəsinin, Medvedkovsk VVAQ şöbəsi tərəfindən 28 may 2004-cü il tarixdə verilmiş İİ-MÖ seriyalı 543437 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı arasında 28 may 2004-cü il tarixdə 1034 nömrə ilə nikah bağlanmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Moskva VVAQ İdarəsinin Medvedkovsk VVAQ şöbəsi tərəfindən 06 iyul 2004-cü il tarixdə verilmiş İİ-MÖ seriyalı 740445 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 13.06.2004-cü il tarixdə anadan olmuş, uşağın atası Cavabdeh, anası İddiaçı yazılmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Moskva VVAQ İdarəsinin Medvedkovsk VVAQ şöbəsi tərəfindən 19 iyun 2012-ci il tarixdə verilmiş İİ-MÖ seriyalı 850023 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 28.05.2012-ci il tarixdə anadan olmuş, uşağın atası Cavabdeh, anası İddiaçı yazılmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayə Komissiyasının 02 avqust 2021-ci il tarixli rəyindən görünür ki, komissiya 13.06.2004-cü ildə anadan olmuş X3 və 28 may 2012-ci ildə anadan olmuş X2 faktiki analarının yanında yaşamalarını, gələcək mənafelərini nəzərə alaraq onların anaları İddiaçı himayəsində qalmalarını məqsədəuyğun hesab edir . Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh 28 may 2004-cü ildə nikahlarını Rusiya Federasiyası,Moskva VVAQ İdarəsinin Medvedkovsk VVAQ şöbəsində 1034 nömrə ilə rəsmiləşdirməklə evlənmişlər. Tərəflərin birgə nikahlarından 13.06.2004-cü il tarixdə X5 və 28 may 2012-ci il tarixdə isə Musayeva Melissa Aydınova adında iki uşaqları olmuşdur. Tərəflər aralarında baş vermiş narazılıqla əlaqədar ayrılmışlar və hazırda ayrı yaşayırlar. Uşaqların hər ikisi o vaxtdan iddiaçının himayəsindədirlər. Tərəflərə barışıq üçün üç ay vaxt verilməsinə baxmayaraq onlar barışmamışlar. İddiaçı təkidlə nikahın pozulmasını tələb edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 20.2-ci maddəsinin tələbinə görə tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün üç ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasına təkid etdikdə nikah pozulur. Məhkəmə tərəflərə barışıq üçün üç ay vaxt verilməsinə baxmayaraq onların barışmamlarını, iddiaçının nikahın pozulmasını təkidlə tələb etməsini, ailənin bərpasının mümkün olmamasını nəzərə alaraq hesab edir ki, tərəflər arasında bağlanmış nikah pozulmalıdır. Azərbaycan Respublikası Aliə Məcəlləsinin 22.2 və 22.2.1 -ci maddələrinə əsasən nikah məhkəmə qaydasında pozularkən ərlə-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya valideynlərdən birinin marağına toxunduqda məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qaldığını müəyyən etməlidir. Həmin Məcəllənin 60.4-cü maddəsinə görə valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. Məhkəmə işin hallarını, uşaqların analarının yanında yaşamalarını, qəyyumluq və himayə komissiyasının rəyini nəzərə alaraq hesab edir ki, tərəflərin birgə nikahından olan uşaqları-13.06.2004-cü il tarixdə anadan olmuş X5 və 28 may 2012-ci il tarixdə anadan olmuş X6 İddiaçı yanında saxlanmalıdırlar. İddiaçının uşaqların saxlanması üçün aliment tələb etməməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edidir. İddia təmin edildiyi üçün Cavabdeh 20 manat məbləğində dövlət rüsumu xərci tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, tərəflərə barışıq üçün üç ay vaxt verilməsinə baxmayaraq barışmamalarını iddiaçının nikahın pozulmasını təkidlə tələb etməsini,uşaqların iddiaçının yanında yaşamalarını,qəyyumluq və himayə komissiyasının rəyini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 28 may 2004-cu il tarixdə Rusiya Federasiyası, Moskva VVAQ idarəsinin Medvedkovsk VVAQ şöbəsində 1034 nömrə ilə qeydə alınmış nikah pozulmalı, onların birgə nikahından olan uşaqları-13.06.2004-cü il tarixdə anadan olmuş X5 və 28 may 2012ci il tarixdə anadan olmuş X6 İddiaçı yanında saxlanmalıdırlar.Cavabdeh 20 manat məbləğində dövlət rüsumu xərci tutularaq İddiaçı ödənilməlidir. Tərəflərə nikah pozulduqdan sonra ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinə əsasən 3 illik iddia müddətinin tətbiq olunması izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 28 may 2004-cü il tarixdə Rusiya Federasiyası, Moskva VVAQ idarəsinin Medvedkovsk VVAQ şöbəsində 1034 nömrə ilə qeydə alınmış nikah pozulsun. Onların birgə nikahdan olan uşaqları-13.06.2004-cü il tarixdə anadan olmuş X5 və 28 may 2012-ci il tarixdə anadan olmuş X6 İddiaçı yanında saxlansınlar. Cavabdeh 20 manat məbləğində dövlət rüsumu xərci tutularaq İddiaçı ödənilsin. Tərəflərə nikahın pozulması haqqında şəhadətnamə verilərkən İddiaçı 15 (on beş) manat dövlət rüsumu alınsın, Cavabdeh həmin dövlət rüsumunu ödəməkdən azad edilsin. Tərəflərə nikah pozulduqdan sonra ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinə əsasən 3 illik iddia müddətinin tətbiq olunması izah edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar