Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-385/2020 07.10.2020 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X7 qızının katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh6 qarşı ümumi birgə mülkiyyətdə olan əmlaklardan özünə düşən payın naturada ayrılması və iddiaçının payına verilmiş əmlakdan cavabdehlərin çıxarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh6 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Balakən Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(019)-296/2020 nömrəli qətnaməsinə əsasən Balakən rayonunun Gərəkli kəndində ümumi birgə mülkiyyətdə olan 0.88 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin payına düşən 1/7 hissəsinin naturada ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək göstərdi ki, o, xx.xx.1982-ci ildə Balakən rayonunun Gərəkli kəndində anadan olmuşdur. xx.xx.2009-cu il də Balakən rayonu Şambul kənd sakini X3 ərə getmiş və rəsmi nikah bağlamışlar. Dövlət tərəfindən islahatlar aparılarkən ona və ailə üzvlərinə JN-528 nömrəli, KOD 40110018 saylı Torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktına əsasən Balakən rayonu Gərəkli kəndinin ərazisindən 0.88 ha kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi üçün pay torpaq sahəsi verilmişdir. Hal-hazırda payına verilmiş torpaq sahəsindən cavabdehlər istifadə edirlər. O, dəfələrlə tələb etsə də cavabdehlər pay torpaq sahəsinin ona məxsus hissəsinin ayrılmasına etiraz edirlər. Bununla da onun mülkiyyət və istifadə hüquqları pozulmuşdur. Ona görə də mübahisəli torpaq sahəsindən payının müəyyən edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Balakən Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(019)-296/2020 nömrəli qətnaməsinə əsasən Balakən rayonu Gərəkli kəndində yerləşən Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh6 ümumi paylı mülkiyyətində olan 0.88 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/7 hissəsinə onun payı müəyyən edilmişdir. Hazırda həmin ümumi paylı mülkiyyətində olan 0.88 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/7 hissəsinə müəyyən edilmiş payının naturada ayrılması ilə əlaqədar məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul edərək izahatında göstərdi ki, Balakən Rayon X4 xx xxxx 1998-ci il tarixli 08 nömrəli qərarı ilə onun və ailə üzvlərinin, o cümlədən qızı İddiaçı ümumi birgə mülkiyyətinə Balakən rayonu Gərəkli kəndi ərazisindən 0.88 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi verilmişdir. Qızı Nazanı öz payını ayırmaq istəyir. Balakən Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(019)- 296/2020 nömrəli qətnaməsinə əsasən Balakən rayonu Gərəkli kəndində yerləşən Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh6 ümumi birgə mülkiyyətində olan 0.88 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/7 hissəsinə onun payı müəyyən edilmişdir. O, iddiaçının payının naturada ayrılmasına etiraz etmir. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasında iddianı qəbul edərək Cavabdeh1 ilə eyni məzmunlu ifadə verərək iddianın təmin edilməsinə etiraz etmədilər və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. Cavabdehlər Cavabdeh5, Cavabdeh4 və Cavabdeh6 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş JN-5xx xxx 40110018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Balakən rayon X4 xx xxxx 1998-ci il tarixli 08 nömrəli qərarı ilə Cavabdeh1, Cavabdeh2, X2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh6 Balakən rayonu Gərəkli kəndi ərazisindən 0.88 hektar kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(019)-296/2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə İddiaçı və cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh4, Cavabdeh6 ümumi birgə mülkiyyətində olan, Balakən rayonu Gərəkli kəndində yerləşən 0.88 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/7 hissəsinə İddiaçı payının müəyyən edilməsi qət edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli **********16 nömrəli mütəxəssis rəyindən görünür ki, Balakən rayon X4 xx xxxx 1998-ci il tarixli 08 nömrəli qərarı ilə Cavabdeh1, Cavabdeh2, X1, Cavabdeh3, Cavabdeh5, Cavabdeh4 oğunun və Cavabdeh6 ümumi paylı mülkiyyətində olan 0.88 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 528W cizgisində göstərilən sahə 0.08 ha, 528N cizgisində göstərilən sahə 0.15 ha, 528V cizgisində göstərilən sahə 0.10 ha olmaqla vətəndaşın həyətyanı torpaq sahəsinə bitişik ərazidə yerləşir və həmin ölçülər hüquqmüəyyənedici sənədlərə uyğun deyildir. Ancaq 528 cizgisində göstərilən 0.55 ha torpaq sahəsi əkin sahəsi olmaqla hüquqmüəyyənedici sənədlərə uyğundur. Hüquqmüəyyənedici sənəddə göstərilən 0.88 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən 1/7 hissə payının naturada ayrıldığı halda, bölgünün ölçülərinə əsasən torpağın təyinatına uyğun istifadəsi mümkün olmayacağı və təsərrüfat sahəsinin yararsız hala düşəcəyi səbəbindən naturada real bölgüsü mümkün deyildir. (Sxem 1,2); (Aparılmış təhqiqatın dəyəri 119.30 manatdır). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli 10/1177 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Şəki LTİ-nin mühəndisi Rəşad Xalbayevin tərtib etdiyi mütəxəssis rəyindən görünür ki, Balakən rayon X4 xx xxxx 1998-ci il tarixli 08 nömrəli qərarı ilə Cavabdeh1, Cavabdeh2, X1, Cavabdeh3, Cavabdeh5, Cavabdeh4 oğunun və Cavabdeh6 ümumi paylı mülkiyyətində olan 0.88 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 528W cizgisində göstərilən sahə 0.08 ha 528N cizgisində göstərilən sahə 0.15 ha, 528V cizgisində göstərilən sahə 0.10 ha olmaqla vətəndaşın həyətyanı torpaq sahəsinə bitişik ərazidə yerləşir və həmin ölçülər hüquqmüəyyənedici sənədlərə uyğun deyildir. Ancaq 528 cizgisində göstərilən 0.55 ha torpaq sahəsi əkin sahəsi olmaqla hüquqmüəyyənedici sənədlərə uyğundur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Şəki LTİ-nin mühəndisi Rəşad Xalbayevin rəyindən görünür ki, hüquqmüəyyənedici sənəddə göstərilən 0.88 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən 1/7 hissə payının naturada ayrıldığı halda, bölgünün ölçülərinə əsasən topağın təyinatına uyğun istifadəsi mümkün olmayacağı və təsərrüfat sahəsininin yararsız hala düşəcəyi səbəbindən naturada real bölgüsü mümkün deyildir. Aparılmış ekspertiza tədqiqatın dəyəri 50 manatdır. Məhkəmə tərəfləri dinləyib, işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi zamanı müəyyən edildi ki, Balakən rayon X4 xx xxxx 1998-ci il tarixli 08 nömrəli qərarı ilə Cavabdeh1, Cavabdeh2,X2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh4 oğuna və Cavabdeh6 Balakən rayonu Gərəkli kəndi ərazisindən 0.88 hektar kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi verilmişdir. Balakən Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(019)-296/2020 nömrəli qətnaməsinə əsasən Balakən rayonu Gərəkli kəndində yerləşən Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh6 ümumi birgə mülkiyyətində olan 0.88 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/7 hissəsinə İddiaçı payı müəyyən edilmişdir. Cavabdehlərlə aralarında olan narazılığa görə iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək payının naturada ayrılması və payına düşən torpaq sahəsindən cavabdehlərin çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mütəxəssis və ekspert rəyinə əsasən hüquqmüəyyənedici sənəddə göstərilən 0.88 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən iddiaçının 1/7 hissə payının naturada ayrıldığı halda, bölgünün ölçülərinə əsasən torpağın təyinatına uyğun istifadəsi mümkün olmayacağı və təsərrüfat sahəsinin yararsız hala düşəcəyi səbəbindən naturada real bölgüsü mümkün deyildir. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Göründüyü kimi, həm milli qanunvericilik, həm də, beynəlxalq hüquq, o cümlədən X8 Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu və öz mülkiyyətindən maneəsiz istifadə hüququnu tanıyır və həmin hüquqa təminat verir. Azərbaycan Respublikası Mülki Məcəllənin 213.1-ci maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 220.1-220.3-cü maddələrinə görə paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq olunan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutları tətbiq edilməli hüquq normalarına müvafiq qiymətləndirərək, işin hallarını, tərəflərin ümumi paylı mülkiyyətində olan 0.88 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən iddiaçının 1/7 hissə payının naturada ayrıldığı halda, bölgünün ölçülərinə əsasən torpağın təyinatına uyğun istifadəsinin mümkün olmayacağını və təsərrüfat sahəsinin yararsız hala düşəcəyini nəzərə alaraq hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh6 qarşı ümumi birgə mülkiyyətdə olan əmlaklardan düşən payın naturada ayrılması və iddiaçının payına verilmiş əmlakdan cavabdehlərin çıxarılması tələbinə dair iddiası təmin edilməməlidir. İddiaçı 119.30 manat torpaq sahəsinin inventarlaşdırılması xərci tutulub Kapital bankın 1 saylı Xətai filialı, Kod 200071, VÖEN (bank) **********, Müxbir hesab AZ37NABZ ********************, SWİFT: AİİBAZ2X, Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC VÖEN: **********, AZ23AİİB ******************** №li hesaba, 50 manat ekspertiza xərci tutulub dövlət büdcəsinə Az.MEM VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 hesaba ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddəsini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh6 qarşı ümumi birgə mülkiyyətdə olan əmlaklardan düşən payın naturada ayrılması və iddiaçının payına verilmiş əmlakdan cavabdehlərin çıxarılması tələbinə dair iddiası təmin edilməsin. İddiaçı 119.30 manat torpaq sahəsinin inventarlaşdırılması xərci tutulub Kapital bankın 1 saylı Xətai filialı, Kod 200071, VÖEN (bank) **********, Müxbir hesab AZ37NABZ ********************, SWİFT: AİİBAZ2X, Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC VÖEN: **********, AZ23AİİB ******************** №li hesaba, 50 manat ekspertiza xərci tutulub dövlət büdcəsinə Az.MEM VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 hesaba ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən H.Q.Səlimov
Məhkəmə qərarları › İş №2(019)-385/2020
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-385/2020
07.10.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver