Məhkəmə qərarları › İş №2(019)-436/2020

Balakən Rayon Məhkəməsi Qərardad — İş №2(019)-436/2020

07.08.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № 2(019)-436/2020 07.08.2020 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Neft Şirkəti "Cavabdeh2" İstehsalat Birliyinə və "Cavabdeh2" İB-nin Zaqatala Regional X1rşı aktın ləğv edilməsi və qaz borcunun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Neft Şirkəti "Cavabdeh2" İstehsalat Birliyinə və "Cavabdeh2" İB-nin Zaqatala Regional X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "Cavabdeh2" İB-nin X2 İstismar İdarəsinin əməkdaşlarının barəsində yazdıqları Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx xxxx 2018-ci tarixli, ******* nömrəli AKT-ın ləğv edilməsi, həmin AKT əsasında yazılmış 4988 kub metr qaza görə hesablanan 998 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı, cavabdehlər Azərbaycan Respublikası Dövlət Neft Şirkəti "Cavabdeh2" İstehsalat Birliyi və "Cavabdeh2" İB-nin X2 İstismar İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, xx.xx.2020-ci il tarixə, saat 09.40-a və xx.xx.2020-ci il tarixə, saat 09.40-a təyin olunmuş məhkəmə iclaslarına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və işə onların iştirakı olmadan baxmağı xahiş etməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin məhkəmə iclasına təkrarən gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6. və 259.0.7-ci maddələri tətbiq edilir. Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası MPM-nin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Azərbaycan Respublikası MPM-nin 260.3-cü maddəsinə əsasən qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. Məhkəmə iş üzrə sənədləri tədqiq edib, yuxarıda şərh edilənlərə əsasən hesab edir ki, tərəflərin iştirakı olmadan işə mahiyyəti üzrə baxmaq mümkün deyildir. Ona görə də İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Neft Şirkəti "Cavabdeh2" İstehsalat Birliyinə və "Cavabdeh2" İB-nin Zaqatala Regional X1rşı aktın ləğv edilməsi və qaz borcunun silinməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanmalıdır. Həmçinin iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxsin ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 259-260, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Neft Şirkəti "Cavabdeh2" İstehsalat Birliyinə və "Cavabdeh2" İB-nin Zaqatala Regional X1rşı aktın ləğv edilməsi və qaz borcunun silinməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın. İddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxsin ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququ izah edilsin. Qərardaddan surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar