Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-440/2020 04.08.2020 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2, Əzizova (Şütüyeva) Günay Kamil qızının və Layıcova (Şütüyeva) Yeganə Kamil qızının, Cavabdeh6 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçılar İddiaçı1, İddiaçı2, Əzizova (Şütüyeva) Günay Kamil qızının və Layıcova (Şütüyeva) Yeganə Kamil qızının cavabdehlər ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 18 saylı X10nə, habelə Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh6 qarşı “müqavilənin və çıxarışların ləğv edilməsi” tələblərinə dair mülki işə xx xxxxxx 2020-ci il tarixdə Balakən şəhərində, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1, İddiaçı2, Əzizova (Şütüyeva) Günay Kamil qızı və Layıcova (Şütüyeva) Yeganə Kamil qızı cavabdehlər ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 18 saylı X10nə, habelə Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh6 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ləğv edilmiş ******* nömrəli Çıxarış əsasında hazırlanmış xx xxxxx 2019-cu il tarixli, **********24 nömrəli çıxarışın və bu çıxarış ilə xx xxx 2019-cu il tarixdə bağlanmış 4Ə-252 saylı alqı-satqı müqaviləsinin və bu müqavilə əsasında Cavabdeh6 hazırlanmış 1,0057 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi üzərində hüquqlara dair xx xxx 2019-cu il tarixli **********24 nömrəli Çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar iddia tələblərini onunla əsaslandırmışlar ki, Cavabdeh2 2018-ci ildə Balakən Rayon Məhkəməsinə müraciət edərək, X4 ilə onlar- iddiaçılar arasında JN 645 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktında göstərilmiş 10057.49 kv.m torpaq sahəsinə alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi haqda qətnamə çıxarmağı xahiş etmiş və həmin məhkəmənin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh2 iddiası təmin edilmişdir. Həmin qətnamədən onların verdiyi şikayətə baxan Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası çıxardığı xx xxxxxxx 2018-ci il tarixli Qətnaməsi ilə Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsini ləğv etmiş, apellyasiya məhkəməsinin qeyd edilən qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə baxan Ali Məhkəmənin Mülki Kollegiyası xx xxxx 2019-cu il tarixdə çıxardığı qərarı ilə kassasıya sikayətini təmin etməmiş, apellyasiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamışdır. Onlar-iddiaçılar Ali Məhkəmənin qərarını rəsmi qaydada alan kimi 2019-cu il aprel ayının əvvəllərində X5 qərarı ilə alilələrinin mülkiyyətinə verilmiş 10057 kv.m kənd təsərrüfatı təyinatlı torpaqlarına çıxarış almaq üçün DƏDRX 18 saylı X10nə müraciət etmişlər. İdarədən onlara bildirdilər ki, 2016-cı ildə ölmüş X1 adına xx xxxxxxx 2018-ci il Seriya RX ******* nömrəli çıxarış verilmişdir. Ona görə onlara qeyd edilən çıxarış verə bilmirlər. Onlara məlum oldu ki, Zaqatala 18 saylı Ərazi idarəsi heç bir qanuni əsas olmadan qüvvəyə minmiş məhkəmə qərarı olmadan Cavabdeh2 ilə əlaqəyə girərək, onu 2016-cı ildə ölmüş anasının adına xx xxxxxxx 2018-ci il tarixdə çıxarış hazırlamışdır. Bu çıxarış saxta sənəd olmuşdur. Bu çıxarış saxta olduğu üçün Cavabdeh2 tərəfindən məhkəmələrə təqdim edilməmişdir. 2019-cu ilin aprel ayında X2 adına hazırlanmış xx xxxxxxx 2018-ci il tarixli, Seriya RX ******* nömrəli Çıxarışın Ləğv edilməsi haqda iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət etmiş və DƏDRX 18 saylı X10ni cavabdeh qismində məhkəməyə cəlb etmişlər. Balakən Rayon Məhkəməsi çıxardığı xx xxxx 2019-cu ıl tarixli, 2(019)-607/2019 nömrəli qətnaməsi ilə iddialarını təmin edərək, seriya RX ******* nömrəli Çıxarışı ləğv etmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh2 apellyasiya şikayəti vermişdir. Şikayətə baxan Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası çıxardığı xx xxxxxxx 2019-cu ıl tarixli,2(107)-2671/2019 saylı qətnaməsi ilə Balakən Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsini dəyişdirmədən saxlamışdır. Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən narazı qalan Cavabdeh2 həmin qətnamədən Kassasiya şikayəti vermişdir. Kassiya şikayətinə baxan Ali Məhkəmənin Mülki kollgiyası çıxardığı xx xxxxxx 2020-ci il tarixli, 2(102)- 1272/20 saylı qərarı ilə Şəki Apellyasiya məhkəməsinin xx xxxxxxx 2019-cu ıl tarixli qətnaməsini dəyişdirmədən saxlamış, kassasiya şikayətini təmin etməmişdir. Mart 2020-ci il tarixdən etibarən ölkədə xüsusi karantin rejimi tətbiq edildiyi üçün Ali Məhkəmənin xx xxxxxx 2020-ci il tarixli qərarını may ayının əvvəllərində almışlar. Çıxanş almaq üçün sənədlərini xx xxx 2020-ci il tarixdə DƏDRX 18 saylı X10nə təqdim etmişlər. ******* saylı çıxarışın ləğv edilməsi haqda hər üç məhkəmənin aktlarını də sənədlərinə əlavə etmişlər. Sənədləri qəbul edilmiş, amma yenə də Zaqatala 18 saylı ərazi idarəsi torpaqlarına çıxarış verməkdən imtina etmişdir. DƏDRX 18 saylı X10 onlara-iddiaçılara göndərdiyi xx xxx 2020-ci il tarixli məktubunda qeyd edir: Araşdırma nəticəsində müəyyən edilmişdir ki, mərhum X1 adına **********24 reyestr nöınrə ilə qeydiyyata alınmış mübahisələndirilən Balakən rayonu, Qazma kəndində yerləşən 1,0057 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xx xxxxx 2019-cu ıl tarixli, 2v-207 saylı “Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə” ilə Cavabdeh3, Cavabdeh2, X3 və Cavabdeh4 adlarına hər birinin payı 1/4 olmaqla, xx xxxxx 2019-cu il tarixli **********24 reyestr nömrəli çıxarışla rəsmiləşdirilmişdir. Bundan sonra həmin torpaq sahəsi qeyd olunan şəxslər tərəfindən notarial qaydada təsdiq edilmiş xx xxx 2019-cu il tarixli, 4Ə-252 saylı alğı-satqı müqaviləsi əsasında Cavabdeh6 satılmışdır. Həınin Müqaviləyə əsasən Cavabdeh6 1,0057 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində hüquqları xx xxx 2019-cu il tarixli, **********24 reyestr nömrəli çıxarışla rəsmiləşdirilmişdir. Bununla əlaqədar həmin məhkəmənin icraatında olduğu müddətdə tərəflərindən xx xxxxxx 2020-ci il tarixli məktubla qeyd olunan sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. Odur ki, qeyd olunun hüqüqmüəyyənedici sənədlərin ləğvi ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müraciət etdikləri təqdirdə həmin daşınmaz əmlak üzərində hüquqlarının qeydiyyata alınması məsələsinə baxıla bilər. Yuxarıda qeyd edildiyi kimi, ölmüş Firuzə Balayevanın adına xx xxxxxxx 2018-ci il tarixdə hazırlanmış saxta çıxarışın ləğv edilməsi ilə bağlı 2019cu ilin aprel ayında iddia qaldırmışlar. Bu iddia ilə bağlı həm Cavabdeh2, həm də DƏDRX 18 saylı Zaqatala ərazi ərazi idarəsi iş üzrə cavabdehlər olmuşlar. İşlə bağlı ilk məhkəmə iclası da aprel ayında başlamış və xx xxxx 2019-cu ildə başa çatmışdır. Qanunsuz çıxarışın ləğv edilməsi haqda cavabdeh olan hər iki cavabdeh əlbir olaraq məhkəmə iclası getdiyi halda, Balayeva Firuzənin adına hazırlanmış saxta Çıxarış əsasında cavabdeh vərəsələr xx xxxxx 2019-cu il tarixli, **********24 reyestr nömrəli çıxarış əldə etməklə, həmin çıxarış əsasında xx xxx 2019-cu il tarixli, 4Ə-252 saylı alqı-satqı müqaviləsi əsasında torpağı Cavabdeh6 satmışlar. DƏDRX 18 saylı X10 də Balakən rayon notariat idarəsinə torpaq müayinəsi haqqında yalan məlumat vermiş və nəticədə verdiyi yalan məlumat nəticəsində notariat idarəsini də qanuna zidd alqı-satqı müqaviləni bağlamağa vadar etmişdir. Eyni zamanda hər iki cavabdeh əlbir olaraq hazırladıqları qanuna zidd sənədləri nə Balakən Rayon Məhkəməsinə, nə də Şəki Apellyasiya Məhkəməsinə təqdim etməmişlər. Cavabdeh vərəsələr və DƏDRX 18 saylı X10 hazırladıqları saxta çıxarış əsasında torpağı digər şəxsə-Cavabdeh6 sataraq, ona da saxta xx xxx 2019-cu il tarixli, **********24 reyestr nömrəli Çıxarış vermişlər. Cavabdeh vərəsələr 1.0057 ha torpağı Cavabdeh6 satmaqla əsassız olaraq varlanmışlar. DƏDRX 18 saylı X10 çıxarış verdikləri 1,0057 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində Cavabdeh2 və X6rı tərəfindən iki mərtəbəli dəyəri 100 min manatdan yuxarı olan qanunsuz tikili olmasına baxmayaraq, həmin torpaq sahəsi haqda həqiqətləri gizlətmişlər. Belə ki, Cinayət Məcəlləsinə görə kənd təsərrüfatı təyinatlı torpaqlarda yaşayış evlərinin tikilməsi və s. aparılması qanunla qadağandır və cinayət tərkibli əməldir. Hər bir orqan, hər bir vətəndaş cinayət tərkibli əməll haqda aidiyyəti orqanlara xəbər verməlidir. DƏDRX 18 saylı ərazi idarəsi isə Cavabdeh2 və Cavabdeh4 oğlanlarının cinayət tərkibli əməllərini ört-basdır etmişdir. Qeyd edilənlərə əsasən məhkəmə DƏDRX 18 saylı ərazi idarəsinin vəzifəli şəxsləri və Cavabdeh2 haqda xüsusi qərardad çıxarıb prokurorluq orqanlarına göndərməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçılar iddia tələblərini müdafiə edərək, onun təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən Cavabdeh6 nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etməyərək, izahatında bildirmişlər ki, iddia tələbi tamamilə əsassızdır və təmin edilməməlidir. Belə ki, iddiaçılar iddia ərizəsində qeyd edirlər ki, “Cavabdeh2 və DƏDRX-in 18 saylı Ərazi İdarəsi hazırladıqları “saxta çıxarış” əsasında torpaq sahəsini Cavabdeh6 satmışlar”. Sözügedən torpaq sahəsini Cavabdeh6 xx xxx 2020-ci il tarixində notariat qaydasında təsdiq edilmiş alqı-satqı müqaviləsi əsasında satın almışdır. İddia ərizəsində “saxta” olaraq qeyd edilən həmin çıxarış xx xxx 2020-ci il tarixində qanunvericiliyə uyğun olaraq qüvvədə olmuşdur (hələ də qüvvədədir) və daşınmaz əmlakın dövlət reyestrində torpaq sahəsinə dair onun mülkiyyətçisinin sərəncamvermə hüququnu məhdudlaşdıran, eyni zamanda həmin torpaq sahəsi barədə əməliyyat aparılması ilə bağlı hər hansı qadağa qeydi olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Bu müddəa “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16.6-cı maddəsində də öz əksini tapmışdır. Göründüyü kimi, Cavabdeh6 torpaq sahəsinin mülkiyyətçiləri ilə bağlı daşınmaz əmlakın dövlət reyestrindəki qeydə güvənərək, həmin torpaq sahəsini satın almışdır. Alqı-satqı prosesi qanunvericiliyə uyğun olaraq notariat kontorunda rəsmiləşdirilmiş, bu zaman notarius tərəfindən torpaq sahəsinə dair sərəncamverən tərəfin dövlət reyestrinə əsasən bu hüquqa malik olub-olmaması daşınmaz əmlakın təsviri, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayış (forma 1) real vaxt rejimində əldə edilməklə yoxlanılmışdır. Cavabdeh6 qanunvericiliyə uyğun olaraq notariat qaydasında alqı-satqı müqaviləsi bağlamaqla satın aldığı sözügedən torpaq sahəsi üzərində, bütün bu hərəkətlərin məntiqi nəticəsi olaraq, hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırmışdır. Bununla bağlı onun adına xx.xx.2020-ci il tarixli, **********24 reyestr nömrəli çıxarış tərtib edilmişdir. Bütün bu prosesdə cavabdeh vicdanlı olmuşdur. Belə ki, mülki qanunvericilikdən göründüyü kimi, müqavilə əsasında daşınmaz əmlak əldə edən şəxslərin vicdanlılığı özgəninkiləşdirənin adına reyestrdəki qeydin mövcudluğu, reyestrin məzmununun dəqiqliyi və bu qeydə dair etirazın reyestrə daxil edilməməsi ilə şərtləndirilmişdir. Bu şərtlərin mövcudluğu şəraitində daşınmaz əmlakı əldə edən şəxs vicdanlı hesab edilir. Digər tərəfdən hazırki iddia üzrə iddiaçılar torpaq sahəsinə dair mərhum X1 adına tərtib edilmiş xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın məhkəmə qaydasında ləğv edildiyini, bunun nəticəsində də həmin çıxarış əsasında əldə edilmiş digər hüquqmüəyyənedici sənədlərin, o cümlədən Cavabdeh6 adına tərtib edilmiş sonuncu (xx.xx.2020-ci il tarixli) çıxarışın əsassız olduğundan ləğv edilməsini məhkəmədən xahiş edirlər. Halbuki, iddia ərizəsində də qeyd olunduğu kimi X1 adına tərtib edilmiş xx.xx.2018-ci il tarixli çıxarış xx xxxx 2019-cu il tarixində, yəni Cavabdeh6 torpaq sahəsi üzərində hüquq əldə etməsindən sonra birinci instansiya məhkəməsi tərəfindən ləğv edilmişdir. Beləliklə işin faktiki hallarından və yuxarıda sadalananlardan aydın olur ki, mərhum X1 adına tərtib edilmiş xx.xx.2018-ci il tarixli çıxarışın mübahisələndirilməsini, ümumiyyətlə həmin torpaq sahəsinə dair mübahisənin olmasını Cavabdeh6 bilməmişdir və bilmə imkanı da olmamışdır. Bu baxımdan da Cavabdeh6 sözügedən torpaq sahəsinin alqı-satqısı və bununla bağlı daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılması vasitəsi ilə həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun əldə edilməsinə münasibətdə vicdanlı olmuşdur. Mülki Məcəllənin 149.2-ci maddəsinə əsasən isə vicdanlı üçüncü şəxslərin hüquqları qorunur. Belə ki, həmin maddədə qeyd olunur ki, əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxxx 2004-cü il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqelərə görə mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı, digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o, vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə Mülki Məcəllənin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır. Göründüyü kimi, əgər məhkəmə tərəfindən sözügedən torpaq sahəsinə dair Cavabdeh6 adına dövlət reyestrində aparılmış qeydiyyatdan öncəki qeydiyyatlar ləğv edilsə belə, sonuncu vicdanlı üçüncü şəxs olduğundan onun hüquqları qorunmalı, adına aparılmış qeydiyyat öz hüquqi qüvvəsini saxlamalıdır. İddianın rədd olunmasını xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasına gəlməmiş, digər cavabdeh ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 18 saylı X10 isə məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Buna görə də, məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən işə həmin proses iştirakçılarının iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, məhekəmə iclasında iştirak edlən şəxslərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək, hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarından müəyyən olunur ki, iddiaçılara Balakən Rayon X5 06 nömrəli qərarı ilə 1,08 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün pay torpaq sahəsi verilmişdir. Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh2 alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh2 anası mərhum X4 ilə hazırkı iş üzrə iddiaçılar arasında onların mülkiyyətində olan Balakən rayonu Qazma kəndində yerləşən, kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün verilmiş JN 645 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət aktında göstərilmiş 10057,49 kv.m. torpaq sahəsinin alqı-satqısı bağlanmış hesab edilmişdir. Balakən Rayon Məhkəməsi xx xxxxxx 2018-ci il tarixdə həmin qətnamə üzrə icra vərəqəsi vermiş və icra vərəqəsi əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X10 tərəfindən həmin torpaq sahəsi X1 adına Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində xx xxxxxxx 2018-ci il tarixdə qeydə alınaraq RX seriyalı ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış tərtib edilmişdir. İş materiallarından həmçinin aydın olur ki, Şəki Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, yeni qətnamə çıxarılmış, iddia təmin edilməmiş, həmin qətnamə kassasiya instansiyası məhkəməsi tərəfindən də dəyişdirilmədən saxlanılmışdır (Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarına əsasən). İş materiallarından o da görünür ki, Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş olmasına baxmayaraq, ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı ərazi idarəsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli Çıxarış ləğv edilmədiyindən, hazırkı iş üzrə iddiaçılar iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Balakən Rayon Məhkəməsinin xx xxxx 2019-cu ıl tarixli qətnaməsi ilə (iş 2(019)- 607/2019) həmin iddia təmin edilərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X10 tərəfindən verilmiş RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi qət edilmiş, həmin qətnamə yuxarı instansiya məhkəmələri tərəfindən də dəyişdirilmədən saxlanılmışdır (müvafiq olaraq Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2(107)-2671/2019 saylı qətnaməsinə və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-1272/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarına əsasən). Bununla belə iş materiallarından o da aydın olur ki, mərhum X1 adına RX seriyalı, ******* nömrəli Çıxarış üzrə qeydə alınmış Balakən rayonu, Qazma kəndində yerləşən mübahisəli 1,0057 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xx xxxxx 2019-cu ıl tarixli, 2v-207 saylı “Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə” ilə Cavabdeh3, Cavabdeh2, X3 və Cavabdeh4 adlarına hər birinin payı 1/4 olmaqla xx xxxxx 2019-cu il tarixli, **********24 reyestr nömrəli çıxarışla rəsmiləşdirilmiş, bundan sonra həmin torpaq sahəsi qeyd olunan şəxslər tərəfindən notarial qaydada təsdiq edilmiş xx xxx 2019-cu il tarixli, 4Ə-252 saylı alğı-satqı müqaviləsi əsasında Cavabdeh6 satılmış və sonuncunun mübahisəli torpaq sahəsi üzərindəki hüquqları xx xxx 2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq ona **********24 reyestr nömrəli çıxarış verilmişdir. Hazırkı iddia tələblərində iddiaçılar məhz X1 vərəsələri olan cavabdehlərin adlarına verilmiş xx xxxxx 2019-cu il tarixli, **********24 nömrəli çıxarışın, onlarla digər Cavabdeh6 arasında bağlanmış xx xxx 2019-cu il tarixli, 4Ə-252 saylı alğı-satqı müqaviləsinin və həmin müqavilə əsasında Cavabdeh6 adına verilmiş çıxarışın ləğvini tələb edirlər. Məhkəmə ilk növbədə “ləğv edilmiş ******* nömrəli Çıxarış əsasında hazırlanmış xx xxxxx 2019-cu il tarixli, **********24 nömrəli çıxarışın ləğv edilməsi” tələbinə münasibətdə qeyd edir ki, yuxarıda da qeyd edildiyi kimi, mübahisəli əmlakın (torpaq sahəsinin) Cavabdeh6 satılması, bunun əsasında onun adına qeydiyyatdan keçməsi və həmin əmlaka dair ona müvafiq çıxarış verilməsi (hazırda da onun mülkiyyətində olması) işin mübahisəsiz hallarındandır. Başqa sözlə, bu hissədə iddiaçıların ləğv edilməsini tələb etdikləri müvafiq çıxarış (reyestrdəki qeydlər) artıq ümumiyyətlə mövcud deyildir. Bu isə qeyd edilən tələbin təmin edilməsini ümumiyyətlə istisna edir. İddiaçıların digər iddia tələblərə gəldikdə isə, iddia ərizəsindən göründüyü kimi. həmin tələblər iki hissədən ibarətdir: -başlıca tələb xx xxx 2019-cu il tarixli. 4Ə-252 saylı alğı-satqı müqaviləsinin ləğv edilməsi barədədir. Onların təmin edilməsini xahiş etdikləri digər tələb - Cavabdeh6 adına verilmiş çıxarışın ləğvi isə məhz qeyd edilən həmin tələbdən törəmədir. Bu baxımdan məhkəmə hesab edir ki, hazırkı mübahisənin obyektiv həlli üçün ilk növbədə xx xxx 2019-cu il tarixli, 4Ə-252 saylı alqı-satqı müqaviləsinin ləğv edilməsi tələbinin əsaslı olub-olmadığı araşdırılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür; Mülki Məcəllənin 421.2-ci maddəsinə görə, “tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur”; Mülki Məcəllənin 422.1-ci maddəsinə görə isə, “tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur”. Mülki qanunvericiliyin sadalanan müddəalarına görə, müqavilənin ləğv edilməsi yalnız yuxarıdakı normalarda qeyd edilən üç halda mümkündür. Digər tərəfdən müqavilənin ləğvi barədə iddia qaldırmaq hüququ yalnız müqavilənin tərəflərinə məxsusdur, müqavilənin tərəfi olmayan şəxsin onun ləğvi barədə iddia irəli sürməsi imkanı isə qanunvericilikdə nəzərdə tutulmamışdır. Digər tərəfdən iddiaçılar həmin müqavilənin etibarsızlığı tələbini qoymamış və bununla bağlı əqdlərin etibarsızlığına əsas yaradan heç bir faktoloji və hüquqi əsaslara (Mülki Məcəllənin 337-353-cü maddələri) istinad etməmişlər. Məhkəmənin isə iddia tələbindən kənara çıxmaq səlahiyyəti yoxdur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Bu baxımından məhkəmə, iddiaçıların “xx xxx 2019-cu il tarixli, 4Ə-252 saylı alqısatqı müqaviləsinin ləğv edilməsi” barədə iddia tələblərinin təmin olunmasını mümkün hesab etmir. Gəldiyi qənaətə uyğun olaraq məhkəmə hesab edir ki, iddiaçıların digər tələbləri - Cavabdeh6 adına verilmiş çıxarışın ləğvi üzrə əlavə əsaslandırma aparılması ümumiyyətlə zərurət deyildir. Belə ki, “xx xxx 2019-cu il tarixli, 4Ə-252 saylı alqı-satqı müqaviləsinin ləğv edilməsi” tələbinin təmin edilməməsi, bu tələbdən irəli gələn digər tələblərin dispozitiv şərtlərini də istisna edir. Bununla belə məhkəmə həmçinin qeyd edir ki, mübahisəli torpaq sahəsini alqı-satqı müqaviləsi əsasında mülkiyyət hüququ ilə əldə edən Cavabdeh6 onu vicdanlı əldə etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Bu müddəa “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16.6-cı maddəsində də öz əksini tapmışdır. Mülki qanunvericilikdən göründüyü kimi, müqavilə əsasında daşınmaz əmlak əldə edən şəxslərin vicdanlılığı özgəninkiləşdirənin adına reyestrdəki qeydin mövcudluğu, reyestrin məzmununun dəqiqliyi və bu qeydə dair etirazın reyestrə daxil edilməməsi ilə şərtləndirilmişdir. Bu şərtlərin mövcudluğu şəraitində daşınmaz əmlakı əldə edən şəxs vicdanlı hesab edilir. Bu isə o deməkdir ki, “xx xxx 2019-cu il tarixli, 4Ə-252 saylı alqı-satqı müqaviləsinin ləğv edilməsi” tələbi əsaslı olsa idi və bunun əsasında aparılmış qeydiyyat əsassız çıxsa idi belə, iddiaçıların pozulmuş hüquqları bu mübahisəli əmlakı vicdanla əldə etmiş şəxsin (Cavabdeh6) hüquqlarının pozulması hesabına aradan qaldırıla bilməzdi. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 149.2-ci maddəsinin tələblərinə görə isə, əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxxx 2004-cü il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqelərə görə mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı, digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o, vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə Mülki Məcəllənin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Könül Namidar qızı Qəribovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın xx xxxxxx 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxx 2008-ci il taraixli qərarında da göstərilmişdir ki, “vicdanlı sahibin xoş niyyət, ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməklə bağladığı əqdin başqa müdafiə vasitəsilə şübhə altına alınmasını, habelə onun nəticələrinin tətbiqini mümkün edən və faktiki olaraq onu mülkiyyətçi ilə müdafiəsiz üzbəüz qoyan hüquqi qeyri-müəyyənlik mülki dövriyənin davamlılığına, əmlakla bağlı yaranan münasibətlərin sabitliyinə mənfi təsir göstərməklə yanaşı, həmçinin tərəflərin bir-birinə olan inamının da azalmasına gətirib çıxarardı”. Beləliklə, məhkəmə məhkəmə iclasında iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə müəyyən olunmuş hallara tətbiq edən qanun normalarına uyğun hüquqi qiymət erərək, hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, Əzizova (Şütüyeva) Günay Kamil qızı və Layıcova (Şütüyeva) Yeganə Kamil qızı cavabdehlər ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 18 saylı X10nə, habelə Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh6 qarşı ləğv edilmiş ******* nömrəli Çıxarış əsasında hazırlanmış xx xxxxx 2019cu il tarixli, **********24 nömrəli çıxarışın və bu çıxarış ilə xx xxx 2019-cu il tarixdə bağlanmış 4Ə-252 saylı alqı-satqı müqaviləsinin və bu müqavilə əsasında Cavabdeh6 hazırlanmış 1,0057 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi üzərində hüquqlara dair xx xxx 2019-cu il tarixli **********24 nömrəli Çıxarışın ləğv edilməsi tələblərinə dair iddiaları təmin olunmamalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Buna əsasən məhkəmə hesab edir ki, hazırki iddianın qaldırılması üçün ödənilmiş dövlət rüsumu iddiaçıların özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiy halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin olunmasın. İddianın qaldırılması üçün ödənilmiş dövlət rüsumu iddiaçıların özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov
Məhkəmə qərarları › İş №2(019)-440/2020
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-440/2020
04.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver