Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-452/2020 17.09.2020 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, İddiaçı nümayəndəsi-vəkili Vəkil və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment borcunun ödənilməsindən azad edilmə tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-9573/2016 saylı, xx xxxxxx 2016-cı il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentə görə 6480 (altı min dörd yüz səksən) manat aliment borcunun ödənilməsindən azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə nikahlarını xx xxxxxx 2011-ci il tarixdə Balakən rayon Püştətala kənd X15 üzrə nümayəndəliyində rəsmi qaydada qeyd etdirməklə ailə qurmuşlar. Nikahlarının bağlanması haqqında akt qeydləri kitabında xx xxxxxx 2011-ci il tarixdə 01 nömrə ilə qeyd edilmişdir. Birgə nikahdan xx xxxxxx 2011-ci il tarixdə Aysun və xx xxxxxxx 2012-ci il tarixdə Aişə adında uşaqları anadan olmuşlar. Əvvəllər səmimi ailə münasibətində olsalar da, sonradan cavabdehin ona və ailəsinə qarşı biganə yanaşması, ailəsinə düzgün münasibət bəsləməməsi səbəbindən ayrılmışlar. 2016-cı ilin iyul ayında Cavabdeh ondan ayrılmış, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə aliment tələbi ilə bağlı iddia vermişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-9573/2016 saylı, xx xxxxxx 2016-cı il tarixli qətnaməsinə əsasən birgə nikahlarından xx xxxxxx 2011-ci il tarixdə doğulmuş Aysun və xx xxxxxxx 2012-ci il tarixdə doğulmuş Aişə adında uşaqlarının yetkinlik yaşına çatana kimi saxlanması üçün ondan hər ay 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində aliment tutulub, Cavabdeh verilməsi qət edilmişdir. 2016-cı ilin dekabr ayında Cavabdeh iki uşağı da gətirərək, onunla barışıb, 2019-cu ilin mart ayınadək birlikdə Bakı şəhəri Nərimanov rayonu, X21, 9B ünvanında yaşamışlar. 2019-cu ilin mart ayında Cavabdeh mübahisə yaratmış və uşaqları da özü ilə apararaq, getmişdir. 2016-cı İlin dekabr ayından 2019-cu İlin mart ayınadək barışıb, birlikdə yaşadıqlarından, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 9573/2016 saylı, xx xxxxxx 2016-cı il tarixli qətnaməsi icraya yönəldilməmişdir.2019-cuilin iyul ayında boşanma ilə bağlı məhkəməyə müraciət etdikdən sonra Cavabdeh da Bakı şəhəri Nərimanov rayon İcra vəProbasiya Şöbəsinə müraciət edərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-9573/2016 saylı, xx xxxxxx 2016-cı il tarixli qətnaməsinin icraya yönəldilməsini xahiş etmişdir. Balakən rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Akif Mahmudovun xx xxxxxxx 2019-cu il tarixli icraata başlamaq haqqında qərarı ilə xx xxxxxx 2011-ci il tarixdə doğulmuş Aysun və xx xxxxxxx 2012-ci il tarixdə doğulmuş Aişə adında uşaqlarının yetkinlik yaşına çatana kimi saxlanması üçün ondan hər ay 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində aliment tutulub, Cavabdeh verilməsi və alimentin xx xxxxxx 2016-cı il tarixdən hesablanması müəyyən edilmişdir. Hazırda həmin qətnaməyə əsasən borcu 8640 (səkkiz min səkkiz yüz qırx) manat təşkil edir. Lakin onlar 2016-cı ilin dekabr ayından 2019-cu ilin mart ayınadək barışıb, birlikdə yaşadıqlarından, həmin müddətdə olan aliment borclarından azad edilməlidir. Həmin müddət iyirmi yeddi ay və 27 ayın alimenti 6480 manat təşkil edir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi-vəkili Vəkil iddianı müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək, izahatında göstərdi ki, İddiaçı ilə nikahlarını xx xxxxxx 2011-ci il tarixdə Balakən rayon Püştətala kənd X15 üzrə nümayəndəliyində rəsmi qaydada qeyd etdirməklə, ailə qurmuşlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx xxxxxx 2011-ci il tarixdə 01 nömrə ilə qeyd edilmişdir. Birgə nikahdan xx xxxxxx 2011-ci il tarixdə Aysun və xx xxxxxxx 2012-ci il tarixdə Aişə adında uşaqları anadan olmuşlar. Əvvəllər səmimi ailə münasibətində olsalar da, sonradan aralarında yaranan ailə mübahisələri səbəbindən ayrılmışlar. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-9573/2016 saylı, xx xxxxxx 2016-cı il tarixli qətnaməsinə əsasən birgə nikahlarından xx xxxxxx 2011-ci il tarixdə doğulmuş Aysun və xx xxxxxxx 2012-ci il tarixdə doğulmuş Aişə adında uşaqlarının yetkinlik yaşına çatana kimi saxlanması üçün İddiaçı hər ay hər bir uşaq üçün 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində aliment tutulub, ona verilməsi qət edilmişdir. Balakən Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddiaçı ilə aralarında olan nikah pozulmuş, birgə nikahdan olan uşaqları onun yanında saxlanmışdır. O, 2016-cı ilin iyul ayından İddiaçı ayrı yaşayır. Həmin vaxtdan birgə nikahdan olan uşaqları da onun yanında və himayəsində yaşayırlar. İddiaçı ailənin, uşaqların saxlanmasına heç bir pul vəsaiti sərf etməmiş, heç bir maddi köməklik göstərməmişdir. O, İddiaçıla 2016-cı ilin dekabr ayından 2019-cu ilin mart ayınadək Bakı şəhərində və ya başqa yerdə birgə yaşamamış, Aqşinlə barışmamış və Aqşinlə birgə təsərrüfat aparmamışdır. Həmin vaxt İddiaçı anasının-keçmiş qaynanasının dəvəti ilə Aqşinin anasının Bakı şəhəri Nərimanov rayonunda yerləşən mənzilində uşaqları ilə yaşamışdır. Lakin orada Aqşinlə yaşamamış, Aqşinlə ər-arvad münasibətlərini bərpa etməmiş və Aqşin uşaqların saxlanması və maddi təminatında iştirak etməmişdir. Aqşinin bu barədə bildirdikləri həqiqətə uyğun deyildir. İddiaçı bu məlumatları aliment borcunu ödəməmək üçün uydurmuşdur. İddia tamamilə əsassızdır. Buna görə də iddianın rədd edilməsini xahiş edir. İşə əlavə olunan və məhkəmə iclasında tədqiq edilən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2 (005)-9573/2016 saylı icra vərəqəsindən görünür ki, İddiaçı xx xxxxxx 2011-ci il təvəllüdlü X4 və xx xxxxxxx 2012-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər bir uşaq üçün 120 manat, cəmi 240 manat sabit pul məbləğində aliment tutulub, Cavabdeh verilməli, alimentin tutulması xx xxxxxx 2016-cı il tarixdən hesablanmalıdır. İşə əlavə olunan və məhkəmə iclasında tədqiq edilən Nərimanov rayon İcra Şöbəsinin sınaq müddətində olan icra məmuru Azər Əliyevin xx.xx.2017-ci il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, Nərimanov Rayon Məhkəməsinin 2 (005)- 9573/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədi üzrə icraat başlanılmış, borclu İddiaçı icra sənədində göstərilən tələbi 10 gün müddətində könüllü təmin etməsi üçün bildiriş göndərilməsi, icra könüllü təmin edilmədikdə icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər və icra ödənişinin borcludan tutulması qərara alınmışdır. İşə əlavə olunan və məhkəmə iclasında tədqiq edilən Nərimanov rayon İcra Şöbəsinin sınaq müddətində olan icra məmuru Azər Əliyevin borclu İddiaçı ünvanladığı xx.xx.2017-ci il tarixli, 9068-15 saylı bildirişdən görünür ki, borclu İddiaçı Nərimanov Rayon Məhkəməsinin 2(005)-3495/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədində göstərilmiş tələbin könüllü icrası üçün «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə müvafiq olaraq 10 gün müddətində vaxt verilmiş, bu müddət başa çatdıqdan sonra göstərilən tələbin məcburi qaydada icra ediləcəyi və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin həmin Qanunun 78-ci, 79-cu və 81-ci maddələrinə əsasən ondan tutulacağı barədə xəbərdarlıq olunmuşdur. İşə əlavə olunan və məhkəmə iclasında tədqiq edilən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 8 (005)-795/2018 saylı qərardadından görünür ki, Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya Şöbəsinin təqdimatı təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2 (005)-9573/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə xx.xx.1987-ci il tarixdə Balakən rayonu, Katex kəndində anadan olmuş, Bakı şəhəri, Nərimanov rayonu, X21, ev 9B ünvanında qeydiyyatda olan İddiaçı Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya Şöbəsinə məcburi qaydada gətirilməsi qərara alınmış, qərardadın icrası Bakı şəhəri Nərimanov Rayon Polis Şöbəsinə həvalə edilmişdir. İşə əlavə olunan və məhkəmə iclasında tədqiq edilən Nərimanov rayon İcra və Probasiya Şöbəsinin rəisinin Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin rəisinə ünvanladığı xx.xx.2018-ci il tarixli, 90xx/xx-8087-15/1 saylı məktubundan görünür ki, borclu İddiaçı polis orqanı vasitəsilə Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsinə dair Nərimanov Rayon Məhkəməsinin 8(005)- 795/2018 saylı, xx.xx.2018-ci il tarixli qərardadı icra edilməsi üçün həmin polis şöbəsinə göndərilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(019)-692/2019 nömrəli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2011-ci il tarixdə Balakən rayon Püştətala kənd X15 üzrə nümayəndəliyində 01 nömrə ilə qeydə alınmış nikahın pozulması, nikah pozularkən tərəflərin birgə nikahından xx xxxxxx 2011-ci il tarixdə doğulmuş X4 və xx xxxxxxx 2012-ci il tarixdə doğulmuş X6 anaları Cavabdeh yanında saxlanılması qət edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(019)-3216/2018 nömrəli qətnaməsindən görünür ki, iddiaçı Cavabdehlər İddiaçı və X7 qarşı mənzilə köçürülmə və istifadə hüququnun tanınması tələbinə dair iddiası təmin edilməmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2019-cu il tarixli icraata başlamaq haqqında qərarından və iş materiallarından görünür ki, İddiaçı xx xxxxxx 2011-ci il tarixdə doğulmuş X4 və xx xxxxxxx 2012-ci il tarixdə doğulmuş X6 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər bir uşaq üçün 120 (bir yüz iyirmi) manat, cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində alimentin tutulub, Cavabdeh verilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-9573/2016 nömrəli, xx.xx.2016-cı il tarixli icra sənədi üzrə icraat başlanılmış, borclu İddiaçı xx.xx.2019-cu il tarixli tələbin könüllü icrası barədə bildiriş göndərilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Bakı şəhəri, X21, ev 34A ünvanında qeydiyyatda olan X8 və Bakı şəhəri, Nərimanov rayonu ünvanında qeydiyyatda olan X9 tərəfindən imzalanmış notarial qaydada təsdiq olunmuş ərizədən göbrünür ki, onlar bildirirlər ki, qonşuları İddiaçı, Cavabdeh, X10 və X11 2016-cı il dekabr ayından etibarən 2019-cu il mart ayına kimi Bakı şəhəri, X21, ev 9B ünvanında yaşayırdılar. İşdə olan xx.xx.2019-cu il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı hazırki iddianın qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə iddiaçının nümayəndəsi-vəkilinin və cavabdehin izahatlarını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh ilə nikahlarını xx xxxxxx 2011-ci il tarixdə Balakən rayon Püştətala kənd X15 üzrə nümayəndəliyində rəsmi qaydada qeyd etdirməklə ailə qurmuş, onların nikahları nikah haqqında akt qeydləri kitabında xx xxxxxx 2011-ci il tarixdə 01 nömrə ilə qeyd edilmişdir. Tərəflərin birgə nikahından xx xxxxxx 2011-ci il tarixdə Aysun və xx xxxxxxx 2012-ci il tarixdə Aişə adında uşaqları anadan olmuşlar. Tərəflər əvvəllər səmimi ailə münasibətində olsalar da, sonradan aralarında yaranan ailə mübahisələri səbəbindən ayrılmışlar. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-9573/2016 saylı, xx xxxxxx 2016-cı il tarixli qətnaməsinə əsasən tərəflərin birgə nikahından xx xxxxxx 2011-ci il tarixdə doğulmuş Aysun və xx xxxxxxx 2012-ci il tarixdə doğulmuş Aişə adında uşaqlarının yetkinlik yaşına çatana kimi saxlanması üçün İddiaçı hər ay hər bir uşaq üçün 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində aliment tutulub, Cavabdeh verilməsi qət edilmişdir. Balakən Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuş, birgə nikahdan olan uşaqlar Cavabdeh yanında saxlanılmışdır. Cavabdeh bildirdiyinə görə o, 2016-cı ilin iyul ayından İddiaçı ayrı yaşayır. Həmin vaxtdan birgə nikahdan olan uşaqları da onun yanında və himayəsində yaşayırlar. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ hissəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 107.2-ci maddəsinə əsasən məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə nəzərə çatdırır ki, məhkəmə qaydasında aliment üzrə borcları ödəməkdən azad edilmənin əsaslarına aliment borcunun onu ödəməli olan şəxsin xəstəliyi və yaxud başqa üzrlü səbəblərdən əmələ gəlməsi və aliment ödəməli olan şəxsin ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan verməməsi daxildir. Qanunun mənasına görə aliment üzrə borcları ödəməkdən azad edilmə üçün bu hallar birlikdə mövcud olmalıdır. Qanunvericilik bu halların müəyyən edilməsini məhkəmənin səlahiyyətlərinə aid etmişdir. Başqa sözlə, aliment üzrə borcların qalması üzrlü səbəblərlə əlaqədar olduqda, məhkəmə bu borcların miqdarını azaltmağa və ödəməkdən azad etməyə haqlıdır. Lakin bununla bağlı o hallar əsas kimi götürülə bilər ki, həmin halların mövcud olması aliment borclarının ödənilməsini qeyri-mümkün etsin. Məhkəmə üçün şübhə yoxdur ki, yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulduqda, onların mənafeyinə üstünlük verilməlidir. Bu xüsusda maraqlıdır ki, bir sıra ölkələrdə qanunvericilik qaydasında yetkinlik yaşına çatmayanlar üçün aliment üzrə borcların ödənilməsindən azad edilmə və bu borcların azaldılması qadağan olunmuşdur. Bu qadağa tərəflər arasında qarşılıqlı razılıq olduqda belə tətbiq olunur. Məsələn, X12 Məcəlləsinin 114-cü maddəsinə əsasən aliment yetkinlik yaşına çatmayan uşaqlar üçün tutulduqda, alimentlər üzrə borcların ödənilməsindən azad olunma və yaxud bu borcların azaldılması, hətta bu barədə tərəflər arasında qarşılıqlı razılıq olduqda da, qadağan olunur. Azərbaycan Respublikasının ailə qanunvericiliyində belə bir norma yoxdur. Əslində Ailə Məcəlləsində belə bir normanın olması ədalətli olardı. Belə ki, yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment onlara layiqli həyat şəraitinin təmin edilməsi və həyat səviyyələrinin mümkün qədər maksimal saxlanması üçün, yəni onların mənafeyi nəzərə alınmaqla tutulur. Uşaqların mənafeyi isə ailə münasibətlərində hər şeydən üstün tutulmalıdır. İşləməmək, az gəlir əldə etmək və sair hallar valideynləri uşaqları saxlamaq vəzifəsindən azad etməməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsində alimenti ödəməkdən azad etmənin əsaslarını tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişikliklərin baş verməsi və tərəflərin diqqətəlayiq olan başqa maraqları təşkil edir. Qanun normasının mənasına görə tərəflərin ailə vəziyyətlərinin dəyişməsi dedikdə aliment ödəyən şəxsin himayəsində olan şəxslərin sayının artması və bunun onun maddi vəziyyətinə mənfi təsir etməsi başa düşülür. Həmçinin aliment ödəyən şəxsin vəziyyətinin dəyişməsinə o hallar da daxildir ki, onunla müqayisədə birinci növbədə aliment ödəməli olan şəxslər meydana çıxmış olsun. Tərəflərin maddi vəziyyətinin dəyişməsi dedikdə, onların maddi vəziyyətlərinin yaxşılaşması və ya pisləşməsi nəzərdə tutulur. Aliment ödəyən şəxsin gəliri azaldıqda, o alimentin miqdarının azaldılması haqqında məsələ qaldırır. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən məhkəmə tərəflərin həm də diqqətəlayiq başqa maraqlarını nəzərə almaqla alimentin miqdarını dəyişə və yaxud aliment ödəyən şəxsi onu ödəməkdən azad edə bilər. Bu zaman həmin halların daimi xarakter daşıyıb-daşımaması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcudluğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ-hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin başqa halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Azərbaycan Respublikası MPM-nin 89.3-cü maddəsinə əsasən lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası MPM (MPM-nin 77.1-ci maddəsi) sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Azərbaycan Respublikası MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır. Bu da qanunun tələbindən irəli gəlir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. «X1rşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında X20 Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi bildirmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. İddiaçı 6480 manat aliment borcunun ödənilməsindən azad olunması barədə iddia tələbinin əsaslandırıldığı hallar kimi cavabdehlə 2016-cı ilin dekabr ayından 2019-cu ilin mart ayınadək barışıb birlikdə yaşadıqlarını, ailəni və uşaqları saxladığını və həmin müddətin 27 ay təşkil etdiyini göstərsə də, həqiqətən də 2016-cı ilin dekabr ayından 2019cu ilin mart ayınadək cavabdehlə bir yerdə, bir ailədə yaşadıqlarını, həmin vaxt ümumi təsərrüfat apardıqlarını, uşaqların saxlanmasını həyata keçirdiyini, onların maddi təminatında iştirak etdiyini təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı həmçinin öz iddia tələbinin əsaslandırıldığı halların sübutu olaraq 2016-cı ilin dekabr ayından 2019-cu ilin mart ayınadək ailənin təminatına, o cümlədən uşaqların saxlanmasına; müvafiq ərzaq məhsullarının və geyimin alınmasına, əyləncəyə və digər təminatlara dair nə qədər xərc çəkdiyini təsdiq edən müvafiq qəbzləri və digər ödəniş sənədlərini, audio və videoyazıları, yazılı sübutları və maddi sübutları və sair sübutları məhkəməyə təqdim edə bilməmiş, iddiaçı və onun nümayəndəsi-vəkili tərəfindən bu halları təsdiq edən hər hansı şahidin dindirilməsi barədə vəsatət verilməmişdir. Bu xüsusda məhkəmə X2 və X5 notarial qaydada təsdiq olunmuş ərizəsini iddia tələbinin əsaslandırıldığı halların sübutu olaraq mötəbər sübut kimi qəbul etmir. Belə ki, X8 və X9 həmin ərizədə iddiaçının, cavabdehin və onların uşaqlarının 2016-cı ilin dekabr ayından 2019-cu ilin mart ayına kimi Bakı şəhəri, X21, 9B ünvanlı evdə yaşadıqlarını bildirmiş, lakin İddiaçı ilə Cavabdeh ailələrini bərpa etmələrini, bir ailədə yaşamalarını, ərarvad münasibətlərini davam etdirmələrini, İddiaçı ailənin, xüsusən uşaqların saxlanmasında, onların maddi təminatında hansısa formada iştirak etməsini, İddiaçı həmin vaxt uşaqların saxlanmasına nə qədər maddi vəsait sərf etməsini göstərməmiş, bu halların mövcudluğunu təsdiq etməmişlər. X8 və X9 iddiaçı ilə cavabdehin 2016-cı ilin dekabr ayının hansı günündən 2019-cu il mart ayının hansı gününədək bir yerdə olmasını, onların həmin ünvanda bir yerdə-bir ailə olaraq yaşayıb-yaşamamasını qeyd etməmişlər. Hətta bu şəxslərin iddiaçı və cavabdehin göstərilən müddətdə bir yerdə yaşaması barədə bildirdikləri hipotetik olaraq qəbul olunsa belə, heç bir mötəbər sübutla təsdiq olunmadığı halında bu məlumatlar iddiaçı və cavabdehin bir ailə olaraq həmin ünvanda yaşaması və iddiaçının uşaqların saxlanmasında maddi cəhətdən iştirak etməsi anlamını verə bilməz. Bu şəxslərin ərizədə verdiyi məlumat həm də onunla təkzib olunur ki, iddiaçının cavabdehlə bir yerdə yaşadığı ehtimal olunan 2016-cı ilin dekabr ayından 2019-cu ilin mart ayınadək dövrdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2 (005)-9573/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədi üzrə icra tədbirləri həyata keçirilmiş; Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinin icra məmuru tərəfindən xx.xx.2017-ci il tarixli qərarla həmin icra sənədi üzrə icraat başlanılmış, həmin tarixdə borclu İddiaçı 10 gün müddətində tələbin könüllü icrası barədə bildiriş göndərilmiş, ona könüllü icranı həyata keçirmədiyi təqdirdə məcburi icranın nəticələri ilə bağlı xəbərdarlıq olunmuş, borclunun daşınar və daşınmaz əmlaklarının olub-olmaması barədə aidiyyəti orqanlara sorğular göndərilmiş və cavablar alınmış, həmin icra sənədinin icrası üçün İddiaçı Nərimanov rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsi üçün həmin icra və probasiya şöbəsinin rəisi tərəfindən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə xx.xx.20187-ci il tarixli,17/69-121- 15 №-li təqdimatla müraciət olunmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 8 (005)-795/2018 saylı qərardadı ilə İddiaçı Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya Şöbəsinə məcburi qaydada gətirilməsi qərara alınmış və həmin qərardad xx.xx.2018-ci il tarixdə icra edilməsi üçün Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinə göndərilmişdir. İddiaçı ilə cavabdehin barışdığı, Bakı şəhəri, Nərimanov rayonu, X21, 9B ünvanında bir ailədə yaşadığı, iddiaçının uşaqlarını və ailəsini saxladığı, onların maddi təminatında iştirak etdiyi təqdirdə, Cavabdeh sözügedən icra sənədinin icrasını və məcburi icra hərəkətlərinin dayandırılmasını xahiş etməməsi, əksinə həmin sənədin icrasını tələb etməsi və bu icra sənədinin icrasıyla bağlı məcburi icra tədbirlərinin, o cümlədən borclunun məcburi gətirilməsinin həyata keçirilməsi az inandırıcıdır və ağlabatan deyildir. İş üzrə iddiaçı və onun nümayəndəsi-vəkili tərəfindən həmin şəxslərin məhkəmədə şahid qismində dindirilməsi barədə belə vəsatət qaldırılmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X8 və X5 notarial qaydada təsdiq olunmuş birgə ərizədə qeyd etdiyi məlumatlar iddiaçı ilə cavabdehin 2016cı ilin dekabr aynıdan 2019-cu ilin mart ayınadək bir yerdə, bir ailə olaraq yaşaması və iddiaçının uşaqların saxlanması və maddi təminatında iştirak etməsi, onları saxlaması və onların saxlanmasına maddi vəsait sərf etməsinin sübutu ola bilməz və ona görə də məhkəmə həmin ərizəni mötəbər sübut kimi qəbul etmir. Bundan başqa iddiaçı 2016-cı ilin dekabr ayının hansı günündən 2019-cu il mart ayının hansı gününədək cavabdehlə bir yerdə yaşamasını göstərməmişdir. Bu günlər, yəni 2016-cı ilin dekar ayının hansı günü və 2019-cu ilin mart ayının hansı günü bəlli olmadığı halda, iddiaçının hansı fakt və sübutlara istinad etməklə cavabdehlə bir yerdə yaşadığını iddia etdiyi vaxtın 27 ay olması və bu 27 ay ərzində aliment borcunun məhz 6480 manat təşkil etməsi qənaətinə gəlməsi aydın deyildir. Belə ki, iddiaçının iddia etdiyi cavabdehlə yaşayış vaxtının 2016-cı ilin dekabr ayının hansı günündən başlayaraq, 2019-cu ilin mart ayının hansı günündə bitməsi bəlli olmadığı, bununla da bu vaxtın dəqiq neçə ay və neçə gün davam etməsi aydın olmadığı halda, həmin dövr ərzində aliment borcunun da qədər olması dəqiq müəyyən oluna bilməz. Deməli iddiaçının azad olunmasını tələb etdiyi 6480 manat məbləğ düzgün və əsaslı deyildir. İş üzrə cavabdeh də iddiaçı ilə 2016-cı ilin dekabr ayından 2019-cu ilin mart ayınadək bir yerdə yaşamadıqlarını, ümumi təsərrüat aparmadıqlarını və həmin vaxtda iddiaçının uşaqların saxlanmasında-maddi təminatında hər hansı formada iştirak etmədiyini bildirmişdir. Məhkəmə bu xüsusda cavabdehin izahatını əsaslı sayır. Belə ki, iddiaçı ilə cavabdehin barışdığı, 2016-cı ilin dekabr ayından 2019-cu ilin mart ayınadək bir yerdə-bir ailədə yaşadığı və iddiaçının ailəsini və uşaqlarını saxladığı və onların maddi təminatında iştirak etdiyi halında alimentin alınması əsasının aradan qalxdığı şübhəsizdir və bu zaman cavabdehin icra və probasiya şöbəsinə icra sənədi üzrə icra tədbirlərinin dayandırılması və ona xitam verilməsi barədə müraciət etməsi ağlabatandır. Lakin iş materiallarından görünür ki, həmin vaxt Cavabdeh sözügedən icra sənədi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi üçün aidiyyəti icra və probasiya şöbəsinə müraciət etməmiş, həmçinin iddia olunan vaxtda Nərimanov rayon İcra və Probasiya Şöbəsi tərəfindən Nərimanov Rayon Məhkəməsinin 2 (005)-9573/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədi üzrə icra tədbirləri həyata keçirilmiş; icra sənədi üzrə icraat başlanmış, tələbin könüllü icrası üçün borcluya 10 gün vaxt verilmiş, ona könüllü icra olmadığı təqdirdə məcburi icra tədbirlərinin həyata keçiriləcəyi və nəticələri barədə xəbərdarlıq edilmiş, onun tələb yönəldilə biləcək daşınar və daşınmaz əmlaklarının olub-olmaması barədə aidiyyəti orqanlara sorğular verilmiş və cavablar alınmış, borclunun icra və probasiya şöbəsinə gətirilməsi üçün məhkəmə qərardadı qəbul edilmiş və icra üçün polis orqanlarına göndərilmişdir. Bu hallar onu deməyə əsas verir ki, iddiaçı ilə cavabdehin həmin müddətdə bir yerdə ailə olaraq yaşadığı və iddiaçının uşaqları və ailəsini maddi cəhətdən təmin etdiyi təqdirdə cavabdehin bu məcburi icra tədbirlərini dayandırmağı xahiş etməməsi və bu icra tədbirlərinin davam etdirilməsi inandırıcı deyildir. Belə ki, iddiaçının ailəsini təmin etməsi və uşaqları saxlaması artıq uşaqlara görə aliment tutulması halını ardan qaldırır. Ona görə də məhkəmə bu xüsusda cavabdehin işin halları barədə izahatını daha inandırıcı və əsaslı sayır. Ümumiyyətlə iddiaçı və onun nümayəndəsi-vəkili tərəfindən İddiaçı 2016-cı ilin dekabr ayından 2019-cu ilin mart ayınadək cavabdehlə bir yerdə yaşaması, uşaqların saxlanması və maddi təminatını həyata keçirməsi, bunda hər hansı formada iştirak etməsi, buna hər hansı məbləğdə maddi vəsait sərf etməsi və yaxud aliment borcunun onun xəstəliyindən və ya başqa üzrlü səbəblərdən əmələ gəlməsi, onun ailə və maddi vəziyyətinin aliment borcunu ödəməyə imkan verməməsi, həmçinin aliment borcundan azad edilmə zərurətinin onun ailə və maddi vəziyyətində baş vermiş dəyişikliklərlə bağlı olması; himayəsində olan şəxslərin sayının artması, birinci növbədə aliment ödəməli olan şəxslərin meydana çıxması, gəlirlərinin azalması və başqa dəqqətəlayiq maraqlarının yaranması və sair hər hansı zəruri hallarla bağlı olmasını və alimentin tutulmasına dair icra sənədi üzrə icraatının dayandırılması və ya ona xitam verilməsi ilə bağlı hansısa qərarın olmasını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmiş, iddia tələbinin əsaslandırıldığı halları sübut edə bilməmişdir. Halbuki qanun normasının tələbinə görə (MPM-nin 77.1-ci maddəsi) bu vəzifə iddiaçının üzərinə düşür. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının 2016-cı ilin dekabr ayından 2019cu ilin mart ayınadək cavabdehlə bir yerdə yaşaması və uşaqların maddi təminatında iştirak etməsi barədə iddia tələbinin əsaslandırıldığı hallara dair gətirdiyi əsaslar heç bir sübuta söykənməyən mülahizədir və məhkəmə də belə mülahizəni iddia tələbinin əsaslı olmasına dəlalət edən faktoloji hal kimi qəbul etmir. Məhkəmə onu da qeyd edir ki, heç bir faktoloji və hüquqi əsaslar olmadan iddiaçının aliment borcundan azad edilməsi uşaqların mənafeyinin pozulmasına səbəb olacaqdır ki, bu da yolverilməzjdir. Göstərilənlər iddia tələbinin tamamilə əsassız olmasını göstərir. Məhkəmə, iddiaçının nümayəndəsi-vəkilinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə müəyyən olunmuş hallara tətbiq edilməli olan yuxarıda göstərilən qanun normalarına əsasən hüquqi qiymət verərək, hesab edir ki, İddiaçı Cavabdeh qarşı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-9573/2016 saylı, xx xxxxxx 2016-cı il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentə görə 6480 (altı min dörd yüz səksən) manat aliment borcunun ödənilməsindən azad edilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddianın təmin olunmaması nəticəsinə gəlindiyi üçün İddiaçı tərəfindən hazırki iddianın qaldırılması üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 9573/2016 saylı, xx xxxxxx 2016-cı il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentə görə 6480 (altı min dörd yüz səksən) manat aliment borcunun ödənilməsindən azad edilməsi tələbinə dair iddiası təmin edilməsin; hazırki iddianın qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov
Məhkəmə qərarları › İş №2(019)-452/2020
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-452/2020
17.09.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver