Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-460/2020 09.09.2020 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X4 qızının katibliyi ilə İddiaçı «xxxxxxxxxxx» X1 Cavabdeh qarşı borc pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı «xxxxxxxxxxx» X3 Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək xx.xx.2019-cu il tarixli müqavilə üzrə İMEİ Kodu **********83736 olan Xiaomi Mi A3 markalı telefon və Xiaomi Mi band 4 saat üçün 684 (altı yüz səksən dörd) manat ödənilməmiş hissə, 68 (altmış səkkiz) manat cərimə-ümumilikdə 752 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 782 manat Cavabdeh alınaraq “xxxxxxxxxxx» X2 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh ərizəyə etiraz etdiyindən Balakən Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı «xxxxxxxxxxx» X3 iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh «xxxxxxxxxxx» X3 ilə xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********83736 olan Xiaomi Mi A3 markalı telefon və Xiaomi Mi band 4 saat almış və nəticədə 752 (yeddi yüz əlli iki) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş, nəticədə alqı-satqı qiyməti 686 (altı yüz səksən altı) manat (12 ay x 57 manat+2 manat ilkin ödəniş) olan İMEİ Kodu **********83736 olan Xiaomi Mi A3 markalı telefon və Xiaomi Mi band 4 saat üçün 684 (altı yüz səksən dörd) manat ödənilməmiş hissə, 136 manat cərimə (0.57 manat x 240 gün) hesablanmalı olmasına baxmayaraq, müstəriyə güzəşt olunaraq ondan 684 (altı yüz səksən dörd) manat ödənilməmiş hissə və 68 (altmış səkkiz) manat cərimə pulu yaranmışdır. Cavabdeh isə cəmi 2 manat ödəmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikdirmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq peniya ödəyir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. İddiaçı «xxxxxxxxxxx» X1 direktoru məhkəməyə teleqram göndərərək işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasına gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh əvvəlki məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında göstərdi ki, iddiaçı ərizəsində onun müqavilənin şərtlərini pozmasını bildirmiş və alqı-satqı qiyməti 686 (altı yüz səksən altı) manat (12 ay x 57 manat + 2 manat ilkin ödəniş) olan İMEİ Kodu **********83736 olan Xiaomi Mi A3 markalı telefon və Xiaomi Mi band 4 saat üçün ümumilikdə 752 (yeddi yüz əlli iki) manat olmaqla, ondan, 684 (altı yüz səksən dörd) manat ödənilməmiş hissə, 68 (altmış səkkiz) manat cərimə pulu borcunun ondan alınaraq «xxxxxxxxxxx» X2 ödənilməsi barədə məhkəmə qətnaməsi çıxarmasını xahiş etmişdir. İddiaçının qeyd etdiyi tələblə razı olmadığını bildirir və iddianı tamamilə əsassız hesab edir. İlk növbədə iddiaçı tərəf "xxxxxxxxxxx MMC" ilə onun arasında-xx.xx.2019-cu il tarixli 00913570 nömrəli Müqavilə bağlanılmışdır. xx.xx.2019-cu il tarixində telefonda görüntünün itməsi və bir daha bərpa olunmaması, sadəcə səs funksiyasının işləməsi kimi problem yaranmış və "Kontakt Home” tərəfindən "Texniki Servisə” yönləndirilmişdir. Texniki Servis telefonu qəbul edib və əmtəə görünüşündə cüzi cızıqlar, usb konnektorda sürtünmə, toz, dinamikdə toz olduğunu qeyd edərək telefonu təmir üçün qəbul etmişdir. xx.xx.2019 tarixində cihaz texniki servis tərəfindən təmir olunduqdan sonra istifadə üçün geri alınmışdır. Lakin telefonda olan problemlər aradan qalxmamış, təmirdən sonra isə başqa problemlər yaranmışdır. Belə ki təmirdən sonra sensorda problem, karkasda, düymələrdə, arxa qapaqda, kamerada cızıqlar, karkasda və arxa qapaqda sürtünmə, əyrilik, arxa qapağın kənar hissəsində içəridən rəng getmə və arxa qapaq aralı qalmışdır. İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində istehlakçılar istehlak etdikləri malların (işlərin, xidmətlərin) lazımi keyfiyyətdə olması hüququna malikdirlər. Həmin Qanunun 5-ci maddəsinə əsasən istehlakçı satıcıdan (istehsalçıdan, icraçıdan) alınmış malın (görülmüş işin, göstərilmiş xidmətin) keyfiyyətinin normativ sənədlərə, müqavilə şərtlərinə uyğunluğu barədə və həmçinin mal (iş. xidmət) haqqında satıcının (istehsalçının icraçının) təqdim etdiyi məlumata cavab verməsini tələb etmək hüququna malikdir. xx.xx.2019-cu il tarixli 00913570 nömrəli Müqaviləyə əlavə olunmuş Zəmanət talonuna əsasən malın zəmanət müddəti 1 ildir. İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən İstehlakçı müqavilə və ya digər qaydalarla müəyyən olunmuş zəmanət müddəti ərzində aldığı malda qüsur və ya saxtalaşdırma aşkar edərsə, öz istəyinə görə satıcıdan və ya istehsalçıdan malı lazımi keyfiyyətli mala dəyişdirməyi; satış qiymətini uyğun məbləğdə azaltmağı: müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini tələb etmək hüququna malikdir. Bu səbəbdən xx.xx.2019 tarixində texniki servisə yaxınlaşıb telefonu başqa bır telefonla əvəz etmələrini və ya ödənişin yarı qiymətinin ödənilməsi üçün xahiş etmişdir. Texniki servisdən isə bunun yalnız 14 gün ərzində mümkün olduğunu, cihazı yalnız təmir üçün qəbul edə biləcəklərini bildiriblər. Qərarla razı olmadığına görə telefonu yenidən təmir üçün təhvil verməmişdir. 07.11 2019-cu il tarixində texniki servisdən telefonun təmirinə qoyulan diaqnozun qərarını götürmək üçün yaxınlaşmış və texniki servisdən təqdim olunan sənəddə cihazda istifadə nəticəsində yaranmış korlanma və LCD dəyişdirilmiş diaqnozu verilmişdir. Ondan ödəniş tələb olunmuşdiur. Halbuki, xx.xx.2019-cu il tarixli 00913570 nömrəli müqaviləyə əlavə olunmuş Zəmanət Talonuna əsasən Texniki servis xidməti, qüsur istehsalçı tərəfindən buraxıldıqda ödənişsiz həyata keçirir və xidmət üçün heç bir ödəniş tələb olunmamalıdır. Ardıcıl olaraq dəfələrlə satışı həyata keçirən mağazaya, 6060 nömrəsinə, sosial media hesablarına müraciət etməyinə baxmayaraq problemi aradan qaldırmaq üçün heç bir addım atılmamışdır. xx.xx.2019-cu il tarixində "xxxxxxxxxxx MMC” tərəfindən zəng vasitəsilə əlaqə saxlanılmış və cihaz üçün ödənişi etmədiyi halda cihazı texniki servisə qaytarmağı tələb etmişdir. Texniki servis xx.xx.2019-cu il tarixində cihazı ondan götürmüş və "OUTLET'ə yönləndirmişdir. OUTLET-in qərarı ilə razı olmadığını bildirmiş və telefon texniki servisə yönləndirilmişdir. Texniki servis isə telefonu ödənişi etmədiyi halda qaytarmayacağını bildirmişdir. Qeyd edilənləri nəzərə alıb iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2019-cu il tarixli 00913570 nömrəli müqavilədən görünür ki, həmin müqavilə «xxxxxxxxxxx» MMC ilə Cavabdeh arasında bağlanmış və «xxxxxxxxxxx» MMC Cavabdeh ümumi dəyəri 686 manat olan bir ədəd İMEİ Kodu **********83736 olan Xiaomi Mi A3 markalı telefon və Xiaomi Mi band 4 saatı 12 ay müddətinə kreditlə-nisyə satmışdır. İşdə olan xx.xx.2019-cu il tarixli müqaviləyə əlavə (Ödəniş cədvəlinin) 2-ci bəndinə əsasən, ödənişlərdə gecikdirmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq peniya ödəyir. Məhkəmə işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edilmişdir ki, Cavabdeh iddiaçı «xxxxxxxxxxx» MMC-dən 686 manat məbləğində bir ədəd İMEİ Kodu **********83736 olan Xiaomi Mi A3 markalı telefon və Xiaomi Mi band 4 saatı 12 ay müddətə kreditlə-nisyə almışdır. Cavabdeh cəmi 2 manat ödəniş etmiş, onun 684 manat əsas borcu qalmışdır. Ona 68 manat cərimə hesablanmışdır. Borc ödənilmədiyindən iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Borc müqaviləsi üzrə hüquq münasibətlərini tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Məhkəmə işin hallarını, maddi hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi əsas borca aid hissədə əsaslıdır. Həmçinin məhkəmə bu nəticəyə gəlir ki, penya borcu yüksək göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək penya pulunu azalda bilər. Məhkəmə kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, peniyanın miqdarı tənasübsüz dərəcədə yüksək hesablandığından azaldılaraq 7 manat həcmində müəyyən edilməlidir. Cavabdehin etirazı ilə bağlı məhkəmə qeyd edir ki, cavabdehin özünün yazılı etirazından görünür ki, texniki xidmət tərəfindən aşkar olunmuşdur ki, malda istifadə nəticəsində yaranmış korlanma, LSD dəyişdirildiyi aşkar olunmuşdur. Zəmanət talonuna görə isə qüsur istehsalçı tərəfindən buraxıldıqda və zəmanət müddətində aşkar olunduqda texniki servis tərəfindən xidmətlər ödənişsiz aparılır. Malda istifadə nəticəsində yaranmış korlanma, LSD dəyişdirildiyi aşkar olunduğundan texniki servis ödəniş tələb etmiş, cavabdeh isə ödəniş etməkdən imtina etmişdir. Həmçinin aylıq ödənişi ödəməmişdir. Belə olan halda iddiaçı «xxxxxxxxxxx» MMC haqlı olaraq məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 684 manat əsas borc və 7 manat cərimə və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun 27,60 manatı - cəmi 718,60 manat məbləğində pul alınaraq iddiaçı «xxxxxxxxxxx» MMC-nin xeyrinə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 684 manat əsas borc və 7 manat cərimə və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun 27,60 manatı - cəmi 718,60 manat məbləğində pul alınaraq iddiaçı «xxxxxxxxxxx» MMC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən H.Q.Səlimov
Məhkəmə qərarları › İş №2(019)-460/2020
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-460/2020
09.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver