Məhkəmə qərarları › İş №2(019)-465/2021

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-465/2021

04.08.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-465/2021 04.08.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X7 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı nikahın pozulması, aliment və uşaqların himayəsində saxlanılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdim : İddiaçı Cavabdeh Məhyəddin oğluna qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək onunla Cavabdeh ilə aralarında 16.03.2011-ci il tarixli 49 saylı Balakən rayon Qeydiyyat Şöbəsində qeydə alınmış nikah akt qeydinin pozulması və Bakı şəhəri Naxçıvanski küçəsi ev 60, mənzil 40-da qeydiyyatda olan , faktiki olaraq Zaqatala şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev 4-də yaşayan Cavabdeh onun xeyrinə hər ay hər uşağa 150 manat olmaqla-cəmi 450 manat məbləğində alimentin 26.09.2011-ci ildə doğulmuş X1, 05.04.2013-cü il tarixdə doğulmuş X2 və 01.07.2016-cı il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün ödənilməsi və boşandıqdan sonra uşaqların onun himayəsində saxlanılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı məhkəməyə ərizə verərək verilmiş 3 ay ərzində cavabdehlə barışmadığını, nikahın pozulmasını və himayəsində olan üç uşağın baxılıb saxlanması üçün hər ay hər bir uşaq üçün 100 (bir yüz) manat aliment təyin olunmaqla iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək göstərdi ki, o, Cavabdeh ilə 16 mart 2011-ci ildə nikahlarını rəsmi qeyd etdirməklə evlənmişlər. Onların birgə nikahlarından 26.09.2011-ci il tarixdə “Yağmur”, 05.04.2013-cü il tarixdə “Fidan” və 01.07.2016-cı il tarixdə “Ömər” adlı övladları doğulmuşdur. Onlar artıq 1 ilə yaxındır ki, ayrı yaşayırlar, ərarvad münasibətləri tamamilə pozulmuşdur, nikahları formal xarakter daşıyır. Ayrılmalarına səbəb bir-biri ilə yola getməmələri və xasiyyətlərinin uyğun gəlməməsi olmuşdur. O, qəti qərara gəlmişdir ki, nikahlarını ləğv etdirsin. Uşaqlar özünün himayəsində yaşayırlar və bundan sonra da uşaqların özünün himayəsində qalmalarını istəyir. Uşaqlar azyaşlı olduğuna görə və uşaqlar onun himayəsində yaşadıqlarına görə cavabdeh uşaqların saxlanılması üçün aliment ödəməlidir. Hesab edir ki, cavabdehin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün hər ay hər uşaq üçün 100 manat aliment qət edilməsini tələb edir.Məhkəmə tərəfindən işə baxılaraq barışıq üçün onlara üç ay vaxt verilmiş, lakin həmin müddət ərzində onlar barışmamılar. Bundan sonra da barışmaqları,ailənin bərpa edilməsi mümkün deyildir.Nikahın pozulmasını tələb edir. İddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Məhyəddin oğlu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Cavabdeh istifadəsində olan ***-***-**-** mobil nömrəli telefon vasitəsi ilə onunla əlaqə saxlanmış, o, bildirmişdir ki, məhkəmə iclasının vaxtı və yeri barədə məlumatı vardır, lakin məhkəmə iclasında iştirak edə bilməyəcəkdir. O,nikahının pozulmasını istəmir və bu barədə ərizə verməmişdir.Ərizəni İddiaçı vermişdir,ona isə bununla bağlı heç nə deyə bilməz. Onun əvvəlki nikahından da bir uşağı vardır.Ayda 350-400 manat əmək haqqı alır. Ona görə də iddiaçının tələb etdiyi miqdarda aliment ödəmək imkanı yoxdur. Həm də o, birgə nikah dövründə tikdirdikləri evi uşaqlarına vermişdir. Bu da nəzərə alınmalıdır. Qanuni qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 16 mart 2011-ci il tarixdə verilmiş AZ-İ seriyalı 643235 nömrəli nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında 16 mart 2011-ci il tarixdə 49 nömrə ilə nikah bağlanmış, nikah bağlanandan sonra arvada Quliyeva soyadı verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 25 yanvar 2012-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 791635 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 26 sentyabr 2011-ci il tarixdə anadan olmuş, atası Cavabdeh, anası isə İddiaçı göstərilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 04 may 2013-cü il tarixdə verilmiş AZ-İİİ seriyalı 102011 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 05 aprel 2013-cü il tarixdə anadan olmuş, atası Cavabdeh, anası isə İddiaçı göstərilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 16 iyul 2016-cı il tarixdə verilmiş AZ-İİİ seriyalı 807720 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 01 iyul 2016-cı il tarixdə anadan olmuş, atası Cavabdeh, anası isə İddiaçı göstərilmişdir. İşdə olan Balakən Rayon İcra Hakimiyyəti başçısının yanında Qəyyumluq və Himayə komissiyasının 04 avqust 2021-ci il tarixli rəyindən görünür ki, komissiya 26.09.2011-ci ildə doğulmuş X1, 05.04.2013-cü il tarixdə doğulmuş X2 və 01.07.2016-cı il tarixdə doğulmuş X3 faktiki analarının yanında yaşamalarını və gələcək mənafelərini nəzərə alaraq onların anaları İddiaçı himayəsində qalmalarını məqsədəuyğun hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında işdə olan sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, İddiaçı 16 mart 2011-ci il tarixdə nikahlarını Balakən rayon Qeydiyyat Şöbəsində rəsmiləşdirməklə Cavabdeh ilə evlənmişdir. Birgə nikahlarından 26.09.2011-ci ildə X4, 05 aprel 2013-cü ildə X5 və 01 iyul 2016-cı ildə isə X6 adında üç uşaqları olmuşdur. Tərəflər xasiyyətlərinin uyğun gəlməməsi səbəbindən ayrılmışlar. Uşaqlar iddiaçının himayəsindədirlər. Tərəflərə barışıq üçün üç ay vaxt verilməsinə baxmayaraq onlar barışmamışlar. İddiaçı nikahın pozulmasını təkidlə tələb edir. Qəyyumluq və himayə komissiyası uşaqların analarının yanında saxlanmasını onların mənafeyinə uyğun hesab edir. Məhkəmə iclasında həmçinin müəyyən edildi ki, tərəflər arasında uşaqların saxlanması ilə bağlı saziş yoxdur. Cavabdeh uşaqların saxlanması üçün iddiaçıya maddi yardım göstərmir.Onun digər nikahından da bir uşağı vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 20.2-ci maddəsinin tələbinə görə tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün üç ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasına təkid etdikdə nikah pozulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2, 22.2.1 və 22.2.2-ci maddələrinə əsasən nikah məhkəmə qaydasında pozularkən ərlə-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya valideynlərdən birinin marağına toxunduqda məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qaldığını müəyyən etməli, uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Həmin Məcəllənin 60.4-cü maddəsinə görə valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Konstitusiyanın 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.1 və 76.1.1-ci maddələrinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcədə aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri- müntəzəm dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2021-ci ildə uşaqlar üçün yaşayış minimumu 175 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə görə aliment alınması haqqında iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən olunur. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, tərəflərə barışıq üçün üç ay vaxt verilsə də barışmamalarını, iddiaçının nikahın pozulmasına təkid etməsini, uşaqların anasının yanında yaşamalarını, Qəyyumluq və himayə komissiyasının uşaqların analarının yanında saxlanmasının onların mənafeyinə uyğun hesab etməsini, tərəflər arasında alimentin ödənməsi ilə bağlı saziş olmamasını, cavabdehin uşaqların saxlanmasına maddi köməklik göstərməməsini, tərəflərin maddi və ailə vəziyyətlərini, iddiaçının alimentin sabit pul məbləğində tutulmasını xahiş etməsini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında bağlanmış, 16 mart 2011-ci il tarixdə Balakən rayon Qeydiyyat Şöbəsində 49 nömrə ilə qeydə alınmış nikah pozulmalı, onların birgə nikahından olan uşaqları- 26 sentyabr 2011-ci ildə anadan olmuş X4, 05 aprel 2013-cü ildə anadan olmuş X5 və 01 iyul 2016-cı ildə anadan olmuş X6 anasının yanında saxlanmalı, ərizənin verildiyi 12 mart 2021-ci il tarixdən başlayaraq 26 sentyabr 2011-ci ildə anadan olmuş X1, 05 aprel 2013-cü ildə anadan olmuş X2 və 01 iyul 2016-cı ildə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 100 (bir yüz ) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməlidir.. 20 manat dövlət rüsumu xərci Cavabdeh alınıb İddiaçı İzəddin qızına verilməlidir. Tərəflərə nikahın pozulması haqqında şəhadətnamə verilərkən İddiaçı 15 (on beş) manat dövlət rüsumu alınmalı, Cavabdeh həmin dövlət rüsumunu ödəməkdən azad edilməlidir. Tərəflərə izah olunmalıdır ki, nikah pozulduqdan sonra ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinə əsasən 3 illik iddia müddəti tətbiq olunur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220,234.2.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 16 mart 2011-ci il tarixdə Balakən rayon Qeydiyyat Şöbəsində 49 nömrə ilə qeydə alınmış nikah pozulsun. Onların birgə nikahından olan uşaqları-26 sentyabr 2011-ci ildə anadan olmuş X4, 05 aprel 2013-cü ildə anadan olmuş X5 və 01 iyul 2016-cı ildə anadan olmuş X6 anası İddiaçı yanında saxlansınlar. 12 mart 2021-ci il tarixdən başlayaraq 26 sentyabr 2011-ci ildə anadan olmuş X1, 05 aprel 2013-cü ildə anadan olmuş X2 və 01 iyul 2016-cı ildə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 100 (bir yüz ) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilsin. 20 manat dövlət rüsumu xərci Cavabdeh alınıb İddiaçı verilsin. Tərəflərə nikahın pozulması haqqında şəhadətnamə verilərkən İddiaçı 15 (on beş) manat dövlət rüsumu alınsın, Cavabdeh həmin dövlət rüsumunu ödəməkdən azad edilsin. Qətnamə alimentə dair hissədə dərhal icra edilsin. Tərəflərə izah olunur ki, nikah pozulduqdan sonra ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinə əsasən 3 illik iddia müddəti tətbiq olunur. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar