Məhkəmə qərarları › İş №2(019)-488/2020

Balakən Rayon Məhkəməsi Qərardad — İş №2(019)-488/2020

16.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № 2(019)-488/2020 16.09.2020 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, məhkəmə iclas katibi Qədirov İbadullah Şamil oğlunun katibliyi, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 ̇oğlunun, Ukalayeva (Sabirova) Nərmin Ziyavəddin qızının və Cavabdeh Hüseyin oğlunun iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 ̇oğlunun, Ukalayeva (Sabirova) Nərmin Ziyavəddin qızının, İddiaçı5 Cavabdeh Hüseyin oğluna qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və Balakən rayonu Qazma kəndində yerləşən 0.47 ha pay torpaq sahəsindən cavabdehin çıxarılması və həmin torpaq sahəsinə mülkiyyət hüquqlarının bərpa edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 ̇oğlu, Ukalayeva (Sabirova) Nərmin Ziyavəddin qızı, İddiaçı5 Cavabdeh Hüseyin oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Balakən rayon Notariat Kontorunun xx.xx.2006-cı il tarixli torpaq sahəsinin alqısatqına dair müqaviləsinin etibarsız hesab edilməsi, Balakən rayonu Qazma kəndində yerləşən onlara məxsus 0.82 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsinin 0.47 ha hissəsindən Cavabdeh Hüseyin oğlunun çıxarılması və həmin torpaq sahəsinə mülkiyyət hüquqlarının bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 ̇oğlu, Ukalayeva (Sabirova) Nərmin Ziyavəddin qızı məhkəməyə ərizə verərək, Cavabdeh Hüseyin oğluna qarşı alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi, Balakən rayonu Qazma kəndində yerləşən 0.47 ha pay torpaq sahəsindən cavabdehin çıxarılması və həmin torpaq sahəsinə mülkiyyət hüquqlarının bərpa edilməsi tələbinə dair iddia əizəsinin geri qaytarılmasını və iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişlər. Məhkəmə iclasında Cavabdeh Hüseyin oğlu işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyini və hazırki iddia ərizəsinin baxılmamış saxlanmasına razı olduğunu bildirmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası MPM-nin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Məhkəmə iş üzrə sənədləri tədqiq edib, yuxarıda şərh edilənlərə əsasən hesab edir ki, iddiaçılar iddia ərizəsinin geri qaytarılmaqla baxılmamış saxlanması barədə ərizə verdiyinə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyinə görə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 ̇oğlunun, Ukalayeva (Sabirova) Nərmin Ziyavəddin qızının və İddiaçı5 Cavabdeh Hüseyin oğluna qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Balakən rayonu Qazma kəndində yerləşən 0.47 ha pay torpaq sahəsindən cavabdehin çıxarılması və həmin torpaq sahəsinə mülkiyyət hüquqlarının bərpa edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanmalı, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçılara qaytarılmalı və iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxsin ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 259-260, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 ̇oğlunun, Ukalayeva (Sabirova) Nərmin Ziyavəddin qızının və İddiaçı5 Cavabdeh qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Balakən rayonu Qazma kəndində yerləşən 0.47 ha pay torpaq sahəsindən cavabdehin çıxarılması və həmin torpaq sahəsinə mülkiyyət hüquqlarının bərpa edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın; iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçılara qaytarılsın; iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxsin ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququ izah edilsin. Qərardaddan surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar