Məhkəmə qərarları › İş №2(019)-501/2020

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-501/2020

04.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-501/2020 04.08.2020 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X5 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh xx.xx.2009-cu il tarixdə anadan olmuş X1 və xx.xx.2011-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək baxılıb saxlanması üçün hər ay hər bir uşaq üçün 170 manat olmaqla –cəmi 340 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianın tələbinin azaldılması barədə məhkəməyə ərizə təqdim edərək Cavabdeh xx.xx.2009-cu il tarixdə anadan olmuş X1 və xx.xx.2011-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək baxılıb saxlanması üçün hər ay hər bir uşaq üçün 120 manat sabit pül məbləğində alimentin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, o, Cavabdeh ilə xx.xx.2009-cu il tarixdə rəsmi nikah bağlamaqla evlənmişdir. Birgə nikahlarından xx.xx.2009-cu il tarixdə X3 və xx.xx.2011-ci il tarixdə isə X4 adında iki uşaqları olmuşdur. Nikaha daxil olduqdan sonra ailə münasibətləri normal olmuşdur. Birbirlərini başa düşmüş və aralarında heç bir narazılıq olmamışdır. Bir müddət keçdikdən sonra ailə münasibətləri tədricən soyumuş, hazırda isə tamamilə kəsilmişdir. Onlar ayrıayrılıqda yaşayırlar. Yetkinlik yaşına çatmayan uşaqları özünün himayəsindədirlər. Cavabdeh onların maddi vəziyyəti ilə maraqlanmır, heç bir köməklik göstərmir. Onun qazancı ilə uşaqların təminatını ödəmək çətindir. Cavabdehin geniş təsərrüfatı, təsərrüfat texnikası traktoru, qoşqusu və digər avadanlıqları vardır. Cavabdehin aylıq qazancı 600- 700 manatdan artıqdır. Lakin buna baxmayaraq cavabdeh uşaqlara baxmır, maraqlanmır və uşaqların aylıq təminatlarını təmin etmir. Ona görə da aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Katex kənd icra nümayəndəliyi tərəfindən xx xxxxx 2009-cu il tarixdə verilmiş AZ-İ seriyalı 472222 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında xx xxxxx 2009-cu il tarixdə nikah bağlanmış, nikah bağlanandan sonra arvada Doxolova soyadı verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Katex kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx xxxxxx 2010-cu il tarixdə verilmiş AZ-İİ seriyalı 378205 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X3 xx.xx.2009-cu il tarixdə anadan olmuş, atası Cavabdeh, anası isə İddiaçı göstərilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Katex kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx xxxxxxxx 2011-cu il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X4 xx.xx.2011-ci il tarixdə anadan olmuş, atası Cavabdeh, anası isə İddiaçı göstərilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, İddiaçı ilə сavabdeh Cavabdeh nikahlarını xx.xx.2009-cu il tarixdə Balakən RİHB-nın Katex kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində rəsmiləşdirməklə evlənmişlər. Birgə nikahlarından xx.xx.2009-cu ildə X3 və xx.xx.2011-ci ildə isə X4 adında iki uşaqları olmuşdur. Tərəflərin birgə nikahlarından olan uşaqları- X3 və X4 anasının himayəsindədirlər. Cavabdeh uşaqlara baxmağa iddiaçıya maddi köməklik göstərmir. Ona görə də iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Konstitusiyanın 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcədə aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri- müntəzəm dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa , yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Uşaq hüquqları haqqında “Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasında “Yaşayış minimumu haqqında” xx xxxxxx 2009-cu il tarixli Qanunun 1-ci bəndinə edilən dəyişikliyə əsasən 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə görə aliment alınması haqqında iddialarda iddanın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən olunur. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, tərəflərin birgə nikahlarından olan uşaqların anasının yanında yaşamalarını, tərəflər arasında alimentin ödənməsi ilə bağlı saziş olmamasını, cavabdehin uşaqların saxlanmasına maddi köməklik göstərməməsini, tərəflərin maddi və ailə vəziyyətlərini, iddiaçının alimenti sabit pul məbləği ilə tələb etməsini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, ərizənin verildiyi xx xxxx 2020-ci il tarixdən başlayaraq xx.xx.2009-cu ildə anadan olmuş X1 və xx.xx.2011-ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay hər bir uşaq üçün 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində aliment alınıb İddiaçı verilməlidir. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220,234.2.1 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. xx xxxx 2020-ci il tarixdən başlayaraq xx.xx.2009-cu ildə anadan olmuş X1 və xx.xx.2011-ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay hər bir uşaq üçün 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən H.Q.Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar