Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-507/2021 01.07.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi-vəkili Vəkil1 və Cavabdeh nümayəndəsi-vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı cehiz əmlakların evdən çıxarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh gəlin gələrkən gətirdiyi cehiz əmlakların; servant, şifoner (paltar şkafı), qoşa çarpayı və 2 ədəd yanında olan balaca şkaf, tryümo (güzgülü şkaf), divan 2 ədəd kreslo ilə birlikdə, uşaq çarpayısı, soyuducu (svizer markalı), paltaryuyan (beko markalı), stol-stul, yazı stolu, ütü stolu, duxovka (kumtel markalı), uşaq beşiyi, televizor (HLG markalı), televizor altlığı, 6 ədəd yorğan, 6 ədəd döşək, 4 ədəd yastıq, 5 ədəd xalça və qab-qacağın mülkiyyət hüququ üzrə ona məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi-vəkili Vəkil1 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh gəlin gələrkən gətirdiyi cehiz əmlakların 1 ədəd servant (qab-qacaq yığan), 1 ədəd şifoner (paltar şkafı), 1 ədəd qoşa çarpayı (krovat) və 2 ədəd yanında olan balaca şkaf (tumboçka), 1 ədəd tryümo (güzgülü şkaf), 1 ədəd divan 2 ədəd kreslo ilə birlikdə, 2 ədəd uşaq çarpayısı körpə üçün, 1 ədəd soyuducu (svizer markalı), 1 ədəd paltaryuyan (Beko markalı), 1 ədəd stol- 6 ədəd stul, 1 ədəd yazı stolu (divanın qarşısına qoyulan), 1 ədəd ütü stolu, 1 ədəd duxovka (kumtel markalı), 1 ədəd uşaq beşiyi, 1 ədəd televizor (51 ekran ELG markalı), 1 ədəd televizor altlığı, 6 ədəd yorğan, 6 ədəd döşək, 4 ədəd yastıq, 5 ədəd xalça və qab-qacağın mülkiyyət hüququ üzrə ona məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasında İddiaçı iddiasını müdafiə edib, onunla əsaslandırmışdır ki, mülkiyyətində ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi vardır. Hüquqları Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən 12.08.2011 -ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmış, ona reyestr nömrəsi **********40-10301 olan çıxarış verilmişdir. X5 Cavabdeh ilə 2010-cu il tarixdə ailə qurmuşdur. Ailə münasibətlərini davam etmək mümkün olmadığı üçün nikahları Balakən Rayon Məhkəməsinin 2(019)941/2019 saylı, 08.11.2019-cu il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Keçmiş gəlini Nurlana azyaşlı uşaqlarını götürərək, evdən getmişdir. Lakin gəlin gələrkən gətirdiyi cehiz əmlak ona məxsus fərdi yaşayış evindədir. Nikahları pozulduğuna və cavabdeh onunla birlikdə yaşamamasına baxmayaraq, Cavabdeh cehiz əşyalarını götürməmişdir. Yaşayış evindən istifadə edə bilmir. Cavabdeh aşağıda adları qeyd etdiyi əşyaları fərdi yaşayış evindədir: 1 ədəd servant (qab-qacaq yığan), 1 ədəd şifoner (paltar şkafı), 1 ədəd qoşa çarpayı (krovat) və 2 ədəd yanında olan balaca şkaf (tumboçka), 1 ədəd tryümo (güzgülü şkaf), 1 ədəd divan 2 ədəd kreslo ilə birlikdə, 2 ədəd uşaq çarpayısı körpə üçün, 1 ədəd soyuducu (svizer markalı), 1 ədəd paltaryuyan (Beko markalı), 1 ədəd stol- 6 ədəd stul, 1 ədəd yazı stolu (divanın qarşısına qoyulan), 1 ədəd ütü stolu, 1 ədəd duxovka (kumtel markalı), 1 ədəd uşaq beşiyi, 1 ədəd televizor (51 ekran ELG markalı), 1 ədəd televizor altlığı, 6 ədəd yorğan, 6 ədəd döşək, 4 ədəd yastıq, 5 ədəd xalça və qab-qacaq cavabdehə məxsus həmin əşyalar onun evində qalmaqla, onun evə dair mülkiyyət hüquqlarını; evə sahib olmaq, evdən istifadə etmək və evə sərəncam vermək hüquqlarını pozur. Ona görə də iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi-vəkili Vəkil1 iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi-vəkili Vəkil2 iddianı qəbul etməyərək, verdiyi izahatında göstərmişdir ki, təmsil etdiyi Cavabdeh iddiaçının X5 ilə nikahlarını Balakən rayon Qeydiyyat Şöbəsində 15 iyul 2010-cu il tarixdə 141 sayla rəsmiləşdirməklə evlənmişlər.Onların birgə nikahından 18 sentyabr 2011-ci il tarixdə X4 və 08 may 2014-cü il tarixdə X7 adında iki uşaqları doğulmuşdur. Cavabdeh bir sıra əşyalarını, həmçinin 1 ədəd servant (qab-qacaq yığan), 1 ədəd şifoner (paltar şkafı), 1 ədəd qoşa çarpayı (krovat) və 2 ədəd yanında olan balaca şkaf (tumboçka), 1 ədəd tryümo (güzgülü şkaf), 1 ədəd divan 2 ədəd kreslo ilə birlikdə, 2 ədəd uşaq çarpayısı körpə üçün, 1 ədəd soyuducu (svizer markalı), 1 ədəd paltaryuyan (Beko markalı), 1 ədəd stol- 6 ədəd stul, 1 ədəd yazı stolu (divanın qarşısına qoyulan), 1 ədəd ütü stolu, 1 ədəd duxovka (kumtel markalı), 1 ədəd uşaq beşiyi, 1 ədəd televizor (51 ekran ELG markalı), 1 ədəd televizor altlığı, 6 ədəd yorğan, 6 ədəd döşək, 4 ədəd yastıq, 5 ədəd xalça və qab-qacağı İddiaçı Məməd oğluna məxsus evə yerləşdirmiş, sonra isə həmin əşyaları X15 ilə birgə nikah dövründə tikdikləri fərdi yaşayış evinə aparmışdır. Cavabdeh və X15 bir neçə il həmin birgə nikah dövründə tikdikləri evdə yaşamışlar. Lakin həmin ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. İddiaçı evi isə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Təmsil etdiyi Cavabdeh 2019-cuü ilin yayından aralarında baş vermiş narazılıqlar nəticəsində X6 faktiki ayrılmış və uşaqları da götürüb atası evinə getmişdir. Balakən Rayon Məhkəməsinin 08.11.2019-cu il tarixli, 2 (019)-94\2019 saylı qətnaməsi ilə İddiaçı X15 ilə Cavabdeh arasında 15 iyul 2010-cu ildə Balakən rayon Qeydiyyat şöbəsində 141 sayla nömrə ilə qeydə alınmış nikah pozulmuş, nikah pozularkən tərəflərin birgə nikahından olan uşaqları- 18 sentyabr 2011-ci il tarixdə doğulmuş X4 və 08 may 2014-cü il tarixdə doğulmuş X7 anaları Cavabdeh yanında saxlanılmış, 18 sentyabr 2011-ci il tarixdə doğulmuş X2 və 08 may 2014-cü il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdeh X6 hər ay qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında alimentin tutularaq, Cavabdeh ödənilməsi qət edilmişdir. Lakin Cavabdeh iddia ərizəsində qeyd etdiyi əşyalarının bir hissəsi onun Elcan Əliyevlə tikdiyi evdə qalmışdır. Sonra İddiaçı həmin əşyaların bir hissəsini öz adına olan evə gətirmiş və digər əşyalarla birlikdə evin aşağı mərtəbəsində saxlamışdır. Cavabdeh Elcan Əliyevlə tikdiyi ev onlara məxsusdur. Ona görə də cavabdehin həmin əşyaları həmin evdə saxlaması qanunidir. O, əşyaların orada olması İddiaçı heç bir mülkiyyət hüquqlarını pozmur və ona heç bir aidiyyəti yoxdur. Bu səbəbdən iddia əsassızdır və rədd olunmalıdır. İddianın təmin olunmamasını xahiş edir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən 0.06 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi 12.08.2011-cı il tarixdə tam mülkiyyət hüququ ilə iddiaçı İddiaçı oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Zaqatala Ərazi İdarəsi verilmiş reyestr nömrəsi **********40-10301 olan Daşınmaz əmlakın texniki pasportundan görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi 06.08.2011-cı il tarixdə tam mülkiyyət hüququ ilə iddiaçı İddiaçı oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon Məhkəməsinin 08.11.2019-cu il tarixli 2(019)-941/2019 nömrəli qətnaməsinin surətindən görünür ki, iddia təmin edilmiş, iddiaçı X15 ilə Cavabdeh arasında 15 iyul 2010-cu ildə Balakən rayon Qeydiyyat şöbəsində 141 sayla nömrə ilə qeydə alınmış nikah pozulması, nikah pozularkən tərəflərin birgə nikahından olan uşaqları- 18 sentyabr 2011-ci il tarixdə doğulmuş X4 və 08 may 2014-cü il tarixdə doğulmuş X7 anaları Cavabdeh yanında saxlanılması, 18 sentyabr 2011-ci il tarixdə doğulmuş X2 və 08 may 2014-cü il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdeh X6 hər ay qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında aliment tutularaq, Cavabdeh ödənilməsi qət edilmişdir. İş materiallarında olan Balakən Rayon Məhkəməsinin 10.06.2021-ci il tarixli yerində müayinə protokolundan görünür ki, iddia ərizəsində göstərilən 1 ədəd servant (qab-qacaq yığan), 1 ədəd şifoner (paltar şkafı), 1 ədəd qoşa çarpayı (krovat) və 2 ədəd yanında olan balaca şkaf (tumboçka), 1 ədəd tryümo (güzgülü şkaf), 1 ədəd divan 2 ədəd kreslo ilə birlikdə, 2 ədəd uşaq çarpayısı körpə üçün, 1 ədəd soyuducu (svizer markalı), 1 ədəd paltaryuyan (Beko markalı), 1 ədəd stol- 6 ədəd stul, 1 ədəd yazı stolu (divanın qarşısına qoyulan), 1 ədəd ütü stolu, 1 ədəd duxovka (kumtel markalı), 1 ədəd uşaq beşiyi, 1 ədəd televizor (51 ekran ELG markalı), 1 ədəd televizor altlığı, 6 ədəd yorğan, 6 ədəd döşək, 4 ədəd yastıq, 5 ədəd xalça və qab-qacaq RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışla İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış ünvan 3 ünvanında 0.06 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin alt hissəsində-açıq zirzəmi hissəsində yerləşir, bu əşyaların heç bir ünvan 3 ünvanında 0.06 ha torpaq sahəsində yerləşən daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış digər evdə yerləşmir. İş materiallarından həmçinin görünür ki, İddiaçı hazırki iddianın qaldırılması üçün 30 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iddiaçının, onun nümayəndəsi-vəkilinin və cavabdehin nümayəndəsivəkilinin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia əsaslıdır və əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, İddiaçı X18 Əli oğlu 15 iyul 2010-cu il tarixdə rəsmi nikahla Cavabdeh qızı ilə evlənmişdir. Cavabdeh İddiaçı mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə gəlin köçmüş və cehiz apardığı əşyaları da həmin evdə yerləşdirmişdir. X12 Əliyevanın birgə nikahlarından 18 sentyabr 2011-ci il tarixdə X4 və 08 may 2014-cü il tarixdə X7 adında iki uşaqları olmuşdur. Cavabdeh 2019-cu ildə uşaqları ilə birlikdə iddiaçının evindən çıxıb atası evinə getmişdir, o vaxtdan da valideynlərinin yanında yaşayır. 12.08.2011-cı il tarixdə sözügedən əşyaların yerləşdiyi fərdi yaşayış evi 0,06 ha torpaq sahəsi ilə birlikdə tam mülkiyyət hüququ ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Cavabdeh qızı iddiaçıya məxsus fərdi yaşayış evində yaşamasa da, özünə məxsus iddia ərizəsində göstərilən 1 ədəd servant (qab-qacaq yığan), 1 ədəd şifoner (paltar şkafı), 1 ədəd qoşa çarpayı (krovat) və 2 ədəd yanında olan balaca şkaf (tumboçka), 1 ədəd tryümo (güzgülü şkaf), 1 ədəd divan 2 ədəd kreslo ilə birlikdə, 2 ədəd uşaq çarpayısı körpə üçün, 1 ədəd soyuducu (svizer markalı), 1 ədəd paltaryuyan (Beko markalı), 1 ədəd stol- 6 ədəd stul, 1 ədəd yazı stolu (divanın qarşısına qoyulan), 1 ədəd ütü stolu, 1 ədəd duxovka (kumtel markalı), 1 ədəd uşaq beşiyi, 1 ədəd televizor (51 ekran ELG markalı), 1 ədəd televizor altlığı, 6 ədəd yorğan, 6 ədəd döşək, 4 ədəd yastıq, 5 ədəd xalça və qab-qacağı İddiaçı məxsus evdən aparmamışdır. Ona görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə işdəki sübutlara hüquqi qiymət verərək, hesab edir ki, Cavabdeh tərəfindən özünə məxsus 1 ədəd servant (qab-qacaq yığan), 1 ədəd şifoner (paltar şkafı), 1 ədəd qoşa çarpayı (krovat) və 2 ədəd yanında olan balaca şkaf (tumboçka), 1 ədəd tryümo (güzgülü şkaf), 1 ədəd divan 2 ədəd kreslo ilə birlikdə, 2 ədəd uşaq çarpayısı körpə üçün, 1 ədəd soyuducu (svizer markalı), 1 ədəd paltaryuyan (Beko markalı), 1 ədəd stol- 6 ədəd stul, 1 ədəd yazı stolu (divanın qarşısına qoyulan), 1 ədəd ütü stolu, 1 ədəd duxovka (kumtel markalı), 1 ədəd uşaq beşiyi, 1 ədəd televizor (51 ekran ELG markalı), 1 ədəd televizor altlığı, 6 ədəd yorğan, 6 ədəd döşək, 4 ədəd yastıq, 5 ədəd xalça və qab-qacağın İddiaçı xüsusi mülkiyyətində olan evdə saxlanması üçün heç bir hüquqi və qanuni əsas yoxdur və həmin əşyalar cavabdeh tərəfindən bu evdən çıxarılmalıdır. Həmin əşyaların heç bir hüquqi və qanuni əsas olmadan iddiaçının xüsusi mülkiyyətində olan evdə saxlanması İddiaçı həmin evə tam şəkildə sahiblik etməsi, evdən istifadə etməsi və sərəncam verməsinə maneələr yaratmaqla mülkiyyət hüquqlarını pozur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində deyilir ki, hər kəs öz əmlakına mülkiyyət hüququnu maneəsiz həyata keçirmək hüququna malikdir. 1 saylı protokolun 1-ci maddəsinin mənası baxımından «mülkiyyət» və «əmlak» anlayışı kifayət qədər genişdir. İqtisadi maraqların geniş spektri, o cümlədən daşınar və daşınmaz əmlak, maddi və qeyri-maddi maraqlar mülkiyyət hüququnun təsir dairəsinə düşür. Bu maddə üzrə məhkəmə presedentlərinə görə mülkiyyət hüququ təkcə dövlət qeydiyyatına alınmış hüquqların deyil, eyni zamanda əmlaka faktiki mülkiyyət hüququnu, torpağa icarə, istifadə hüququnu da mülkiyyət kimi qəbul edir. «X8rşı» məhkəmə işində Avropa Məhkəməsi ərizəçinin dövlət qeydiyyatına alınmamış qanunsuz tikintiyə mülkiyyət hüququ olduğunu bildirmiş və dövlətin üzərinə həmin tikintinin partlayışına görə ərizəçiyə kompensasiya verilməsi vəzifəsini qoymuşdur. Həmin işlə əlaqədar Avropa Məhkəməsi qeyd etmişdir ki, əgər dövlət ərizəçiyə qarşı qanunsuz tikili ilə bağlı heç bir irad bildirməyibsə, onun sökülməsi tələbi ilə məhkəmədə iddia qaldırmayıbsa, deməli, faktiki olaraq ərizəçinin həmin tikiliyə mülkiyyət hüququnu tanımışdır. Roma hüququna görə susmaq razılıq əlamətidir ki, dövlət də bu halda susmaqla, Önər Yıldızın heç bir icazə almadan parkda tikinti inşa edərək ailəsi ilə yaşadığı evə mülkiyyət hüququnu faktiki tanımışdır. «X10rşı» məhkəmə işində Avropa Məhkəməsi vurğulamışdır ki, ərizəçinin torpağa istifadə hüququ və gələcəkdə ondan fayda götürməsi barədə gözləntiləri də mülkiyyət hüququnu təşkil edir və bu hüquq Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinin (mülkiyyət hüququ) müdafiə dairəsinə düşür. «Payn Velli developments Ltd» şirkəti İrlandiyaya qarşı işdə Avropa İnsan Hüquqları Məhkəməsi qərara almışdır ki, müəyyən halların baş verəcəyini hüquqa uyğun gözləmə 1 saylı protokolun 1-ci maddəsinin müdafiə etdiyi hüquq, yəni mülkiyyət hüququ sayıla bilər. Həmin işdə ərizəçi torpaq sahəsi almış və orada tikinti həyata keçirməyi planlaşdırmışdı. Avropa Məhkəməsi tikintini həyata keçirilməsinə maneəni 1 saylı protokolun 1-ci maddəsinin pozuntusu kimi qiymətləndirmişdir. “İnsan hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələ edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 240.1-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və uçura bilər, öz sahəsinda başqa şəxsin tikinti aparmasına icazə verə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 240.2-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi özünə mənsub sahədə ucaldılmış və ya yaradılmış binaya, qurğuya və digər daşınmaz əmlaka mülkiyyət hüququ əldə edir. «Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 02 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarında belə bir hüquqi mövqe ifadə edilmişdir ki, sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. F.Ə.Hüseynovun və A.Ə.Qasımovun şikayəti ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 19 noyabr 2004-cü il tarixli qərarında göstərilir ki, hüququn dövlət qeydiyyatına alınmasına qədər şəxs ona verilən əşyanın hüquqi əsası olan (titul) sahibi sayılır. Bu isə daşınmaz əşyanın əldə edən barəsində mülkiyyət hüququnun əmələ gəlməsini ehtiva edən hüquqi fakt kimi çıxış edir. İş üzrə Cavabdeh tərəfindən iddia predmetini təşkil edən əşyaların İddiaçı xüsusi mülkiyyət hüququ əsasında məxsus olan evdə qalmasının qanuni və hüquqi əsaslarının mövcudluğu barədə məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Bu xüsusda məhkəmə cavabdehin nümayəndəsi-vəkilinin iddia predmetini təşkil edən əşyaların Cavabdeh ilə iddiaçının X5 ilə birgə nikah dövründə tikdiyi evdə olması, həmin evə Cavabdeh da mülkiyyət hüquqlarının olması və bu əşyaların cavabdehə də birgə mülkiyyət hüququ əsasında məxsus olan evdə olmasının iddiaçının heç bir hüququnu pozmaması və qanuni əsaslarla yerləşməsi barədə iddia tələbinə etirasının əsaslandırıldığı hallara hüquqi qiymət verərək, hesab edir ki, həmin etiraz əsassızdır və qəbul olunmamalıdır. Belə ki, əvvəla, işdəki sübutlardan görünür ki, cavabdehə məxsus iddia predmetini təşkil edən əşyalar İddiaçı xüsusi mülkiyyət hüququ əsasında məxsus olan fərdi yaşayış evində yerləşir. Həmin əşyaların heç biri cavabdehin nümayəndəsivəkilinin qeyd etdiyi ikinci evdə yerləşmir. Digər tərəfdən, İddiaçı xüsusi mülkiyyətində olan 0,06 ha torpaq sahəsində tikilmiş ikinci ev Cavabdeh və X9 adına ümumi birgə mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Yuxarıda istinad olunan qanun normalarının tələbinə görə daşınmaz əmlaka hər hansı hüquq, o cümlədən mülkiyyət hüququ mütləq qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalıdır. Yalnız daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış daşınmaz əmlaka dair hər hansı hüquq tanınır və hüquqi nəticələrə səbəb olur. İş üzrə cavabdeh tərəfindən sözügedən evin Cavabdeh və X9 adına ümumi birgə mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmiş və iddiaya etirazının əsaslandırıldığı hallar sübut olunmamışdır. Bundan başqa, sözügedən ev İddiaçı xüsusi mülkiyyətində olan 0,06 ha torpaq sahəsində tikilmiş və kiminsə adına dövlət reyesrində qeydə alınmamışdır. Cavabdeh 2019-cu ildən sözügedən bu evdə yaşamır və evə dair hər hansı hüquqa malik deyildir. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh məxsus sözügedən əşyaların heç bir hüquqi əsas olmadan İddiaçı məxsus evdə qalması, iddiaçının həmin evə istədiyi kimi sahiblik etməsi, ondan istifadə etməsi və ona dair sərəncam verməsinə maneçilik yaratmaqla, evə sahiblik, istifadə və sərəncam hüquqlarını pozur ki, həmin pozuntu da aradan qaldırılmalı və İddiaçı qeyd edilən evə sahiblik, istifadə və sərəncam hüquqları olmaqla, mülkiyyət hüquqları tam şəkildə bərpa olunmalıdır. Məhkəmə Cavabdeh İddiaçı xüsusi mülkiyyətində olan fərdi yaşayış evindən istifadə hüququnun olmamasını, buna baxmayaraq iddiaçı tələb etsə də, iddianın predmetini təşkil edən əşyalarını iddiaçının mülkiyyətində olan evdən götürməməsini nəzərə alaraq, hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara qeyd edilən hüquq normalarına uyğun qiymət verərək bu nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh məxsus 1 ədəd servant (qab-qacaq yığan), 1 ədəd şifoner (paltar şkafı), 1 ədəd qoşa çarpayı (krovat) və 2 ədəd yanında olan balaca şkaf (tumboçka), 1 ədəd tryümo (güzgülü şkaf), 1 ədəd divan 2 ədəd kreslo ilə birlikdə, 2 ədəd uşaq çarpayısı körpə üçün, 1 ədəd soyuducu (svizer markalı), 1 ədəd paltaryuyan (Beko markalı), 1 ədəd stol- 6 ədəd stul, 1 ədəd yazı stolu (divanın qarşısına qoyulan), 1 ədəd ütü stolu, 1 ədəd duxovka (kumtel markalı), 1 ədəd uşaq beşiyi, 1 ədəd televizor (51 ekran ELG markalı), 1 ədəd televizor altlığı, 6 ədəd yorğan, 6 ədəd döşək, 4 ədəd yastıq, 5 ədəd xalça və qab-qacaq İddiaçı xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılmalıdır. Həmçinin iddianın təmin olunması nəticəsinə gəlindiyi üçün Cavabdeh 30 manat məbləğində dövlət rüsumu alınıb, İddiaçı verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallada iddia tələblərindən kənara çıxa bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh məxsus 1 ədəd servant (qab-qacaq yığan), 1 ədəd şifoner (paltar şkafı), 1 ədəd qoşa çarpayı (krovat) və 2 ədəd yanında olan balaca şkaf (tumboçka), 1 ədəd tryümo (güzgülü şkaf), 1 ədəd divan 2 ədəd kreslo ilə birlikdə, 2 ədəd uşaq çarpayısı körpə üçün, 1 ədəd soyuducu (svizer markalı), 1 ədəd paltaryuyan (beko markalı), 1 ədəd stol- 6 ədəd stul, 1 ədəd yazı stolu (divanın qarşısına qoyulan), 1 ədəd ütü stolu, 1 ədəd duxovka (kumtel markalı), 1 ədəd uşaq beşiyi, 1 ədəd televizor (51 ekran LG markalı), 1 ədəd televizor altlığı, 6 ədəd yorğan, 6 ədəd döşək, 4 ədəd yastıq, 5 ədəd xalça və qabqacaq İddiaçı xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılsın; Cavabdeh 30 manat məbləğində dövlət rüsumu alınıb, İddiaçı verilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Z.C.Tahirov
Məhkəmə qərarları › İş №2(019)-507/2021
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-507/2021
01.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver