Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-513/2020 16.07.2020 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadulla Şamil oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə İddiaçı cavabdbehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı alqı-satqı müqaviləsinin etibarlı hesab edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdbehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə Balakən rayon Məhkəməsinə müraciət edərək, x1, Cavabdeh1 Mollaisə qızının, x2 və Cavabdeh3 mülkiyyətinə Balakən rayonu Tülü kəndində yerləşən kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün verilmiş JN 860 KOD 40114018 olan Dövlət Aktında göstərilmiş planşet nömrəsi JN 860W olan 5666.00 kvm torpaq sahəsinə dair onunla cavabdehlər arasında bağlanmış 06 dekabr 2004-cü il tarixli alqı-satqı müqaviləsinin etibarlı hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə verərək x1, Cavabdeh1 Mollaisə qızının, x2 və Cavabdeh3 mülkiyyətinə verilmiş Balakən rayonu Tülü kəndində yerləşən kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün verilmiş JN 860 KOD 40114018 olan Dövlət Aktında göstərilmiş planşet nömrəsi JN 860W olan 0,56 ha torpaq sahəsinə dair onunla cavabdehlər arasında bağlanmış 25 aprel 2002-ci il tarixli alqı-satqı müqaviləsinin etibarlı hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddianı müdafiə edərək, onunla əsaslandırmışdır ki, İddiaçı Balakən rayonunun Tülü kəndində yaşayır. Cavabdehlər həmkəndliləridir. Cavabdeh1 Mollaisə qızına və onun ailə üzvlərinə Balakən rayon x4 07.12.1997-ci il tarixli, 37 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün 0,74 ha pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə JN 860 KOD 40114018 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı verilmişdir. x5 ölmüşdür. Onun ailə üzvləri olan Cavabdeh1 Mollaisə qızı, x6 və Cavabdeh3 onlara çöl sahəsindən verilmiş planşet nömrəsi JN 860W olan 5666.00 kvm torpaq sahəsini istifadə edə bilmədiklərinə görə satmaq istədiklərini bildirmişlər. 25 aprel 2002-ci ildə icra nümayəndəsinin, bələdiyyə işçilərinin, Cavabdeh1 Mollaisə qızı, x6, Cavabdeh3 və iddiaçının iştirakı ilə Balakən rayon Tülü kənd x3ra məxsus olan çöl sahəsindən verilmiş planşet nömrəsi JN 860W olan 5666.00 kvm torpaq sahəsini ona satmalarına dair akt tərtib edilmiş və orada iştirak edənlər həmin sənədə imza etmişlər. Torpağın müqabilində iddiaçı cavabdehlərə o vaxtkı məzənnə ilə 225000 (iki yüz iyirmi beş min) manat verməklə, həmin torpağı onlardan almışdır. Bundan sonra onlar torpaq sahəsini və onun hüquqmüəyyənedici sənədi olan JN 860 KOD 40114018 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktını iddiaçıya təhvil vermişlər. Cavabdehlər bildirmişlər ki, bir neçə ay sonra alqı-satqını notarial qaydada rəsmiləşdirəcəklər. Onlara inandığına görə iddiaçı bununla razılaşmışdır. Həmin torpaq sahəsinin alqı-satqı müqaviləsini notariat kontorunda təsdiq etdirmək üçün müvafiq sənədlər hazırlandıqdan sonra alqı-satqı müqaviləsini təsdiq etdirəcəkləri barədə razılıq əldə etmişlər. Bundan sonra o da həmin torpaq sahəsindən istifadə etmiş, torpağı yaxşlaşdırmış, orada hər il yonca əkmişdir. Bundan sonra dəfələrlə cavabdehlərə daşınmaz əmlakın notarial qaydada rəsmiləşdirilməsi üçün müraciət etsə də, onlar notariat kontoruna gəlməmişlər. 2020-ci ildə Cavabdeh1 Mollaisə qızı iddiaçıya müraciət edərək, torpaq sahəsini geri tələb etdiyini bildirmişdir. Bundan sonra cavabdehlərlə aralarında mübahisə olmuşdur. Tərəflər arasında alqı-satqı müqaviləsi bağlanarkən cavabdehlər söz vermişdilər ki, həmin torpaq sahəsinin alqı-satqı müqaviləsini notariat kontorunda təsdiq etdirmək üçün müvafiq sənədlər hazırlandıqdan sonra alqı-satqı müqaviləsini yaxın vaxtlarda notariat kontorunda təsdiq etdirəcəklər. 18 ildir ki, həmin torpaq sahəsi iddiaçının qanuni istifadəsindədir. Göründüyü kimi, cavabdehlər tərəfindən 25 aprel 2002-ci ildə iddiaçıya satılan torpaq sahəsi tamamilə qanuni və əsaslı olaraq təyinatı üzrə istifadə olunmuş, iddiaçı tərəfindən əkinçilik və maldarlıq üçün istifadə olunmuş, müvafiq qaydada torpaq vergisi ödənilmişdir. Lakin cavabdehlər tərəfindən Azərbaycan Respublikası Mülki Qanunvericiliyinin tələbləri pozularaq, üzərinə düşən öhdəliklər yerinə yetirilməmiş, nəticədə iddiaçınvın aldığı torpaq sahəsinin onun adına rəsmiləşdirilməsi həyata keçirilməmişdir. Məhkəmənin tərəflər arasındakı müqaviləni etibarlı hesab etməyə qətnamə çıxarmaq hüququ vardır. Həmçinin mübahisəli torpaq sahəsinin alqı-satqısına dair əldə olunmuş razılıq qanuna zidd olmamışdır. Qeyd edilənləri nəzərə alıb, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul edərək, izahatında göstərdi ki, Balakən rayonu Tülü kəndində yaşayır. Dövlət tərəfindən torpaq islahatı aparılarkən ona və ailə üzvlərinə Balakən rayon x4 07.12.1997-ci il tarixli, 37 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün 0,74 ha pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə JN 860 KOD 40114018 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı verilmişdir. O və ailə üzvləri olan x6, Cavabdeh3 onlara çöl sahəsindən verilmiş planşet nömrəsi JN 860W olan 5666.00 kvm torpaq sahəsini istifadə edə bilmədiklərinə görə satmaq istədiklərini bildirmişlər. 25 aprel 2002-ci ildə icra nümayəndəsinin, bələdiyyə işçilərinin, onun, x6, Cavabdeh3 və iddiaçının iştirakı ilə Balakən rayon Tülü kənd x3ra məxsus olan onlara çöl sahəsindən verilmiş planşet nömrəsi JN 860W olan 5666.00 kvm torpaq sahəsini iddiaçıya satmalarına dair akt tərtib edilmiş və orada iştirak edənlər həmin sənədə imza etmişlər. Torpağın müqabilində iddiaçı onlara o vaxtkı məzənnə ilə 225000 (iki yüz iyirmi beş min) manat verməklə həmin torpağı onlardan almışdır. Bundan sonra onlar torpaq sahəsini və onun hüquqmüəyyənedici sənədi olan JN 860 KOD 40114018 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktını iddiaçıya təhvil vermişlər. Onlar bir neçə ay sonra alqı-satqını notarial qaydada rəsmiləşdirəcəkləri ilə bağlı razılaşmışlar. Sonradan o və uşaqları notariat kontoruna getməkdən yayınmış və nəticədə 25 aprel 2002-ci il tarixli alqı-satqı müqaviləsinin təsdiq edilməməsi onların təqsirindən baş vermişdir. Hazırda iddianı qəbul və etiraf edir. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 Cavabdeh1 izahatına uyğun eyni məzmunlu izahat verərək, iddianı qəbul və etiraf etdiyini bildirmiş və iddianın təmin olunmasını barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh3 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən hazırki işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən JN 860 KOD 40114018 olan Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Balakən rayon x4 07.12.1997-ci il tarixli, 37 nömrəli qərarı ilə x5, Cavabdeh1 Mollaisə qızı, x6 və Cavabdeh3 ümumi birgə mülkiyyətinə Balakən rayonu Tülü kəndi ərazisindən 0,74 ha kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən rayon Tülü İcra Nümayəndəliyi tərəfindən 25 aprel 2002-ci il tarixdə notarial qaydada təsdiq edilmiş AKTdan görünür ki, Cavabdeh1 Mollaisə qızı, x6 və Cavabdeh3 860 saylı Dövlət Aktına əsasən Tuğay çöl sahəsindəki beş bulaq fermasının yanından düşmüş 0,56 ha pay torpağını 225000 (iki yüz iyirmi beş min) manata İddiaçı satmışlar. İşə əlavə edilən və məhkəmə iclasında tədqiq edilən cavabdehlər Cavabdeh1 Mollaisə qızı və x2 Balakən Rayon Məhkəməsinə ünvanladıqları ərizədən görünür ki, onlar İddiaçı onlara qarşı 0,56 ha torpaq sahəsinə dair 25 aprel 2002-ci il tarixli alqı-satqı müqaviləsinin etibarlı hesab edilməsi barədə iddiasını qəbul və etiraf edir və bu barədə qətnamə çıxarılmasına etiraz etmirlər. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehlərin izahatlarını dinləyib, təqdim edilmiş sübutlara hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları araşdırılarkən müəyyən olunmuşdur ki,Cavabdeh1 Mollaisə qızı, x6 və Cavabdeh3 ümumi birgə mülkiyyətində olan Balakən rayonu Tülü kəndi ərazisində Tuğayçöl adlanan sahədə yerləşən 0,56 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün verilmiş torpaq sahəsini 25 aprel 2002-ci il tarixdə İddiaçı 225000 (iki yüz iyirmi beş min) manata satmışlar. Həmin vaxt cavabdeh tərəf zəruri sənədləri tədqim etmədiyindən həmin əqd notariat qaydasında təsdiq olunmamışdır. Lakin alqı-satqı barədə tərəflərin iştirakı ilə yazılı sənəd tərtib olunmuş və həmin sənədi tərəflər imzalamışlar. Cavabdeh1 Mollaisə qızı, x6 və ailə üzvləri torpaq sahəsini İddiaçı sahibliyinə və istifadəsinə vermişlər. Həmin vaxtdan İddiaçı sözügedən 0,56 ha torpaq sahəsinə titul sahibliyi qazanmış və torpaq sahəsindən fasiləsiz və etirazsız istifadə etmişdir. İddiaçı hazırda cavabdehlərdən alqısatqı müqaviləsinin notarial qaydada təsdiq edilməsini xahiş edir, cavabdehlər isə notariat kontoruna gəlməkdən boyun qaçırırlar. Cavabdehlər notariat kontoruna müqavilənin bağlanması üçün gəlmədiyinə görə İddiaçı 25 aprel 2002-ci il tarixli alqı-satqı müqaviləsinin etibarlı hesab edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəllənin 646.1-cı maddəsinə əsasən daşınmaz əmlakın alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini,evi,binanı,qurğunu,mənzili və ya digər əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 24 iyun 2005-ci ilə kimi qüvvədə olmuş 335.2-ci maddəsinin tələbinə görə əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir. İ.K.Rəcəbovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 3 iyun 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 mart 2006-cı il tarixli qərarında qeyd edilir ki, yuxarıda göstərilən maddənin mahiyyətinə görə əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur: -əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; -məhz əks tərəf əqdin notarial qaydasında təsdiqlənməsindən yayınmalı; -əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Axırıncı məqam qanunvericiliklə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. İşmateriallarındangörünürki, tərəflərarasındabağlanmış 25 aprel 2002-ci iltarixli 0,56 hatorpaqsahəsinin alqı-satqı müqaviləsinin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin-yənicavabdehtərəfin təqsiri ucbatından baş vermiş, məhz əks tərəf əqdin notarial qaydasında təsdiqlənməsindən yayınmışvəəqdin özü qanuna zidd olmamış və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmişdir. OnagörədəhazırkiişəmübahisəlihüquqmünasibətlərininyarandığızamanqüvvədəolanA zərbaycanRespublikasıMülkiMəcəlləsinin 335.2 vəİ.K.Rəcəbovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 3 iyun 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 mart 2006-cı il tarixli qərarının tələbləri şamil olunmalı və iddia təmin edilməlidir. Məhkəmə iş üzrə cavabdehlər Cavabdeh1 Mollaisə qızı və x2 yazılı şəkildə ərizə verməklə, iddianı etiraf etməsinə hüquqi qiymət verərək, hesab edir ki, yazılı şəkildə edildiyindən, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından və qanuna zidd olmadığından, bu etiraf qəbul olunmalı və iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Azərbaycan Respublikası MPM-nin 52.5-ci maddəsinə əsasən o cümlədən iddanın cavabdeh tərəfindən etiraf edilməsi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 191.3-cü maddəsinə əsasən cavabeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası MPM-nin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə, qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq olunan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlar tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, tərəflər arasında torpaq sahəsinin alqı-satqısı ilə bağlı yazılı əqd bağlanmasını, əqdin qanuna zidd olmamasını, cavabdehlərin razılaşma əsasında və iradə ifadəsinin nəticəsi olaraq həmin torpaq sahəsini iddiaçının istifadəsinə və sahibliyinə vermələrini, cavabdehlərin əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalarını nəzərə alaraq, hesab edir ki, iddia təmin edilməli, JN-860 saylı KOD 40114018 saylı Torpağa Mülkiyyət Hüququna Dair Dövlət Aktına əsasən x1, Cavabdeh1 Mollaisə qızının, x2 və Cavabdeh3 ümumi birgə mülkiyyətinə verilmiş Balakən rayonu Tülü kəndində yerləşən planşet nömrəsi JN 860W cizgidə göstərilən kənd təsərrüfatı təyinatlı 0,56 ha torpaq sahəsinin İddiaçı satılması barədə Cavabdeh1 Mollaisə qızı, x6 və Cavabdeh3 ilə İddiaçı arasında bağlanmış 25 aprel 2002-ci il tarixli alqı-satqı müqaviləsi etibarlı hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. JN-860 saylı KOD 40114018 saylı Torpağa Mülkiyyət Hüququna Dair Dövlət Aktına əsasən x1, Cavabdeh1 Mollaisə qızının, x2 və Cavabdeh3 ümumi birgə mülkiyyətinə verilmiş Balakən rayonu Tülü kəndində yerləşən planşet nömrəsi JN 860W cizgidə göstərilən kənd təsərrüfatı təyinatlı 0,56 ha torpaq sahəsinin İddiaçı satılması barədə Cavabdeh1 Mollaisə qızı, x6 və Cavabdeh3 ilə İddiaçı arasında bağlanmış 25 aprel 2002ci il tarixli alqı-satqı muüqaviləsi etibarlı hesab edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov
Məhkəmə qərarları › İş №2(019)-513/2020
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-513/2020
16.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver