Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-526/2020 24.09.2020 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, İddiaçı və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı ziyan tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 oglu və Cavabdeh2 ödənilməli olan borc qalığı 3250 manat, vurduğu maddi ziyanın əvəzi olaraq 8 baş buzovlara görə 7200 (yeddi min iki yüz) manat olmaqla ümumilikdə 10250 manat pulun tutulub, İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ödənilməli olan borc qalığı 3250 manat, vurduğu maddi ziyanın əvəzi olaraq 8 baş buzovlara görə 7200 (yeddi min iki yüz) manat olmaqla, ümumilikdə 10250 manat pulun tutulb, İddiaçı verilməsi barədə qətnamə qəbul etməsini xahiş etdiyini, tələbində dəymiş zərərin ümumilikdə texniki səhv olaraq 10250 manat kimi göstərilməsini qeyd edərək, iddia ərizəsində cavabdehlərdən müştərək qaydada tutulub ona verilməli olan məbləğin 10450 manat kimi qəbul edilməsini xahiş etmişdir. Ərizə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, üç övlad anasıdır. Həyat yoldaşı avtomobil qəzasında dünyasını dəyişəndən sonra uşaqlarını təkbaşına böyütmək onun üzərinə düşmüşdür. Həyat tərzi çox çətin, yaşayış yeri isə həddindən çox pis vəziyyətdədir. Uşaqlarına nəyin bahasına olursa-olsun baxmaq üçün həyətyanı torpaq sahəsində mal-qara saxlamaq qərarına gəlmiş və bir neçə il həmin mal-qaranı baxmaqla sayını artıra bilmişdir. Universitetdə oxuyan oğlunun təhsil xərclərini ödəmək məqsədilə heyvanlardan bir neçəsini satmaq fikrinə düşmüşdür. Malları almaq üçün müştəri gələndə, qonşuluqda yaşayan Cavabdeh1 oglu eşitmişdir ki, malları satır, malları almaq üçün Arif adlı bir şəxslə evinə gələrək, malları özləri almaq istədiklərini bildirmiş, qonşudur deyə, Bəkirlə razılaşmışdır. 4 inək, 4 bala və bir erkək dananı seçmiş və 9 baş heyvanı 6700 manata qiymətləndirdikdən sonra qonşusu Bəkir malları Ariflə birlikdə bağlayaraq, gəldikləri maşına yükləyərək aparmış, malları apararkən onlar ona heç bir ödəniş etməmişlər. Bəkir qonşudur deyə, ona etibar edərək, pul barədə heç nə deməmişdir. Ancaq onlardan xahiş etmişdir ki, bu malları oğlunun təhsili üçün satır. Beləliklə, hər ikisi malları maşınlara yükləyərək, aparmışlar. Bir aydan sonra o, Arifdən 2000 min manatpulu istəyəndə, ona 650 manat pul vermiş, bundan sonra Arif ona bildirmişdir ki, iki gündən sonra geridə qalanı verəcəkdir. İki gündən sonra Arifə zəng edib, pulu istəyəndə, onun həyat yoldaşı onu telefonda söyərək, təhqir etməyə başlamışdır. Bundan dərhal sonra o, Bəkirə zəng edərək, onların hərəkətlərindən şikayət edəndə, Bəkir ona bildirmişdir ki, onun Arifdə 4000 manat pulu olduğundan, onu ala bilmədiyindən, onun dələduz olmasını ona deyə bilməmişdir. Bunların hərəkətlərindən belə çıxır ki, onlar ona qarşı bu hərəkəti bilərəkdən törətmişlər. Bundan sonra onlar həmin pulu verməkdən imtina etməyə başlamışlar. Görmüşdür ki, pulu ala bilmir, o, Balakən Rayon Polis Şöbəsinə şikayət etmiş və şikayəti əsasında polis şöbəsində Arif və arvadı polisə çagrılaraq, İlqar Qasımov tərəfindən izahatları alınan zaman Arif izahat vermişdir ki, həqiqətən də o, ondan 9 baş mal-qara aparmış və 6700 manata danışdıqdan sonra ona 650 manat vermiş,qalan 6050 manatını isə sentyabrın 20-də verəcəyinə söz verir və bu barədə yazılı izahat yazmışdır. Bundan sonra cavabdehlər geridə qalan pulu ödəməkdən yayındığına görə, cavabdehlərin tanışı olduğunu bildirən Mahir adlı şəxs ona zəng edərək, ona kömək etmək istədiyini demişdir. Həmin şəxs polis şöbəsinin əməkdaşı olan Əhmədov Turalla danışıdıqdan sonra Tural onlardan 1500 manat pulu götürərək, ona qaytarmışdır. Onlar söz verdilər ki, qalan pulu da az-az ödəyəcəklər. Təkrar şikayəti əsasında 2019-cu ilin sonlarında yenə də polis şöbəsinin işçiləri onlardan 1300 manat da alaraq, ona qaytarmışlar. Geridə qalan 3250 manat pulu indiyəcən onlardan ala bilmir. Polisin araşdırmalarından və cavabdehlərin etiraflarından da görünür ki, onlar ondan 9 baş mal-qara aparıblar, aparmamışdırlarsa, bəs polis nəyin əsasında onlardan bu məbləği alaraq, ona qaytarmışdır? 2018-ci ildən həmin mallara baxsaydı, bir xeyli gəlir əldə edə bilərdi. Hər iki dələduzun qanunsuz hərəkətlərindən həm mallarından, həm də geridə qalan alacaq puldan və gəlirdən məhrum olmuşdur. Onun heyvandarlıqla məşğul olması yaşadığı Balakən rayonu Gərəkli kənd X19nin 603 saylı, xx.xx.2020-ci il tarixli arayışı ilə təsdiq olunur. Buna görə də həmin mallar 2019-cu və 2020-ci illər olmaqla, onda olmuş olsaydı, Kənd Kəsərrüfatı Nazirliyinin Balakən Dövlət X13 140 saylı, xx xxxx 2020-ci il məktubundan da göründüyü kimi, həmin ana inəklərdən 8 baş bala ala bilərdi. Həmin balaların da indiki bazar qiymətlərinə görə Sultan MMC-nin xx.xx.2020-ci il tarixli, 791 savlı arayışında göstərilən 2019-cu ildə bir baş 1.6 yaşar düyənin bazar satış qiyməti 1200 manat, dörd baş düyənin ümumi dəyəri 4800 manat, 2020-ci ildə 1 baş altı aylıq dişi düyənin orta bazar satış qiyməti 600 manat, dörd baş altı aylıq düyələrin orta bazar satış qiyməti 2400 manat təşkil edir. Cavabdehlər mallarının bir qismini öz həyətlərində saxlamaqla, nə mallarını qaytarmır, nə də ki, vurduqları zərərin əvəzini ödəmirlər. xx xxxxx 2020-ci il tarixində Balakən Rayon Polis Şöbəsinə sorğu ilə müraciət edərək, x xxxxxxxx 2018-ci il tarixində hər iki cavabdehlərin polis şöbəsinə çagrılaraq, onlardan alınan izahatların surətlərinin verilməsini xahiş edəndə, polis şöbəsinin xx.xx.2020-ci il tarixli məktubunda müraciətində qeyd olunan xüsusatların məhkəmə səlahiyyətlərinə aid olması bildirilmişdir. Eyni ilə polis şöbəsinin digər xx.xx.2020-ci il tarixli məktubunda Cavabdeh2 və Cavabdeh1 alınmış izahatların surətlərinin verilməsi məhkəmə tərəfindən edilmiş sorğu əsasında veriləcəyi qeyd edilmişdir. 2018-ci ildən bu günə kimi bir çox şikayət ərizələri ilə hüquq-mühafizə orqanlarına şikayət etsə də, onun şikayətində cavabdehlərə qarşı heç bır qanuni tədbir görülmür və yaxud da görmək istəmirlər. Şikayət etdikcə cavabdehlər ona bildirirlər ki, istədiyin yerə şikayət et, biz onların ağzını yummuşuq. Cavabdehlərin belə arxayın olmalarının səbəbini öyrənəndə məlum oldu ki, onlar polisin təhrikçiləridir, ona görə də onun şikayətinə baxılmır. Cavabdehlərin müxtəlif tarixlərdə verdikləri müxtəlif məzmunlu ziddiyətli ifadələr məhkəmə tərəfindən əldə edildiyi təqdirdə onların izahatlarından cavabdehlərin ondan malları götürmələri məlum olacaqdır. Cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində onun qanunla qorunan mülkiyyət hüquqları pozulub. Cavabdehlər ona məxsus mal-qaranın bir hissəsini və yaxud da onların dəyəri olan 3250 manat pulu qanunsuz olaraq özlərində saxlamaları, onun həmin əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüquqlarını məhdudlaşdırır, bu da onu deməyə əsas verir ki, iki il ərzində o, həmin malların sayını artırmaqla sata bilərdi və xeyli gəlir əldə edə bilərdi. Sultan MMCnin verdiyi indiki bazar qiymətlərinə görə malların balalarını satmaqla əlavə olaraq 7200 manat qazanc əldə edə bilərdi. Cavabdehlərin belə bir hərəkətləri nəticəsində xeyli zərərə düşmüşdür. Məhkəmə iclasında İddiaçı iddiasını müdafiə edərək, iddia ərizəsində yazılanlara uyğun izahat vermiş və əlavə olaraq göstərmişdir ki, təqribən 2018-ci ilin avqust ayında Cavabdeh2 4 baş inək, onların yanında 4 baş bala və 1 baş erkək dananı cəmi 6700 manata nisyə satmışdır. Cavabdeh2 həmin malların pulunu 2018-ci ilin sentyabr ayına kimi ödəməli idi. Arif həmin malları Cavabdeh1 idarə etdiyi avtomaşınla aparmışdır. O, malların alqı-satqısı, qiyməti və ödənilmə vaxtı ilə bağlı Cavabdeh1la heç bir danışıq aparmamışdır. Yəni Cavabdeh1 ondan mal almamışdır. Onun tələblərindən sonra Cavabdeh2 2018-ci il avqust ayının 16-da ona malların pulundan 650 manat vermişdir. Pulun qalan hissəsinin verilmədiyini görəndən sonra o, 2018-ci ilin oktyabr ayında Balakən Rayon Polis Şöbəsinə şikayət etmişdir. 2018-ci ilin oktyabr ayının axırlarında Cavabdeh2 polis işçisi Tural Əhmədovun otağında ona daha 1000 manat pul vermişdir. Bundan 1 həftə sonra polis işçisi İsa Yolçuyev ona zəng edərək, Arifin yoldaşının ona 500 manat pul gətirdiyini bildirmiş, o da oğlu Orxan Zeynalovu həmin 500 manatı almaq üçün polis şöbəsinə göndərmişdir. Orxan da həmin 500 manatı götürərək, ona vermişdir. 2019-cu ilin dekabr ayında polis işçisi Tale Bayramov 1300 manat pulu Cavabdeh2 götürüb, ona vermişdir. Ümumilikdə Cavabdeh2 nisyə satılan mal-qaranın 6700 manat pulundan ona 3450 manat pul vermişdir. Cavabdeh2 nə özü, nə xx xxxxxx 2020-ci il tarixdə rəhmətə gedən polis işçisi Tural Əhmədov, nə də başqa şəxslər vasitəsilə 3450 manatdan başqa heç bir pul vəsaitini, o cümlədən 3250 manat qalıq pulu ona verməmişdir. Cavabdeh2 sayı ona məlum olmayan ot preslərini evinə gətirmiş, lakin ona bunu malların pulunun əvəzi olaraq verdiyini və preslərin hansı sayda və neçəyə olduğunu deməmiş və onlar ot preslərinin qiymətini malların pulunun əvəz ödənişi kimi hesablamamışlar. Cavabdeh2 ot preslərini elə-belə verdiyini demişdir. Həmin ot presləri də çürük olduğundan onları istifadə etməmiş və Arifdən onların geri aparılmasını tələb etmişdir. Həmin çürük ot preslərinin heç bir dəyəri olmamışdır. Həmçinin o, 7200 manat pulu Arifə satdığı həmin 4 inək onda olduğu təqdirdə, onların 2019 və 2020-ci illərdə verəcəyi 8 balanın bazar qiyməti olaraq ona dəymiş əldən çıxmış fayda formasında ziyan kimi tələb edir. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməyərək, izahatında göstərmişdir ki, o, təqribən 2018-ci ilin avqust ayında İddiaçı 4 baş inək, onların yanında 4 baş bala və 1 baş erkək dananı cəmi 6700 manata nisyə almış və həmin malların pulunu 2018-ci ilin sentyabr ayına kimi ödəməyi öhdəsinə götürmüşdür. Həmin vaxt yanında Cavabdeh1 da olmuşdur. Lakin Bəkir onunla sürücü kimi getmiş, məhz Bəkr Hüseynovun idarə etdiyi avtomaşın və öz avtomaşını ilə həmin malları evinə aparmışdır. Aynurədən aldığı malların müəyyən hissəsini daşımasına görə Bəkirə 15 manat pul vermişdir. Bəkir İddiaçı mal-qara almamış və bu barədə Aynurə ilə hər hansı danışıq aparmamış, müqavilə bağlamamışdır. O, 2018-ci ilin avqust ayında İddiaçı 650 manat pul vermiş, qalan pulları da polis əməkdaşları vasitəsilə İddiaçı ödəmişdir. Belə ki, 2018-ci ilin oktyabr ayının axırlarında polis işçisi Tural Əhmədov vasitəsilə Aynurəyə 1000 manat, bundan bir həftə sonra polis əməkdaşı İsa Yolçuyev vasitəsilə 500 manat və 2019-cu ilin dekabrında polis əməkdaşı Tale Bayramov vasitəsilə 1300 manat pul vermiş, qalan 3250 manat pulu da polis əməkdaşı X22 Qardaşovaya ödəmək üçün vermişdir. Şahid X6 təsdiq edə bilər ki, o, X15 vermək üçün ümumilikdə 3500 manat pulu polis şöbəsinin qabağında vermişdir. X23 1000 manatdan başqa qalan pulları Aynurə Qardaşovova verib-verməməsini görməmişdir və bunu tam mənada təsdiq edə bilmir. Digər şahid X7 da təsdiq edə bilər ki, o, Turala 3 dəfə hərəsində 1000 manat və bir dəfə 500 manat olmaqla dörd dəfəyə cəmi 3500 manat pul vermiş, X28 tərəfindən 1000 manatdan başqa qalan pulların İddiaçı verilib-verilməməsinin şahidi olmamışdır və ona görə də bunu təsdiq edə bilmir. Əsaslı olaraq ehtimal edir ki, Tural Əhmədov vasitəsilə qalan 3250 manatlıq borcunu da İddiaçı ödəmişdir. X28 2020-ci ilin yanvar ayının 06-da öldüyündən, bunu təsdiq etmək üçün Turalı məhkəməyə şahid qismində çağırmaq təəssüf ki, qeyri-mümkündür. Onun İddiaçı heç bir borcu yoxdur. İddiaçı olan 6700 manatlıq borcunu tam ödəmişdir. O, həmçinin 50 ədəd 250 manatlıq ot preslərini Aynurə Qardaşovova borcun əvəzi olaraq vermişdir. Lakin ot presləri ilə borcun əvəzlənməsi barədə Aynurə ilə razılığa gəlməmişlər. Aynurənin həyəti nəm olduğu üçün həmin preslər çürümüşdür. Həmçinin o, İddiaçı 7200 manat məbləğində əldən çıxmış fayda formasında ziyan vurmamışdır. İddianın rədd olunmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək, verdiyi izahatında göstərmişdir ki, 2018-ci ilin avqust ayında Cavabdeh2 onun evinə gələrək, İddiaçı alacağı mal-qaranı ona məxsus avtomaşın vasitəsilə evinə aparmasını xahiş etmiş və ona 15 manat zəhmət haqqı ödəyəcəyini bildirmişdir. O da bununla razılaşmışdır. O və Arif avtomaşınlarıyla İddiaçı evinə getmişlər. Cavabdeh2 İddiaçı ilə razılaşaraq, Aynurədən 4 baş baş inək, onların yanında 4 baş bala və 1 baş erkək dananı 6700 manat nisyə almış və pulunu 2018-ci ilin sentyabr ayına kimi ödəyəcəyini bildirmişdir. O, İddiaçı heç bir malqara almamış və Aynurə ilə malların alqı-satqısı və ödənişi barədə şərtləşməmişlər. Yalnız Cavabdeh2 xahişi ilə Arifin Aynurədən aldığı mal-qaranın müyyən hissəsini öz avtomaşını ilə Cavabdeh2 evinə aparmış və Arif də buna görə ona zəhmət haqqı kimi 15 manat pul ödəmişdir. Onun İddiaçı heç bir borcu yoxdur və İddiaçı hər hansı formada ziyan vurmamışdır. Ona qarşı iddia əsassızdır və ona görə də İddiaçı ona qarşı iddia tələbinin təmin edilməməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid Asruddin qızı ifadəsində göstərmişdir ki, 2018-ci ilin avqust ayında bacısı İddiaçı onun yanında Cavabdeh2 pulunu 2018-ci ilin sentyabr ayına kimi ödəmək şərtilə 4 baş inək, 4 baş bala və 1 baş erkək dana olmaqla 9 ədəd mal-qaranı ümumi qiyməti 6700 olmaqla nisyə satmışdır. Həmin vaxt orada Cavabdeh1 da olmuşdur. X24 mal-qara almamış və bu barədə Aynurə ilə danışmamış və şərtləşməmişdir. Cavabdeh2 həmin mal-qaranın pulundan hissə-hissə olmaqla ümumilikdə 3450 manat ödəmişdir, 3250 manatını isə Aynurəyə ödəməmişdir. İddiaçı dəfələrlə Arifdən bu pulu tələb etsə də, Arif həmin 3250 manatı Aynurəyə verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, o, Cavabdeh2 bacısıdır. Həqiqətən də qardaşı Cavabdeh2 İddiaçı 2018-ci ilin yay aylarında nisyə 6700 manata 9 baş mal almışdır. Cavabdeh1 İddiaçı mal-qara almamışdır. Cavabdeh1 Arifin aldığı malları öz avtomaşınında 15 manata Arifin evinə aparmışdır. Cavabdeh2 Aynurəyə olan borcunun ödənilməsinə görə mərhum polis əməkdaşı Tural Əhmədova 4 dəfə pul vermiş; 3 dəfə hərəsində 1000 manat və bir dəfə 500 manat olmaqla cəmi 3500 manat pul vermişdir. Lakin həmin pulların İddiaçı verilib-verilməməsini görməmişdir və ona görə də təsdiq edə bilmir. Ancaq eşitmişdir ki, X25 Qardaşovaya 2018-ci ilin oktyabr ayının axırlarında 1000 manat pul vermişdir. 3250 manat pulun Tural Əhmədov tərəfindən İddiaçı verilib-verilməməsini görməmiş və eşitməmişdir və ona görə də təsdiq edə bilməz. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, Cavabdeh2 İddiaçı 2018-ci ilin yay aylarında nisyə 6700 manata 9 baş mal almışdır. Cavabdeh1 İddiaçı mal-qara almamışdır. Cavabdeh1 Arifin aldığı malları öz avtomaşınında 15 manata Arifin evinə aparmışdır. Bunları Arif ona demişdir. Cavabdeh2 polis şöbəsinin qabağında şəxsən onun yanında İddiaçı vermək üçün polis əməkdaşı Tural Əhmədova 1000 manat pul vermişdir. Ümumilikdə isə Cavabdeh2 X15 vermək üçün 3500 manat pul verimşdir. O, bu pulun 1000 manatının Aynurəyə verildiyini Arifdən eşitmişdir. Lakin 3250 manat pulun Tural Əhmədov tərəfindən İddiaçı verilməsini görməmişdir və ona görə də təsdiq edə bilmir. Məhkəmə, iddiaçının və cavabdehlərin izahatlarını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, işdə olan və məhkəmə iclasında tədqiq edilən Sultan MMC tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş 791 nömrəli arayışdan görünür ki, 2019-cu ildə 1 baş 1,6 yaşar düyənin orta bazar satış qiyməti 1200 manat (dörd baş düyələrin dəyəri 4800 manat), 2020-ci ildə 1 baş altı aylıq dişi düyənin orta bazar satış qiyməti 600 manatdır (dörd baş altı aylıq düyələrin orta bazar satış qiyməti 2400 manat). İşdə olan və məhkəmə iclasında tətbiq edilən Azərbaycan Respublikası Kənd Təsərrüıfatı Nazirliyinin Balakən Dövlət X13 xx xxxx 2020-ci il tarixli, 140 №-li məktubunda göstərilir ki, 4 baş iri buynuzlu ana inək normal halda iki il ərzində, yəni 2019 və 2020-ci illər ərzində 8 baş bala verə bilər. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən rayon Gərəkli kənd X19 üzrə nümayəndəsi tərəfindən verilmiş xx xxxxx 2020-ci il tarixli, 48 nömrəli arayışdan görünür ki, X1 respublikasının vətəndaşıdır, qeyri rəsmi nikahda olduğu həyat yoldaşı X8 ilə ailəlikcə Balakən rayon Gərəkli İƏD üzrə nümayəndəliyin Poştbinə yaşayış məntəqəsində yaşamaqla müvəqqəti qeydiyyatdadır. Qeyri rəsmi nikahda olduğu X5 məxsus təsərrüfatda 10 (on) baş iribuynuzlu, 100 (yüz) baş xırdabuynuzlu malı vardır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən Cavabdeh2 Balakən RPŞ-nin rəisi, polis polkovnik-leytenantı Mehman Əliyevin adına xx.xx.2020-ci il tarixdə yazdığı izahatdan görünür ki, o, Poştbinə kənd sakini Aynurədən 2018-ci ildə 4 baş dalı dalalı inək malı və 1 ədəd erkək mal nisyə götürmüşdür, həmin mal-qaranın dəyəri 6700 manat pul edir. Vəziyyəti ilə əlaqədar indiyə qədər 3700 manat pul ödəmişdir, qalan hissəsini, yəni 3000 manat qalan pulu 2020-ci il martın 20-ə qədər verməyinə söz verir. Nəzərə alınması xahiş olunur. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən İddiaçı Balakən RPŞ-nin rəisi, polis polkovnik-leytenantı Mehman Əliyevin adına xx.xx.2020-ci il tarixdə yazdığı izahatda göstərilir ki, Qazbinə kənd sakini Arif adlı şəxs yaşadığı evə gələrək, ondan 4 baş yanı balalı inək malı və 1 baş erkək dananı 6700 manat pula danışıb, razılaşaraq, nisyə götürüb getmiş və 2018-ci ilin sentyabr ayına kimi tam olaraq pulunu ödəyəcəyinə söz vermiş, ancaq həmin axşam pulunu verməmişdir. Üstündən bir il yarım keçdikdən sonra 6700 manat puldan 3450 manatını qaytarmışdır, qalan 3250 manat pulunu isə qaytarmaq istəmir. Onun Arifdə olan 3250 manat pulunun geriyə qaytarılmasına köməklik göstərilməsini xahiş edir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən Balakən RPŞnin İTB-nin sahə rəisi, polis baş leytenantı X17 rayonu Poştbinə kənd sakini İddiaçı Balakən RPŞ-yə yazmış olduğu şikayət ərizəsi əsasında aparılmış araşdırmanın nəticəsinə dair xx.xx.2020-ci il tarixli arayışından görünür ki, ünvan 1 İddiaçı xx.xx.2020-ci il tarixdə Balakən RPŞ-yə ərizə ilə müraciət edərək, Arif adlı şəxsin onun pulunu verməməsi barədə məlumat verməsi, aparılmış araşdırma zamanı İddiaçı izahatında 2018-ci ildə Qazbinə kənd sakini Arif adlı şəxsin onun evinə gələrək, ondan 4 baş yanında balası olan inək malını və bir baş erkək danasını 6700 manata razılaşaraq ondan aldığını, 2018-ci ilin sentyabr ayına kimi bütün pullarını verəcəyini dediyini, həmin vaxtdan 1 il yarım keçdikdən sonra Arifin ona 3450 manat verdiyini və qalan 3250 manatı bu günə kimi Arifdən ala bilmədiyini qed etməsi, X10 izahatında 2018-ci ildə Poştbinə kənd sakini Aynurə adlı qadından 6700 manata 4 baş yanında balası olan inək və 1 baş erkək dana aldığını, maddi imkanı yaxşı olmadığından Aynurənin qalan pulunu verə bilmədiyini və mart ayının 20-ə qədər Aynurənin qalan pulunu ödəyəcyini qeyd etməsi göstərilərək, İddiaçı ərizəsi əsasında aparılmış araşdırma nəticəsində müraciətində qeyd olunan xüsusatlar məhkəmə səlahiyyətinə aid olduğundan məhkəməyə müraciət etməsinin ona tövsiyyə edilməsi, araşdırmanın nəticəsi ilə bağlı İddiaçı rəsmi cavabın verilməsi və toplanmış sənədlərin RPŞ-nin dəftərxanasında saxlanılması təklif edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən Balakən Rayon Polis Şöbəsinin rəisinin ünvan 1 İddiaçı ünvanladığı xx.xx.2020-ci il tarixli, 109-3858Q- 3220 №-li məktubdan görünür ki, onun xx.xx.2020-ci il tarixdə Balakən RPŞ-yə etmiş olduğu müraciət əsasında araşdırma aparılmış, müraciətində qeyd olunan xüsusatlar məhkəmə səlahiyyətinə aid olduğundan müraciətinə baxılması dayandırılmışdır. Odur ki, aidiyyəti üzrə müraciət etməsi məqsədəmüvafiqdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən hazırki iddianın qaldırılması ilə əlaqədar 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcudluğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası MPM-nin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 76.3-cü maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ-hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin başqa halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv,qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası MPM (MPM-nin 77.1-ci maddəsi) sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Azərbaycan Respublikası MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır. Bu da qanunun tələbindən irəli gəlir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. «X2rşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında X27 Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi bildirmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Cavabdeh2 İddiaçı 2018-ci ilin avqust ayında pulunu həmin ilin sentyabr ayına kimi tam ödəmək şərtilə 4 baş inək, onların yanında 4 baş bala və 1 baş erkək dana olmaqla 9 baş heyvanı 6700 manata nisyə almış, yəni İddiaçı ilə Cavabdeh2 arasında həmin malların nisyə alqı-satqısı müqaviləsi bağlanmış, İddiaçı satıcı kimi həmin müqavilə üzrə öhdəliklərini yerinə yetirərək, həmin malları Cavabdeh2 vermişdir. Cavabdeh2 isə nisyə satılmış malların pulunu təşkil edən 6700 manatdan İddiaçı müxtəlif vaxtlarda 650 manat, 1000 manat, 500 manat və 1300 manat olmaqla cəmi 3450 manat ödəmiş, qalan 3250 manatı isə İddiaçı ödəməmiş, bununla da müqavilə üzrə öhdəliyini tam icra etməmişdir. Bununla da Cavabdeh2 İddiaçı 3250 manat maddi ziyan vurmaqla, İddiaçı hesabına həmin məbləğdə əsassız varlanmışdır. Ona görə də həmin 3250 manat pul Cavabdeh2 alınıb, İddiaçı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 568.1-ci maddəsinə əsasən satıcı alqısatqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 577.1-ci maddəsinə əsasən alıcıya verilməli əşyaların miqdarı alqı-satqı müqaviləsində müvafiq ölçmə vahidləri ilə və ya pulla ifadə olunur. Əşyaların miqdarı haqqında şərt müqavilədə onun müəyyənləşdirilməsi qaydasının təyin edilməsi yolu ilə razılaşdırıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 596.1-ci maddəsinə əsasən alıcı ona verilən əşyanı qəbul etməyə borcludur, amma onun əşyanı dəyişdirməyi tələb etməyə və ya alqı-satqı müqaviləsinin icrasından imtina etməyə ixtiyarı çatdığı hallar istisna təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 597.1-ci maddəsinə əsasən alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. Azərbaycan Respublikası Mülki Məxcəlləsinin 598.1-ci maddəsinə əsasən əgər alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.2-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 608-ci maddəsinə əsasən əgər bu paraqrafın aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, heyvanların, quşların və balıqların alqı-satqısına əşyaların alqı-satqısı haqqında ümumi müddəalar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2-ci maddəsinə əsasən öhdəliyin icrası üçün müəyyənləşdirilmiş müddətdə onun icra edilməməsi, borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1 maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasənborclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.4-cü maddəsinə əsasən özgə vəsaitdən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə iş üzrə müəyyən olunmuş hallara tətbiq edilməli olan yuxarıda göstərilən qanun normalarına əsasən hüquqi qiymət verərək, hesab edir ki, İddiaçı Cavabdeh2 qarşı vurduğu ziyanını əvəzi olaraq 3250 manat pul tələbi əsaslıdır və təmin olunmalıdır. Məhkəmə Cavabdeh2 onun İddiaçı aldığı malların pulunu təşkil edən 6700 manatı tam olaraq İddiaçı qaytardığı, o cümlədən borclu olduğu 3250 manat pulu da polis əməkdaşı Tural Əhmədov vasitəsilə İddiaçı ödədiyi və onun həmin mallarla bağlı İddiaçı borcu olmadığı barədə 3250 manat hissədə iddia tələbinə dair etiraza hüquqi qiymət verərək, hesab edir ki, həmin etiraz və onun əsaslandırıldığı hallar əsassızdır və qəbul olunmamalıdır. Belə ki, Cavabdeh2 məhkəmə iclasında verdiyi izahatında 3250 manat pulu da İddiaçı vermək üçün Tural Əhmədova verdiyini göstərsə də, həmin 3250 manatın Tural Əhmədov tərəfindən borcun əvəzi olaraq İddiaçı verilib-verilməməsini görmədiyini və təsdiq edə bilmədiyini bildirmişdir. Eynilə Cavabdeh2 vəsatəti ilə şahid qismində dindirilmiş X7 ifadəsində Cavabdeh2 Aynurənin borcunun ödənilməsinə görə mərhum polis əməkdaşı Tural Əhmədova 4 dəfə pul verdiyini; 3 dəfə hərəsində 1000 manat və bir dəfə 500 manat olmaqla 3500 manat pul verdiyini, 1000 manatın Tural Əhmədov tərəfindən İddiaçı ödənildiyini eşitdiyini, həmçinin həmin cavabdehin vəsatəti ilə şahid qismində dindirilmiş X6 məhkəmə iclasındakı ifadəsində ümumilikdə Cavabdeh2 X15 vermək üçün 3500 manat pul verdiyini, bunun 1000 manatının Tural tərəfindən İddiaçıva verildiyini eşitdiyini göstərsələr də, həmin şahidlər X21 verdiyi iddia edilən digər pulların, o cümlədən 3250 manatın İddiaçı verib-vermədiyini görmədiklərini və təsdiq etmədiklərini bildirmişlər. Digər tərəfdən, bu şahidlərin hər biri ümumilikdə Cavabdeh2 Turala 3500 manat pul verdiyini və bunun 1000 manatının Tural tərəfindən Aynurəyə verdiyini eşitdiklərini bildirdikləri və iş materialları ilə həqiqətən də Cavabdeh2 Tural Əhmədov vasitəsilə Aynurəyə 1000 manat ödəniş etdiyi təsdiq olunduğu halda, yerdə qalan 25xx xxxxx 3250 manat borcun ödənişi kimi qəbul oluna bilməz. Belə ki, ümumməlum faktdır ki, 25xx xxxxx 3250 manatdan az məbləğdir və həmin 3250 manatın ödənişi sayıla bilməz. Bu barədə tərəflər arasında hər hansı razılaşma da omamışdır. Bundan başqa, bu şahidlər Cavabdeh2 hansı vaxtda Tural Əhmədova pul verdiklərini göstərə bilməmişlər. Cavabdeh2 isə xx.xx.2020-ci il tarixlə Balakən Rayon Polis Şöbəsinə verdiyi izahatında İddiaçı 3700 manatın tərəfindən ödənildiyini, 3000 manatının isə borclu qaldığını bildirmişdir. Halbuki iddiaçının və Cavabdeh2 izahatlarından görünür ki, polis əməkdaşı Tural Əhmədov 2020-ci ilin yanvar ayının 6-da ölmüşdür. Təbii ki, xx xxxxxx 2020-ci il tarixlə xx.xx.2020-ci il tarix arasında xeyli zaman fərqi vardır. Şübhəsizdir ki, Turalın ehtimal edilən pulu Aynurəyə qaytarması xx xxxxxx 2020-ci il tarixə, yəni onun ölüm tarixinə qədər ola bilərdi. Belə olan halda Tural Əhmədovun ölümündən 1 ay 16 gün sonra Cavabdeh2 polis şöbəsində yazdığı xx.xx.2020-ci il tarixli izahatında onun İddiaçı 3000 manat borcunu etiraf etməsi, onun Aynurəyə borclu qaldığı 3250 manatı Tural Əhmədov vasitəsilə Aynurəyə ödəməsi faktını tam inkar edir. X30 tərəfindən həmin 3250 manat pulun ödənilməsi faktı mövcud olsaydı və ya hətta bu ehtimal olunsaydı, onda Cavabdeh2 təbii ki, xx.xx.2020-ci il tarixdə polisdə yazdığı izahatında bunu göstərərdi. Cavabdeh2 isə polisdə verdiyi həmin izahatında bunu ümumiyyətlə göstərməmişdir. Cavabdeh2 məhkəmədə, Turad Əhmədov öldüyü üçün onun iş üzrə dindirilməsinin qeyri-mümkün olduğunu və onun əlində Tural Əhmədovun ona verdiyi pulları İddiaçı ödəyib-ödəməməsi, həmçinin 3250 manat pulu da Aynurəyə ödəyib-ödəməməsi barədə heç bir sübutunun olmadığını qeyd etmişdir. İddiaçı isə məhkəmədə verdiyi izahatında Cavabdeh2 tərəfindən şəxsən özü və ya nə Tural Əhmədov, nə də başqa şəxs vasitəsilə 3250 manatın ona ödənilmədiyini bildirmişdir. İş üzrə Cavabdeh2 Asruddin oğlu tərəfindən 3250 manat qalıq borcun İddiaçı nə özü, nə də başqa şəxslər tərəfindən, o cümlədən Tural Əhmədov tərəfindən ödənilməsini təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmiş, 3250 manat iddia tələbi ilə bağlı etirazının əsaslandırıldığı hallar sübut edilməmişdir. Halbuki qanuna görə (MPM-nin 77.1-ci maddəsi) bu vəzifə cavabdehin üzərinə düşür. Qeyd olunanlar bu etirazın əsassız olmasını göstərir. Məhkəmə eyni zamanda Cavabdeh2 məhkəmə iclasında verdiyi izahatında 250 manat dəyərində 50 ədəd ot preslərini İddiaçı verməsi və bu 250 manatın Aynurəyə olan borcla əvəzləşdirilməsi ilə bağlı iddia tələbinə etirazı da əsassız sayır. Belə ki, bir tərəfdən Cavabdeh2 İddiaçı olan 6700 manat borcunun şəxsən və polis əməkdaşları, o cümlədən Tural Əhmədov vasitəsilə pul verməklə tam ödədiyini və onun İddiaçı heç bir borcunun olmadığını göstərir. Digər tərəfdən Cavabdeh2 Aynurəyə 50 ədəd 250 manat dəyərində ot presləri verməklə onların dəyərinin bu borcla əvəzləşdirilməsini qeyd edir. Bu da onun bu etirazının və etirazda göstərilən halın əsaslı olmasına böyük şübhələr yaradır. Ona görə ki, Cavabdeh2 məhkəmədəki izahatında Aynurəyə 50 ədəd 250 manatlıq ot preslərini verməsini göstərsə də, bunun borcla əvəzləşdirilməsi ilə bağlı Aynurə ilə razılığa gəlmədiklərini göstərir. Həm də həmin ot preslərinin məhz 50 ədəd olması və onların cəmi qiymətinin 250 manat təşkil etməsi barədə işdə heç bir sübut yoxdur və Cavabdeh2 də belə sübutları məhkəməyə təqdim etməmişdir. Digər tərəfdən iddiçı İddiaçı Cavabdeh2 tərəfindən ona 250 manat dəyərində 50 ədəd ot preslərinin borcun əvəzi kimi verilməsini təsdiq etməmişdir. Belə ki, iddiaçı məhkəmədə vediyi izahatında Arif Əlievin sayını bilmədiyi ot preslərini gətirdiyini, lakin bunu elə-belə ona verdiyini bildirdiyini, həmin preslərin neçəyə olması və borcla əvəzləşdirilməsi ilə bağlı Arifin ona heç nə demədlyini və bu barədə onların razılaşmasının olmadığını, həmin preslər çürümüş olduğundan onlardan istifadə etmədiyini və Arifdən onların aparılmasını tələb etdiyini qeyd etmişdir. Belə olan halda həmin ot preslərinin məhz 50 ədəd olması, onların dəyərinin cəmi 250 manat olması və cavabdehin bunu iddiaçıya olan borcunun əvəzi kimi verməsi və ot presləri ilə bu borcun əvəzləşdirilməsi qəbul oluna bilməz. Belə ki, tərəflər arasında belə razılıq olmamışdır, iddiaçının verdiyi göstərilən ot preslərinin məhz göstərdiyi sayda və 250 manat dəyərində olması heç bir mötəbər sübutla sübut olunmur və iddiaçı belə formada icranı qəbul etməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.2-ci maddəisnə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 430.1-ci maddəsinə əsasən əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 432.2-ci maddəsinə əsasən əgər bu Məcəllədə, öhdəliyin şərtlərində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, kreditor öhdəliyin hissə-hissə icrasını qəbul etməyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 435-ci maddəsinə əsasən kreditor müqavilədə nəzərdə tutulandan ayrı icranı qəbul etmək hüququna malikdir, lakin qəbul etməyə borclu deyildir. Bu qayda icranın dəyərinin daha çox olduğu halda da qüvvədə qalır. O da bildirilməlidir ki, cavabdeh həmin say və dəyərdə ot preslərini iddiaçıya verdiyini sübut etdiyi təqdirdə, həmin ot presləri və ya onların dəyərini təşkil edən pul tələbi ilə bağlı məhkəməyə müraciət etmək hüququna malikdir. Məhkəmə, işdəki sübutlara hüquqi qiymət verərək, həmçinin hesab edir ki, iddia İddiaçıCavabdeh2 oğluna qarşı 7200 manat əldən çıxmış fayda formasında ziyan tələbinə dair hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarında qeyd edilir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. BMT Baş Məclisinin xx xxxxxx 1985-ci il tarixli «Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında» Bəyənnaməsinin 1-ci maddəsində göstərilir ki, «qurbanlar» termini altında üzv dövlətlərin hakimiyyətdən cinayətkar sui-istifadəni qadağan edən qanunlar daxil olmaqla, milli cinayət qanunlarının pozulması nəticəsində bədən xəsarəti və ya mənəvi ziyan, emosional əzab, maddi zərər, yaxud əsas hüquqların xeyli dərəcədə sıxışdırılması daxil olmaqla fərdi, yaxud kollektiv şəkildə zərər yetirilən şəxslər başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096 və 1097-ci maddələrinə müvafiq olaraq zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçıya tələb olunan məbləğdə zərər vurulması, bu zərərin cavabdehin hansısa qanunsuz hərəkətləri və hərəkətsizliyi nəticəsində yaranması, tələb olunan zərərlə cavabdehin qanunsuz hərəkət və hərəkətsizliyi arasında səbəbli əlaqənin olması və cavabdehin bu zərərin vurulmasında təqsiri müəyyən edilmiş olsun. Məhkəmə zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənə zərərin vurulmasını, bu zərərin hansı şəraitdə və cavabdehin hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkənin bu zərəri hansı məbləğdə və sair maddi formada qiymətləndirilməsini aydınlaşdırmağa borcludur. İş materiallarına əsasən Cavabdeh2 İddiaçı 3250 manat maddi ziyandan başqa 7200 manat məbləğində və ya hər hansı başqa məbləğdə ziyan vurması müəyyən olunmur və sübut olunmur. İddiaçı 7200 manat ziyan tələbinə dair iddia tələbinin əsaslandırıldığı hallar kimi cavabdehin apardığı ana inəklərdən 2019 və 2020-ci illərdə ümumilikdə 8 baş bala ala bilməsi və 2019-cu ildə bir baş 1,6 yaşar düyənin bazar satış qiyməti 1200 manat olmaqla dörd baş düyənin ümumi dəyərinin 4800 manat, 2020-ci ildə 1 baş 6 aylq dişi düyənin orta bazar satış qiyməti 600 manat olmaqla dörd baş altı aylıq düyələrin orta bazar satış qimyətinin 2400 manat təşkil etməsi və onun bu düyələrdən ümumilikdə 7200 manat qazanc əldə edə bilməsini göstərmişdir. Lakin İddiaçı qeyd edilən inəklərdən 2019 və 2020-ci illərdə 8 baş bala ala bilməsi və 2019-cu ildə bir baş 1,6 yaşar düyənin bazar satış qiyməti 1200 manat olmaqla dörd baş düyənin ümumi dəyərinin 4800 manat, 2020-ci ildə 1 baş 6 aylq dişi düyənin orta bazar satış qiyməti 600 manat olmaqla dörd baş altı aylıq düyələrin orta bazar satış qiymətinin 2400 manat təşkil etməsi, onun bu düyələrdən ümumilikdə 7200 manat qazanc əldə edə bilməsini, bununla da Cavabdeh2 tərəfindən ona tələb olunan 7200 manat məbləğində ziyan vurulmasını, bu məbləğdə ziyanın cavabdehin hansısa qanunsuz hərəkətləri və hərəkətsizliyi nəticəsində yaranmasını, tələb olunan 7200 manat məbləğində ziyanla cavabdehin hansısa qanunsuz hərəkət və hərəkətsizliyi arasında səbəbli əlaqənin olması və cavabdehin bu 7200 manat ziyanın vurulmasında təqsiri olmasını sübut edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmiş, 7200 manat ziyan tələbi hissəsində iddia tələbinin əsaslandırıldığı halları sübut edə bilməmişdir. Halbuki qanuna görə (MPM-nin 77.1-ci maddəsi) bu vəzifə iddiaçının üzərinə düşür. Göstərilən 4 baş inəyin 2019 və 2020-ci ilərdə məhz 8 baş düyə doğacağı, onların ümumi bazar satış qiymətinin 7200 manat təşkil edəcəyi və iddiaçının onlardan 7200 manat qazanc əldə edəcəyi heç bir mötəbər sübutla təsdiq edilməyən mülahizədir. Belə ki, olmayan həmin 8 baş düyələrin 2019 və 2020-ci illərdə doğulacağı ilə yanaşı, 8 başdan az doğulacağı və ya ümumiyyətlə doğulmayacağı da ehtimal edilə bilər. Belə olan halda iddia edilən 7200 manat qazancın götürülməsi istisna edilir. Digər tərəfdən, İddiaçı Cavabdeh2lə bağlanmış nisyə alqı-satqı müqaviləsi əsasında həmin inəkləri Cavabdeh2 satmış və alqı-satqı müqaviləsinin şərtlərinə əsasən həmin inəkləri alıcıya vermişdir. Sonradan iddiaçı həmin alqı-satqı müqaviləsinin ləğv edilməsi və inəklərin ona qaytarılması barədə tələb irəli sürməmiş, ancaq satdığı mal-qaranın pulunu tələb etmişdir. Bu xüsusda məhkəmə Sultan MMC tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş 791 nömrəli arayışı və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Balakən Dövlət X13 1xx xxxx 2020-ci il tarixli, 140 №-li məktubunu 7200 manat ziyan tələbi üzrə iddia tələbinin əsaslandırıldığı hallara dair mötəbər sübutlar kimi qəbul etmir. Belə ki, həmin arayışda və məktubda iddiaçı tərəfindən Cavabdeh2 satılan 4 baş inəyin məhz 2019-cu il və 2020-ci illərdə ümumilikdə 8 baş bala verəcəyi, onların ümumi bazar satış dəyərinin mütləq qaydada 7200 manat olacağı və iddiçının birmənalı onlardan məhz 7200 manat qazanc əldə edəcəyi təsdiq olunmur və sübut olunmur. Həmin sənədlərdə ümumi olaraq bu, normal halda ehtimal edilir. Qeyd edildiyi kimi, bu arayış və məktubda həmin inəklərin 8 bala verməsi ehtimal olunduğu halda, onların 2019 və 2020-ci illərdə 8 baş bala verməyəcəyi və ya ümumiyyətlə bala verməyəcəyi də ehtimal oluna bilər. Belə olan halda iddiaçının olmayan həmin düyələrdən 7200 manat qazanc əldə etməsi ehtimalı da aradan qalxır. Digər tərəfdən, iddiaçı artıq həmin inəkləri Cavabdeh2 satmış, yəni onun sahiblik, istifadə və sərəncamına vermiş və onları geri tələb etməmişdir, həmin malların pulunun çox hissəsi də artıq iddiaçıya ödənilmişdir. İddiaçı həmin inəklər də daxil olmaqla satdığı mal-qaranın qalan pulunu tələb edir. Həmin arayış və məktub heç bir mötəbər sübutla təsdiqini tapmayan mücərrəd bir mülahizəni özündə ehtiva edir. Ona görə də bu sənədlər iddia tələbinin əsaslandırıldığı hallara dair mötəbər sübut standartlarına cavab vermir və belə sübutlar kimi qəbul olunmur. Ümumiyyətlə heç bir mötəbər sübutla təsdiq olunmadığı halda həyatda olmayan və yalnız doğulacağı ehtimal edilən 8 baş düyəyə dair 7200 manat ziyan tələbi mücərəd və absurd bir tələbdir və tamamilə əsassızdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh2 qarşı 7200 manat ziyan tələbi heç bir faktoloji və hüquqi əsasa malik deyildir və ona görə də təmin olunmamalıdır. İddiaçı digər Cavabdeh1 özünün xeyrinə həmçinin ödənilməli olan borc qalığı 3250 manat və 7200 manat dəymiş ziyan (maddi ziyan) tələb edir. Məhkəmə hesab edir ki, İddiaçı digər Cavabdeh1 qarşı iddia tələbi əsassızdır və təmin edilməməlidir. Belə ki, iş materiallarından, o cümlədən iddiçı İddiaçı məhkəmədə verdiyi izahatından, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmədə verdiyi izahatlardan, həmçinin şahid ifadələrindən görünür ki, sözügedən 9 baş mal-qaranın nisyə alqı-satqısı ilə bağlı İddiaçı ilə Cavabdeh1 arasında heç bir müqavilə bağlanmamış, malların verilməsi və onların dəyəri, ödənilməsi müddətləri və sair hallar barədə heç bir şərtləşmə olmamışdır. 9 baş mal-qaranın nisyə alqı-satqısı ilə bağlı İddiaçı ilə digər Cavabdeh2 arasında 2018-ci ilin avqust ayında müqavilə bağlanmış, onlar malların satış və alış şərtləri barədə razılığa gəlmiş, Cavabdeh2 həmin mal-qaranın şərtləşdirdikləri satış pulunu təşkil edən 6700 manatı 2018-ci ilin sentyabr ayına kimi İddiaçı ödəməyi öhdəsinə götürmüşdür. Bu zaman Cavabdeh1 İddiaçı ilə sözügedən mal-qaranın satışı ilə bağlı heç bir müqavilə bağlamamış, İddiaçı qarşısında müqavilə və ya digər əsaslarla hər hansı öhdəlik götürməmişdir. Cavabdeh1 Cavabdeh2 xahişi ilə Arifin ona verdiyi 15 manat zəhmət haqqı hesabına həmin mallarıın müəyyən hissəsini avtomaşını ilə Cavabdeh2 evinə aparmışdır. Belə olan halda Cavabdeh1 İddiaçı qarşısında nə müqavilə üzrə, nə mülkiyyət hüquqlarının qorunmasından yaranan, nə əsassız varlanmadan, nə də mülki-hüquq pozuntularından (deliktlərdən) yaranan hər hansı öhdəliyi mövcud deyildir. Bunu İddiaçı məhkəmədə verdiyi izahatında da təsdiq etmişdir. İş üzrə İddiaçı Cavabdeh1 ona 3250 manat və 7200 manat olmaqla 10450 manat məbləğdə maddi ziyan vurmasını, tələb edilən 3250 manat və 7200 manat olmaqla cəmi 10450 manat ziyanla Cavabdeh1 hansısa qanunsuz hərəkətləri arasında səbəbli əlaqənin olmasını və ona 3250 manat və 7200 manat məbləğdə ziyan olmaqla cəmi 10450 manat məbləğdə ziyan vurulmasında Cavabdeh1 təqsirli olmasını təsdiq edən və eyni cür təkzibedilməz nəticəyə gəlməyə əsas verən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmiş, Cavabdeh1 aid tələb hissəsində iddia tələbinin əsaslandırıldığı halları sübut edə bilməmişdir. Qanuna görə (MPM-nin 77.1-ci maddəsi) iddia tələbinin əsaslandırıldığı halları sübut etmə vəzifəsi iddiaçının üzərinə düşür. Buna görə də İddiaçı Cavabdeh1 qarşı ödənilməli olan borc qalığı 3250 manat və maddi ziyanı əvəzi olaraq 7200 manat olmaqla cəmi 10450 manat pul tələbi əsassızdır və təmin oluna bilməz. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq olunan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalı, Cavabdeh2 vurduğu maddi ziyanın əvəzi olaraq 3250 manat pul və iddianın təmin olunmuş hissəsinə münasib olaraq 9,33 manat dövlət rüsumu tutulub, İddiaçı verilməli, iddia qalan hissədə, həmçinin Cavabdeh1 qarşı tələb hissəsində təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin olunsun; Cavabdeh2 3250 manat pul və iddianın təmin olunmuş hissəsinə münasib olaraq 9,33 manat dövlət rüsumu tutulub, İddiaçı verilsin; iddia qalan hissədə və Cavabdeh1 qarşı tələb hissəsində təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov
Məhkəmə qərarları › İş №2(019)-526/2020
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-526/2020
24.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver