Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № 2(019)-554/2020 10.07.2020 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlu, İddiaçı maraqlı şəxs Balakən Rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayə Komissiyasına qarşı öhdəsində olan İ dərəcəli əlilin qəyyumluğunun tanınması tələbinə dair məhkəməyə daxil olmuş iddia ərizəsini nəzərdən keçirərək müəyyən etdim: İddiaçı maraqlı şəxs Balakən Rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayə Komissiyasına qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, 32 ildir iflicdən və əqli çatışmamazlıqdan yataq xəstəsi olan oğluna görə qəyyumluğun təyin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəyə baxaraq hesab edirəm ki, iddia ərizəsinin qəbulundan imtina edilməlidir. Belə ki, ərizənin məzmunundan görünür ki, İddiaçı maraqlı şəxs Balakən Rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayə Komissiyasına qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək 32 ildir iflicdən və əqli çatışmamazlıqdan yataq xəstəsi olan oğluna görə qəyyumluğun təyin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 33.1-ci maddəsinə əsasən Qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Yetkinlik yaşına çatmayanlar üzərində qəyyumluq və himayəçilik, həmçinin onların tərbiyələndirilməsi məqsədilə təyin edilir. Həmin Məcəllənin 34.1-34.2-ci maddələrinə əsasən Qəyyumluq və himayəçilik orqanları qanunvericiliklə müəyyənləşdirilir. Həmin Məcəllənin 34.2-ci maddəsində qeyd olunmuşdur ki, fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində məhkəmə həmin fiziki şəxs üzərində qəyyumluq və himayəçilik təyin edilməsi üçün onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına bu barədə məlumat verməlidir. Göründüyü kimi qəyyum və və himayəçiyin təyin edilməsi üçün Qəyyumluq və himayəçilik orqanına (Balakən Rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və himayə komissiyasına) müraciət edilməlidir. Onların qərarından narazı qaldıqda isə müvafiq məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim ərizəni qəbul etməkdən imtina edir. Məhkəmə işin hallarını, mülki prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, İddiaçı iddia ərizəsinin qəbulundan imtina edilməlidir. İddiaçı izah edilməlidir ki, o, oğluna qəyyum təyin edilməsi üçün Balakən Rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və himayə komissiyasına müraciət etməli, onların qərarından narazı qaldıqda müvafiq məhkəməyə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 153.3, ,263- 264 və 268.1-ci maddələrini rəhbər tutub qərara aldım: İddiaçı iddia ərizəsinin qəbulundan imtina edilsin. İddiaçı izah edilir ki, o, oğluna qəyyum təyin edilməsi üçün Balakən Rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və himayə komissiyasına müraciət etməli, onların qərarından narazı qaldıqda müvafiq məhkəməyə müraciət edə bilər. Qərardaddan surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən H.Q.Səlimov
Məhkəmə qərarları › İş №2(019)-554/2020
Balakən Rayon Məhkəməsi Qərardad — İş №2(019)-554/2020
10.07.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver