Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-558/2021 19.05.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X11 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Balakən Rayon Məhkəməsinin 2(019)-812/2017 saylı 16 may 2017-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh xeyrinə 09 dekabr 2014-cü ildə anadan olmuş X1 üçün tutulan alimentin miqdarının azaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki,Balakən Rayon Məhkəməsinin 2(019)-812/2017 saylı 16.05.2017-ci il tarixli qətnaməsinə əsasən 10 aprel 2017-ci il tarixdən başlayaraq 09 dekabr 2014-cü il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün ondan hər ay 100 manat sabit pul məbləğində aliment tutulub Cavabdeh verilməlidir. 10 aprel 2017-ci il tarixdən başlayaraq o cavabdehin xeyrinə imkanı daxilində hər ay nəğd şəkildə aliment ödəmişdir. Özü ikinci qrup əlildir, 130 manat sosial müavinət alır.02.05.2019-cu il tarixdən başlayaraq isə 09 dekabr 2014-cü ildə anadan olmuş qızı X1 üçün hər ay pensiyasının 70 faizi miqdarında aliment tutulur. Məhkəmə tərəfindən qeyd olunan alimentin miqdarı təyin olunan vaxt o əlavə olaraq fərdi əməklə məşğul olmuş, lakin indi səhhəti buna imkan vermir. 25.10.2000ci il tarixdən etibarən X2 dispanser qeydiyyatındadır. Evdə xəstə anası var və maddi vəziyyəti də çox aşağıdır. Əlavə gəlir yeri yoxdur. Özü də xəstəliyi ilə bağlı işləyə bilmir. Hər ay pensiyasının 70 faizi aliment üçün tutulduğuna görə maddi ehtiyaclarını ödəyə bilmir. O, hər ay 40 manat aliment ödəyə bilər. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəməyə izahatını göndərərək göstərmişdir ki, iddia tələbi əsassızdır. iddianı qəbul etmir. İddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş DSMF-nin Balakən Rayon şöbəsi tərəfindən 16.01.2020-ci il tarixdə verilmiş 149 nömrəli arayışdan görünür ki, İddiaçı İİ qrup daimi əlil olmaqla şöbədən 130 manat sosial müavinət alır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi M.Hacıyev adına Şəki rayon Psixiatriya Xəstəxanası tərəfindən 25 sentyabr 2018-ci il tarixdə verilmiş 363 nömrəli arayışdan görünür ki, İddiaçı 25.10.2000-ci il tarixdən X2 dispanser müşahidəsindədir İşdə olan Balakən rayonu Şambul kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən 13 dekabr 2014-cü- il tarixdə verilmiş AZ-İİİ seriyalı 399252 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X8 09.12.2014-cü ildə doğulmuş, ata qrafasında İddiaçı, ana qrafasında isə Cavabdeh yazılmışdır. İşdə olan Balakən Rayon Məhkəməsinin 16 may 2017-ci il tarixli 2(019)-812/2017 saylı qətnaməsindən görünür ki, həmin qətnaməyə əsasən İddiaçı ilə cavabdeh X6 arasında bağlanmış 11 may 2013-cü il tarixdə Balakən rayonu Şambul kənd İnzibati Ərazi Dairəsində 06 nömrə ilə qeydə alınmış nikahın pozulması, boşanmadan sonra onların uşaqları-09 dekabr 2014-cü ildə doğulmuş X5 anası X3 yanında qalması,10 aprel 2017-ci il tarixdən başlayaraq 09 dekabr 2014-cü ildə doğulmuş X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün İddiaçı hər ay 100 (yüz) manat sabit pul məbləğində aliment tutulub cavabdeh X4 verilməsi qət edilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edilmişdir ki, İddiaçı cavabdeh X6 ilə 2013-cü ilin fevral ayında rəsmi nikah bağlamadan evlənmiş, nikahlarını 11 may 2013-cü ildə rəsmiləşdirmişlər.Onların birgə nikahlarından 09 dekabr 2014-cü ildə X8 adında bir uşaqları olmuş,uşaq hazırda cavabdehin himayəsində yaşayır. Balakən Rayon Məhkəməsinin 16 may 2017-ci il tarixli 2(019)-812/2017 nömrəli qətnaməsinə əsasən İddiaçı ilə cavabdeh X6 arasında bağlanmış 11 may 2013-cü il tarixdə Balakən rayonu Şambul kənd İnzibati Ərazi Dairəsində 06 nömrə ilə qeydə alınmış nikahın pozulması, boşanmadan sonra onların uşağı-09 dekabr 2014-cü ildə doğulmuş X5 anası X3 yanında qalması,10 aprel 2017-ci il tarixdən başlayaraq 09 dekabr 2014-cü ildə doğulmuş X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün İddiaçı hər ay 100 (yüz) manat sabit pul məbləğində aliment tutulub cavabdeh X4 verilməsi qət edilmişdir. İddiaçı Herayev X7 Rayon Məhkəməsinin 16 may 2017-ci il tarixli 2(019)-812/2017 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının çox olmasını göstərməklə hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh alimentin miqdarının azaldılmasına etiraz edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Konstitusiyanın 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcədə aliment verməyə borclu olan valideyn qazancı (gəliri) qeyri müntəzəm dəyişən olarsa,ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 112-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda,məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında “Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasında “X9” 26 noyabr 2009-cu il tarixli Qanunun 1-ci bəndinə edilən dəyişikliyə əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq olunan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutları tətbiq edilməli hüquq normalarına müvafiq qiymətləndirərək, işin hallarını, uşaqlar üçün yaşayış minimumunun 2021-ci il üçün 175 manat müəyyən edilməsini, iddiaçının isə hər ay cəmi 100 manat aliment ödəməsini, alimentin miqdarının azaldılmasının uşağın mənafeyinə zidd olmasını, maddi hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh X4 qarşı alimentin miqdarının azaldılması tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №2(019)-558/2021
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-558/2021
19.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver