Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-587/2020 24.08.2020 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X4 qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh oğluna qarşı aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh oğluna qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh himayəsində olan xx xxxxxx 2014-cü ildə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi baxılıb saxlanması üçün hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, o, 2013cü ildə qeyri-rəsmi nikahla Cavabdeh ilə evlənmiş, nikahlarını isə rəsmiləşdirməmişlər. Onların faktiki nikahlarından xx xxxxxx 2014-cü il tarixdə X3 adında bir uşaqları olmuşdur. İlk vaxtlar cavabdehlə mehriban yaşamaqla ailə münasibətiləri yaxşı olmuş, lakin son vaxtlar aralarında ailə münasibətləri zəminində mübahisələr və narazılıqlar baş vermişdir. Cavabdehlə aralarında baş vermiş narazılıqla əlaqədar ayrılmışlar. Belə ki, Cavabdeh onların birgə yaşadıqları dövrdə Balakən rayonunun Meşəşambul kəndində inşa etdikləri evi yandıraraq kənddən çıxıb Bakı şəhərinə getmişdir. Hazırda Səbuhinin Bakı şəhərində hansı ünvanda yaşamasını bilmir. Cavabdeh 2020-ci ilin mart ayında ondan ayrılmışdır. Cavabdeh oğlundan ayrıldıqdan sonra uşaq özünün himayəsində yaşayır. Cavabdeh ümumiyyətlə uşaqla maraqlanmır və uşağın baxılmasında ona heç bir maddi yardım göstərmir. Ailə qanunvericiliyinin tələblərinə əsasən cavabdehdə onunla birlikdə uşaq üzərində məsuliyyət daşıyır, eyni zamanda uşağa baxmaq onun da vəzifəsidir. Belə ki, o, heç yerdə işləmir. Ailə vəziyyəti ağır olmaqla uşaqla birlikdə valideynlərinə məxsus evdə yaşayır. Cavabdeh uşağın baxılmasında ona heç bir köməklik göstərmədiyindən aliment tələbi ilə məhkəməyə müraciət etmək məcburiyətində qalmışdır. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək izahatında göstərdi ki, o, 2013-cü ildə qeyri-rəsmi nikahla İddiaçı ilə evlənmiş, lakin rəsmi nikah bağlamamışlar. Onların xx xxxxxx 2014-cü ildə Gülayə adında bir uşaqları olmuşdur. Uşaq iddiaçının himayəsindədir. O, ayrılmaq istəmir, uşağa birlikdə baxıb böyütmək istəyir. Bakı şəhərində evi vardır. İddiaçının uşağı da götürüb gəlib həmin evdə yaşamasını istəyir. Uşağın baxılması üçün aliment ödəməkdən də imtina etmir, lakin iddiaçının tələb etdiyi 170 manat miqdarında alimenti ödəməyə maddi imkanı yoxdur. Qeyd edilənləri nəzərə alıb iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən xx xxxx 2015-ci il tarixdə verilmiş AZ-İİİ seriyalı 446885 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X3 xx xxxxxx 2014-cü il tarixdə anadan olmuş, atası Cavabdeh, anası isə İddiaçı göstərilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon İHB Meşəşambul kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş 379 nömrəli arayışdan görünür ki, İddiaçı Cavabdeh ilə 2013-cü ildə qeyri-rəsmi evlənmiş, 2020-ci ildə ayrılmış, 2014-cü ildə bir qız uşaqları olmuşdur. Məhkəmə tərəflərin izahatını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh 2013-cü ildə qeyri-rəsmi nikahla evlənmişlər. Faktiki nikahlarından xx xxxxxx 2014-cü ildə X3 adında bir uşaqları olmuşdur. Uşaq iddiaçının himayəsindədir. Cavabdeh uşağa baxmağa iddiaçıya maddi köməklik göstərmir. Ona görə də iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Konstitusiyanın 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcədə aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri- müntəzəm dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa , yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Uşaq hüquqları haqqında “Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasında “Yaşayış minimumu haqqında” xx xxxxxx 2009-cu il tarixli Qanunun 1-ci bəndinə edilən dəyişikliyə əsasən 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə görə aliment alınması haqqında iddialarda iddanın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən olunur. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, uşağın anasının yanında yaşamasını, tərəflər arasında alimentin ödənməsi ilə bağlı saziş olmamasını, cavabdehin uşağıın saxlanmasına maddi köməklik göstərməməsini, tərəflərin maddi və ailə vəziyyətlərini, iddiaçının alimenti sabit pul məbləği ilə tələb etməsini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, ərizənin verildiyi xx xxxx 2020-ci il tarixdən başlayaraq xx xxxxxx 2014-cü il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment alınıb İddiaçı verilməlidir. Cavabdeh məcburi köçkün olduğu üçün dövlət rüsumu ödəməkdən azaddır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220,234.2.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. xx xxxx 2020-ci il tarixdən başlayaraq xx xxxxxx 2014-cü il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən H.Q.Səlimov
Məhkəmə qərarları › İş №2(019)-587/2020
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-587/2020
24.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver