Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-588/2020 23.10.2020 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, iddiaçılar İsayeva (Saramanova) Afət Əsildar qızının və Qurbanova (Saramanova) Adilə Əsildar qızının nümayəndəsi-vəkili Vəkil və Cavabdeh1 iştirakı ilə İddiaçılar İsayeva (Saramanova) Afət Əsildar qızının və Qurbanova (Saramanova) Adilə Əsildar qızının cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçılar İsayeva (Saramanova) Afət Əsildar qızı və Qurbanova (Saramanova) Adilə Əsildar qızı cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Balakən rayon Notariat Kontorunda bağlanmış JN 4xx xxx 40107018 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı ilə mülkiyyətlərinə verilmiş Balakən rayonu Qullar kəndində yerləşən 0.50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar İsayeva (Saramanova) Afət Əsildar qızı və Qurbanova (Saramanova) Adilə Əsildar qızı iddialarını onunla əsaslandırmışlar ki, Balakən rayonu Qullar kəndində aparılan torpaq islahatı nəticəsində ailə üzvlərinə Balakən rayonu X28 xx xxxxx 1998-ci il tarixli, 05 saylı qərarı ilə 0,59 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsi verilmişdir. Qeyd edilən torpaq sahəsinə JN 4xx xxx 40107018 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı hazırlanmışdır. Həmin torpaq sahəsinin 0.50 ha hissəsi nənələri X12 məxsus fərdi yaşayış evinin yerləşdiyi həyətyanı torpaq sahəsinin arxasında yerləşir. xx xxxxxx 2006-cı ildə nənələri X12 məxsus olmuş 0.15 ha həyətyanı torpaq sahəsi və onun üzərində yerləşən evi anası Şahid Balakən rayon Notariat Kontorunda alqı-satqı müqaviləsi bağlamaqla, Cavabdeh1 satmışlar. Həmin torpaq sahəsinə bitişik olan 0.50 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsini isə cavabdeh onlardan müvəqqəti istifadə etmək üçün xahiş etmiş, imkanı olanda alacağını bildirmişdir. Onlar- iddiaçıların məlumatı olmadan JN 4xx xxx 40107018 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında göstərilən 0.59 ha torpaq sahəsindən 0.50 ha hissəsini valideynləri Cavabdeh1 satmışlar. 2020-ci ilin mart ayında onların bundan məlumatları olmuşdur. Sonradan notariat orqanı tərəfindən surəti onlara verilərkən məlum olmuşdur ki, bağlandığı tarixi məlum olmayan torpaq alqı-satqı müqaviləsi Şahid, X15 və X26 ilə X38 arasında 0.50 ha torpaq sahəsinə dair bağlanılmışdır. Həmin müqavilə ilə guya Etibar Alqayev onlaraməxsus olan torpaq sahəsinə dair 4000 manat pul ödəmişdir. Bağlandığı tarix bəlli olmayan alqı-satqı müqaviləsinə onlar imza etməmişlər və onların bundan məlumatları olmamışdır. Həmin alqı-satqı müqaviləsi həm qanunvericiliyin tələblərinə zidd bağlanmış, həm də hazırki iş üzrə iddiaçıların mülkiyyət hüquqları pozulmuşdur. Belə ki, JN 4xx xxx 40107018 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı ilə Şahid, X15, X26, X29 və X16 0.59 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Cavabdeh2 öz səlahiyyətlərindən suiistifadə edərək, onlara və ailə üzvlərinə məxsus olan torpaq sahəsini iddiaçıların məlumatı və razılığı olmadan öz mülahizəsinə əsasən Şahid, X15 və X26 arasında hər birinə 0.17 ha torpaq payı ayırmaqla 0.50 ha hissəsini X1. Həmin vaxt onlar yetkinlik yaşına çatmamışlar və belə olduğu halda Cavabdeh2 ən azından qəyyumluq və himayə orqanının razılığını almalı idi. Buna görə də Balakən rayon Notariat Kontorunda bağlanmış JN 4xx xxx 40107018 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı ilə mülkiyyətlərinə verilmiş Balakən rayonu Qullar kəndində yerləşən 0.50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin alqı- satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş edirlər. Məhkəmə iclasında iddiaçılar İsayeva (Saramanova) Afət Əsildar qızınınvə Qurbanova (Saramanova) Adilə Əsildar qızının nümayəndəsi-vəkili Vəkil iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermişvəiddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək, izahatında göstərdi ki, iddiaçılar tərəfindən mübahisələndirilən torpaq sahəsi xx xxxxxx 2006-cı il tarixdə X17, Şahid və X27 tərəfindən rəsmi olaraq notarial qaydada alqı-satqı müqaviləsi ilə ona satılmışdır. O, torpaq sahəsinə görə iddiaçı Şahid qardaşına 9000 ABŞ dolları və 4000 manat pul ödəmişdir. Alqı-satqı müqaviləsindən sonra mülkiyyətçilər həmin torpaq sahəsinin Dövlət Aktını ona vermişlər və həmin torpağa dair JN 4xx xxx 40101018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ondadır. Göstərilən torpaq sahəsinin alınması ilə bağlı alqı-satqı müqaviləsi notarial qaydada rəsmiləşdirilmişdir. X17 və Şahid həmin torpaq sahəsindən onun çıxarılması barədə iddia qaldırmış, Balakən Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə bu iddia təmin edilməmişdir. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Balakən Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçıların iddiasını əsassız hesab edir. Ona görə də iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh2 nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən hazırki işə Cavabdeh2 nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Belə ki, Azərbaycan Respublikası MPMnin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X27 ifadəsində göstərimşdir ki, xx xxxxxx 2006-cı il tarixli alqı-satqı müqaviləsində olan imza ona məxsusdur, həmçinin həmin müqaviləni notariusda atası Əsildar və anası Pirdas imzalamışlar. Həmin vaxt onun 18 yaşı tamam olmuşdur. Cavabdeh1 torpaq sahəsinin pulunu dayısı Abdulhəmidə verdiyini demiş, lakin dayısı tərəfindən ona, atası Əsildar və anası Pirdasa pul verilməmişdir. Həmin vaxtdan 0,50 ha torpaq sahəsi Cavabdeh1 sahiblik və istifadəsindədir. Məhkəmə iclasında şahid dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, 0.50 ha torpaq sahəsinin Cavabdeh1 satılması barədə xx xxxxxx 2006-cı il tarixli torpaq alqı-satqı müqaviləsində imza ona aiddir, həmçinin həmin müqaviləni əri Əsildar və oğlu Ədalət imzalamışlar. Onlar müqaviləni imzalamaq üçün notariusa getmiş və müqaviləni notariusda imzalamışlar. Lakin onlara 4000 manat pul verilməmişdir. Həmçinin Cavabdeh1 onlara vermək üçün həmin pulu qardaşı Abdulhəmidə verməsini desə də, həmin pul Abdulhəmid tərəfindən onlara verilməmişdir. Qardaşı Abdulhəmid vəfat etmişdir. Onun evi satmasından xəbəri olmuş, lakin pay torpaq sahəsini satmasından xəbəri olmamışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən JN-439 seriyalı KOD 40107018 Torpağa mülkiyyət hüququna dair Dövlət Aktından görünür ki, Balakən rayonu X28 xx xxxxx 1998-ci il tarixli, 05 saylı qərarı ilə Balakən rayonu Qullar kəndi ərazisindən X7, Şahid, X18, X24 və X16 0.59 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən notarial qaydadatəsdiqolunmuşxx xxxxxx 2006-cı il tarixli torpaq alqı-satqı müqaviləsindən görünür ki, X19, Şahid və X3 rayonu X28 xx xxxxx 1998-ci il tarixli, 05 saylı qərarı ilə JN-439-li Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Balakən rayonu Qullar kəndində yerləşən ümumi sahəsi 0.50 haolan torpaq sahəsini 4000 manata Cavabdeh1 satmışlar. İşdə olan və məhkəmə iclasında tədqiq edilən xx xxxxxx 2006-cı il tarixli müqavilədən görünür ki, X4, Şahid və X2 rayon DNK-nin xx.xx.2005-ci il tarixli 2V-231 saylı qanun üzrə vərəsəlik şəhadətnaməsi və Balakən TİB-nin xx.xx.2006-cı il tarixli arayışına əsasən onlara məxsus olan Balakən rayonu Qullar kəndində yerləşən 1936-cı ildə tikilən, divar, çaydaşı, üstü keramit, yaşayış sahəsi 45 kvm, ümumi sahəsi 45 kvm-dən ibarət yaşayış evini 9000 ABŞ dolları, yəni 8000 manata Cavabdeh1 satmışlar. İşdə olan və məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası Balakən Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(019)-79/2019 saylı qətnaməsindən görünür ki, həmin qətnamənin əsaslandırıcı hissəsində Balakən rayonu Qullar kəndində yerləşən mübahisəli 0,50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Balakən rayon X28 xx xxxxx 1998-ci il tarixli qərarı ilə X5, Şahid, X13, X20 və X14 ümumi birgə mülkiyyətinə verilməsi, xx xxxxxx 2006-cı il tarixdə həmin torpaq sahəsinin X17, Şahid və X27 tərəfindən notarial qaydada alqı-satqı müqaviləsi bağlanmaqla 4000 manata Cavabdeh1 satılması və məhkəmə-xətşünaslıq ekspertizasının xx xxx 2019-cvuiltarixli, 8623 nömrəli rəyi ilə xx xxxxxx 2006-cı il tarixli torpaq alqı-satqı müqaviləsində və 4Ə-19 nömrəli notariat işinin 2ci vərəqində olan xx xxxxxx 2006-cı il tarixli Torpaq alqı-satqı müqaviləsində «İMZALAR» qrafasında «1.» rəqəmi qarşısındakı imzanın X17 tərəfindən icra olunması, ekspertizaya təqdim edilmiş mülki işin 74-cü vərəqəsində olan xx xxxxxx 2006-cı il tarixli Torpaq alqıatqı müqaviləsində və 4-Ə-19 nömrəli notariat işinin 2-ci vərəqəsində olan xx xxxxxx 2006cı il tarixli Torpaq alqı-satqı müqaviləsində «İMZALAR» qrafasında "2." rəqəmi qarşısındakı imzanın Şahid tərəfindən imza olunması faktları müəyyən edilib, bu faktlara məhkəmə tərəfindən hüquqi qiymət verilməklə iddiaçılar Şahid və X6 Cavabdeh1 qarşı hazırk işdə mübahisə predmeti olan Balakən rayonu, Qullar kəndində yerləşən 0,50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən Cavabdeh1 çıxarılması və mülkiyyət hüquqlarının bərpa edilməsi tələbinə dair iddiaları təmin edilməmişdir. İşdə olan və məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(107)-2555/2019 saylı qətnaməsindən görünür ki, iddiaçılar Şahid və X21 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Azərbaycan Respublikası Balakən Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(019)-79/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə iddiaçıların nümayəndəsi-vəkilinin və cavabdehin izahatlarını və şahidlərin ifadələrini dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edərək hesab edir ki, iddia aşağıda qeyd olunan səbəblərdən əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan «İnsan Hüquqlarının və X32 Haqqında» Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “X33”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.2-ci maddəsinə əsasən daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-146.2-ci maddələrinə görə daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla);daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasada, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxx 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarında belə bir hüquqi mövqe ifadə edilmişdir ki, sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. F.Ə.Hüseynovun və A.Ə.Qasımovun şikayəti ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxx 2004-cü il tarixli qərarında göstərilir ki, hüququn dövlət qeydiyyatına alınmasına qədər şəxs ona verilən əşyanın hüquqi əsası olan (titul) sahibi sayılır. Bu isə daşınmaz əşyanın əldə edən barəsində mülkiyyət hüququnun əmələ gəlməsini ehtiva edən hüquqi fakt kimi çıxış edir. Müşfiq Bayramovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun x xxxx 2011-ci il tarixli qərarında göstərilir ki, torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi torpaq üzərində mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarını istisna etmir. «V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2010-cu il tarixli qərarında mülkiyyət hüququnun məzmunu təşkil edən sahiblik, istifadə və sərəncam hüququ ilə bağlı aşağıdakı hüquqi mövqe formalaşmışdır: «Mülki və torpaq qanunvericilyinin müddəalarından da göründüyü kimi, tərəflərin razılığı ilə yanaşı, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir». Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Göründüyü kimi, həm milli qanunvericilik, həm də beynəlxalq hüquq, o cümlədən Avropa Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu və öz mülkiyyətindən maneəsiz istifadə hüququnu tanıyır və həmin hüquqa təminat verir. İlk olaraq qeyd edilməlidir ki, iş materiallarından məlum olur ki, Cavabdeh1 sözügedən 0.50 ha torpaq sahəsini vicdanlı (alıcı) əldə edəndir. Belə ki, işdə olan və məhkəmə iclasında tədqiq edilən xx xxxxxx 2006-cı il tarixli alqısatqı müqaviləsindən də göründüyü kimi, X19, Şahid və X3 rayonu X28 xx xxxxx 1998-ci il tarixli, 05 saylı qərarı ilə JN-439-li Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Balakən rayonu Qullar kəndində yerləşən ümumi birgə mülkiyyətdə olan 0.50 haolan torpaq sahəsini 4000 manata Cavabdeh1 satmışlar. Yenə də işdə olan və məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası Balakən Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(019)-79/2019 saylı qətnaməsindən göründüyü kimi, Balakən rayonu Qullar kəndində yerləşən mübahisəli 0,50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Balakən rayon X28 xx xxxxx 1998-ci il tarixli qərarı ilə X5, Şahid, X13, X20 və X14 ümumi birgə mülkiyyətinə verilmiş, xx xxxxxx 2006-cı il tarixdə həmin torpaq sahəsi X17, Şahid və X27 tərəfindən notarial qaydada alqı-satqı müqaviləsi bağlanmaqla 4000 manata Cavabdeh1 satılmışdır. İddiaçıların valideyinləri Şahid və X6 iddiası ilə bağlı əldə edilmiş məhkəmə-xətşünaslıq ekspertizasının rəyi ilə də müəyyən edilmişdir ki, həmin müqavilədəki imzalar müvafiq olaraq X7 və Şahid məxsusdur. İşdəki sübutlardan birmənalı görünür ki, iddia predmetini təşkil edən xx xxxxxx 2006cı il tarixli alqı-satqı müqaviləsi qanunvericiliyin tələblərinə əməl edilməklə bağlanmışdır. İş üzrə iddiaçılar İsayeva (Saramanova) Afət Əsildar qızı və Qurbanova (Saramanova) Adilə Əsildar qızının alqı-satq müqaviləsi bağlanmasından yetkinlik yaşına çatmalarından (mülki hüquq fəaliyyət qabiliyyətləri yaranmasından) sonra da xəbərləri olmaması və 2020-ci ilin mart ayında həmin müqavilənin bağlandığından xəbəri olmalarını ağlabatan hesab etmir və qeyri-səmimi verilmiş məlumat kimi qəbul edir. Bu xüsusda məhkəmə qeyd edir ki, qeyd olunan müqavilə bağlanarkən iddiaçılar İsayeva (Saramanova) Afət Əsildar qızı və Qurbanova (Saramanova) Adilə Əsildar qızının həqiqətən də müvafiq olaraq 14 və 16 yaşları olmuş, lakin, iddiaçıların hər ikisi hazırki iddianı qaldırmazdan müvafiq olaraq 12 və 10 il əvvəl yetkinlik yaşına çatmışlar (mülki hüquq fəaliyyət qabiliyyətləri yaranmışdır). Keçən bu müddət ərzində isə iddiaçıların qeyd olunan torpaq sahəsindən Cavabdeh1 istifadə etdiyini, cavabdehin sahiblik və istifadəsində olduğunu bilməmələri ağlabatan deyildir. İddiaçılar İsayeva (Saramanova) Afət Əsildar qızı və Qurbanova (Saramanova) Adilə Əsildar qızı mübahisə predmeti olan torpaq sahəsini Cavabdeh1 satmış X19 və Şahid qızları və X13 bacılarıdır, onların bu alqı-satqı müqaviləsindən məlumatlı olmamaları qeyri-mümkünlü və əsaslı deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157-ci maddəsi belə vəziyyətlərdə hüququ pozulmuş əsl mülkiyyətçiyə vindikasiya iddiası vasitəsi ilə hüquqlarını bərpa etmək imkanı yaradır. Lakin o da qeyd olunmalıdır ki, belə qanunsuz əqdlərin nəticələrinin, onun vurduğu zərərin aradan qaldırılması ilə bağlı məsələlərdə qanunverici əmlakı özgəninkiləşdirənlə onu əldə edənə münasibətdə fərqli qiymətləndirici meyarlarla yanaşır. Belə ki, əmlakı qanunsuz özgəninkiləşdirənə münasibətdə mövqe birmənalıdır; o hər bir halda vurduğu zərərə görə cavabdehdir, yəni özgəninkiləşdirdiyi əmlakı geri qaytarmalı, yaxud onun əvəzini ödəməlidir. Əmlakı qanunsuz özgəninkiləşdirəndən əldə edən şəxsləri isə, onların əqdlə bağlı faktiki hallara subyektiv yanaşmasından asılı olaraq, qanunverici fərqləndirir və uyğun olaraq, onlar tərəfindən zərərin ödənməsi ilə bağlı fərqli nəticələrin törənməsi imkanları təsbit olunur. Sonuncu məsələyə münasibətdə qanunverici “vicdanlı sahib” və “vicdansız sahib” kateqoriyalarını fərqləndirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140 və 182-ci maddələrinin mənasına görə əmlakı özgəninkiləşdirən onun mülkiyyətçisi olmadığı, əldə edənin isə bunu bilmədiyi hallarda əldə edən “vicdanlı alıcı”, yaxud “vicdanlı sahib” hesab olunur. Əgər əldə edən özgəninkiləşdirənin əmlakın mülkiyyətçisi olmadığını bilmişsə və ya bilməli idisə, o, “vicdansız əldə edən” hesab olunur. Əldə edəni vicdansız hesab etmək üçün onun öz hərəkətlərinə münasibətdə kobud ehtiyatsızlıq və ya qəsd formasında təqsirinin olması gərəkdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 149.2-ci maddəsinə görə əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 148.2-ci maddəsinə görə daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Sadalanan maddi hüquq normalarının tələblərini rəhbər tutub, sözügedən əmlakın alqı-satqı yolu ilə Cavabdeh1 satıldığını nəzərə alaraq, məhkəmə hesab edirik ki, iddiaçıların mübahisəli daşınmaz əmlaka iddia etdiyi hər hansı hüququnun pozulması halı, alqı-satqı müqaviləsi üzrə vicdanlı tərəf qismində çıxış edən cavabdehin hüquqlarının pozulması hesabına aradan qaldırlıa bilməz və iddiaçılar onlara vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı əmlakı satana qarşı ayrıca iddia qaldırmaqla mübahisə aça bilər. Əmlakı vicdanlı əldə edənin hüquqlarının müdafiəsi ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir neçə qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə vicdanlı sahibin xoş niyyət, ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməklə bağladığı əqdin başqa müdafiə vasitəsilə şübhə altına alınmasını, habelə onun nəticələrinin tətbiqini mümkün edən və faktiki olaraq onu mülkiyyətçi ilə müdafiəsiz üzbəüz qoyan belə hüquqi qeyri-müəyyənlik isə mülki dövriyyənin davamlılığına, əmlakla bağlı yaranan münasibətlərin sabitliyinə mənfi təsir göstərməklə yanaşı, həmçinin tərəflərin bir-birinə olan inamının da azalmasına gətirib çıxarardı”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, Mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir, mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir, əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə Mülki Məcəllənin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır. Məhkəmənin bu mövqeyinə X47 Avropa Məhkəməsinin (bundan sonra Avropa Məhkəməsi) presedentləri işığında da aydınlıq gətirmək yerinə düşərdi. Belə ki, Avropa Məhkəməsi “Qladışeva Rusiyaya qarşı” iş üzrə qəbul etdiyi xx xxxxxx 2011-ci il tarixli qərarında mənzilin özəlləşdirilməsində rol oynamış mühüm dövlət orqanlarının qərarlarının “vicdanlılıq” məsələsinin müəyyən olunmasındakı roluna toxunaraq qeyd etdi ki, xeyli sayda dövlət orqanlarının mənzili özəlləşdirmək hüququnu təsdiq etməsi həmin mənzili onu özəlləşdirən şəxsdən almış şəxsi özəlləşdirmə zamanı yol verilmiş pozuntulara görə mənzilə sahiblik hüququnu itirmək təhlükəsi altında qoymamalıdır. Dövlət hakimiyyət orqanlarının işdə buraxdıqları səhv və çatışmazlıqlar həmin şəxslərin xeyrinə işləməli, bu səhvlər onların hesabına düzəldilməməlidir. Avropa Məhkəməsi bu qərarında belə mübahisələrin vicdanlı alıcının əldə etdiyi əmlakı itirməsi ilə nəticələnməsinin ilkin mülkiyyətçinin mülkiyyət hüquqlarının qorunmasında ifadə olunan “ictimai maraq”la vicdanlı alıcının hüquqlarının qorunmasında ifadə olunan “fərdi maraq” arasındakı ədalətli tarazlığı pozduğunu qeyd etmiş və belə tarazlığın vicdanlı alıcının hüquqlarının müdafiə olunması hesabına təmin olunması zəruriliyini qabartmışdır. Avropa Məhkəməsi “Paduraru Rumıniyaya qarşı” işində daşınmaz əmlakın alqısatqısında vicdanlı üçüncü şəxslərin hüquqlarının qorunmasına dair yerli qanunvericiliyinin mövcudluğuna əsaslanaraq, həmin işdə ərizəçinin geri tələb edilən əmlakının ona qaytarılmasını mümkün olmadığını qeyd etmişdir. X45 Məhkəməsi “Buciaş Ruminiyaya qarşı” işində qeyd edirki, ləğv olunması istənilən satış müqaviləsinin taleyi tərəflərin vicdanlığı və ya vicdansızlığından asılıdır. Bununla yanaşı, “Xalq Bank” Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qərarında göstərilmişdir ki, “daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatı və reyestrinin həyata keçirilməsi ictimai qaydanın, əşya hüquq münasibətlərinin sabitliyinin təmin edilməsi məqsədi daşıyaraq müəyyən prinsiplərə əsaslanır. Bu prinsiplərdən biri olan dövlət reyestrinin açıqlığı prinsipi “Daşınmaz əmlakın dövlət'reyestri haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun) 5-ci maddəsində müəyyən edilmişdir. Qeyd edilən maddəyə əsasən, daşınmaz əmlakın təsviri, dövlət qeydiyyatına alınmış hüquqları və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış yazılı və ya elektron formada hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə onların yazılı və ya elektron müraciətləri əsasında verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı, eləcə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 16.6-cı maddəsində dövlət reyestrinin açıqlığı prinsipindən irəli gələrək daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası öz əksini tapmışdır. Belə ki, həmin qanun normalarına görə reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı pezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası dövlət orqanının həyata keçirdiyi reyestrə ictimai inam və hüquqi etimadın təmin edilməsi məqsədi daşıyır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasmın (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Belə hüquqi akta ictimai güvənin və etimadın təmin edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qəbul edilmişdir. Bu prezumpsiyaya əsasən, dövlət orqanının həyata keçirdiyi reyestrə və verdiyi hüquqi aktın məzmununa inanaraq əşya üzərində hüquqlar əldə edən vicdanlı üçüncü şəxslərin hüquqları dövlət tərəfindən qorunur. Qeyd edilməlidir ki, əşyanın özgəninkiləşdirilməsi zamanı özgəninkiləşdirənin adına qeydə alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeydin həqiqiliyi prezumpsiyası əşyanın ipoteka qoyulması halı üçün də tətbiq edilir. Belə ki, Mülki Məcəllənin 271.1-ci maddəsinə əsasən, mülkiyyətçi olmayan şəxsdən ipoteka (girov) hüququnun əldə edilməsinin hüquqi nəticələri bu Məcəllənin 140 və 182-ci maddələrinin müddəalarına uyğun olaraq müəyyən edilir. Mülki Məcəllənin 182-ci maddəsinə əsasən, əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Beləliklə, əşya üzərində mülkiyyət, habelə ipoteka və s. kimi əşya hüquqları əldə edən şəxs həmin əşya ilə bağlı hüquqlara dair dövlət reyestrindəki qeydə inanaraq hərəkət edirsə və bu zaman qeydiyyatın düzgün olmadığını bilmirsə və ya qeydiyyatın qeyri- dəqiqliyinə dair qeyd reyestrə daxil edilməyibsə, vicdanlı əldə edən hesab edilir və onun hüquqları qorunur. Məhkəmə yuxarıdakı qənaəti ilə yanaşı qeyd edir ki, işdə olan və məhkəmə iclasında tədqiq edilən JN-439 seriyalı KOD 40107018 Torpağa mülkiyyət hüququna dair Dövlət Aktından göründüyü kimi, mübahisə predemti olan 0,50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi tərəflərin ümumi birgə mülkiyyətində olmuşdur. Qanunvericiliyin tələblərinə əsasən əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir və birgə mülkiyyətin mülkiyyətçilərindən birinin ümumi əmlaka dair sərəncam verilməsi ilə əlaqədar bağladığı əqd həmin mülkiyyətçinin lazımi səlahiyyətlərinin olmaması mülahizələrinə əsasən qalan iştirakçıların tələbi ilə yalnız o halda etibarsız sayıla bilər ki, əqdin başqa tərəfinin bunu bildiyi və ya bilməli olduğu sübuta yetirilsin. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin222.2-ci maddəsinə əsasən, birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansını bağlanmasından asılı olmayaraq bu razılıq ehtimal edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin222.3-cü maddəsinə əsasən, birgə mülkiyyətin hər bir mülkiyyətçisi, əgər bütün mülkiyyətçilərin razılaşmasından ayrı qayda irəli gəlmirsə, ümumi əşyaya dair sərəncam verilməsi haqqında əqdlər bağlaya bilər. Birgə mülkiyyətin mülkiyyətçilərindən birinin ümumi əmlaka dair sərəncam verilməsi ilə əlaqədar bağladığı əqd həmin mülkiyyətçinin lazımi səlahiyyətlərinin olmaması mülahizələrinə əsasən qalan iştirakçıların tələbi ilə yalnız o halda etibarsız sayıla bilər ki, əqdin başqa tərəfinin bunu bildiyi və ya bilməli olduğu sübuta yetirilsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.2-ci maddəsinə əsasən fəziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti o, yetkinlik yaşına, yəni on səkkiz yaşına çatdıqda tam həcmdə əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 29.1-ci maddəsinə əsasən bu Məcəllənin 29.2-ci maddəsində göstərilmiş əqdlər istisna olmaqla, 14 yaşı tamam olmamış yetkinlik yaşına çatmayanların əvəzinə əqdləri onların adından yalnız valideynləri, övladlığa götürənlər və ya qəyyumlar bağlaya bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 30.1-ci maddəsinə əsasən 14 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanlar bu Məcəllənin 30.2-ci maddəsində göstərilənlər istisna olmaqla, əqdləri öz qanuni nümayəndələrinin-valideynlərinin, övladlığa götürənlərin və ya himayəçinin yazılı razılığı ilə bağlaya bilərlər. Bu cür yetkinlik yaşına çatmayanın bağladığı əqd sonradan valideynləri, övladlığa götürənlər və ya himayəçi tərəfindən bəyənildikdə də etibarlıdır. Mülki Məcəllənin 222.2-ci maddəsinə əsasən X17, Şahid Sabanhacıyov qızı və X27 xx xxxxxx 2006-cı il tarixli torpaq alqı-satqı müqaviləsini bağlayaraq ümumi birgə mülkiyyətdə olan 0.50 ha torpaq sahəsini Cavabdeh1 satarkən onların birgə mülkiyyətdə olan bu torpaq sahəsinə dair sərəncamçılığının bütün mülkiyyətçilərin, o cümlədən iddiaçıların razılığı ilə həyata keçirilməsi, yəni iddiaçıların da bu əqdə razılıq verməsi ehtimal olunur. Digər tərəfdən, əqd bağlanarkən iddiaçılar hələ yetinlik yaşına çatmamışlar. İş materiallarına əsasən ümumi birgə mülkiyyətdə olan torpaq sahəsi barəsində sərəncam verməklə bağlı ayrı qaydanın müəyyən edilməsi haqqında bütün mülkiyyətçilərin hər hansı ayrıca razılışması olmamış, Mülki Məcəllənin 222.3-cü maddəsinin tələblərinə əsasən birgə mülkiyyətin mülkiyyətçiləri olan X17, Şahid Sabanhacıyov qızı və X27 ümumi əşyaya dair sərəncam verilməsi haqqında əqd bağlamışlar. Həm də bu zaman X17 və Saramanova X10 (Saramanova) Afət Əsildar qızı və Qurbanova (Saramanova) Adilə Əsildar qızının qanuni nümayəndələri qismində çıxış etmiş və qanuni nümayəndələrə dair hüquqlarından istifadə etmişlər. Bundan başqa iddiaçılar əqdin başqa tərəfinin-yəni Cavabdeh1 birgə mülkiyyətin mülkiyyətçilərindən X17, Şahid Sabanhacıyov qızı və X13 ümumi əmlaka dair sərəncam verilməsi ilə əlaqədar bağladığı əqdin həmin mülkiyyətçinin lazımi səlahiyyətlərinin olmamasını bildiyi və ya bilməli olduğunu təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmiş, sözügedən əqdin etibarsızlığı üçün Mülki Məcəllənin 222.3-cü maddəsində nəzərdə tutulmuş faktoloji və hüquqi əsasların olmasını sübuta edə bilməmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsində əqdlərin etibarsızlığı üçün əsaslar nəzərdə tutulmuşdur ki, həmin əsaslar mövcud olduğu və müvafiq müddətlər daxilində iddia verildiyi halda əqdin etibarsızlığının müəyyən edilməsi nəzərdə tutulmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339-cu maddəsində hakimiyyətdən suiistifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqdin etibarsızlığı, Mülki Məcəllənin 340-cı maddəsində uydurma və yalan əqdlərin etibarsızlığı, Mülki Məcəllənin 341-ci maddəsində qeyri-ciddi əqdin etibarsızlığı, Mülki Məcəllənin 342-ci maddəsində fəaliyyət qabiliyyəti olmayan fiziki şəxsin bağladığı əqdin etibarsızlığı, Mülki Məcəllənin 343-cü maddəsində fəaliyyət qabiliyyəti məhdudlaşdırılmış fiziki şəxsin bağladığı əqdin etibarsızlığı, Mülki Məcəllənin 344-cü maddəsində on dörd yaşı tamam olmamış yetkinlik yaşına çatmayanın bağladığı əqdin etibarsızlığı, Mülki Məcəllənin 345-ci maddəsində on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanın bağladığı əqdin etibarsızlığı, Mülki Məcəllənin 346-cı maddəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya onlara rəhbərlik edə bilməyən fiziki şəxsin bağladığı əqdin etibarsızlığı, Mülki Məcəllənin 347-ci maddəsində vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqdin etibarsızlığı və Mülki Məcəllənin 349-cu maddəsində hüquqi şəxsin hüquq qabiliyyətindən kənara çıxan əqdin etibarsızlığının əsasları və şərtləri nəzərdə tutulmuşdur. İş üzrə iddiaçılar qeyd olunan xx xxxxxx 2006-cı il tarixli alqı-satqı müqaviləsinin etibarsızlığı üçün qanun normalarında nəzərdə tutulan əsas və şərtlərin olmasını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişlər. Halbuki qanuna görə (MPM-nin 77.1-ci maddəsi) bu vəzifə onların üzərinə düşür. Məhkəmə iddiaçıların iddia tələblərinin əsaslandırıldığı hal kimi, həmin əqd bağlanarkən qəyyumluq və himayəçilik komissiyasının razılığının alınmaması barədə istinad etdiyi hala hüquqi qiymət verərək, hesab edir ki, həmin hal iddianın təmin edilməsi və sözügedən əqdin etibarsız hesab olunması üçün əsas ola bilməz. Belə ki, əvvəla, qanunda birgə mülkiyyətin subyekti tərəfindən birgə mülkiyyətdə olan əşya üzərində sərəncam verilərkən-əqd bağlanarkən birgə mülkiyyətin digər iştirakçısı yetkinlik yaşına atmayan şəxs olduqda istənilən halda qəyyumluq və himayçilik komissiyasının (onun nümayəndəsinin) mütləq iştirakı və mütləq qaydada həmin komissiyanın razılığının alınması nəzərdə tutulmamışdlır. Digər tərəfdən xx xxxxxx 2006-cı il tarixli əqd bağlanarkən iddiaçıların qanuni nümayəndələri olan valideynləri həmin əqdə imza etmiş və yuxarıda istinad olunan qanun normasının (Mülki Məcəllənin 222-ci maddəsi) tələbinə əsasən iddiaçıların da razılığının olması ehtimalı ilə çıxış etmişlər və iddiaçıların valideynlərinin və qardaşı Ədalət Saramanovun ümumi birgə mülkiyyətdə olan 0.50 ha torpaq sahəsi ilə bağlı belə sərəncam vermək hüquqları olmuşdur. Həmçinin sənədinnotarial qaydada təsdiq olunmuş alqı-satqı müqaviləsinin düzlyü və tamlığı prezumpsiyasına istinad olunmaqla həmin 0.50 torpaq sahəsinin alqı-satqısı ilə bağlı cavabdeh tərəfindən müqavilədə qeyd olunan pul məbləği ödənilmiş, həmin torpaq sahəsi cavabdehin qanuni sahiblik və istifadəsinə keçmiş, cavabdehin həmin torpaq sahəsinə titul sahibliyi yaranmışdir və 14 ildir ki, həmin torpaq sahəsi cavabdehin qanuni sahiblik və istifadəsindədir. Yəni alqı-satqı zamanı qanunun tələblərinə əməl edilmiş və qanunun tələbləri və tətbiqi təcrübəsi nöqteyi-nəzərindən iddiaçıların hüquqları pozulmamışdır. Bu xüsusda o da qeyd edilməlidir ki, iddiaçılar torpaq sahəsinə münasibətdə pozulması ehtimal olunan hüquqlarının bərpası üçün torpaq sahəsinin alqı-satqı pulunu alan şəxs (və ya şəxslərə) qarşı kompensator tələb irəli sürə bilərlər. Yuxarıda göstərildiyi kimi, cavabdeh həmin torpaq sahəsinin vicdanlı alıcısıdır və onun hüquqlarının müdafiə olunması vacib əhəmiyyət daşıyır. Bundan başqa, cavabdehin həmin torpaq sahəsini birgə mülkiyyətin digər iştirakçılarından qanuni yolla alması və bu torpaq sahəsinin cavabdehin qanuni sahiblik və istifadəsində olması qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuşdur. Bundan başqa, həmin vaxt qəyyumluq və himayəçilik komissiyasının nümayəndəsinin bu prosesə cəlb olunmaması, bu komissiyasının razılığının alınemaması cavabdehin günahı üzündən baş verməmiş və bu hal iddiaçıların qanuni nümayəndələri olan valideynləri onların qanuni təmsilçiləri kimi əqdin bir tərəfi olduğu və onların hüquqlarını müdafiə etdiyi halda qanunda əqdin etibarsızlığına səbəb olan hal kimi nəzərdə tutulmamışdır. Digər tərəfdən sözügedən əqdin bağlanmasına qəyyumluq və himayəçilik komissiyasının razılığının alınmaması heç bir halda vicdanlı alıcı olan cavabdehin həmin torpaq sahəsinə olan hüquqlarından məhrum etməyə əsas yarada bilməz. Göstərilənlər də iddianın tamamilə əsassız olmasını göstərir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, iddiaçılar İsayeva (Saramanova) Afət Əsildar qızıvə Qurbanova (Saramanova) Adilə Əsildar qızının cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı Balakən rayon Notariat Kontorunda bağlanmış JN 4xx xxx 40107018 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı ilə mülkiyyətlərinə verilmiş Balakən rayonu Qullar kəndində yerləşən 0.50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Həmçinin hazırki iddianın qaldırılması üçün ödənilmiş 10 manat dövlət rüsumu iddiaçılara aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının MPM-nin 9.1-ci və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. «X8rşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Haqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyaaraşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyl, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçılar İsayeva (Saramanova) Afət Əsildar qızı və Qurbanova (Saramanova) Adilə Əsildar qızının cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı Balakən rayon Notariat Kontorunda bağlanmış JN 4xx xxx 40107018 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı ilə mülkiyyətlərinə verilmiş Balakən rayonu Qullar kəndində yerləşən 0.50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməsin. Hazırki iddianın qaldırılması üçün ödənilmiş 10 manat məbləğində dövlət rüsumu iddiaçılar İsayeva (Saramanova) Afət Əsildar qızı və Qurbanova (Saramanova) Adilə Əsildar qızına aid edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zamin Tahirov
Məhkəmə qərarları › İş №2(019)-588/2020
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-588/2020
23.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver