Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-6/2021 16.12.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X5 katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı cavabdehin torpaq sahəsindən çıxarılması, qərəzli hərəkətlərinə son qoyulması, tikilinin sökülməsi və ziyan tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh RX seriyalı ******* nömrəli “X8 haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarış”a əsasən xüsusi mülkiyyətində olan, Balakən rayonu Katex kəndindəki 0,2585 ha torpaq sahəsinə buraxmamaqla müşayiət olunan qərəzli hərəkətlərinə son qoyulması, torpaq sahəsinə giriş-çıxış üçün mövcud olan bələdiyyə mülkiyyətinə aid torpaq sahəsinin qarşısında cavabdeh tərəfindən inşa edilmiş hasarın sökülməsi və cavabdehin son 20 (iyirmi) il ərzində torpaq sahəsindən qanunsuz olaraq istifadə etməsi nəticəsində əldən çıxmış fayda olan 20.000 (iyirmi min) manat pulun və 5000 (beş min) manat mənəvi ziyanının cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə hazırlıq iclasında məhkəməyə iddia tələbinin artırılması barədə ərizə verərək Cavabdeh RX seriyalı ******* nömrəli “X8 haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarış”a əsasən xüsusi mülkiyyətində olan, Balakən rayonu Katex kəndində 0,2585 ha torpaq sahəsinə buraxmamaqla müşayiət olunan qərəzli hərəkətlərinə son qoyulması, ümumi paylı mülkiyyətində olan Balakən rayonu Katex kəndində yerləşən 0,2585 ha torpaq sahəsinə Zaqatala-Balakən şosesinin üzərində yerləşən torpaq sahəsinə ən yaxın hissədən yolun verilməsi, torpaq sahəsinə giriş-çıxış üçün mövcud olan bələdiyyə mülkiyyətinə aid torpaq sahəsinin qarşısında cavabdeh tərəfindən inşa edilmiş hasarın sökülməsi və cavabdehin son 20 (iyirmi) il ərzində torpaq sahəsindən qanunsuz olaraq istifadə etməsi nəticəsində əldən çıxmış fayda olan 20.000 (iyirmi min) manat pulun və 5000 (beş min) manat mənəvi ziyanının cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir. İddiaçı məhkəmə baxışı zamanı məhkəməyə ərizə verərək Cavabdeh RX seriyalı ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarış”a əsasən xüsusi mülkiyyətində olan, Balakən rayonu Katex kəndində 0,2585 ha torpaq sahəsinə buraxmamaqla müşayiət olunan qərəzli hərəkətlərinə son qoyulması, cavabdehin zəbt etdiyi həmin torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsinin 5kv/m hissəsində cavabdeh tərəfindən aparılmış tikintinin sökülməsi,torpaq sahəsinə giriş-çıxış üçün mövcud olan bələdiyyə mülkiyyətinə aid torpaq sahəsinin qarşısında cavabdeh tərəfindən inşa edilmiş hasarın sökülməsi və cavabdehin son 20 (iyirmi) il ərzində torpaq sahəsindən qanunsuz olaraq istifadə etməsi nəticəsində əldən çıxmış fayda olan 20.000 (iyirmi min) manat pulun və 5000 (beş min) manat mənəvi ziyanının cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, xüsusi mülkiyyətində Balakən rayonu Katex kəndində 0,2585 ha torpaq sahəsi vardır. Qeyd olunan əmlak üzərində hüquqları 01 aprel 2019-cu il tarixdən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq RX seriyalı ******* nömrəli “Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış”la rəsmiləşdirilmişdir.Cavabdeh xüsusi mülkiyyətində olan həmin torpaq sahəsini mişar daşından inşa edilmiş barı ilə hasara almaqla ora giriş hüququnu məhdudlaşdırmışdır.20 ilə yaxın müddətdir ki, cavabdeh onun torpaq sahəsindən istifadə edir və hər ildə mütəmadi olaraq həmin torpağın hesabına gəlir götürür. Cavabdeh maneçilik törətməyə çalışsa da uzun müddət çəkən məhkəmə proseslərindən sonra həmin əmlak üzərində hüquqlarını dövlət qeydiyyatına aldıra bilmişdir.Lakin cavabdeh bununla belə onu həmin əmlaka buraxmamaqla,əmlak üzərində sahiblik, istifadə və sərəncam vermək hüquqlarını kobud şəkildə pozmuşdur. Ekspertiza rəyi ilə də təsdiq olunur ki, həmin torpaq sahəsi onundur, Cavanşirin evinin 5 kv/m hissəsi onun torpaq sahəsində inşa olunmuşdur. Lakin Cavabdeh yenə də öz qanunsuz əməllərindən əl çəkmir.Cavabdehin bu hərəkətləri nəticəsində onun 20 il ərzində torpaqdan fayda götürmək hüququ da məhdudlaşdırılmışdır. Qeyd olunan dövrdə o həmin torpaq sahəsini icarəyə verməklə və orada bitən otu çalmaqla 1 ildə orta hesabla 1000 manat gəlir götürə bilərdi. Bütün bunlar isə onun mənəvi sarsıntı keçirməsinə və ona mənəvi ziyan dəyməsinə səbəb olmuşdur.Hesab edir ki, cavabdehin hərəkətləri nəticəsində ona dəymiş mənəvi ziyan 5000 (beş min) manat olaraq qiymətləndirilməlidir. Hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməyinin səbəbi də cavabdehin RX seriyalı ******* nömrəli «X8 Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış»a əsasən xüsusi mülkiyyətində olan Balakən rayonu,Katex kəndində 0,2585 ha torpaq sahəsinə buraxmamaqla müşayiət olunan qərəzli hərəkətlərinə son qoyulması, cavabdehin zəbt etdiyi həmin torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsinin 5kv/m hissəsində cavabdeh tərəfindən aparılmış tikintinin sökülməsi,torpaq sahəsinə giriş-çıxış üçün mövcud olan bələdiyyə mülkiyyətinə aid torpaq sahəsinin qarşısında cavabdeh tərəfindən inşa edilmiş hasarın sökülməsi,ona dəymiş maddi və mənəvi ziyanın ödənməsidir.Qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf etməyərək izahatında göstərdi ki, İddiaçı iddiası əsassızdır. İddiaçı torpaq sahəsi başqa ərazidədir. Sadəcə olaraq sənədlər düzgün işlənməmişdir. Onun istifadə etdiyi torpaq sahəsinin İddiaçı aidiyyəti yoxdur. O,uzun müddətdir o torpaq sahəsindən istifadə edir,orada ağaclar əkmişdir. İddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 01.04.2019-cu il tarixdə verilmiş RX seriyalı ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş Çıxarışın surətindən görünür ki, Balakən rayonu Katex kəndi ərazisində yerləşən 0.2585 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı və X1 ümumi birgə mülkiyyətindədir, daşınmaz əmlakın dövlət reyestində 75 nömrəli reyestr kitabının 40 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə mühəndis-texniki və torpaqşünaslıq ekspertizasının təyin edilməsi haqqında Balakən Rayon Məhkəməsinin 05 avqust 2019-cu il tarixli 2(019)-710/2019 nömrəli qərardadı əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən 21 oktyabr 2019-cu il tarixdə verilmiş **********16 nömrəli mütəxəssis rəyində göstərilmişdir ki, İddiaçı X3 ilə ümumi birgə mülkiyyətdə olan Balakən rayonu Katex kəndində yerləşən 0.2585 ha torpaq sahəsinin naturada ölçüləri DƏDRX-nin tərtib etdiyi RX-1477170 saylı hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışda göstərilən ölçülərə uyğundur. İddiaçı, X3 ilə ümumi birgə mülkiyyətdə olan Balakən rayonu Katex kəndində yerləşən 0.2585 ha torpaq sahəsi Cavabdeh tərəfindən istifadə edilmir. Həmin torpaq sahəsi DƏDRX-nin tərtib etdiyi RX-1477170 saylı Çıxarışa əsasən 0.2585 ha torpaq sahəsini İddiaçı istifadə edir. İddiaçı, X3 ilə ümumi birgə mülkiyyətdə olan Balakən rayonu Katex kəndində yerləşən 0.2585 ha torpaq sahəsinə yol "xxxx" MMC-nin Elektron baza məlumatlarında olan Kompleks yerquruluşu layihələrində nəzərdə tutulmamışdır. Həmin əraziyə yolun hansı hissədən verilməsi idarənin səlahiyyətləri xaricindədir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə mühəndis- texniki və torpaqşünaslıq ekspertizasının təyin edilməsi haqqında Balakən Rayon Məhkəməsinin 05 avqust 2019-cu il tarixli 2(019)-710/2019 nömrəli qərardadı əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən 02 dekabr 2019-cu il tarixdə verilmiş 21300 nömrəli rəyində göstərilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Şəki LTİ-nin mühəndisi Rəşad Xalbayevin tərtib etdiyi mütəxəssis rəyinə əsasən İddiaçı , X3 ilə ümumi birgə mülkiyyətdə olan Balakən rayonu Katex kəndində yerləşən 0.2585 ha torpaq sahəsinin naturada ölçüləri DƏDRX-nin tərtib etdiyi RX- 1477170 saylı hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışda göstərilən ölçülərə uyğundur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Şəki LTİ-nin mühəndisi Rəşad Xalbayevin tərtib etdiyi mütəxəssis rəyinə əsasən İddiaçı X3 ilə ümumi birgə mülkiyyətdə olan Balakən rayonu Katex kəndində yerləşən 0.2585 ha torpaq sahəsi Cavabdeh tərəfindən istifadə edilmir. Həmin torpaq sahəsi DƏDRX-nin tərtib etdiyi RX-1477170 saylı Çıxarışa əsasən 0.2585 ha torpaq sahəsini İddiaçı istifadə edir. İddiaçı X3 ilə ümumi birgə mülkiyyətdə olan Balakən rayonu Katex kəndində yerləşən 0.2585 ha torpaq sahəsinə yol "xxxx" MMC-nin Elektron baza məlumatlarında olan Kompleks yerquruluşu layihələrində nəzərdə tutulmamışdır. Lakin iddiaçının torpaq sahəsinə şosse yolu tərəfindən Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 51-ci maddəsinə uyğun olaraq Servitut hüququ ilə yolun verilməsi mümkündür. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş, təkrar məhkəmə mühəndislik və torpaqşünaslıq ekspertizasının təyin edilməsi haqqında Balakən Rayon Məhkəməsinin 08 yanvar 2020-ci il tarixli qərardadı əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən 16 mart 2020-ci il tarixdə verilmiş **********13 nömrəli mütəxəssis rəyində göstərilmişdir ki, İddiaçı mərhum X3 ilə ümumi birgə mülkiyyətində olan, Balakən rayonu Katex kəndində yerləşən 0,2585 ha torpaq sahəsinin naturada ölçüləri 0,2564 hektardır və hüquqmüəyyənedici sənəddən 21 kv/m azdır. İddiaçı mərhum Qayxanova Subeybat Ramazan qızı ilə ümumi birgə mülkiyyətdə olan Balakən rayonu Katex kəndində yerləşən 0.2585 ha torpaq sahəsinin Cavabdeh tərəfindən 21 kv/m hissəsi istifadə edilir və istifadə olunan hissə tərtib olunmuş sxemdə göstərilmişdir. İddiaçı mərhum X3 ilə ümumi birgə mülkiyyətdə olan Balakən rayonu Katex kəndində yerləşən 0,2585 ha torpaq sahəsində Cavabdeh tərəfindən tikinti aparılmışdır və 5 kv/m torpaq sahəsi əsas tikiliyə, 16 kv/m torpaq sahəsi səthi hamarlanmış əraziyə düşür. Mübahisələndirilən torpaq sahəsi tərtib edilmiş sxemdə istinad nöqtələri və kordinatları göstərilmişdir. İddiaçı X3 ilə ümumi birgə mülkiyyətində olan, Balakən rayonu Katex kəndində yerləşən 0,2585 ha torpaq sahəsinə yol "xxxx" MMC-nin elektron baza məlumatlarında olan kompleks yerquruluşu layihələrində nəzərdə tutulmamışdır, həmin torpaq sahəsinə şosse yolu tərəfdən Servitut hüququ ilə yolun verilməsi mümkündür. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş təkrar məhkəmə mühəndislik və torpaqşünaslıq ekspertizasının təyin edilməsi haqqında Balakən Rayon Məhkəməsinin 08 yanvar 2020-ci il tarixli qərardadı əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən 11 iyun 2020-ci il tarixdə verilmiş 10/833 nömrəli rəyində göstərilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestrinin mütəxəssisləri tərəfindən tərtib olunmuş 16 mart 2020-ci il tarixli **********13 nömrəli mütəxəssis rəyinə əsasən İddiaçı mərhum X3 ilə ümumi birgə mülkiyyətində olan, Balakən rayonu Katex kəndində yerləşən 0,2585 ha torpaq sahəsinin naturada ölçüləri 0,2564 hektardır və hüquqmüəyyənedici sənəddən 21 kv/m az olduğu müəyyən olunur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestrinin mütəxəssisləri tərəfindən tərtib olunmuş 16 mart 2020-ci il tarixli **********13 nömrəli mütəxəssis rəyinə əsasən İddiaçı mərhum X3 ilə ümumi birgə mülkiyyətdə olan Balakən rayonu Katex kəndində yerləşən 0.2585 ha torpaq sahəsinin Cavabdeh tərəfindən 21 kv/m hissəsi istifadə edilir və istifadə olunan hissə tərtib olunmuş sxemdə göstərilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestrinin mütəxəssisləri tərəfindən tərtib olunmuş 16 mart 2020-ci il tarixli **********13 nömrəli mütəxəssis rəyinə əsasən İddiaçı mərhum X3 ilə ümumi birgə mülkiyyətdə olan Balakən rayonu Katex kəndində yerləşən 0,2585 ha torpaq sahəsində Cavabdeh tərəfindən tikinti aparılmışdır və 5 kv/m torpaq sahəsi əsas tikiliyə, 16 kv/m torpaq sahəsi səthi hamarlanmış əraziyə düşür. Mübahisləndirilən torpaq sahəsi tərtib edilmiş sxemdə istinad nöqtələri və kordinatları göstərilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestrinin mütəxəssisləri tərəfindən tərtib olunmuş 16 mart 2020-ci il tarixli **********13 nömrəli mütəxəssis rəyinə əsasən İddiaçı X3 ilə ümumi birgə mülkiyyətində olan , Balakən rayonu Katex kəndində yerləşən 0,2585 ha torpaq sahəsinə yol "xxxx" MMC-nin elektron baza məlumatlarında olan kompleks yerquruluşu layihələrində nəzərdə tutulmamışdır, həmin torpaq sahəsinə şosse yolu tərəfdən Servitut hüququ ilə yolun verilməsi mümkündür. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Şəki İnzibati Məhkəməsinin 20.02.2020-ci il tarixli 2-1(116)-364/2020 nömrəli qərarından görünür ki,həmin qərarla iddiaçı Balakən rayon Katex Bələdiyyəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “üçüncü şəxs İddiaçı adına tərtib edilmiş 01.04.2019-cu il tarixli A seriyalı 363301 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiası təmin edilməmiş,iş üzrə prosessual xərclərin iddiaçı Balakən rayonu Katex Bələdiyyəsinə aid edilməsi, mütəxəssis rəyinin verilməsinə çəkilmiş 96,40 manat xərcin ondan alınaraq "xxxx" MMC-yə ödənilməsi qərara alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş təkrar məhkəmə mühəndislik və torpaqşünaslıq ekspertizasının təyin edilməsi haqqında Balakən Rayon Məhkəməsinin 01 iyul 2020-ci il tarixli qərardadı əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən 19 avqust 2020-ci il tarixdə verilmiş **********77 nömrəli mütəxəssis rəyində göstərilmişdir ki, İddiaçı Kamıl qızının mərhum X3 ilə ümumi birgə mülkiyyətində olan Balakən rayonu Katex kəndində yerləşən 0,2585 ha torpaq sahəsinin naturada ölçüləri 0,2564 hektardır və hüquqmüəyyənedici sənəddən 21 kv.m azdır. İddiaçı Kamıl qızının mərhum X3 ilə ümumi birgə mülkiyyətində olan, Balakən rayonu Katex kəndində yerləşən 0,2585 ha torpaq sahəsi Cavabdeh tərəfindən 21 kv.m hissəsi istifadə edilir və istifadə olunan hissə tərtib olunmuş sxem 2-də göstərilmişdir. İddiaçı X3 ilə ümumi birgə mülkiyyətdə olan, Balakən rayonu Katex kəndində yerləşən 0.2585 ha torpaq sahəsinin 5 kv.m hissəsində yaşayış evi və həmin evə bitişik 16 kv.m hissəsinə isə səthi hamarlanmış beton tökülmüşdür. İddiaçı X3 ilə ümumi birgə mülkiyyətində olan,Balakən rayonu Katex kəndində yerləşən 0,2585 ha torpaq sahəsinə yol “Kadastr və Yerqurluşu Layihə Tədqiqat Mərkəzi" MMC-nin elektron baza məlumatlarında olan kompleks yerqurluşu layihələrində nəzərdə tutulmamışdır. Tərtib edilmiş sxem 2-də ərazinin naturada yerləşmə vəziyyəti əks olunmuşdur və torpaq sahəsinə hansı hissədən və konkret olaraq kimin mülkiyyətində olan torpaq sahəsindən yolun verilməsi idarənin səlahiyyətləri xaricindədir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş təkrar məhkəmə mühəndislik və torpaqşünaslıq ekspertizasının təyin edilməsi haqqında Balakən Rayon Məhkəməsinin 01 iyul 2020-ci il tarixli qərardadı əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən 06 oktyabr 2020-ci il tarixdə verilmiş 10/2184 nömrəli rəyində göstərilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisləri tərəfindən tərtib olunmuş 16 mart 2020-ci il tarixli **********13 saylı mütəxəssis rəyinə əsasən, İddiaçı mərhum X3 ilə ümumi birgə mülkiyyətində olan, Balakən rayonu Katex kəndində yerləşən 0,2585 ha torpaq sahəsinin naturada ölçüləri 0,2564 hektar olmaqla və hüquqmüəyyənedici sənəddən 21 kv.m az olduğu müəyyən olunur. Mütəxəssis rəyinə əsasən, İddiaçı mərhum X3 ilə ümumi birgə mülkiyyətində olan, Balakən rayon Katex kəndində yerləşən 0,2585 ha torpaq sahəsinin 21 kv/m hissəsi Cavabdeh tərəfindən istifadə edilir. İstifadə olunan hissə mütəxəssis rəyi əlavə edilmiş sxemdə göstərilmişdir. Mütəxəssis rəyinə əsasən, İddiaçı X3 ilə ümumi birgə mülkiyyətində olan, Balakən rayonu Katex kəndində yerləşən 0,2585 ha torpaq sahəsinin 5 kv.m hissəsində yaşayış evi və hər evə bitişik 16 kv.m hissəsinə isə səthi hamarlanmış beton tökülmüşdür. Mübahisələndirilən torpaq sahəsinin istinad nöqtələri və koordinatları mütəxəssis rəyinə əlavə edilmiş sxemdə göstərilmişdir. Mütəxəssis rəyinə əsasən, İddiaçı X3 ilə ümumi birgə mülkiyyətində olan, Balakən rayonu Katex kəndində yerləşən 0,2585 ha torpaq sahəsinə yol "xxxx" MMC-nin elektron baza məlumatlarında olan kompleks yerquruluşu layihələrində nəzərdə tutulmamışdır. Mütəxəssis rəyinə əlavə olunmuş 2-ci sxemdə ərazinin naturada yerləşmə vəziyyəti əks olunmuş və torpaq sahəsinə hansı hissədən və konkret olaraq kimin mülkiyyətində olan torpaq sahəsindən yolun verilməsi səlahiyyətləri xaricində (mütəxəssislərin) olduğu göstərilmişdir Ekspert tərəfindən qeyd olunur ki, mütəxəssis rəyində ərazinin baza məlumatları (kompleks yerquruluşu xəritələri) Mərkəzə təqdim olunmamışdır. Buna görə də, ekspert tərəfindən mütəxəssis rəyində yazılan məlumatların baza məlumatları ilə müqayisəli tədqiqatının aparılması mümkün olmamışdır.Odur ki, mütəxəssis rəyinin nəticələrinə məhkəmə tərəfindən qiymət verilə bilər. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 07.05.2020-ci il tarixdə verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş Çıxarışın surətindən görünür ki, Balakən rayonu Katex kəndi ərazisində yerləşən 0.2585 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir, daşınmaz əmlakın dövlət reyestrində 75 nömrəli reyestr kitabının 40 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 24.05.2021-ci il tarixdə verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş Çıxarışın surətindən görünür ki, Balakən rayonu Katex kəndi ərazisində yerləşən 0.12 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 268.70 kv.metr sahəsi olan fərdi yaşayış evi X4 xüsusi mülkiyyətindədir, daşınmaz əmlakın dövlət reyestində 32 nömrəli reyestr kitabının 58 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi idarəsi tərəfindən 10.08.2012-ci il tarixdə verilmiş torpaq sahəsinin planı və ölçüsüdən görünür ki, Balakən Rayon Katex kəndində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsi X4 xüsusi mülkiyyətinə verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş kompleks məhkəmə mühəndis-texnilki, bioloji və əmtəəşünaslıq torpaqşünaslıq ekspertizasının təyin edilməsi haqqında Balakən Rayon Məhkəməsinin 05 avqust 2021-ci il tarixli qərardadı əsasında verilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 01 oktyabr 2021-ci il tarixli 7/903 nömrəli ekspert rəyində göstərilmişdir ki, Azərbaycan Respulikası Kənd Təsərrüfatı Nazirliyi Balakən X12 Mərkəzinin Bitkiçilik sektorunun mütəxəssis rəyinə əsasən – sözügedən 0.2585 ha pay torpaq sahəsində Katex kənd sakini Cavabdeh tərəfindən əkilmiş 35 ədəd fındıq toması,6 ədəd armud, 3 ədəd alma, 5 ədəd gilas, 1 ədəd ərik, 2 ədəd zoğal, 1 ədəd qoz və 1 ədəd xurma ağacı vardır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş kompleks məhkəmə mühəndis-texniki, bioloji və əmtəəşünaslıq torpaqşünaslıq ekspertizasının təyin edilməsi haqqında Balakən Rayon Məhkəməsinin 05 avqust 2021-ci il tarixli qərardadı əsasında verilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 08 oktyabr 2021-ci il tarixli 9/6461 nömrəli ekspert rəyində göstərilmişdir ki, məhkəmə əmtəəşünaslıq ekspertizasının tədqiqatı məhkəmə-bioloji ekspertizasının 01.10.2021-ci il tarixli, 7/903 №li rəyinə əsasən aparılır. Həmin rəydə bir il ərzində qeyd edilən meyvə ağaclarının ayrı-ayrılıqda ümumi məhsuldarlığı və növü, həmçinin otun ümumi kütləsi ( və yaxud neçə bağlama) müəyyən edilməmişdir. Bu səbəbdən də ekspert qarşısında qoyulmuş sualı tam olaraq cavablandırmaq mümkün deyil, 16 kq quru otun orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 2.00 manat müəyyən edilir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş kompleks məhkəmə mühəndis-texniki, bioloji və əmtəəşünaslıq torpaqşünaslıq ekspertizasının təyin edilməsi haqqında Balakən Rayon Məhkəməsinin 05 avqust 2021-ci il tarixli qərardadının icrası ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 29 oktyabr 2021-ci il tarixli məlumatında göstərilmişdir ki,2(019)-6/2021 nömrəli mülki iş üzrə tərəfindən 05.08.2021-ci il tarixdə təyin edilmiş tikinti-texniki ekspertizasının aparılması və rəy verilməsi aşağıdakı səbəbə görə mümkün olmamışdır: -qoyulmuş sualların həlli üçün əlavə sənədlərin təqdim edilməsi barədə 13.09.2021-ci il tarixli vəsatət göndərilmiş, lakin vəsatətin göndərilməsindən uzun müddət keçməsinə baxmayaraq göstərilənlər təmin edilməmişdir. Bu səbəbdən də, qərardadla ekspert qarşısında qoyulmuş sualların həll edilməsi mümkün olmamışdır. Göstiərilənləri nəzərə alaraq, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə və “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında Təlimat”ın 3.2-ci bəndinə əsasən hazırkı ekspertizanın aparılmasından imtina edilərək iş üzrə materiallar icrasız geri qaytarılır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş kompleks məhkəmə mühəndis-texniki, bioloji və əmtəəşünaslıq torpaqşünaslıq ekspertizasının təyin edilməsi haqqında Balakən Rayon Məhkəməsinin 05 avqust 2021-ci il tarixli qərardadı əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidməti "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 07 dekabr 2021-ci il tarixdə verilmiş **********65 nömrəli mütəxəssis rəyindən görünür ki, X4 xüsusi mülkiyyətində olan DƏDRX-nin tərtib etdiyi reyestr nömrəsi **********12-10301 saylı Çıxarışa əsasən cavabdehin özünün göstərdiyi həyətyanı torpaq sahəsi naturada 0.12 ha olmaqla hüquqmüəyyənedici sənədə uyğundur. (yerquruluşu planı 1) X4 xüsusi mülkiyyətində olan, Balakən rayonu Katex kəndində yerləşən ümumi sahəsi 268,70 kv.m olan fərdi yaşayış evinin 7 kv.m hissəsi mülkiyyətində olan 0.12 ha həyətyanı torpaq sahəsinin cizgilərindən kənara və qalan hissəsi isə 0.12 ha həyətyanı torpaq sahəsinin cizgilərininin daxilində yerləşir. (yerquruluşu planı 2) X4 xüsusi mülkiyyətində olan, Balakən rayonu Katex kəndində yerləşən 0.12 hektar həyətyanı torpaq sahəsi İddiaçı mülkiyyətində olan Balakən rayonu Katex kəndində yerləşən 0.2285 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə üst-üstə düşmür. Ancaq İddiaçı mülkiyyətində olan, Balakən rayonu Katex kəndində yerləşən 0,2585 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin hüdudları daxilində X4 fərdi yaşayış evinin 5 kv.m hissəsi və 16 kv.m səthi hamarlanmış beton örtüyü düşür. İddiaçı mülkiyyətində olan, Balakən rayonu Katex kəndində yerləşən 0,2585 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsində hansı ağacların əkildiyini, bu ağacların meyvəsindən və oradakı ot biçinindən nə qədər gəlir əldə edildiyini müəyyən etmək idarənin səlahiyyətləri xaricindədir. Məhkəmə tərəflərin izahatını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, İddiaçı xüsusi mülkiyyətində Balakən rayonu Katex kəndində 0,2585 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. Cavabdeh uzun müddətdir həmin torpaq sahəsindən istifadə edir və iddiaçının həmin torpaq sahəsindən istifadə etməsinə imkan vermir.Bununla da Cavabdeh İddiaçı mülkiyyət hüququnu pozur ,ona maddi və mənəvi ziyan vurur. Məhkəmə iclasında həmçinin müəyyən edildi ki, Cavabdeh oğlu-X4 mülkiyyətində olan fərdi yaşayış evinin 5 kv.m hissəsi və 16 kv.m səthi hamarlanmış beton örtüyü İddiaçı mülkiyyətində olan torpaq sahəsində inşa olunmuşdur. İddia tələbinin,Cavabdeh RX seriyalı ******* nömrəli “X8 haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarış”a əsasən xüsusi mülkiyyətində olan, Balakən rayonu Katex kəndində 0,2585 ha torpaq sahəsinə buraxmamaqla müşayiət olunan qərəzli hərəkətlərinə son qoyulması, cavabdehin zəbt etdiyi həmin torpaq sahəsindən çıxarılmasına aid hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan «İnsan hüquqlarının və X7 haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Göründüyü kimi, həm milli qanunvericilik, həm də, beynəlxalq hüquq, o cümlədən Avropa İnsan Hüquqları Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu və öz mülkiyyətindən maneəsiz istifadə hüququnu tanıyır və həmin hüquqa təminat verir. Mülki Məcəlləsinin 238.1, 238.3-cü maddələrinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. Həmin Məcəllənin 239.2-ci maddəsinə görə fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 82-ci maddəsinə əsasən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamalıdırlar. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyati üzrə geri qaytarılmalıdır. Məhkəmə işin hallarını, mübahisəli torpaq sahəsinin İddiaçı mülkiyyətində olmasını, Cavabdeh həmin torpaq sahəsinə heç bir hüququnun olmamasını, onun həmin torpaq sahəsini zəbt etməsini, Cavabdeh İddiaçı öz mülkiyyətində olan torpağından istifadə etməsinə imkan verməməsini nəzərə alaraq hesab edir ki, iddia həmin hissədə əsaslı olduğundan təmin edilməli, Cavabdeh RX seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətində olan Balakən rayonu Katex kəndində yerləşən 0,2585 ha torpaq sahəsindən çıxarılmalı, Cavabdeh İddiaçı özünün mülkiyyətində olan,Balakən rayonu Katex kəndində yerləşən 0,2585 ha torpaq sahəsinə buraxmamaqla müşayiət olunan qərəzli hərəkətlərinə son qoyulmalıdır. Məhkəmə onu da qeyd edir ki, 21.10.2019-cu il tarixli, 16.03.2020-ci il tarixli və 19.08.2020-ci il tarixli mütəxəssis rəylərində və 02 .12.2019-cu il tarixli, 11.06.2020-ci il tarixli və 06.10.2020-ci il tarixli ekspert rəylərində Cavabdeh İddiaçı mülkiyyətində olan 0,2585 ha torpaq sahəsinin yalnız 21 kv/m hissəsindən istifadə etdiyi, torpaq sahəsinin qalan hissəsindən iddiaçının özünün istifadə etdiyi göstərilsə də məhkəmə iclasında tədqiq olunan sübutlarla,o cümlədən cavabdehin özünün izahatı ilə müəyyən edildi ki, sözügedən torpaq sahəsindən iddiaçı istifadə etmir. Həmin torpaq sahəsi tikinti altında olan hissə istisna olmaqla bütünlüklə cavabdehin istifadəsindədir. Ona görə də məhkəmə sözügedən mütəxəssis və ekspert rəylərini həmin hissədə sübut kimi qəbul etmir. İddia tələbinin maddi və mənəvi ziyana dair hissəsi ilə bağlı məhkəmə qeyd edir ki,Azərbaycan Respublikasının Konstitusiyasının 24-cü maddəsinə əsasən, insan ləyaqəti qorunur və ona hörmət edilir. Hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan suiistifadəyə yol verilmir. Konstitusiyanın 26-cı maddəsinə görə, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin mülki hüquq pozuntusunun anlayışını müəyyən edən 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1 və 1097.3-cü maddələrinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər Mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər. Mənəvi təzminat isə hüquqa zidd əməl ilə zərərçəkənin mənəvi və ya fiziki bütövlüyünə edilən təcavüz nəticəsində meydana gələn ağrı və iztirabın, mənəvi sarsıntının unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər fərdin hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, həm də əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Sözügedən Qərarda həmçinin göstərilmişdir ki, “cəmiyyətin hərtərəfli inkişafı üçün əsas prinsiplərdən biri də fikir və söz azadlığının təmin olunmasıdır. Belə hüquq Azərbaycan Respublikası Konstitusiyasının 47-ci maddəsində təsbit olunmuşdur. İnsan Hüquqlarının və X7 X2 10-cu maddəsində qeyd olunmuşdur ki, hər kəs öz fikirlərini ifadə etmək azadlığı hüququna malikdir. Konvensiyanın 17-ci maddəsində həmçinin hər hansı bir dövlətin, qurumun və ya şəxsin burada təsbit olunmuş hüquq və azadlıqlarının ləğvinə yönəlmiş hər hansı fəaliyyətlə məşğul olmaq və ya hər hansı əməl törətmək və ya onları Konvensiyada nəzərdə tutulanlardan daha artıq məhdudlaşdırmaq hüquqlardan sui–istifadənin qadağan olunması kimi qiymətləndirilir. Avropa Konvensiyasının 10-cu maddəsinin müddəası Avropa Məhkəməsinin 1998-ci il 8 iyul tarixli Linqensin Avstriya dövlətinə qarşı iddiasına dair iş üzrə qəbul olunmuş qərarının əsasını təşkil etmişdir. Qərarda fikir ifadə etmək azadlığı demokratik cəmiyyətin aparıcı dayaqlarından biri olmaqla onun tərəqqisi və cəmiyyətin hər bir üzvünün özünü ifadə etməsi şərtləri kimi qəbul olunur”. Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında qeyd olunur ki, mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X9 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi və fiziki sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi və fiziki sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirilməsini aydınlaşdırmağa borcludur. İddiaçı Cavabdeh ona 20000 manat maddi və 5000 manat mənəvi ziyan vurduğunu iddia etsə də, bunu təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni zamanda tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Bununla yanaşı İddiaçı uzun müddət öz mülkiyyətində olan torpaq sahəsindən istifadə edə bilməməsini, iki il beş aydan artıq müddətdə dəfələrlə məhkəmə iclaslarına gedib gəlməsini, bununla bağlı həm maddi ,həm də mənəvi iztirab çəkməsinin labüd olmasını nəzərə alaraq , Cavabdeh maddi ziyana görə 1500 manat və mənəvi ziyana görə 1500 manatın alınıb İddiaçı verilməsini qanuni və əsaslı hesab edir. Tikililərin sökülməsi ilə bağlı məhkəmə qeyd edir ki, iş materiallarından göründüyü kimi iddiaçının sökülməsini tələb etdiyi tikililər Cavabdeh deyil, X4 mülkiyyətindədir. Azərbaycan Respublikası MPM-nin 50.3-cü maddəsinə əsasən iddia tələbi cavabdehə qarşı yönəlir. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə İddiaçı Cavabdeh məxsus tikililərin sökülməsini tələb etməsini, sökülməsi tələb edilən tikililərin, Cavabdeh deyil, hazırkı işdə cavabdeh qismində iştirak etməyən X4 mülkiyyətində olmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi tikililərin sökülməsi hissəsində təmin edilməməlidir. İddia qismən təmin edildiyindən Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə uyğun olaraq 70 manat ekspertiza xərcinin 61,60 manatı İddiaçı, 8,40 manatı Cavabdeh tutulub dövlət büdcəsinə Az.MEM VÖEN **********, X6, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ**********00000039 44 SWİFT BİK CTREAZ 22 hesaba ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddəsini rəhbər tutaraq, məhkəmə qə t e t d i : İddia qismən təmin edilsin. Cavabdeh RX seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətində olan Balakən rayonu Katex kəndində yerləşən 0,2585 ha torpaq sahəsindən çıxarılsın. Cavabdeh İddiaçı özünün mülkiyyətində olan, Balakən rayonu Katex kəndində 0,2585 ha torpaq sahəsinə buraxmamaqla müşayiət olunan qərəzli hərəkətlərinə son qoyulsun. Cavabdeh əldən çıxmış faydaya görə 1500 ( bir min beş yüz) manat və mənəvi ziyana görə 1500 (bir min beş yüz ) manat tutularaq İddiaçı ödənilsin.İddia tələbi qalan hissədə təmin edilməsin. 70 manat ekspertiza xərcinin 61,60 manatı İddiaçı, 8,40 manatı Cavabdeh tutulub dövlət büdcəsinə Az.MEM VÖEN **********, X6, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ**********00000039 44 SWİFT BİK CTREAZ 22 hesaba ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №2(019)-6/2021
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-6/2021
16.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver