Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-618/2021 02.06.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X4 qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh ilə faktiki nikahlarından olan 18.03.2014-cü il təvəllüdlü X1 baxılıb saxlanması üçün Cavabdeh sabit pul məbləğində hər ay 200 (iki yüz) manat miqdarında aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 24.01.2012-ci ildə nikahlarını Balakən rayon Mahamalar kənd İnzibati Ərazi Dairəsində 05 sayla rəsmiləşdirməklə evlənmişlər. Cavabdeh ilə birgə nikahlarından 18 mart 2014-cü ildə X3 adında bir uşaqları olmuşdur. Onlar evləndikdən sonra aralarında tez-tez ailə münasibətləri zəminində mübahisələri olmuşdur. Bütün qazancını özünə və içkiyə xərcləməklə ailəsinə laqeyd münasibət göstərmişdir. Bu səbəbdən də münaqişələri olmuş və 2020-ci ildə onları qoyub çıxıb getmişdir. Hazırda bir il yarımdır ki, onlar ayrılmışlar. Lakin aralarında olan rəsmi nikah pozulmamışdır. Birgə nikahlarından olan uşaq özünün himayəsində yaşayır, heç bir yerdə işləmir. Təkbaşına uşağa baxmaq onun üçün çox çətindir. Cavabdeh Balakən rayonu Mahamalar kəndində avtomobil təmir fəaliyyəti ilə məşğuldur. Gündəlik yaxşı qazancı vardır, lakin uşağın maddi tələbatı ilə maraqlanmır. O, uşağa baxmağa borcludur. Ona görə də Cavabdeh birgə nikahlarından olan bir uşağın yetkinlik yaşına çatanadək baxılıb saxlanması üçün aliment tutulması tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Elnurun rəsmi iş yeri olmadığından ondan sabit pul məbləğində aliment tələb edir. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh oğlu iddianı qismən qəbul edərək izahatında göstərdi ki, o, 24.01.2012-ci ildə rəsmi nikahla İddiaçı ilə evlənmiş, birgə nikahlarından 18 mart 2014-cü il tarixdə X3 adında bir uşaqları olmuşdur. Uşaq hazırda iddiaçının himayəsindədir. O, iddiaçının gəlib yanında yaşamasını istəyir. O, işləmir. Onun iddiaçının tələb etdiyi məbləğdə aliment ödəməyə maddi imkanı yoxdur. İddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon Mahamalar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 04 aprel 2014-cü il tarixdə verilmiş AZ- İİİ seriyalı 254557 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X3 18 mart 2014-cü il tarixdə anadan olmuş, atası Cavabdeh, anası isə İddiaçı göstərilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 24 yanvar 2012-ci il tarixdə verilmiş AZ-İ seriyalı 747488 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında 24 yanvar 2012-ci il tarixdə 05 nömrə ilə nikah qeyd edilmiş, nikah bağlanandan sonra arvada Süleymanova soyadı verilmişdir. Məhkəmə iddiaçının və cavabdehin izahatını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh nikahlarını 24.01.2012-ci il tarixdə Balakən rayonu Mahamalar kənd İnzibati ərazi dairəsində 05 nömrə ilə rəsimiləşdirməklə evlənmişlər. Tərəflərin birgə nikahlarından 18 mart 2014-cü il tarixdə X3 adında bir uşaqları olmuşdur. Tərəflər aralarında baş vermiş narazılıqla əlaqədar ayrılmışlar. Tərəflərin birgə nikahdan olan uşaqları hazırda da anasının himayəsindədir. Cavabdeh uşağın saxlanması üçün iddiaçıya maddi köməklik göstərmir.Ona görə də iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Konstitusiyanın 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcədə aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri- müntəzəm dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa , yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Uşaq hüquqları haqqında “Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2021-ci ildə uşaqlar üçün yaşayış minimumu 175 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə görə aliment alınması haqqında iddialarda iddanın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən olunur. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, tərəflərin birgə nikahından olan uşağın anasının yanında yaşamasını, tərəflər arasında alimentin ödənməsi ilə bağlı saziş olmamasını, cavabdehin uşağın saxlanmasına maddi köməklik göstərməməsini, tərəflərin maddi və ailə vəziyyətlərini, iddiaçının alimenti sabit pul məbləği ilə tələb etməsini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, ərizənin verildiyi 07 may 2021-ci il tarixdən başlayaraq 18 mart 2014-cü il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində aliment alınıb İddiaçı verilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. Qətnamə alimentin tutulmasına aid hissədə dərhal icra edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220,234.2.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 07 may 2021-ci il tarixdən başlayaraq 18 mart 2014-cü ildə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu xərci tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Qətnamə alimentin tutulmasına aid hissədə dərhal icra edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №2(019)-618/2021
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-618/2021
02.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver