Məhkəmə qərarları › İş №2(019)-640/2021

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-640/2021

21.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-640/2021 21.09.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı maddi ziyan tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, ondan tutulan 294 manat və yola xərclənən 250 manat pulun ona qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı İddiaçı iddiasını müdafiə edərək, onunla əsaslandırmışdır ki, onun narazılığı Balakən rayon Qaz İdarəsindəndir. Qaz sərfini artıq yazmışlar və qazın məbləğini nəzarətçi yazanı nəzərə almamış, ona 294 manat artıq pul yazmış və sayğacı dəyişdirib 2 ay 5 günə keçirən pullardan 75% tutaraq artıq yazılan pulları tutmuşlar. 1 ildir o, 2 dəfə Bakıya şikayətə gəlmişdir. Ona demişlər ki, onlar yoxlayacaqlar, əgər ondan artıq pul tutulubsa, ona qaytararlar və 2 həftəyə cavab yazarlar. Cavab gəlməmişdir. O, yazan ərizə otaqda stolun üstündə dururdu. Orada işçi arxivə zəng vurmuş və ona göstərmişdir ki, onun 196 manat borcu var. O da bunun yoxlamasını xahiş etmiş, ancaq razı olmamışlar. Ona getməyini, onların ona cavab yazacağını bildirmişlər. O, iki dəfə yollar bağlı olduğundan, avtobus işləmədiyindən taksi ilə 2 dəfə Bakıya gedib-gəlməyə 160 manat pul xərcləmişdir, 100 manat da şəhərdə xərcləmişdir. 8 dəfə Zaqatalaya getmiş, gediş-gəliş 4 manatdan 32 manat pul xərcləmişdir. 10 dəfə Balakən Qaz idarəsinə getmiş, yenə yola 20 manat pul xərcləmişdir. Demişdir ki, onlar yazanı və nəzarətçi yazanı gəlib bir yerdə yoxlasınlar, razı olmamışlar. Ona məhkəməyə müraciət etmələrini təklif etmişlər. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi məhkəmə iclasına təkrarən gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Ona görə də məhkəmə hazırki işin cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş “Azəriqaz” X1 Tofiq Mövlüddinoviçə ünvanlanmış 12.12.2019-cu il tarixli 01/SB -5382/O nömrəli, 06.03.2020-ci il tarixli 01/SB -817/O nömrəli, 07.07.2020-ci il tarixli 01/SB -1596/O nömrəli, 18.08.2020-ci il tarixli 01/SB -2047/O nömrəli, 22.09.2020-ci il tarixli 01/SB-2557/O nömrəli müraciətə baxılması barədə məktubda göstərilir ki, “Azəriqaz” İstehsalat Birliyinə ünvanladığı və araşdırılması üçün X2 İstismarı İdarəsinə göndərilmiş (daxilolma: SOCAR**********30560046X10958), həmçinin X2 İstismarı İdarəsinə ünvanladığı (daxiloma 0-2282, 15.09.2020) eyniməzmunlu ərizələrinə cavab olaraq bildirilir ki, yaşadığı mənzildə istismarda olmuş G-4 markalı, 00209613 nömrəli qaz sayğacının son olaraq 17.11,2014-cü il tarixinə qeydə alınan 23801 göstəricisinə əsasən həmin tarixə 39.60 manat avansı (öncədən ödəmə) olmuş və elə həmin tarixdə də 00209613 nömrəli qaz sayğacı yeni G-4 markalı, ******* nömrəli qaz sayğacı ilə əvəz olunmuşdur. ******* nömrəli qaz sayğacı 18.11.2014-cü il tarixdə qeydə alınan 0 göstəricisindən etibarən 2014-cü ilin qalan dövrü ərzində tərəfindən 1246 m3 (124.60 manat dəyərində) qaz sərf edilmiş və həmin müddətdə 85.00 manat ödəniş edilmiş, 2015-ci il ərzində 3604 m3 (360.40 manat dəyərində) qaz sərf edilmiş və 341.20 manat ödəniş olunmuş, 2016-cı il ərzində 3356 m3 (335.S0 manat dəyərində) qaz sərf edilmiş və 335.50 manat ödəniş edilmiş, 2017-ci il ərzində 3280 m3 (486.00 manat dəyərində - 170.00 manatı illik 1700 m3-lik limit daxilində hər kub metri üçün 0.10 manat dəyərində, 316.00 manatı isə hər kub metri üçün 0.20 manat dəyərində olmaqla) və 432.50 manat ödəniş edilmiş, 2018-ci il ərzində 2886 m3 (407.20 manat dəyərində - 170.00 manatı illik 1700 m3-lik limit daxilində hər kub metri üçün 0.10 manat dəyərində, 237.20 manatı isə hər kub metri üçün 0.20 manat dəyərində olmaqla) və 323.00 manat ödəniş edilmişdir. Yuxarıda göstərilənlərə uyğun olaraq 01.01.2019-cu il tarixinə **********00060 nömrəli abonent hesabında 157.00 manat borcu olmuşdur. ******* nömrəli qaz sayğacının 24.12.2018-ci il tarixində qeydə alınan 14372 göstəricisindən 02.05.2019-cu il tarixində qeydə alınan 16763 göstəricisinədək tərəfindən 2391 m3 (308.20 manat dəyərində) qaz sərf edilmiş, həmin qazın 1700 m3-nin hər kub metri 0.10 manat dəyərində (170.00 manat), qalan 691 m3-nin hər kub metri isə 0.20 manat dəyərində (138.20 manat) hesablanmış və həmin müddətdə 264.80 manat ödəniş edilmişdir. Göstərilənlərə uyğun olaraq 02.05.2019-cu il tarixinə abonent hesabında 200.40 manat debitor borcu olmuşdur. Azərbaycan Respublikası Tarif Şurasının qərarı ilə 01 may 2019-cu il tarixindən etibarən illik qaz limiti 500 m3 artırılaraq 1700 m3-dən 2200 m3-ə çatdırılmışdır. Həmin qərara əsasən 01 may 2019-cu il tarixinədək 1700 m3-i keçərək sərf olunan qazın hər kub metri üçün 0.20 manat dəyərində hesablama aparılan abonentlər üzrə həmin tarixdən başlayaraq 500 m3-dək həcmdə sərf olunacaq qazın hər kub metri üçün 0.10 manat dəyərində hesablama aparılmışdır. Buna uyğun olaraq 02.05.2019-cu il tarixdə qeydə alınan 16763 göstəricisindən son olaraq 26.09.2019-cu il tarixdə qeydə alınan 17018 göstəricisinə əsasən həmin müddət ərzində tərəfindən 255 m3 (25.50 manat dəyərində) qaz sərf edilmiş, 29.90 manat ödəniş edilmiş və buna uyğun olaraq 26.09.2019-cu il tarixinə abonent hesabına 196.00 manat borcu olmuşdur. Ümumilikdə 18.11.2014-cü İİ tarixdə qeydə alınan 0 göstəricisindən etibarən son olaraq 26.09.2019-cu il tarixində qeydə alınan 17018 göstəricisinə əsasən 18.11.2014- 26.09.2019- cu il tarixləri ərzində tərəfindən 17018 m3 qaz sərf edilmiş (2047.50 manat dəyərində), həmin müddətdə 1811.90 manat ödəniş olunmuş, 18.11.2014-cü il tarixinə abonent hesabında olan 39.60 manat avans (öncədən ödəmə) nəzərə alınmış və bu göstərilənlərə uyğun olaraq 26.09.2019-cu il tarixinə 196.00 manat borcu olmuşdur. Yaşadığı mənzilidə istismarda olmuş G-4 markalı, ******* nömrəli qaz sayğacı 26.09.2019cu il tarixdə yeni Smart tipli G-4 markalı, **********7 nömrəli qaz sayğacı ilə əvəzlənmişdir. **********00060 nömrəli abonent hesabında yaranmış 196.00 manat borcunun 3E proqramına keçirilməsi və smart tipli qaz sayğacına yükləyəcəyi məbləğin 50%-nin debitor borcundan çıxılmasına köməklik göstərilməsi ilə bağlı X3 İstismarı İdarəsinə ünvanladığı 16.10.2019-cu İİ tarixli ərizəsinə əsasən həmin tarixdə Balakən XS və onun arasında ərizəsində qeyd edilən əsaslar üzrə “istehlak olunmuş qaz sərfinə görə yaranmış debitor borcun ödənilməsi barədə razılaşdırma protokolu” tərtib olunmuş və tərəfindən imzalanmışdır. Əlavə olaraq məlumat üçün bildirilir ki, daha əvvəl “Azəriqaz” İB-yə ünvanladığı və araşdırılması üçün X3 İstismarı İdarəsinə göndərilmiş eyni məzmunlu ərizələrinə (daxilolma: SOCAR**********30560046X01025) 05.02.2020 tarixli, 01/SB- 379/0 nömrəli məktubla, (daxilolma: SOCAR**********30560046X01965) 06.03.2020 tarixli, 01/SB-817/O nömrəli məktubla, (daxilolma: SOCAR**********30560046X08418) 18.08.2020 tarixli, 01/SB-2047/0 nömrəli məktubla və X3 İstismarı İdarəsinə ünvanlanmış ərizəsinə (daxilolma: 0-1368, 30.06.2020) 07.07.2020-ci il tarixli, 01/SB-1596/0 nömrəli məktubla cavab verilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sübutları tədqiq edərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddçəmsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsasız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonradan aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etiməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.1 və 427.2-ci maddələrinə əsasən əgər öhdəliyin icra müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər; əgər öhdəliyin icra müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəlyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1 və 443.2-ci maddələrinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur; zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilməyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 459.1-ci maddəsinə əsasən zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05,2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq etdilən "Qazdan istifadə qaydaları»nın 3.2.1-ci bəndinə əsasən Qazdan istifadə edən istehlakçılar qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların normativ hüquqi akta (normativ hüquqi aktın adı, maddəsi, bəndi və s. göstərilməklə) istinad edilmiş müvafiq yazılı göstərişlərinə əməl etməlidir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-karf tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini təiəb edə bilməz. Həmin Qaydaların 5.5-ci bəndinə əsasən qaz payiayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcudluğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birincİ instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ-hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin başqa halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv,qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Mübahisənin həlli ilə əlaqədar olaraq yuxarıda göstərilən qanunvericilik müddəalarını rəhbər tutmaqla, məhkəmə qeyd edir ki, iddiaçının cavabdehin ona tələb etdiyi zərər vurulduğu müəyyən edilməlidir. Yəni iddiaçı cavabdehin ona tələb etdiyi məbləğdə zərər vurması, bu zərərin cavabdehin hansısa qanunsuz hərəkətləri nəticəsində vurulması, bu zərərlə həmin cavabdehin hansısa qanunsuz hərəkətləri arasında səbəbli əlaqənin olması və cavabdehin göstərilən məbləğdə ziyanın vurulmasında təqsirli olmasını sübuta yetirməlidir. Belə ki, iddiaçı, cavabdeh tərəfindən ondan 294 manat məbləğində artıq pul tutulmasını, 250 manat yola pul xərcləməsini, həmçinin cavabdehin göstərilən məbləğlərdə zərərin vurulmasında təqsirli olmasını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmiş, bununla da iddia tələbinin əsaslandırıldığı halları və iddia tələbinin əsaslı olmasını sübut edə bilməmişdir. Halbuki qanuna görə (Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsi) bu vəzifə iddiaçının üzərinə düşür. Bu mənada iddiaçının təqdim etdiyi ödəniş qəbzləri və abonent saldosu iddia tələbinin əsaslı olması ilə bağlı mötəbər sübutlar kimi qəbul oluna bilməz. Belə ki, həmin qəbzlərdə və abonent saldosunda cavabdeh «Azəriqaz» İB-nin əməkdaşlarının iddiaçıya 294 manat qaz borcunu əsassız hesablaması və iddiaçıdan həmin 294 manat təbii qazdan istifadəyə görə borcun əsassız tutulması müəyyən olunmur. Həmçinin iddiaçının təqdim etdiyi həmin qəbz və abonent saldosunda iddiaçının taksi ilə 2 dəfə Bakıya gedib-gəlməyə 160 manat pul xərcləməsi, 100 manatı şəhərdə xərcləməsi, bu işlə bağlı 8 dəfə Zaqatalaya gediş-gəlişi üçün 4 manatdan 32 manat pul xərcləməsi və 10 dəfə Balakən Qaz İdarəsinə getməsinə görə 20 manat xərcləməsi təsdiq olunmur. İddiaçının 250 manat yola pul xərcləməsi onun iddia ərizəsində gətirdiyi və məhkəmə iclasında verdiyi izahatında göstərdiyi arqementi ilə də təkzib olunur. Belə ki, İddiaçı yola cəmi 250 manat xərclənən pulun ödənilməsini tələb etdiyi halda, onun hesablamalarına görə yola xərclənən pul 250 manat deyil, özünün bildirdiyi kimi Bakıya iki dəfə gedib-gəlmək üçün xərclənən 160 manat, şəhərdə xərclənən 100 manat, 8 dəfə Zaqatalaya gedib-gəlmək üçün xərclənən 32 manat və 10 dəfə Balakən Qaz İdarəsinə gedib-gəlmək üçün xərclənən 20 manat olmaqla ümumilikdə 312 manat edir. Elə İddiaçı qeyd etdiyinə görə Bakıya iki dəfə gedib-gəlmək üçün xərclənən 160 manat və orada xərclənən 100 manat olmaqla cəmi 260 manat pul iddiaçının tələb etdiyi 250 manat yol xərcindən çox məbləğ edir. Bu halın özü də İddiaçı 250 manat yol xərci tələbi ilə bağlı iddiasının əsassız olmasını göstərir. Həmçinin İddiaçı ehtimal etdiyi xərclədiyini göstərdiyi bu pullarda ifadə olunan maddi ziyanın məhz cavabdeh tərəfindən ona vurulması, bu ziyanın vurulması ilə cavabdehin hansısa qanunsuz hərəkətləri arasında səbəbli əlaqənin olması və cavabdehin bu ziyanın vurulmasında təqsirli olmasını sübut edə bilməmişdir. Eynilə iddiaçı 294 manat pul tələbi hissəsindlə də iddia tələbinin əsaslandırıldığı halları sübut edə bilməmşdir. İddiaçı cavabdehdən 294 manat ondan əsassız tutulduğunu ehtimal etdiyi pulu tələb etsə də, bu pul tələbinin hansı əsaslar və vaxt dövrü ərzində yaranması, ondan hansı vaxt ərzində hesablanmış bu qaz borcunun tutulması və bu tutulmanın qanunsuz və əsassız olmasını əsaslandıra bilməmiş, iddia tələbinin əsaslandırıldığı hallara dair mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. İş materiallarında olan iddiaçının «Azəriqaz» İB-nə ünvanlanmış müraciətlərində və «Azəriqaz» İB-nin Zaqatala RQİİ-nin iddiaçıya ünvanlanmış cavab məktubunda iddiaçıya 294 manat əsassız qaz borcunun hesablanması və ondan məhz bu məbləğdə qaz pulunun tutulması göstərilmir və müəyyən olunmur. Bu hallar da iddiaçının iddia tələbinin heç bir faktoloji hala və hüquqi əsasa söykənmədiyini göstərir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası MPM (MPM-nin 77.1-ci maddəsi) sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Azərbaycan Respublikası MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır. Bu da qanunun tələbindən irəli gəlir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi bildirmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. İddiaçı cavabdehin öhdəliklərin əmələ gəlməsi əsaslarından-müqavilə, mülkiyyət hüquqlarının müdafiəsi, əsassız varlanma və mülki-hüquq pozuntularından (deliktlərdən) əmələ gəlməklə ona tələb etdiyi 294 manat və 250 manat olmaqla cəmi 544 manat ziyanı ödəmək öhdəliyini daşımasını, bu məbləğdə ziyanın cavabdehin hansısa qanunsuz hərəkəti nəticəsində ona vurulmasını, ehtimal edilən bu ziyanla cavabdehin hansısa qanunsuz hərəkətləri arasındla səbəbli əlaqənin olmasını və cavabdehin bu ziyanın vurulmasında təqsirli olmasını təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmiş, iddia tələbinin faktoloji və hüquqi əsaslarını sübut edə bilməmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddiaçı İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı maddi ziyan tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməli, hazırki iddianın iddianın qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı maddi ziyan tələbinə dair iddiası təmin olunmasın. Hazırki iddianın qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən, qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar