Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-652/2020 16.10.2020 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadulla Şamil oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı 0.31 ha pay və 0.10 ha həyətyanı torpaq sahələrinə əqdin etibarlı hesab edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Balakən rayonu Hənifə kəndində qeydiyyatda olan Cavabdeh JN-08xx xxx 40102018 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən mülkiyyətinə verilmiş 0.32 ha pay və 0.10 ha həyətyanı torpaq sahələrinə dair onunla aralarında bağlanmış xx xxxxxx 2003-cü il tarixli əqdin etibarlı hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Balakən rayonu Hənifə kəndində qeydiyyatda olan Cavabdeh JN-08xx xxx 40102018 saylı Torpağa Mülkiyyət Hüququna Dair Dövlət Aktına əsasən mülkiyyətinə verilmiş 0,23 ha fındıq bağı və 0,08 ha boş torpaq sahəsi olmaqla 0.31 ha pay torpaq sahəsi və 0.10 ha həyətyanı torpaq sahəsinə dair Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx xxxxxx 2003-cü il tarixli əqdin (alqı-satqı müqaviləsinin) etibarlı hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasında İddiaçı iddiasını müdafiə edərək, onunla əsaslandırmışdır ki, Balakən rayonu Hənifə kəndində yaşayır. Cavabdeh da Balakən rayonunun Hənifə kənd sakinidir. Dövlət tərəfindən torpaq İslahatı aparılarkən Cavabdeh mülkiyyətinə 0.32 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Bu barədə onun adına JN-08xx xxx 40102018 saylı Torpağa Mülkiyyət Hüququna Dair Dövlət Aktı tərtib olunmuşdur. Bundan başqa Məhərrəmin mülkiyyətində 0.10 ha həyətyanı torpaq sahəsi də olmuşdur. Qeyd olunan 0,32 ha torpaq sahəsindən 0,31 ha sahəni və 0,10 ha həyətyanı torpaq sahəsini xx xxxxxx 2003-cü il tarixdə o, Məhərrəmdən 1000 (bir min) ABŞ dollarına almışdır. Torpaq sahəsini cavabdehdən alarkən xx xxxxxx 2003-cü il tarixdə Balakən rayonunun Hənifə kənd X8 tərtib olunmuşdur. Aktı o, Cavabdeh və şahidlər imzalamışlar. Akt Hənifə kənd İcra Nümayəndəsinin möhürü ilə təsdiqlənmişdir. Həmin vaxtdan sonra qeyd olunan torpaq sahələrindən o, istifadə edir. Torpağın vergisini hər il ödəyir. Bu barədə ödəniş qəbzlərini də ərizəsinə əlavə etmişdir. O, torpaq sahələrini Cavabdeh aldığı vaxt onun şəxsiyyətini təsdiq edən sənədlərdə müəyyən çatışmamazlıq olmuşdur. Buna görə də onlar qeyd olunan torpağa dair alqı-satqı müqaviləsini Notariat Kontorunda rəsmiləşdirə bilməmişlər. Torpaq sahələrini ona satdıqdan sonra Cavabdeh Rusiyaya getmişdir və halhazırda da orada yaşayır. Onun dəqiq yaşayış ünvanı ona məlum deyildir. Hal-hazırda istifadəsində olan 0.31 ha kənd təsərrüfatı təyinatlı və 0.10 ha həyətyanı torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd almaq istəyir. Lakin Cavabdeh Notariat Kontoruna gəlmədiyindən həmin torpaq sahələrinə dair alqı-satqının rəsmiləşdirilməsi qeyri mümkündür. Buna görə də məhkəməyə müraciət etməli olmuşdur. Qeyd edilənləri nəzərə alıb, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İş materiallarına əsasən Cavabdeh olduğu yer məlum olmamışdır. Cavabdeh məlum olan axırıncı yaşayış yeri üzrə Balakən RİHB-nın Hənifə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olmuşdur. Ona görə də məhkəmə hazırki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsinə əsasən cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, həqiqətən də Cavabdeh arvadı X3 iştirakı və razılığı ilə mülkiyyətində olan 0,23 ha fındıq bağı və 0,08 ha boş torpaq sahəsindən ibarət 0,31 ha pay torpaq sahəsini və 0.10 ha həyətyanı torpaq sahəsini xx xxxxxx 2003-cü il tarixdə İddiaçı 1000 ABŞ dollarına satmış və həmin 1000 ABŞ dollarını İddiaçı almışdır. Bu barədə xx xxxxxx 2003-cü il tarixdə Hənifə kənd X8 tərtib olunmuş və həmin akta o vaxtkı icra nümayəndəsi X6, o, Cavabdeh, Məhərrəmin arvadı X7 və İddiaçı imza etmişlər. Həmin xx xxxxxx 2003-cü il tarixli akt Balakən RİHB-nın Hənifə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin möhürü ilə təsdiq edilmişdir. Həmin vaxtdan sonra qeyd olunan torpaq sahələrindən İddiaçı istifadə edir. Torpağın vergisini hər il İddiaçı ödəyir. Hamı həmin 0.31 ha və 0,10 ha torpaq sahələrini İddiaçı torpaq sahələri kimi tanıyır. Cavabdeh və X7 həmin torpaq sahələrinə görə İddiaçı halallıq vermiş və torpaq sahələrini halallıqla 1000 ABŞ dollarına İddiaçı satmışlır. Cavabdeh və X1 torpaq sahələri ilə bağlı İddiaçı heç bir irad və narazılıqları olmamışdır və hazırda da yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və X6 da Şahid1 ifadəsinə uyğun ifadə vermiş və onun ifadəsində qeyd etdiyi halları təsdiq etmişlər. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş JN 8xx xxx 40102018 olan Torpağa Mülkiyyət Hüququna Dair Dövlət Aktından görünür ki, Balakən rayon X4 xx xxxx 2001-ci il tarixli, 07 saylı qərarı ilə Balakən rayonu Hənifə kəndində yerləşən 0.32 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi Cavabdeh mülkiyyətinə verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Respublika Dövlət X9 xx xxxx 2020-ci il tarixli, 428 nömrəli Balakən rayonu Hənifə kənd “Azad” (Lenin) kolxozunun xx xxxxxx 1990-cı il tarixli, 4 №-li ümumi yığıncaq protokolundan çıxarışa dair arxiv çıxarışından görünür ki, kolxozun ümumi iclas qərarına əsasən Cavabdeh 0,10 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon İcra Hakimiyyəti Balakən rayon Dövlət Arxivinin xx xxxx 2020-ci il tarixli, 98 nömrəli arxiv arayışından görünür ki, Balakən rayonu Hənifə kənd İcra Nümayəndəliyinin Təsərrüfatbaşına kitablarına əsasən Cavabdeh adına 1996-2000-ci illər üzrə 0,10 ha həyətyanı torpaq sahəsi qeydə alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş xx xxxxxx 2003-cü il tarixli aktdan görünür ki, X13, Şahid1, Cavabdeh, X7 və İddiaçı tərəfindən tərtib edilmiş, imzalanmış və Balakən RİHB-nın Hənifə inzibati-ərazi dairəsi üzrə nümayəndəliyinin möhürü ilə təsdiq edilmiş akta əsasən Balakən rayonu Hənifə kənd sakini Cavabdeh adına olan 010 hektar həyətyanı torpaq sahəsini, həyətyanı sahəsinin yanında olan 023 hektar fındıq bağını və 008 hektar boş torpaq sahəsini ömürlük olaraq Hənifə kənd sakini İddiaçı bir min Amerika dollarına satmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayonu Hənifə kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2020-ci il tarixli, 941 nömrəli arayışından görünür ki, Cavabdeh həqiqətən Hənifə kənd sakinidir, adına Hənifə kəndində yerləşən 010 ha həyətyanı torpaq sahəsində ev tikmək üçün təməl qoyulmuş tikinti yarımçıq qalıb, yararsız vəziyyətə düşmüşdür. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayonu Hənifə kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2020-ci il tarixli, 926 nömrəli arayışından görünür ki, Cavabdeh həqiqətən Hənifə kənd sakinidir. 2003-cü ildə İddiaçı 010 ha həyətyanı və 032 ha torpaq payını satdığı müddətdə tək olmuşdur. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən rayon Hənifə Bələdiyyəsi tərəfindən verilmiş əhalidən vergilərin qəbulu üçün seriya AMF№213914,431760 və 361503 qəbzlərdən görünür ki, Cavabdeh 2004-2008-ci illərdə 10.40 manat, 2009-2010cu illərdə 3 manat, 2011-ci ildə 9 manat torpaq vergisi ödəmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayonu Hənifə kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2020-ci il tarixli, 117 nömrəli arayışından görünür ki, Balakən rayon X4 xx xxxx 2001-ci il tarixli, 07 saylı qərarı ilə JN-0857 saylı Dövlət Aktına əsasən Cavabdeh verilmiş 0.32 ha pay torpaq sahəsini və 0.10 ha həyətyanı torpaq sahəsini aralarındakı qarşılıqlı razılaşma əsasında İddiaçı istifadə etdiyinə görə hesablanmış torpaq vergiləri İddiaçı tərəfindən ödənilir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayonu Hənifə kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2020-ci il tarixli arayışından görünür ki, Cavabdeh həqiqətən Hənifə kənd sakinidir, kənddə yaşamır, ünvanı məlum deyil.19 ilə yaxındır kənddə yoxdur. X2 xx.xx.2003-cü il tarixdə onların iştirakı ilə 0.10 ha həyətyanı və 0.32 ha torpaq sahəsini bir min ABŞ dollarına İddiaçı satmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayonu Hənifə kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəsinin 940 nömrəli arayışından görünür ki, Hənifə kənd sakini Cavabdeh adına Hənifə kənd İnzibati ərazi dairəsinin 13 təsərrüfatbaşına kitabının 1148-ci səhifəsində fərdi yaşayış evi və həyətyanı torpaq sahəsinin olduğu qeyd edilmişdir. Qeyd edilmiş daşınmaz əmlak üzərində ailə üzvləri və vərəsələr arasında mübahisə yoxdur. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayonu notariat ofisinin Balakən rayonu Hənifə kəndində yaşayan İddiaçı ünvanlandığı xx xxxxxx 2020-ci il tarixli, 221 nömrəli məktubunda göstərilir ki, xx.xx.2020-ci il tarixli müraciətinə əsasən bildirilir ki, Notariat Ofisində alqı-satqı müqaviləsi rəsmiləşdirilərkən hər iki tərəf müqavilə bağlandığı zaman Notariat Ofisində iştirak etməlidir. Alqı-satqı müqaviləsi rəsmiləşdirilməsi üçün mülkiyyətçi Cavabdeh ilə birlikdə Notariat Ofisinə gəlməsi tələb olunur. Məhkəmə iddiaçının izahatını və şahidlərin ifadələrini dinləyib dinləyib, təqdim edilmiş sübutlara hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları araşdırılarkən müəyyən olunmuşdur ki,Cavabdeh mülkiyyətində olan 0,23 ha fındıq bağı və 0,08 ha boş sahə olmaqla 0.31 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini və 0.10 ha həyətyanı torpaq sahəsini arvadı X3 razılığı və iştirakı ilə xx xxxxxx 2003-cü il tarixdə 1000 ABŞ dollarına İddiaçı satmışdır. Torpaq sahələrini iddiaçı cavabdehdən alarkən xx xxxxxx 2003-cü il tarixdə Balakən rayonunun Hənifə kənd X8 tərtib olunmuşdur. Aktı iddiaçı, Cavabdeh və şahidlər imzalamış, akt Hənifə kənd İcra Nümayəndəsinin möhürü ilə təsdiqlənmişdir. Həmin vaxtdan sonra qeyd olunan torpaq sahələrindən İddiaçı istifadə edir. Torpağın vergisini hər il İddiaçı ödəyir. İddiaçı torpaq sahələrini Cavabdeh aldığı vaxt cavabdehin şəxsiyyətini təsdiq edən sənədlərdə müəyyən çatışmamazlıq olmuşdur. Buna görə də onlar qeyd olunan torpağa dair alqı-satqı müqaviləsini Notariat Kontorunda rəsmiləşdirə bilməmişlər. Torpaq sahələrinin alqı-satqısı əqdinin notariat kontorunda rəsmiləşdirilməməsi cavabdehin təqsiri üzündən baş vermişdir. Torpaq sahələrini satdıqdan sonra Cavabdeh Rusiyaya getmişdir və hal-hazırda da orada yaşayır. Onun dəqiq yaşayış ünvanı məlum deyildir. Hal-hazırda iddiaçı istifadəsində olan 0.31 ha kənd təsərrüfatı təyinatlı və 0.10 ha həyətyanı torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd almaq istəyir. Lakin Cavabdeh Notariat Kontoruna gəlmədiyindən, həmin torpaq sahələrinə dair alqı-satqının rəsmiləşdirilməsi qeyri- mümkündür. Buna görə də İddiaçı xx xxxxxx 2003-cü il tarixli alqı-satqı müqaviləsinin etibarlı hesab edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7-ci maddəsinə müvafiq olaraq mülki hüquq münasibətlərinin subyektləri arasında yaranmış mübahisələr, həmin hüquq münasibətləri yaranan zaman qüvvədə olan mülki qanunvericilik müddəalarına əsasən həll olunmalı olduğundan, məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisənin (xx xxxxxxxx 2004-cü il) həlli üçün 2000-ci il sentyabrın 1-dən sonra qüvvədə olan mülki qanunvericilik normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 336.1-ci maddəsinə əsasən əgər tərəflərdən biri əqddən əmələ gələn hüququn dövlət qeydiyyatına alınmasından boyun qaçırırsa, onda qeydiyyat digər tərəfin ərizəsi ilə məhkəmənin qərarı əsasında həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 240.1-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə verə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 240.2-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi özünə mənsub sahədə ucaldılmış və ya yaradılmış binaya, qurğuya və digər daşınmaz əmlaka mülkiyyət hüququ əldə edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəllənin 646.1-cı maddəsinə əsasən daşınmaz əmlakın alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. «Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında» Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin xx xxxx 2005-ci ilə kimi qüvvədə olmuş 335.2-ci maddəsinin tələbinə görə əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir. İ.K.Rəcəbovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının x xxxx 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2006-cı il tarixli qərarında qeyd edilir ki, yuxarıda göstərilən maddənin mahiyyətinə görə əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur: -əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; -məhz əks tərəf əqdin notarial qaydasında təsdiqlənməsindən yayınmalı; -əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Axırıncı məqam qanunvericiliklə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. İş materiallarından görünür ki, tərəflər arasında bağlanmış xx xxxxxx 2003-cü il tarixli 0,31 ha pay torpaq sahəsi və 0,10 həyətyanı torpaq sahəsinin alqı-satqı müqaviləsinin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin-yəni cavabdeh tərəfin təqsiri ucbatından baş vermiş, məhz əks tərəf əqdin notarial qaydasında təsdiqlənməsindən yayınmış və əqdin özü qanuna zidd olmamış və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmişdir. Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxx 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarında belə bir hüquqi mövqe ifadə edilmişdir ki, sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. F.Ə.Hüseynovun və A.Ə.Qasımovun şikayəti ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxx 2004-cü il tarixli qərarında göstərilir ki, hüququn dövlət qeydiyyatına alınmasına qədər şəxs ona verilən əşyanın hüquqi əsası olan (titul) sahibi sayılır. Bu isə daşınmaz əşyanın əldə edən barəsində mülkiyyət hüququnun əmələ gəlməsini ehtiva edən hüquqi fakt kimi çıxış edir. Müşfiq Bayramovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun x xxxx 2011-ci il tarixli qərarında göstərilir ki, torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi torpaq üzərində mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarını istisna etmir. «V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2010-cu il tarixli qərarında mülkiyyət hüququnun məzmunu təşkil edən sahiblik, istifadə və sərəncam hüququ ilə bağlı aşağıdakı hüquqi mövqe formalaşmışdır: «Mülki və torpaq qanunvericiliyinin müddəalarından da göründüyü kimi, tərəflərin razılığı ilə yanaşı, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir». İnsan Hüquqlarının və X5 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı protokolunun 1-ci maddəsində deyilir ki, hər kəs öz əmlakına mülkiyyət hüququnu maneəsiz həyata keçirmək hüququna malikdir. Bu maddə üzrə məhkəmə presedentlərinə görə mülkiyyət hüququ təkcə dövlət qeydiyyatına alınmış hüquqların deyil, eyni zamanda əmlaka faktiki mülkiyyət hüququnu, torpağa icarə, istifadə hüququnu da mülkiyyət kimi qəbul edir. «Önər Yıldız Türkiyəyə qarşı» məhkəmə işində Avropa Məhkəməsi ərizəçinin dövlət qeydiyyatına alınmamış qanunsuz tikintiyə mülkiyyət hüququ olduğunu bildirmiş və dövlətin üzərinə həmin tikintinin partlayışına görə ərizəçiyə kompensasiya verilməsi vəzifəsini qoymuşdur. Həmin işlə əlaqədar Avropa Məhkəməsi qeyd etmişdir ki, əgər dövlət ərizəçiyə qarşı qanunsuz tikili ilə bağlı heç bir irad bildirməyibsə, onun sökülməsi tələbi ilə məhkəmədə iddia qaldırmayıbsa, deməli, faktiki olaraq ərizəçinin həmin tikiliyə mülkiyyət hüququnu tanımışdır. Roma hüququna görə susmaq razılıq əlamətidir ki, dövlət də bu halda susmaqla, Önər Yıldızın heç bir icazə almadan parkda tikinti inşa edərək ailəsi ilə yaşadığı evə mülkiyyət hüququnu faktiki tanımışdır. Məhkəmə işin hallarına hüquqi qiymət verərək, hesab edir ki, əslində Cavabdeh sözügedən 0,31 ha pay torpaq sahəsinə və sahiblik və istifadə hüququ olmaqla və həmin hüquqlar mülkiyyət hüquqlarının elementlərini təşkil etməklə 0,10 həyətyanı torpaq sahəsinə mülkiyyət hüquqları yaranmışdır. Həmin torpaq sahəsinin alqı-satqısı cavabdehin öz mülkiyyət hüquqlarını reallaşdırmaqla iradə ifadəsinin nəticəsi olmuşdur. Ona görə də hazırki işə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 335.2-ci maddəsi və İ.K.Rəcəbovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının x xxxx 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2006-cı il tarixli qərarının tələbləri şamil olunmalı və iddia təmin edilməlidir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq olunan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlar tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, tərəflər arasında torpaq sahəsinin bağışlanması ilə bağlı yazılı əqd bağlanmasını, əqdin qanuna zidd olmamasını, cavabdehin razılaşma əsasında və iradə ifadəsinin nəticəsi olaraq həmin torpaq sahələrini iddiaçının istifadəsinə və sahibliyinə verməsini, cavabdehin əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmasını nəzərə alaraq, hesab edir ki, iddia təmin edilməli,Balakən rayonu Hənifə kəndində qeydiyyatda olan Cavabdeh JN-08xx xxx 40102018 saylı Torpağa Mülkiyyət Hüququna Dair Dövlət Aktına əsasən mülkiyyətinə verilmiş 0,23 ha fındıq bağı və 0,08 ha boş torpaq sahəsi olmaqla 0.31 ha pay torpaq sahəsi və 0.10 ha həyətyanı torpaq sahəsinə dair Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx xxxxxx 2003-cü il tarixli əqd (alqı-satqı müqaviləsi) etibarlı hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Balakən rayonu Hənifə kəndində qeydiyyatda olan Cavabdeh JN-08xx xxx 40102018 saylı Torpağa Mülkiyyət Hüququna Dair Dövlət Aktına əsasən mülkiyyətinə verilmiş 0,23 ha fındıq bağı və 0,08 ha boş torpaq sahəsi olmaqla 0.31 ha pay torpaq sahəsi və 0.10 ha həyətyanı torpaq sahəsinə dair Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx xxxxxx 2003cü il tarixli əqd (alqı-satqı müqaviləsi) etibarlı hesab edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov
Məhkəmə qərarları › İş №2(019)-652/2020
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-652/2020
16.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver