Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-661/2020 30.10.2020 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadulla Şamil oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi-vəkili Vəkil1, Cavabdeh və onun nümayəndəsi-vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsinin etibarlı hesab olunması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ilə İddiaçı arasında Balakən rayonu Tülü kəndində yerləşən RX ******* seriya nömrəli 0.0669 ha həyətyanı və həmin torpaq sahəsinə bitişik olan RX ******* seriya nömrəli 0.0635 kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə dair bağlanmış alqı-satqı müqaviləsinin etibarlı hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddiasını müdafiə edərək, onunla əsaslandırmışdır ki, Cavabdeh ilə aralarında Balakən rayonu Tülü kəndində yerləşən 0.0669 ha həyətyanı və həmin torpaq sahəsinə bitişik olan 0.0635 kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə dair 2005-ci il tarixdə şifahi alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin vaxt torpaq sahələrinə dair sənədlər olmadığı üçün alqı-satqı müqaviləsi aralarında şifahi olaraq bağlanmışdır. Mərhum əri X17 vəfat etdikdən sonra həmin torpaq sahəsinə dair cavabdeh Balakən Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, X13 və X5 mülkiyyətində olan 0.0635 kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən, İddiaçı isə 0.0669 ha həyətyanı torpaq sahəsindən çıxarılmasına dair müraciət etmişdir. Balakən Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(019)-115/2020 saylı qətnaməsi ilə Cavabdeh iddiası təmin edilmişdir. Cavabdehin həmin torpaq sahəsinə dair qalıq vergi borcları aralarında alqısatqı müqaviləsi bağlanan tarixədək mövcud olmuş, həmin qalıq borcları və 2005-ci ildən sonra olan torpaq vergiləri tərəflərindən ödənilmişdir. Cavabdehin əqdi bağlamaq ifadəsi onun hərəkətindən məlum olmuşdur. Mərhum əri X17 ilə Cavabdeh arasında göstərilən torpaq sahələrinin alqı-satqısı barədə xx xxxxxxxx 2005-ci il tarixdə yazılı müqavilədə bağlanmışdır və o, mərhuməri Eldəniz Layıcovun vərəsəsidir. Qeyd edilənləri nəzərə alıb, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi-vəkili Vəkil1 da iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, iddiaçının mərhum əri X17 ilə Cavabdeh arasında göstərilən torpaq sahələrinin alqı-satqısı barədə xx xxxxxxxx 2005-ci il tarixdə yazılı müqavilə bağlandığını və İddiaçı mərhum əri Eldəniz Layıcovun vərəsəsi olduğunu göstərərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək, verdiyi izahatında göstərmişdir ki, o, Balakən rayonu Tülü kəndində yaşayır. Balakən rayon X8 xx xxxxxx 1997-ci il tarixli, 37 nömrəli qərarı ilə ona 0,16 ha kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsinin 0,0635 ha hissəsinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 18 saylı X16 RX seriyalı, 137963 nömrəli hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış almışdır. Eyni zamanda ona 0,0669 ha həyətyanı torpaq sahəsi ayrılmış, həmin torpaq sahəsinə o, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsini yanında DƏDRX-nin 18 saylı X16 RX seriyalı ******* nömrəli xx.xx.2013cü ildə hüquqların dövlət qeydiyyatı haqqında çıxarış almışdır. Lakin ona məxsus həmin torpaq sahələrini X20, X14 və İddiaçı zəbt edərək, həmin torpaq sahələrindən istifadə etmişlər. Balakən Rayon Məhkəməsinin 2(019)-115/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən cavabdehlər X13 və X5 iddiaçı Cavabdeh mülkiyyətində olan, Balakən rayonu Tülü kəndində yerləşən 0,0635 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən, cavabdeh İddiaçı isə iddiaçı Cavabdeh mülkiyyətində olan, Balakən rayonu Tülü kəndində yerləşən 0.0669 ha həyətyanı torpaq sahəsindən çıxarılması, iddiaçının sözügedən torpaq sahələrinə mülkiyyət hüququnun bərpa olunması qət edilmişdir. O, İddiaçı ilə nə 2005-ci ildə, nə də başqa vaxt Balakən rayonu Tülü kəndində yerləşən 0,0669 ha həyətyanı torpaq sahəsinin və 0.0635 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin alqı-satqısı barədə heç bir müqavilə bağlamamışdır. İddia tələbi əsassızdır. İddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 18 saylı Zaqatala Rayon Ərazi İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Balakən rayonu Tülü kəndində yerləşən 0.0635 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində tam mülkiyyət hüququ ilə Cavabdeh adına qeydə alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 18 saylı Zaqatala Rayon Ərazi İdarəsi tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyetrindən Çıxarışdan görünür ki, Balakən rayonu Tülü kəndində yerləşən 0.0669 ha həyətyanı torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində tam mülkiyyət hüququ ilə Cavabdeh adına qeydə alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən Rayon Məhkəməsinin 2(019)- 115/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında araşdırılmış, qiymətləndirilmiş, iddia tələbinin əsaslandırıldığı hallara aid Balakən rayonu Tülü kəndində yerləşən mübahisələndirilən 0,0669 ha həyətyanı və 0,0635 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin X4 mülkiyyətində olması, iddiaçının mülkiyyətində olan 0,0669 ha həyətyanı torpaq sahəsinin cavabdeh İddiaçı tərəfindən, 0,0635 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin isə cavabdehlər X20 və X9 tərəfindən zəbt edilməsi faktı müəyyən edilərək, iddia təmin edilmiş, cavabdehlər X13 və X5 iddiaçı Cavabdeh mülkiyyətində olan, Balakən rayonu Tülü kəndində yerləşən 0,0635 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən, cavabdeh İddiaçı isə iddiaçı Cavabdeh mülkiyyətində olan, Balakən rayonu Tülü kəndində yerləşən 0.0669 ha həyətyanı torpaq sahəsindən çıxarılması, iddiaçının sözügedən torpaq sahələrinə mülkiyyət hüququnun bərpa olunması qət edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən rayon İcra və Probasiya Şöbəsinin icraata başlamaq haqqında 2(019)-115/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Balakən Rayon Məhkəməsinin 2(019)-115/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsi üzrə icra sənədi icraya yönəldilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş və məhkəmə iclasında tədqiq edilən xx xxxxxxxx 2005-ci il tarixli aktın kserosurətindən görünür ki, Cavabdeh adına olan 0.07 ha həyətyanı torpaq sahəsini birdəfəlik olaraq ******* (bir milyon səkkiz yüz min) manata X2. 0.07 ha həyətyanı torpaq sahəsini birdəfəlik olaraq X10 gələcəkdə heç bir iddiaları olmamaq şərti ilə ******* (bir milyon səkkiz yüz min) manata satdı. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən rayonu Tülü Bələdiyyəsinin xx.xx.2020-ci il tarixli, 062 nömrəli arayışında göstərlir ki, Tülü kənd sakini İddiaçı Cavabdeh qeyri-rəsmi olaraq 0.0669 ha həyətyanı və həmin torpaq sahəsinə bitişik olan 0.0635 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini 2005-ci ildə 1999-cu ildən torpağa hesablanmış vergi borcu ilə almışdır. Həmin torpaq sahəsinə 1999-cu ildən hesablanmış torpağa dair vergilər 2017-ci il daxil olmaqla İddiaçı tərəfindən ödənilmişdir. İşdə olan xx.xx.2020-ci il tarixli, ********* №-li mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən hazırki iddianın qaldırılması üçün 10 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edərək hesab edir ki, İddiaçı iddiası əsassız olduğundan təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Azərbaycan Respublikası daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 18 saylı Zaqatala Rayon Ərazi İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışla Balakən rayonu Tülü kəndində yerləşən 0.0635 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində tam mülkiyyət hüququ ilə Cavabdeh adına qeydə alınmış, həmçinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 18 saylı Zaqatala Rayon Ərazi İdarəsi tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışla Balakən rayonu Tülü kəndində yerləşən 0.0669 ha həyətyanı torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində tam mülkiyyət hüququ ilə Cavabdeh adına qeydə alınmışdır. Balakən Rayon Məhkəməsinin 2(019)-115/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında araşdırılmış, qiymətləndirilmiş, iddia tələbinin əsaslandırıldığı hallara aid Balakən rayonu Tülü kəndində yerləşən mübahisələndirilən 0,0669 ha həyətyanı və 0,0635 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin X4 mülkiyyətində olması, iddiaçının mülkiyyətində olan 0,0669 ha həyətyanı torpaq sahəsinin cavabdeh İddiaçı tərəfindən, 0,0635 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin isə cavabdehlər X20 və X9 tərəfindən zəbt edilməsi faktı müəyyən edilərək, iddia təmin edilmiş, cavabdehlər X13 və X5 iddiaçı Cavabdeh mülkiyyətində olan, Balakən rayonu Tülü kəndində yerləşən 0,0635 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən, cavabdeh İddiaçı isə iddiaçı Cavabdeh mülkiyyətində olan, Balakən rayonu Tülü kəndində yerləşən 0.0669 ha həyətyanı torpaq sahəsindən çıxarılması, iddiaçının sözügedən torpaq sahələrinə mülkiyyət hüququnun bərpa olunması qət edilmişdir. X3 hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə İddiaçı arasında Balakən rayonu Tülü kəndində yerləşən RX ******* seriya nömrəli 0.0669 ha həyətyanı və həmin torpaq sahəsinə bitişik olan RX ******* seriya nömrəli 0.0635 kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə dair bağlanmış alqı-satqı müqaviləsinin etibarlı hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan «İnsan Hüquqlarının və X11 Haqqında» Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “X12” nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.2-ci maddəsinə əsasən daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-146.2-ci maddələrinə görə daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla);daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Göründüyü kimi, həm milli qanunvericilik, həm də beynəlxalq hüquq, o cümlədən Avropa Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu və öz mülkiyyətindən maneəsiz istifadə hüququnu tanıyır və həmin hüquqa təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.1-ci maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 334.1-ci maddəsinə əsasən əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 334.2-ci maddəsinə əsasən əqdin notarial təsdiqlənməsi qaydası “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.2-ci maddəsinə əsasən sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər tərəfindən həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış texniki göstəricilərinə uyğun təsdiqlənir. «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 45-ci maddəsinə əsasən notariuslar və müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda notariat qaydasında təsdiq edilməli olan əqdləri və tərəflərin arzusu ilə digər əqdləri təsdiq edirlər; notariuslar və müvafiq icra hakimiyyəti orqanları təsdiq etdikləri əqdin məzmununun qanuna və tərəflərin həqiqi niyyətinə uyğunluğunu yoxlamalıdırlar. «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 46-ci maddəsinə əsasən qeydiyyatdan keçməli olan əmlakın özgəninkiləşdirilməsi və girov qoyulması haqqında əqdlər özgəninkiləşdirilən və ya girov qoyulan əmlaka mülkiyyət hüququnu təsdiq edən sənədlər, avtonəqliyyat vasitələri üzrə həmçinin onların Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müayinədən keçməsi barədə arayış təqdim olunduqdan sonra təsdiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.3-ci maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.4-ci maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin xx xxxx 2005-ci ilə kimi qüvvədə olmuş 335.2-ci maddəsinin tələbinə görə əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir. İ.K.Rəcəbovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının x xxxx 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2006-cı il tarixli qərarında qeyd edilir ki, yuxarıda göstərilən maddənin mahiyyətinə görə əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur: -əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; -məhz əks tərəf əqdin notarial qaydasında təsdiqlənməsindən yayınmalı; -əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Axırıncı məqam qanunvericiliklə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Göründüyü kimi, qanunvericiliyin tələbinə əsasən daşınmaz əmlak, o cümlədən torpaq üzərində sərəncam verməklə bağlı əqdlər (alqı-satqı, bağışlama və sair) yazılı formada bağlanmalı, notariat qaydada təsdiqlənməli və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalıdır. Qanunla müəyyən olunmuş forma tələblərinə riayət edilməməklə bağlanmış əqd etibarsızdır, yəni heç bir hüquqi nəticələrə səbəb olmur. İddiaçı iddia tələbinin əsaslandırıldığı hal kimi Cavabdeh ilə 2005-ci il tarixdə (bu ilin hansı ayında olduğunu göstərməmişdir) 0.0669 ha həyətyanı və həmin torpaq sahəsinə bitişik olan 0.0635 kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə dair şifahi alqı-satqı müqaviləsinin bağlanmasını göstərmiş, lakin belə bir müqavilənin bağlanması barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Belə ki, qanunvericiliyin tələbinə görə (Mülki Məcəlləsinin 567-ci maddəsi) alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verir, alıcı isə həmin əşyanı qəbul edib, müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəyir. Lakin işdə Cavabdeh 2005-ci il tarixdə 0.0669 ha həyətyanı və həmin torpaq sahəsinə bitişik olan 0.0635 kənd təsərrüfatı təyinatlı torpaq sahəsini İddiaçı hansısa məbləğə satması, İddiaçı həmin torpaq sahələrinin alqı-satqısı ilə bağlı Cavabdeh hansısa pul məbləği ödəməsi barədə işdə heç bir sübut yoxdur və iddiaçıda belə sübutları məhkəməyə təqdim edə bilməmişdir. Əksinə iş üzrə cavabdeh Əhmədova X7 Təranə Rəhim qızı ilə sözügedən torpaq sahələri ilə bağlı heç bir alqı-satqısı müqaviləsini bağlamadığını göstərmişdir. Tərəflər arasında belə müqavilənin bağlanmaması Balakən Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(019)-115/2020-ci il tarixli qətnaməsi ilə də təsdiq olunur. Belə ki, həmin qətnamə ilə Cavabdeh iddiası təmin edilərək, X13 və X5 iddiaçı Cavabdeh mülkiyyətində olan, Balakən rayonu Tülü kəndində yerləşən 0,0635 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən, cavabdeh İddiaçı isə iddiaçı Cavabdeh mülkiyyətində olan, Balakən rayonu Tülü kəndində yerləşən 0.0669 ha həyətyanı torpaq sahəsindən çıxarılması, iddiaçının sözügedən torpaq sahələrinə mülkiyyət hüququnun bərpa olunması qət edilmişdir. Cavabdeh İddiaçı Cavabdeh mülkiyyətində olan, Balakən rayonu Tülü kəndində yerləşən 0.0669 ha həyətyanı torpaq sahəsindən çıxarılması, iddiaçının sözügedən torpaq sahələrinə mülkiyyət hüququnun bərpa olunmasının müəyyən olunması qanuni qüvvəyə minmiş Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(019)-115/2020 nömrəli qətnaməsinin əsaslandırma hissəsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin predmetinə aid olan faktdır. İddiaçıya münasibətdə müəyyən olunmuş bu fakt hazırki işdə məhkəmə üçün preyudisial əhəmiyyət daşıyır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Bu xüsusda məhkəmə iddiaçının təqdim etdiyi Balakən rayonu Tülü Bələdiyyəsinin xx.xx.2020-ci il tarixli, 062 saylı arayışını iddia tələbinin əsaslandırıldığı halı təsdiq edən mötəbər sübut kimi qəbul etmir. Belə ki, həmin arayış iddiaçı ilə cavabdeh arasında sözügedən torpaq sahələrinin alqı-satqı müqaviləsinin qanunauyğun bağlanmasını və hüquqi nəticələr yaratmasını təsdiq etmir. Həmçinin həmin xx.xx.20320-ciiltarixli, 062 saylı arayış daşınmaz əmlakla bağlı əqdin qeydiyyat sənədi olmadığından, tərəflər arasında belə bir müqavilənin bağlanması üçün hüquqi əsas kimi çıxış edə bilməz. Qanun isə birmənalı şəkildə daşınmaz əmlakla bağlı özgəninkiləşdirmə haqqında əqdlərin yazılı formada bağlanmaqla notarial qaydada təsdiqlənməsini tələb edir. Bundan başqa, iddiaçının bildirdiyi kimi hətta tərəflər arasında hipotetik olaraq torpaq sahələri ilə bağlı şifahi alqı-satqı müqavilənin bağlanması qəbul edilsə belə, qanunvericiliyin tələbinə görə həmin müqavilə daşınmaz əmlak üzərində sərəncam verməklə bağlı formaya (notariat qaydasında təsdiq olunmuş yazılı müqavilə forması) riayət olunmadığına görə heç bir hüquqi nəticələr yaratmır. Digər tərəfdən, iddiaçı cavabdehlə torpaq sahələrinin alqı-satqısı müqaviləsinin şifahi qaydada 2005-ci ilin hansı ayında bağlanmasını iddia ərizəsində və məhkəmədə verdiyi izahatında göstərməmiş, iddiaçının nümayəndəsi tərəflər arasında belə müqavilənin 2005ci ilin sentyabr ayında bağlandığını göstərmişdir. Əvvəla, qeyd edilməlidir ki, iddiaçının göstərdiyi tərəflər arasında şifahi alqı-satqı müqaviləsinin 2005-ci ilin 24 iyunundan əvvəl bağlanması ehtimal edilərsə, hazırki işə Azərbaycan Respublikası Mülki Məcəlləsinin xx xxxx 2005-ci ilə kimi qüvvədə olmuş 335.2-ci maddəsi və İ.K.Rəcəbovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının x xxxx 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2006-cı il tarixli qərarı tətbiq edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2006-cı il tarixli qərarında göstərilir ki, Mülki Məcəllənin 335.2-ci maddəsinin mahiyyətinə görə əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur:-əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; məhz əks tərəf əqdin notarial qaydasında təsdiqlənməsindən yayınmalı; əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Axırıncı məqam qanunvericiliklə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Ancaq iddiaçı və onun nümayəndəsi tərəflər arasında sözügedən torpaq sahələri ilə bağlı alqı-satqı müqaviləsinin şifahi formada bağlanmasını göstərirlər. Həmdə cavabdehin həmin vaxt (2005-ci ildə) torpaq sahələrinə mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmadığından, cavabdeh həmin torpaq sahələrini iddiaçıya sata bilməzdi. Bu da tərəflər arasında torpaq sahələri ilə bağlı alqı-satqı müqaviləsinin bağlanmasının ehtimal edildiyi təqdirdə həmin ehtimal olunan əqdin özünün qanuna zidd olmasını və onun yazılı formada bağlanmasına dair tələbə əməl edilməməklə bağlanmasını bir başa göstərir. Bundan başqa, iddiaçı tərəfin göstərdiyi kimi tərəflər arasında bağlanması ehtimal edilən əqdin 2005-ci ilin sentyabr ayında bağlanması qəbul edilsə belə, hazırki işə yenədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin xx xxxx 2005-ci ilə kimi qüvvədə olmuş 335.2-ci maddəsi və İ.K.Rəcəbovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının x xxxx 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2006-cı il tarixli qərarı tətbiq edilə və bu əqd etibarlı hesab oluna bilməz. Belə ki, Azərbaycan Respublikasının müvafiq Qanunu ilə sözü gedən Mülki Məcəllənin 335.2-ci maddəsi xx xxxx 2005-ci il tarixdən Azərbaycan Respublikası Mülki Məcəlləsindən çıxarılmışdır və həmin maddə xx xxxx 2005-ci il tarixdən sonrakı mübahisəli münasibətlərə tətbiq edilə bilməz. Belə ki, Mülki Məcəllənin 335.2-ci maddəsi 2005-ci ilin sentyabr ayında mövcud olmamışdır. Həmçinin bu maddənin geriyə qüvvəsi şübhəsizdir ki, hazırki iş üzrə cavabdehə ziyan vurar, onun vəziyyətini pisləşdirərdi. Azərbaycan RespublikasıMülkiMəcəlləsinin7.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7.2-ci maddəsinə əsasən qanunla birbaşa nəzərdə tutulmuş hallarda mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7.3cü maddəsinə əsasən mülki hüquq subyektlərinə ziyan vurarsa və ya onların vəziyyətini pisləşdirərsə, mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilməz. Hətta xx xxxx 2005-ci il tarixdən Mülki Məcəllədən çıxarılmış həmin Məcəllənin 335.2-ci maddəsi hazırki iş üzrə ehtimal edilən tərəflər arasında 2005-ci ilin sentyabr ayında yaranmış mübahisəli münasibətlərə tətbiq olunsa belə (hərçənd ki, bu, qanun pozuntusudur) tərəflər arasında bağlanması ehtimal olunan alqı-satqı müqaviləsi yazılı olmadığından və qanuna zidd olduğundan həmin müqavilənin etibarlı hesab olunması qanunazidd və əsassızdır, bu səbəbdən qeyri-mümkündür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1 və 1133.2-ci maddələrinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci maddəsinə görə miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.2-ci maddəsinə əsasən mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə görə qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: -Birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). -Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. - Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. -Övladlığa götürən və onun qohumları övladlığa götürülənin və onun övladlarının vərəsələri kimi övladlığa götürülənin valideynlərinə və digər qan qohumlarına bərabər tutulurlar. Övladlığa götürülən və ya onun övladları öldükdən sonra övladlığa götürülənin valideynlərinə, onun yüksələn xətt üzrə digər qan qohumlarına, bacı və qardaşlarına qanun üzrə vərəsəlik hüququ daha mənsub olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1166-cı maddəsinə görə fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinə görə vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194-cü maddəsinə görə məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1195-ci maddəsinə görə məcburi payın tam həcmi vəsiyyət tapşırığını və ya ümumi faydalı məqsədlər üçün hər hansı hərəkəti yerinə yetirməkdən ötrü nəzərdə tutulan əmlak da daxil olmaqla, bütün mirasdan müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1196-cı maddəsinə görə vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2 və 1243.3-cü maddələrinə görə vərəsə mirasın açıldığı yer üzrə əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır; vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edəbilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255-ci maddəsinə əsasən qəbuledilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1274-cü maddəsinə əsasən miras onuqəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. İddiaçı və onun nümayəndəsi həmçinin iddia tələbinin əsaslandırıldığı hal kimi Cavabdeh iddiaçının mərhum əri X17 ilə həmin torpaq sahələri ilə bağlı alqı-satqı müqaviləsi bağladığını göstərmişlər. İş materiallarına əlavə edilmiş xx xxxxxxxx 2005-ci il tarixli aktın kserosurətində Cavabdeh adına olan 0,07 ha həyətyanı torpaq sahəsini ******* manata (manatın köhnə məzənnəsi ilə) X1 göstərilir. Həmin aktın kserosurəti məhkəməyə təqdim olunmuşdur ki, bu da Azərbaycan Respublikası MPM-nin 89-cu maddəsinin tələblərinə ziddir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Azərbaycan Respublikası MPM-nin 89.2-ci maddəsinə əsasən faks, elektron və ya digər rabitə vasitəsi ilə, yaxud sair üsulla əldə edilmiş materiallar məhkəmə tərəfindən o şərtlə yazılı sübut kimi qəbul edilə bilər ki, həmin sənədlərin həqiqiliyini müəyyən etmək mümkün olsun. Azərbaycan Respublikası MPM-nin 89.3-cü maddəsinə əsasən lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Digər tərəfdən X17 ilə Cavabdeh arasında sözügedən akt iddia predmetini təşkil edən 0.0669 ha həyətyanı və 0.0635 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin alqısatqısı ilə bağlı deyil, 0,07 ha həyətyanı torpaq sahəsinin alqı-satqısı ilə bağlı olmuş və bu akt xx xxxxxxxx 2005-ci il tarixdə tərtib edilmişdir. xx xxxxxxxx 2005-ci il tarixdə isə artıq Mülki Məcəllənin 335.2-ci maddəsi qüvvədə olmamış, həmin maddə xx xxxx 2005-ci il tarixdən Mülki Məcəllədən xaric edilmişdir. Ona görə də, qeyd edildiyi kimi, Mülki Məcəllənin 7.1, 7.2 və 7.3-cü maddələrinə əsasən hazırki işə Azərbaycan Respublikası Mülki Məcəlləsinin xx xxxx 2005-ci ilə kimi qüvvədə olmuş 335.2-ci maddəsi və İ.K.Rəcəbovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının x xxxx 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2006-cı il tarixli qərarı tətbiq edilə və bu əqd etibarlı hesab oluna bilməz. Belə ki, Azərbaycan Respublikasının müvafiq Qanunu ilə sözü gedən Mülki Məcəllənin 335.2-ci maddəsi xx xxxx 2005-ci il tarixdən Azərbaycan Respublikasının Mülki Məcəlləsindən çıxarılmışdır və yuxarıda göstərildiyi kimi, həmin maddə xx xxxx 2005-ci il tarixdən sonrakı mübahisəli münasibətlərə tətbiq edilə bilməz. Bundan başqa, qanunun tələbinə görə miras əmlaka olan hüquqlara vərəsəliyin əldə edilməsi üçün vərəsə mirası qəbul etməlidir. Bu, qanunda nəzərdə tutulmuş mütləq şərtdir. Lakin İddiaçı mərhum əri X6 qalmış mirası (miras əmlak hüquqları və vəzifələri) qəbul etməsi və mərhum ərinə münasibətdə vərəsəlik hüquqlarına malik olması, o cümlədən mərhuməri Eldəniz Layıcovun xx xxxxxxxx 2005-ci il tarixli aktla bağladığı göstərilən torpaq sahəsinin alqı-satqı müqaviləsinin etibarlı hesab edilməsini tələb etməsinə subyektiv hüququnun olmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Halbuki qanuna görə (MPM-nin 77.1-ci maddəsi) bu vəzifə iddiaçının üzərinə düşür. Məhkəmə onu da qeyd edir ki, Cavabdeh 0.0669 ha həyətyanı və 0.0635 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır və ona münasibətdə reyestrin məzmununun həqiqiliyi və tamlığı prezumpsiyası qüvvədədir. Ona görə də qanunvericiliyə əsasən Cavabdeh 0.0669 ha həyətyanı və 0.0635 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə mülkiyyət hüquqları hər cür əsassız müdaxilədən müdafiə olunmalıdır. Qeyd edilənlər hazırki iddianın heç bir faktoloji və hüquqi əsaslara malik olmadığını və tamamilə əsassız olduğunu göstərir. Məhkəmə, iddiaçını, onun nümayəndəsi-vəkilini, cavabdehi və onun nümayəndəsivəkilini dinləyib, bilavasitə məhkəmə iclasında tədqiq olunan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutları tətbiq edilməli qanun normalarına müvafiq qiymətləndirərək, hesab edir ki, İddiaçı Cavabdeh qarşı Cavabdeh ilə İddiaçı arasında Balakən rayonu Tülü kəndində yerləşən RX ******* seriya nömrəli 0.0669 ha həyətyanı və həmin torpaq sahəsinə bitişik olan RX ******* seriya nömrəli 0.0635 kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə dair bağlanmış alqı-satqı müqaviləsinin etibarlı hesab olunması tələbinə dair iddiası təmin edilməməlidir. Həmçinin iddia təmin edilmədiyi üçün 10 manat məbləğində ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1 -ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1 -ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı Cavabdeh ilə İddiaçı arasında Balakən rayonu Tülü kəndində yerləşən RX ******* seriya nömrəli 0.0669 ha həyətyanı və həmin torpaq sahəsinə bitişik olan RX ******* seriya nömrəli 0.0635 kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə dair bağlanmış alqı-satqı müqaviləsinin etibarlı hesab olunması tələbinə dair iddiası təmin edilməsin; hazırki iddianın qaldırılması üçün ödənilmiş 10 manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Z.C.Tahirov
Məhkəmə qərarları › İş №2(019)-661/2020
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-661/2020
30.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver