Məhkəmə qərarları › İş №2(019)-688/2020

Balakən Rayon Məhkəməsi Qərardad — İş №2(019)-688/2020

01.09.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № 2(019)-688/2020 01.09.2020 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X5 qızının katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Balakən Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(019)-430/2020 saylı qətnaməsinə əsasən xx xxx 2020-ci il tarixdən başlayaraq İddiaçı Cavabdeh xeyrinə xx xxxx 2014-cü il tarixdə anadan olmuş X2 və xx xxxxxxxx 2017-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün təyin edilmiş alimentin miqdarının azaldılması, Cavabdeh xeyrinə ondan xx xxxx 2014-cü il tarixdə anadan olmuş X4 və xx xxxxxxxx 2017-ci il tarixdə anadan olmuş X1 üçün hər ay sabit pul məbləğində 80 (səksən) manat hər ay cəmi iki uşaq üçün 160 (bir yüz altmış) manat alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı xx.xx.2020-ci il tarixdə məhkəməyə ərizə göndərərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını və iddianın baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyini göstərdi. Məhkəmə ərizəyə iş materialları ilə birlikdə baxaraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Balakən Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(019)-430/2020 saylı qətnaməsinə əsasən xx xxx 2020-ci il tarixdən başlayaraq İddiaçı Cavabdeh xeyrinə xx xxxx 2014-cü il tarixdə anadan olmuş X2 və xx xxxxxxxx 2017-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün təyin edilmiş alimentin miqdarının azaldılması, Cavabdeh xeyrinə ondan xx xxxx 2014-cü il tarixdə anadan olmuş X4 və 04 sentyabr 2017-ci il tarixdə anadan olmuş X1 üçün hər ay sabit pul məbləğində 80 (səksən) manat hər ay cəmi iki uşaq üçün 160 (bir yüz altmış) manat alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında İddiaçı məhkəməyə ərizə göndərərək,iddianın baxılmamış saxlanmasını göstərərək sənədlərin özünə qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Məhkəmə hesab edir ki, İddiaçı ərizəsi təmin edilməli, onun iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1, 263-264,268.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Qərardaddan surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən H.Q.Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar