Məhkəmə qərarları › İş №2(019)-70/2022

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-70/2022

26.01.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-70/2022 26.01.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X3 katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə2, nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Balakən Rayon İcra Hakimiyyəti Başçısının yanında Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsi Nümayəndə3 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı uşaqların himayəsində saxlanılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək cavabdehlə birgə nikahlarından doğulmuş,hal-hazıra kimi onunla birgə yaşayan uşaqları- 23 sentyabr 2012-ci il təvəllüdlü X6 və 24 dekabr 2013-cü il təvəllüdlü X5 onun himayəsində saxlanılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki,o, Cavabdeh ilə nikahlarını 14 oktyabr 2011-ci il tarixdə Balakən rayonu Tülü kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyində 49 nömrə ilə qeydə aldırmaqla ailə qurmuşlar. Birgə nikahlarından 23 sentyabr 2012-ci ildə X10 və 24 dekabr 2013-cü ildə X7 adında iki uşaqları doğulmuşdur. Ailə qurandan bir müddət sonra aralarında narazılıqlar yaranmış, xasiyyətləri uyğun gəlmədiyinə görə 2016cı ilin ortalarından ayrılmışlar.Balakən Rayon Məhkəməsinin 30 may 2017-ci il tarixli 2(019)- 483/2017 nömrəli qətnaməsi ilə Cavabdeh ilə aralarında bağlanmış, 14 oktyabr 2011-ci il tarixdə Balakən rayonu Tülü kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyində 49 nömrə ilə qeydə alınmış nikahın pozulması, boşanmadan sonra 23 sentyabr 2012-ci ildə doğulmuş X10 və 24 dekabr 2013-cü ildə doğulmuş X5 onun yanında qalmaları, 13 fevral 2017-ci il tarixdən başlayaraq 23 sentyabr 2012-ci ildə doğulmuş X10 və 24 dekabr 2013-cü ildə doğulmuş X5 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 100 (yüz) manat sabit pul məbləğində alimentin tutulub ona verilməsi qət edilmişdir.Cavabdeh tərəfindən həmin alimentlə bağlı demək olar ki, heç bir ödəniş edilməmiş, icra məmuru tərəfindən də, hər-hansı bir ciddi tədbir görülməmişdir.Daha sonra Cavabdeh onlara-İddiaçı və Nümayəndə2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onunla birgə nikahlarından 23 sentyabr 2012-ci ildə doğulmuş X10 və 24 dekabr 2013-cü ildə doğulmuş X5 cavabdehlərdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin 09 yanvar 2019-cu il tarixli, 2(019)-95/2019 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh iddiası təmin edilməmiş, onun iddiası təmin edilmiş, 23 sentyabr 2012-ci ildə doğulmuş X6 Cavabdeh alınaraq ona verilməsi qət edilmişdir. Qətnamədən narazı qalan iddiaçı Cavabdeh və onun nümayəndəsi X11 apellyasiya şikayəti vermişdirlər. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-56/2020 nömrəli 05 fevral 2020-ci il tarixli qətnaməsi ilə iş üzrə Balakən Rayon Məhkəməsinin 09 yanvar 2019-cu il tarixli, 2(019)-95/2019 saylı qətnaməsi və Balakən Rayon Məhkəməsinin 15 fevral 2019-cu il tarixli, 2(019)-95/2019 saylı əlavə qətnaməsi dəyişdirilmədən saxlanılmış, iddiaçı Cavabdeh və onun vəkili X11 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-56/2020 nömrəli iş üzrə 05 fevral 2020-ci il tarixli qətnaməsindən iddiaçı Cavabdeh tərəfindən kassasiya şikayəti verilmişdir.Azərbaycan Respublikası Ali Məhkəməsinin 20 iyul 2020-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 fevral 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, mülki iş yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir.Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 oktyabr 2020-ci il tarixli, 2(107)-1784/2020 nömrəli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Balakən Rayon Məhkəməsinin 09 yanvar 2019-cu il tarixli, 2(019)-95/2019 saylı qətnaməsi və Balakən Rayon Məhkəməsinin 15 fevral 2019-cu il tarixli, 2(019)- 95/2019 saylı əlavə qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, ilk iddia təmin edilmiş, 23 sentyabr 2012-ci ildə doğulmuş X6 və 24 dekabr 2013-cü ildə doğulmuş X5 ataları Cavabdeh himayəsinə verilməsi, X1 iddia ərizəsinin rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 18 may 2021-ci il tarixli, 2(102)-1902/21 nömrəli qərarı ilə, kasasiya şikayətləri təmin edilməmiş, iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 oktyabr 2020-ci il tarixli, 2(107)-1784/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.Qərar qanuni qüvvəsini almış və icra edilməsi üçün Balakən rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir.Qətnamə qanuni qüvvəsini alaraq icraya yönəldilsə də, cavabdehlə birgə nikahlarından doğulmuş uşaqları-23 sentyabr 2012-ci il təvəllüdlü X10 və 24 dekabr 2013-cü il təvəllüdlü X7 cavabdehlə aralarında olmuş nikah pozulmamışdan əvvəl və sonra onun himayəsində yaşamış, hal-hazırda da onun himayəsindədirlər. Onlarınn təlim tərbiyyəsi və bütün qayğıları ilə şəxsən özü və anası məşğul olmuş və halhazırda da olurlar.Balakən rayon İcra və Probasiya şöbəsinin icra məmuru tərəfindən yuxarıda göstərilən qətnamənin icrası ilə əlaqədar icra hərəkətləri aparılmış, uşaqların ondan alınıb atasına verilməsi istənsə də, azyaşlı uşaqları buna qəti etiraz etmişlər. Hər dəfə icra məmurları gəlib getdikdən sonra uşaqları yüksək həyəcan və gərginlik keçirirlər.Onlar heç bir vəchlə atalarının yanına getmək istəmirlər. Baş verən hadisələr azyaşlı uşaqlarında ciddi narahatçılıqlara səbəb olmuşdur.Hazırda o, azyaşlı uşaqları ilə birlikdə, Balakən rayonu, Tülü kəndində yaşayır və azyaşlı uşaqları həmin kənddə təhsil alırlar.Uşaqları onun yanında, onun himayəsində olmaq istədiyi üçün yanındadırlar. Uşaqlarının onun yanında yaşaması, təhsil alması və sağlamlığı üçün hər bir şərait vardır. Bu illər ərzində 23 sentyabr 2012-ci il təvəllüdlü X6 və 24 dekabr 2013-cü il təvəllüdlü X5 onun yanında yaşamasına kənd sakinləri, qonşular, cavabdehin özü də şahiddir.Qeyd etdiklərinə əsasən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə2,nümayəndəsi və vəkili Nümayəndə1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf edərək izahatında göstərdi ki, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 oktyabr 2020-ci il tarixli, 2(107)- 1784/2020 nömrəli qətnaməsinə əsasən 23 sentyabr 2012-ci ildə doğulmuş X6 və 24 dekabr 2013-cü ildə doğulmuş X5 onun himayəsinə verilmələri qət edilmişdir. Qətnamə qanuni qüvvəsini alaraq icraya yönəldilsə də uşaqların anasından alınıb ona verilməsi mümkün olmamışdır. Hal-hazırda da uşaqlar anasının yanında yaşayırlar. Davam edən mübahisə uşaqların psixologiyasına pis təsir edir. O, uşaqlarının daha çox psixoloji əziyyət çəkməmələri üçün onların İddiaçı himayəsində saxlanmalarına etiraz etmir. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Balakən Rayon İcra Hakimiyyəti Başçısının yanında Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsi Papaxov X2 və Himayə komissiyasının 23 dekabr 2021-ci il tarixli rəyini müdafiə edərək göstərdi ki, komissiya 15.05.2021-ci il tarixli qərarın icra edilməsi zamanı yaranmış vəziyyəti nəzərə alaraq 23.09.2012-ci ildə anadan olmuş X6 və 24.12.2013-cü ildə anadan olmuş X5 anaları İddiaçı himayəsində (faktiki olaraq ana nənələrinin və babalarının himayəsində) qalmalarını məqsədəuyğun hesab edir. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin fikrini dinləyib, onların birgə nikahından doğulmuş- 23 sentyabr 2012-ci il təvəllüdlü X6 və 24 dekabr 2013-cü il təvəllüdlü X5 10 yaşlarının tamam olmamasını, cavabdehin iddianı etiraf etməsini nəzərə araq onların məhkəmə iclasında dindirilmələrini zəruri hesab etməmişdir. İşdə olan Balakən Rayon Məhkəməsinin 09 yanvar 2019-cu il tarixli, 2(019)-95/2019 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddiaçı Cavabdeh uşaq tələbinə dair iddiası təmin edilməmişdir. İşdə olan Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 oktyabr 2020-ci il tarixli, 2(107)-1784/2020 nömrəli qətnaməsindən görünür ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Balakən Rayon Məhkəməsinin 09 yanvar 2019-cu il tarixli, 2(019)-95/2019 saylı qətnaməsi və Balakən Rayon Məhkəməsinin 15 fevral 2019cu il tarixli, 2(019)- 95/2019 saylı əlavə qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, ilk iddia təmin edilmiş, 23 sentyabr 2012-ci ildə doğulmuş X6 və 24 dekabr 2013cü ildə doğulmuş X5 ataları Cavabdeh himayəsinə verilməsi, X1 iddia ərizəsinin rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 18 may 2021-ci il tarixli, 2(102)-1902/21 nömrəli qərarı ilə, kasasiya şikayətləri təmin edilməmiş, iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 oktyabr 2020-ci il tarixli, 2(107)-1784/2020 saylı qətnaməsi kasasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş İlkin Mediasiya sessiyasında iştirak edilməməsi barədə 10 sentyabr 2021-ci il tarixli 02227 nömrəli arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən rayon İHB yanında Qəyyumluq və Himayə Komissiyasının 23 dekabr 2021-ci il tarixli rəyindən görünür ki, komissiya 15.05.2021-ci il tarixli qərarın icra edilməsi zamanı yaranmış vəziyyəti nəzərə alaraq 23.09.2012-ci ildə anadan olmuş X6 və 24.12.2013-cü ildə anadan olmuş X5 anaları İddiaçı Bəxtiyar qızının himayəsində (faktiki olaraq ana nənələrinin və babalarının himayəsində) qalmalarını məqsədəuyğun hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında işdə olan sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, İddiaçı Cavabdeh ilə nikahlarını 14 oktyabr 2011-ci il tarixdə Balakən rayonu Tülü kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyində 49 nömrə ilə qeydə aldırmaqla ailə qurmuşlar. Birgə nikahlarından 23 sentyabr 2012-ci ildə X10 və 24 dekabr 2013-cü ildə X7 adında iki uşaqları doğulmuşdur. Ailə qurandan bir müddət sonra aralarında narazılıqlar yaranmış, xasiyyətləri uyğun gəlmədiyinə görə 2016-cı ilin ortalarından ayrılmışlar. Balakən Rayon Məhkəməsinin 30 may 2017-ci il tarixli 2(019)- 483/2017 nömrəli qətnaməsi ilə İddiaçı qızının Cavabdeh ilə aralarında bağlanmış, 14 oktyabr 2011-ci il tarixdə Balakən rayonu Tülü kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyində 49 nömrə ilə qeydə alınmış nikahın pozulması, boşanmadan sonra 23 sentyabr 2012-ci ildə doğulmuş X10 və 24 dekabr 2013-cü ildə doğulmuş X5 onun yanında qalmaları, 13 fevral 2017-ci il tarixdən başlayaraq 23 sentyabr 2012-ci ildə doğulmuş X10 və 24 dekabr 2013cü ildə doğulmuş X5 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 100 (yüz) manat sabit pul məbləğində alimentin tutulub ona verilməsi qət edilmişdir. Daha sonra Cavabdeh İddiaçı və anası Nümayəndə2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı ilə birgə nikahlarından 23 sentyabr 2012-ci ildə doğulmuş X10 və 24 dekabr 2013-cü ildə doğulmuş X5 cavabdehlərdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin 09 yanvar 2019-cu il tarixli, 2(019)-95/2019 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh iddiası təmin edilməmişdir.Cavabdeh və onun nümayəndəsi X8 apellyasiya şikayətinə əsasən Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 oktyabr 2020-ci il tarixli, 2(107)- 1784/2020 nömrəli qətnaməsi ilə Balakən Rayon Məhkəməsinin 09 yanvar 2019-cu il tarixli, 2(019)-95/2019 saylı qətnaməsi və Balakən Rayon Məhkəməsinin 15 fevral 2019cu il tarixli, 2(019)- 95/2019 saylı əlavə qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, ilk iddia təmin edilmiş, 23 sentyabr 2012-ci ildə doğulmuş X6 və 24 dekabr 2013cü ildə doğulmuş X5 ataları Cavabdeh himayəsinə verilməsi, X1 iddia ərizəsinin rədd edilməsi qət edilmişdir.Qətnamə qanuni qüvvəsini almış və icra edilməsi üçün Balakən rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Qətnamə qanuni qüvvəsini alaraq icraya yönəldilsə də, uşaqlar -23 sentyabr 2012-ci il təvəllüdlü X10 və 24 dekabr 2013-cü il təvəllüdlü X7 atalarının yanına getmək istəmədiklərindən icra sənədinin icrası mümkun olmamışdır. Bundan sonra iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hazırda Cavabdeh birgə nikahlarından olan uşaqların iddiaçının yanında qalmasına etiraz etmir. Qəyyumluq və Himayə Komissiyası da uşaqların analarının yanında qalmalarını onların mənafeyinə uyğun hesab edir. Məhkəmə qeyd edir ki, iddia tələbinin hüquqi əsasını təşkil edən mərkəzi hüquq norması Azərbaycan Respublikası Ailə Məcəlləsinin 60.4-cü maddəsidir. Həmin maddədə deyilir ki, valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. Azərbaycan Respublikası “Uşaq Hüquqları” haqqında Qanunun 5-ci maddəsində deyilir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 60.1-ci maddəsinə əsasən valideynlik hüquqları uşaqların mənafeyi ziddinə həyata keçirilə bilməz. Həmin Məcəllənin 60.2-ci maddəsinə əsasən valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. BMT Baş Assambleyasının 20 noyabr 1959-cu il tarixli 1386 (XİY) saylı qətnaməsi ilə elan edilmiş Uşaq Hüquqları Bəyannaməsinin 6-cı prinsipinə görə, uşaq şəxsiyyətinin tam və ahəngdar inkişafı üçün məhəbbətə və başa düşülməyə möhtacdır. O, mümkün olduqda, valideynlərinin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. Azyaşlı uşaq, müstəsna şərait mövcud olduğu hallardan başqa, anasından ayrılmamalıdır. “Uşaq hüquqları haqqında” BMT Konvensiyasının 9-cu maddəsində deyilir ki, iştirakçı dövlətlər təmin edirlər ki, uşaq öz valideynlərinin arzusuna zidd olaraq onlardan ayrılmasın, bu şərtlə ki, məhkəmənin qərarına uyğun olaraq səlahiyyətli orqanlar tətbiq edilən qanuna və qaydalara müvafiq surətdə müəyyən etsinlər ki, bu ayrılıq uşağın ən yaxşı mənafeləri naminə labüddür. Belə ayrılıq o halda labüd ola bilər ki, valideynlər biribirindən ayrı yaşasınlar və uşağın yaşayış yeri barədə qərar qəbul etmək lazım gəlsin. “Uşaq hüquqları haqqında” 1989-cu il Konvensiyasının 18-ci maddəsinə əsasən, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin birlikdə və eyni dərəcədə məsuliyyət daşıdığına dair prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın ən yaxşı maraqları valideynlərin əsas qayğı obyektidir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, hesab edir ki, iddia təmin edilməli, İddiaçı ilə Cavabdeh birgə nikahlarından 23 sentyabr 2012-ci ildə anadan olmuş X10 və 24 dekabr 2013-cü ildə anadan olmuş X7 İddiaçı himayəsində saxlanmalıdırlar. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 234.2.1 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh birgə nikahlarından 23 sentyabr 2012-ci ildə anadan olmuş X10 və 24 dekabr 2013-cü ildə anadan olmuş X7 İddiaçı himayəsində saxlansınlar. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar