Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-712/2020 23.09.2020 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X10 qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək cavabdeh X4 qəyyumu olduğu bacısı X1 baxılıb saxlanması üçün hər ay 200 (iki yüz) manat sabit pul məbləğində alimentin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək göstərdi ki, bacısı X3 1998-ci ildə Balakən rayonunun Qaysa kənd sakini Cavabdeh ərə getmişdir. Onların nikahı xx xxxx 2001-ci il tarixdə 72 sayla Balakən rayon VVADQ şöbəsində rəsmiləşdirilmişdir. Bacısı Mehriban 2018-ci ilin sonuna qədər Cavabdehlə birgə yaşamışlar. 2017-ci ildən başlayaraq bacısı Mehriban epileptik qıcolmalardan əzab çəkməyə başlamışdır. Bununla bağlı o yataq xəstəsi olmuş, öz hərəkətlərinin mənasını anlaya bilməmiş və özünü idarə edə bilməmişdir. Bacısı bu xəstəlikdən əzab çəkərkən əri Cavabdeh ona baxmaq istəməmiş və ondan bacısına baxmağı tələb etmişdir. Buna görə də o bacısı Mehribanı öz yanına gətirərək baxır. Artıq üç ildir ki, Mehriban onun himayəsində yaşayır. Balakən Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(019)-181/2019 saylı qətnaməsi ilə bacısı Mehriban fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. Bundan sonra Balakən rayon İcra Hakimiyyəti Başçısının xx xxx 2019-cu il tarixli 30 saylı sərəncamı ilə o bacısı X2 Qəyyum təyin olunmuşdur. Ağır ailə şəraitində yaşayır. Heç yerdə işləmir. Bacısı Mehribanın baxılmasında maddi çətinlik çəkir. Bacısının aldığı 300 manat pensiya onun tələbatını müalicə xərcini ödəmir. Dəfələrlə onun əri olmuş Cavabdeh bacısının baxılması üçün müəyyən maddi yardım göstərməsini xahiş etmiş, lakin o heç bir köməklik göstərmir. Cavabdeh mülkiyyətində torpaq sahələri, fındıq bağları və iribuynuzlu mal-qarası vardır. Cavabdeh fərdi işlərlə məşğul olur. Telmanın keçmiş həyat yoldaşı Mehribanın baxılıb saxlanması üçün aliment ödəmək imkanı var. Cavabdeh rəsmi iş yeri olmadığından ondan sabit pul məbləğində aliment tələb edir. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh X9 iddianı qəbul etməyərək izahatında göstərdi ki, Balakən rayonu Şambul kənd sakini İddiaçı rəsmi nikahda olduğu bacısı X1 baxılıb saxlanması üçün ondan hər ay 200 manat aliment tutularaq ona verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. O, 1998-ci ildə Balakən rayonunun Qaysa kənd sakini X3 ilə evlənmiş, nikahlarını xx xxxx 2001-ci il tarixdə 72 sayla Balakən rayon Qeydiyyat Şöbəsində rəsmiləşdirmişlər. Birgə yaşadıqları dövrdə xx.xx.2008-ci ildə X7 adında bir uşaqları olmuşdur. Mehribanla evləndikdən sonra bir müddət mehriban ər-arvad kimi yaşamış, sonralar aralarında ailə münaqişələri başlamışdır. Həmçinin 2017-ci ildən başlayaraq Mehriban epileptik qıcolmalardan əzab çəkməyə başlamışdır. Bununla bağlı o yataq xəstəsi olmuş, öz hərəkətlərinin mənasını anlaya və özünü idarə edə bilməmişdir. O, Mehribana imkanı daxilində baxmağa çalışmışdır. Lakin onun yaxın qohumları ondan narazı olmuş və 2018-ci ilin əvvəlində bacısı İddiaçı Mehribanı öz ata evinə aparmışdır. Artıq üç ildir ki, Mehriban bacısı Sabirənin himayəsində yaşayır. Mehriban xəstəliyi ilə bağlı təqaüd alır. Lakin buna baxmayaraq o imkanı daxilində Mehribana kömək etmək istəmiş, lakin Sabirə həmişə onunla mübahisə etmiş, bacısının baxılması üçün ona heç nə lazım olmadığını bildirmişdir. Oğlu X7 da iflic xəstəsi olmaqla əlildir. Təsərrüfatdan olan qazancı ilə özünü və oğlunu çətinliklə baxır. Yaxın qohumları oğlunun baxılmasında ona müəyyən köməklik edirlər. Mehribanın baxılması üçün bacısı Sabirəyə aliment ödəməyə imkanı yoxdur. İddiasının rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon Mərkəzi Xəstəxanası tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş 1390 nömrəli arayışdan görünür ki, X3 xx.xx.2018-ci il tarixdən ağır vəziyyətdə «sol orta beyin arteriyası hövzəsində işemik insultun fəsadı. Sağ tərəfli dərin hemiparez, Mator afaziya. Epileptik qıcolmalar. Kəskin asteronevrotik vəziyyət» diaqnozu ilə yataq rejimində müalicə alır. Xəstə özünü idarə edə bilmir. Kənar şəxsin qulluğuna ehtiyacı var. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(019)-181/2019 nömrəli qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə xx xxxxxx 1972-ci ildə anadan olmuş X3 fəaliyyət qabliyyəti olmayan hesab edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Balakən rayon İcra Hakimiyyəti Başçısının xx xxx 2019-cu il tarixli 30 nömrəli sərəncamın surətindən görünür ki, İddiaçı, bacısı xx.xx.1972-ci ildə anadan olmuş Balakən Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(019)-181/2019 saylı qətnaməsi ilə fəaliyyət qabliyyəti olmayan hesab edilmiş X2 qəyyum təyin edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi tabeliyində Dövlət X12 X13 Balakən rayon filialı tərəfindən Cavabdeh verilmiş **********4 nömrəli xx xxxxxxxx 2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh İİ qrup əlilliyə görə 130 manat sosial müavinət alır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi tabeliyində Dövlət X12 X13 Balakən rayon filialı tərəfindən Cavabdeh verilmiş 2461 nömrəli xx xxxxxxxx 2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh sağlamlıq imkanları məhdud uşağı X5 görə 150 manat sosial müavinət və həmin uşağa qulluğa görə 50 manat Prezident təqaüdü alır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Cavabdeh İddiaçı bacısı X1 əridir. Onlar 1998-ci ildə evlənmişlər və nikahlarını xx xxxx 2001-ci il tarixdə 72 sayla Balakən rayon Qeydiyyat Şöbəsində rəsmiləşdirilmişlər. Onların xx xxxx 2008-ci ildə Şaban adlı uşaqları olmuşdur. Uşaq anadəngəlmə əlildir, hərəkət edə bilmir. 2017-ci ildən başlayaraq Mehriban Yekayevada epileptik qıcolmalar başlamışdır. 2018-ci ildən o bacısı olan İddiaçı yanında yaşayır. Mehriban Yekayeva yataq xəstəsidir, öz hərəkətlərinin mənasını anlaya bilmir. Balakən Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(019)-181/2019 nömrəli qətnaməsi ilə X3 fəaliyyət qabliyyəti olmayan hesab edilmişdir. Balakən rayon İcra Hakimiyyəti Basçısının xx xxx 2019-cu il tarixli 30 nömrəli sərəncamı ilə İddiaçı, bacısı xx.xx.1972-ci ildə anadan olmuş X2 qəyyum təyin edilmişdir. Tərəflərin əlil uşağı isə cavabdehin yanında yaşayır. İddiaçı bacısı Mehriban Yekayevanın saxlanması üçün onun əri Cavabdeh 200 manat aliment tələb edir. Məhkəmə iclasında həmçinin müəyyən edildi ki, Cavabdeh İİ qrup əlil olmaqla 130 manat sosial müavinət alır. O, həmçinin sağlamlıq imkanları məhdud uşağı X5 görə 150 manat sosial müavinət və həmin uşağa qulluğa görə 50 manat Prezident təqaüdü alır. Cavabdeh İİ qrup əlil olmaqla heç bir zəruri vəsaitə malik deyildir. X3 300 manat sosial müavinət alır. İddiaçı cavabdehin qazancı olduğunu göstərsə də bu barədə məhkəməyə heç bir sübut təqdim edə bilmədi. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84.1-ci maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda aşağıdakılar buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər: 84.2.1. əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan ər və ya arvad; 84.2.2. hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad; 84.2.3. sağlamlıq imkanları məhdud ümumi uşağa qulluq edən və ehtiyacı olan ər və ya arvad—uşaq 18 yaşına çatana qədər; 84.2.4. 18 yaşından yuxarı İ dərəcə əlilliyi olan ümumi uşağa qulluq edən və ehtiyacı olan ər və ya arvad. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, işin hallarını, o,cümlədən cavabdehin zəruri vəsaitə malik olmamasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən H.Q.Səlimov
Məhkəmə qərarları › İş №2(019)-712/2020
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-712/2020
23.09.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver