Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-72/2021 04.03.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, Cavabdeh və onun vəkili Vəkil iştirakı ilə İddiaçı qızının Cavabdeh oğluna qarşı savabdeh Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə ünvanladığı müraciətdəki ona aid (rüşvət tələb etməyi, rüşvətxor olmağı, ərizədə qeyd olunan əmlaklara sahib olması, Pitimat Şabanovaya himayədarlıq etməyi, vəzifə səlahiyyətlərindən sui- istifadə edərək dövlət əmlakını özünün və yaxınlarının adına özəlləşdirməsi) məlumatların həqiqətə uyğun olmaması səbəbindən təkzib edilməsi və cavabdehdən şərəf və ləyaqətinə (şəxsiyyətinə), o cümlədən, işgüzar nüfuzuna vurduğu mənəvi zərərin əvəzi olan 10.000 (on min) manat pulun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, savabdeh Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə ünvanladığı müraciətdəki ona aid (rüşvət tələb etməyi, rüşvətxor olmağı, ərizədə qeyd olunan əmlaklara sahib olması, Pitimat Şabanovaya himayədarlıq etməyi, vəzifə səlahiyyətlərindən sui- istifadə edərək dövlət əmlakını özünün və yaxınlarının adına özəlləşdirməsi) məlumatların həqiqətə uyğun olmaması səbəbindən təkzib edilməsi və cavabdehdən şərəf və ləyaqətinə (şəxsiyyətinə), o cümlədən, işgüzar nüfuzuna vurduğu mənəvi zərərin əvəzi olan 10.000 (on min) manat və iddianın qaldırılması üçün ödənilmiş 30 (otuz) manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, 1996-cı ildən İqtisadiyyat Nazirliyi yanında X15 Xidmətinin hüquqi varisi olduğu dövlət qurumlarında dövlət qulluqçusu kimi müxətlif vəzifələrdə işləmişdir. İşlədiyi dövrdə heç bir qanun pozuntusuna yol verməmiş və vəzifəsini layiqincə icra etmişdir. Bu ilin iyun aynda iş üzrə Cavabdeh barəsində İqtisadiyyat Nazirliyinə şikayət ünvanlamış və həmin müraciətində bildirmişdir ki, guya ki,o, iş üzrə Cavabdeh məxsus qeyri-yaşayış binasının arxasında yerləşən torpaq sahəsinin özəlləşdirilməsi üçün sonuncudan 7000 (yeddi min) manat rüşvət qismində pul tələb etmişdir. Bununla yanaşı, Telliyev X2 Nazirliyinə müraciətində qeyd edir ki, güya ki o, Balakən rayonunda yerləşən başqa dövlət qurumlarının əməkdaşları ilə birgə dövlət əmlaklarının ələ keçirilməsi, dövlət əmlakının mənimsənilməsi ilə məşğuldur və Balakən rayonunda hamı onu "rüşvətxor məmur" kimi tanıyır. Həmçinin iş üzrə Cavabdeh qeyd olunan müraciətində ona məxsus olmayan əmlakları da qəsdən onun əmlakı kimi göstərmişdir. Hesab edir ki, iş üzrə Cavabdeh əsl niyyəti isə bu yolla bir digər şəxsin qanuni istifadəsində olan dövlət mülkiyyətində olan torpaq sahəsinin bir hissəsini öz adına özəlləşdirməkdir. Cavabdeh düşünmüşdür ki, ona şər və böhtan atmaqla, həmçinin işgüzar nüfuzuna xələl yetirməklə öz niyyətinə çata biləcəkdir. Cavabdeh qeyd olunan şikayəti yazarkən nəzərə almamışdır ki, onun dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı heç bir səlahiyyəti yoxdur. O, sadəcə olaraq X13 Xidmətinin Şəki Ərazi Şöbəsinin baş məsləhətçisi vəzifəsində çalışır. Qeyd olunanlardan da göründüyü kimi, iş üzrə Cavabdeh qərəzli olaraq onun işgizar nüfuzunu ləkələmiş, şər və böhtan atmaqla onu ağır cinayətdə (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311-ci rüşvət alma (passiv rüşvətxorluq)) ittiham etmiş, dolayısıyla da ona mənəvi zərər vurmuşdur. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsində hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququnun olması təsbit edilir, şəxsiyyətin ləyaqətinin dövlət tərəfindən qorunmasına təminat verilir. Göründüyü kimi, Konstitusiyada əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında fərdin sosial, siyasi, iqtisadi hüquqlarının, eləcə də azadlıqlarının və təhlükəsizliyinin dövlət tərəfindən qorunması və müdafiəsi demokratik və hüquqi dövlətə xas olan təminatlar kimi öz əksini tapmaqla fərdin, cəmiyyətin, həmçinin dövlətin hərtərəfli inkişafına təkan verən amillərdən hesab olunur. Bununla yanaşı qeyd olunmalıdır ki, cəmiyyətin hərtərəfli inkişafı üçün əsas prinsiplərdən biri də fikir və söz azadlığının təmin olunmasıdır. Belə hüquq Azərbaycan Respublikası Konstitusiyasının 47-ci maddəsində təsbit olunmuşdur. Beləliklə, bir hüququn həyata keçirilməsi digər hüququn məhdudlaşdırılması və ya ümumiyyətlə nəzərə alınmaması ilə müşayiət edilə bilməz. Bu baxımdan şərəf və ləyaqətin müdafiəsi həyata keçirilərkən fikir və söz azadlığı hüququnu nəzərdə tutan Konstitusiya müddəalarına da riayət edilməli və hər iki hüquq arasında mütənasiblik təmin olunmalıdır. Bütün hüquqlar həyata keçirilərkən biri-digəri ilə rəqabətdə olur və ona görə də qanunun mənəvi zərərin ödənilməsini nəzərdə tutan müddəaları tətbiq edilərkən, bir hüququn müdafiəsi digər hüququn məhdudlaşdırılması hesabına həyata keçirilə bilməz. Hesab edir ki, cavabdehin ona vurmuş olduğu mənəvi zərərin qiyməti 10000 (on min) manatdır. Çünki ona şər və böhtan atmaqla, şərəf və layaqətini alçaltmaqla, onu təhqir etməklə məşğul olan şəxsləri ancaq bu yolla öz fikirlərdən yayındırmaq olar. Qeyd edilənləri nəzərə alaraq, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş İddiaçı məhkəmə iclaslarına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh isə işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçının iştirakı olmadan hazırki işin mahiyyəti üzrə baxılmasını tələb etmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.1, 185.4, 259.0.6 və 259.0.7-ci maddələrinin mahiyyəti baxımından hazırki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazıim qaydada xəbərdar edildikdə, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə; Azərbaycan Respublikası MPM-nin 259.0.7-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışına gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Göründüyü kimi, qanun normalarının tələbinə əsasən işə onların iştirakı olmadan baxmağa xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə və işə onun iştirakı olmadan baxmağ xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışına gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə iddia ərizəsini baxılmamış saxlamalıdır. İddiaçı məhkəmənin birinci çağırışına gəlmədikdə, lakin cavabdeh işin mahiyyəti üzrə baxılmasını tələb etdikdə isə birmənalı şəkildə mülki işə mahiyyəti üzrə baxılmalı və müvafiq qətnamə çıxarılmalıdır. Hazırki iş materiallarından görünür ki, işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı nə məhkəmənin birinci çağırışına, nədəki sonrakı məhkəmə iclaslarına gəlməmiş, lakin cavabdeh iş üzrə məhkəmənin bütün iclaslarında iştirak etmiş və işin mahiyyəti üzrə baxılmasını tələb etmişdir. Ona görə də məhkəmə hesab edir ki, cavabdehin işin mahiyyəti üzrə baxılması barədə cavabdehin iradə ifadəsi və bununla bağlı qanun normasının tələbləri rəhbər tutularaq, hazırki işə iddiaçının iştirakı olmadan mahiyyəti üzrə baxılmalı və müvafiq qətnamə çıxarılmalıdır. Tərəflərə də həmin qətnamədən apellyasiya qaydasında şikayət etmək hüququ təmin edilməlidir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək, hazırki işə mahiyyəti üzrə baxılmasını tələb etdiyini,Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə İddiaçı haqqında müraciət yazdığını və imzaladığını, bu müraciətdə göstərilən məlumatların, o cümlədən korrupsiya hüquqpozmaları ilə əlaqədar məlumatların araşdırılmasını Azərbaycan Respublikası İqtisadiyyat nazirindən xahiş etdiyini, lakin məlumatların araşdırılmadığını, İddiaçı barəsində ərizə ilə şəxsən nazirə müraciət etdiyini, İddiaçı haqqında onun şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələyən heç bir məlumatı yaymadığını, iddia ərizəsində qeyd olunanların əsassız olduğunu bildirərək, iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə olan Cavabdeh tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat nazirinə ünvanlanmış müraciətdə göstərilir ki, 8 ildir sahibkarlıq fəaliyyəti ilə (tikinti materiallarının satışı ) məşğuldur. Min bir çətinliklə gecə-gündüz ailəsiylə işləyib, öz vəsaitini bir yerə qoyub, Balakən şəhəri, Mikayıl Müşfiq küçəsi, 59 ünvanında 100 kv.metr sahibkarlıq obyekti almışlar. Rayonda başqa iş tapa bilmədiyi üçün ailəsinin dolanacaq yerinin bu obyektin genişləndirilərək işləməsində görür. Onun obyektinin arxasında təxmini 600 kvadratmetr dövlət mülkiyyəti torpağı vardır və o, bu sahədən öz obyektinə bitişik olan 170 kvadratmetr ərazini icarəyə götürmək istəmişdir. Həmin 170 kvadratmetr ərazini icarəyə götürmək üçün dəfələrlə rayon icra hakimiyyətinə və əmlak komitəsinin rayon şöbəsinə müraciət etmişdir. Lakin çox təəssüflər olsun ki, əmlak komitəsinin rayon şöbəsinin işçisi Xanım Mustafayeva (Əzizova) ondan 60 kvadrat üçün 7 min manat tələb etdi. Onun imkanı bu məbləğə çatmadığı üçün elə bu vaxtdan onunla ədavət başladı. Xanım Mustafayeva icra hakimiyyətinin baş memarı ilə birləşərək, bu ərazini onun yanındakı mağazanın sahibinə satmaq üçün plan cızdılar. Bu ərazinin 600 kvadratmetrini Pitimat Şabanova adlı qadın zəbt edib və bu qadın sanki dövlət orqanının işçisi kimi bu ərazinin 400 kvadratmetrini satmaq üçün ortaya çıxdı. Pitimata bir vaxtlar onun mağazasının yanında 100 kvadratmetr mağaza yeri verilib, o, bir müddətdən sonra ona verilmiş mağazanın arxasını zəbt edərək, ev tikib və onun ətrafındakı torpaqları zəbt edib, indi də bu sahəni satmaq niyyətinə iştahlanıb. Buna da Xanım Mustafayeva və Baş memar Əmir Vəliyev himayədarlıq edir. Bu insana indiyədək heç kim zəbt etdiyi əraziyə görə cərimə tətbiq etmir. Bu gün bir gənc sahibkar kimi dövlətə vergi keçirən o, qalmışdır, kənarda bu məmurlar birləşərək, bu dövlətə heç bir xeyri dəyməyən birinə himayədarlıq edirlər və onun əli ilə ona məxsus obyektin arxasını ona yox, başqasına satmaq istəyirlər. Cənab nazir! Xahiş edir ki, tabeliyində işləyən Xanım Mustafayevanın onlara məlum əmlaklarına yoxlama göndərib araşdırsın: 1.Heydər Əliyev prospektinin başlanğıcında (köhnə litseyin yanı) Vitamin Aptek İ0 kvadatmetr iki mərtəbəli obyekt.
2. Nizami küçəsinin girişində (köhnə işıq idarəsi olan küçədə yaşıl qapılı) keçmiş bərbərxana binası. 3.Rayon sanepid idarəsinin yanı, minarənin yanı, tikiş sexi olan obyekt. 4.Prokurorluq idarəsinin yanı, polis şöbəsi ilə üzbəüz keçmiş məişətin binası. 5.Bakı şəhərində AAF otelin yanında bina evi və Xırdalanda fresko marketin yanında bina evi. Bunlardan əlavə öz himayədarları ilə birləşərək hazırda istifadəsiz qalan keçmiş xəstəxana binası, hərbi hissə binası ərazilərini mal-qara üçün icarayə verir, heyvan otarılır. Burada ot bazarı açıb, bütün dövlətə məxsus dəmir trubalar, şiferlər, taxtalar satılıb. O, bir neçə dəfə Xanım Mustafayevaya deyəndə ki, ondan şikayət edəcək, əmlaklarını deyəcəkdir, ona deyirdi heç nə sübut edə bilməyəcəkdir, onun qədər bilməz deyildir, onları başqa yaxınlarının adına «aformit» etmişdir. Onun arxası güclüdür. Xanım Mustafayeva hərraca çıxarılan əmlakların qiymətlərini qəsdən üçqat baha deyib, real alıcıları uzaqlaşdırıb, yekunda özü almaq üçün şərait yaradıb. Xanım Mustafayevanın adı gələndə hər kəsdə rüşvətxor məmur fikri formalaşır. Çünki idarədə yalnız öz mülkiyyətlərini artırmaqla məşğuldur. Çox hörmətli cənab nazir, xahiş edir ki, onun obyektinin arxasındakı 170 kvadratmetr dövlət mülkiyyəti torpağının ona icarəyə verilməsi üçün köməklik göstərsin. İcra hakimiyyətinə şikayətə gedərək, onun torpağının sənədləsdirilməsini deyir, onlar ona deyir ki, məktubunu əmlak komitəsinə göndərmişlər, onlarlıqdı, onun xəritəsi işlənsin, ordan rəy gətirsin, bu ərazini ona versinlər. Onun məktubu Şəki Layihə İdarəsinin işçisi Fərid Əhmədovdadır, Xanım Mustafayeva və maklerliklə məşğul olan Pidimat Şabanova onu orada plan işləməyə qoymur. Bu dövlətin gözəl qanunları var, niyə ona, onlara tətbiq olunmur, kiminsə zakazı ilə layihə idarəsi işləyirsə, onda nə desin..? Onun obyektinin arxasını xahiş edir ondan başqasına icarəyə verilməyə qoymasın. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2021-ci il tarixli, 4/1184 nömrəli rəyindən görünür ki; 1.1. Ekspertizaya təqdim edilmiş, mülki iş materiallarının 11-12-ci vərəqlərində Cavabdeh adından olan müraciətdə istifadə edilmiş “Xanım Mustafayevanın adı gələndə hər kəsdə rüşvətxor məmur fikri formalaşır” cümləsindəki “rüşvətxor” ifadəsi həqiqəti əks etdirmədiyi və həmin müraciət yayılmış hesab edildiyi təqdirdə Əzizova (Mustafayeva) Xanım Qurban qızının şərəf və ləyaqətini alçaldan, işgüzar nüfuzunu ləkələyən ifadədir; 1.2.Ekspertizaya təqdim edilmiş, mülki iş materiallarının 11-12-ci vərəqlərində Cavabdeh adından olan müraciətdə istifadə edilmiş “...bütün dövlətə məxsus dəmir durbalar, şiferlər taxtalar satılıb”, “...Xanım Mustafayevaya deyəndə ki sizdən şikayət edəcəm, əmlaklarınızı deyəcəm mənə deyirdi heç nə sübut edə bilməzsən sənin qədər bilməz deyiləm onları başqa yaxınlarımın adına aformut etmişəm”, “Xanım Mustafayeva hərraca çıxarılan əmlakların qiymətlərini qəsdən üç qat baha deyib real alıcıları uzaqlaşdırıb yekunda özü almaq üçün şərait yaradıb” cümlələrindəki fikirlər həqiqəti əks etdirmədiyi və həmin müraciət yayılmış hesab edildiyi təqdirdə Əzizova (Mustafayeva) Xanım Qurban qızının işgüzar nüfuzunu ləkələyən ifadələrdir; 2.Qeyd edilən ifadələrin həqiqəti əks etdiribetdirməməsi, həmçinin tədqiq edilən müraciətin yayılmış hesab edilib-edilməmsi ekspertlinqvistin salahiyyətlərinə aid olmayıb hüquqi araşdırma tələb edən məsələlərdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ekspertiza Mərkəzinin ekspertiza xərclərinə dair bildirişindən görünür ki, iş üzrə keçirilmiş məhkəmə-linqvistik ekspertizası tədqiqatının dəyəri 150 manatdır. İş materiallarına əlavə edilmiş Balakən rayonu Qullar kənd sakini gənc sahibkar Cavabdeh tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat naziri cənab Mikayıl Cabbarova ünvanlanmış müraciətində göstərilir ki, çox hörmətli cənab nazir! Bu yaxınlarda ona Əmlak Komitəsinin Balakən rayon şöbəsinin işçisi İddiaçı özbaşınalığı ilə bağlı müraciət etmiş və ərizəsində onun vəzifəsindən sui-istifadə nəticəsində topladığı mülkləri barədə yazmışdır. Təəssüflər olsun ki, gələn komissiya İddiaçı şərikləri komissiyada üzərinə gəlmiş və onu hədələyərək, həmin əraziyə çağırmışlar. Onlarla bir getmiş və görmüşlər ki, Şabanova Pidimat adlı vətəndaş dövlət mülkiyyəti torpağını qanunsuz hasarlayaraq zəbt etmişdir. Gözlərinin qabağında buna şərait yaradan İddiaçı olduğu üçün zəbtlə bağlı Cinayət Məcəlləsinin 188-ci maddəsini pozmuş Pidimat Şabanovanın zəbt etdiyi əraziyə akt yazmadılar və hasarı sökdürmədilər. Dövlət mülkiyyəti olan köhnə hərbi hissəsinin ərazisinin ot bazarına çevrilməsi faktını yazmışdır. Heç bir tədbir görülmədi və daha da kamazların sayı artdı. Dövlətin əmlakı (dəmir borular, şifer və s.) orada daşınır. Komissiyanın onu hədələyərək yazdığı aktı ona göndərir. Bu aktda guya yazdıqlarını göstərə bilməmişdir bunlar qeyd olunub. Cənab nazir, çox təəsüflər olsun ki, köhnə «oğru» düşüncəli belə kadrlar işdə saxlanılır. İddiaçı himayədarlıq edənlər var. Onun gecə-gündüz zəhmətkeş fəaliyyətinə belələri kölgə salır. Ondan xahiş edir müraciəti etibarlı komissiyadan ibarət insanlarla birgə araşdırılsın. Şəki Əmlak komitəsinin sədri Mübariz Paşayevə israrla demişdir ki, zəbt olunmuş yerə cərimə tətbiq etsin, hasarı sökdürsün, etmədi. Demişdir ki, ərizədə yazılanları getsinlər ona sübut etsin, göstərsin, getmədi. Budurmu vətəndaş müraciətlərinin araşdırılması. Cənab Prezident beləmi tapşırmışdır bunlara. Köhnə müraciət ərizəsi və həmin ərizənin araşdırılması üçün gəlmiş saxta komissiyanın aktını ona göndərir. İş materiallarına əlavə edilmiş notarial qaydada təsdiq olunmuş xx xxxxxx 2019-cu il tarixli, AN-İ ******* №-li daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, ƏMDK-nin yanında DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən xx/xx/2019 tarixdə «xxxx» ASC adındlan X8 verilmiş **********65-06301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət hüququ üzrə ona məxsus olan Balakən şəhəri, Nizami küçəsində yerləşən ümumi sahəsi 78.10 kv.metr olan qeyri-yaşayış binası X11 tərəfindən X5 20000 manat qiymətə satılmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli qəbzdən görünür ki, İddiaçı hazırki iddianın qaldırılması üçün 30 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə, Cavabdeh izahatını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. İlk əvvəl məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinə əsasən hər kəsin şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin alçaldılmasına əsas verə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 47-ci maddəsinə əsasən hər kəsin fikir və söz azadlığı vardır. Heç kəs öz fikir və əqidəsini açıqlamağa və ya fikir və əqidəsindən dönməyə məcbur edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin 1-ci bəndinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.1-ci maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktiki məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.4-cü maddəsinə əsasən şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. BMT Baş Məclisinin xx xxxxxx 1985-ci il tarixli «Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında» Bəyənnaməsinin 1-ci maddəsində göstərilir ki, «qurbanlar» termini altında üzv dövlətlərin hakimiyyətdən cinayətkar sui-istifadəni qadağan edən qanunlar daxil olmaqla, milli cinayət qanunlarının pozulması nəticəsində bədən xəsarəti və ya mənəvi ziyan, emosional əzab, maddi zərər, yaxud əsas hüquqların xeyli dərəcədə sıxışdırılması daxil olmaqla fərdi, yaxud kollektiv şəkildə zərər yetirilən şəxslər başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarında qeyd edilir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri- əmlak xarakterli olur; mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olaraq iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Konstitusiya Məhkəməsinin sözügedən xx xxx 2002-ci il tarixli qərarına görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli qərarında qeyd olunur ki, mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X7 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s.hüquq pozmalarda) ifadə oluna bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi və fiziki sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi və fiziki sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirilməsini aydınlaşdırmağa borcludur. «Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxx 1999-cu il tarixli, 7 saylı qərarının 3-cü bəndinə əsasən şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxılarkən üç hal aydınlaşdırılmaıl və onlara məcmu halda hüquqi qiymət verilməlidir: məlumatların vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi, həmin məlumatların doğru olmaması, bu məlumatların yayılması. Məlumat əxlaq prinsipləri, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradarsa, o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Məlumatın doğru olmaması dedikdə, onun həqiqətə uyğun olmaması, yəni yalan olması başa düşülür. Məlumat başqa şəxsə, bir neçə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcudluğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ-hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin başqa halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv,qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Azərbaycan Respublikası MPM-nin 89.3-cü maddəsinə əsasən lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə nəzərə çatdırır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası MPM (MPM-nin 77.1-ci maddəsi) sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Azərbaycan Respublikası MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır. Bu da qanunun tələbindən irəli gəlir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır;4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. «X1rşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi bildirmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Yuxarıda istinad olunan qanun normalarının tələbindən və şərhindən görünür ki, şəxsin şərəf, ləyaqət və işgüzar nüfuzunun müdafiəsi ilə bağlı işlərdə üç hal; məlumatların vətəndaşların şərəf və ləyaqətinin ləkələyib-ləkələməməsi, həmin məlumatların həqiqətə uyğun olub-olmaması və bu məlumatların yayılıb-yayılması aydınlaşdırılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda istinad olunan xx xxx 1999-cu il tarixli, 7 saylı qərarına görə məlumat əxlaq prinsipləri, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrıayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradarsa, o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Məlumatın doğru olmaması dedikdə, onun həqiqətə uyğun olmaması, yəni yalan olması başa düşülür. Məlumat başqa şəxsə, bir neçə və yaxud qeyrimüəyyən şəxslər dairəsinə bildirildikdə o, yayılmış hesab edilir. Bu konteksdə məhkəmə qeyd edir ki, şərəf, ləyaqət və işgüzar nüfuzun müdafiəsi ilə bağlı işlərdə məlumatın ləkələyici olması, onun həqiqətə uyğun olmaması və yayılması məcmu halında mövcud olmalıdır. Həmçinin bu zaman ləkələyici məlumatların qəsdən yayılması diffamasiyanın mövcud olması qənaətinə gəlinməsi üçün həlledici şərtlərdən biridir. Xüsusi olaraq vurğulanmalıdır ki, öz rəyində qalmaq, məlumat və ideyaları almaq və yaymaq azadlığı fikri ifadə etmək azadlığına daxildir və qanunda nəzərdə tutulmuş əsaslar və şərtlər olmadan bu azadlığı məhdudlaşdırmaq yolverilməzdir. Şübhəsizdir ki, fikri ifadə etmək azadlığı demokratik cəmiyyətin əsas dayaqlarından biridir və bu azadlığın qorunması demokratiyanın özəyidir. Fikri ifadə azadlığı ictimaiyyəti maraqlandıran məsələlər barədə müzakirələrə şərait yaradır və hər bir fərdin hərtərəfli inkişafını həvəsləndirir. Azərbaycan Respublikası Konstitusiyasının 47-ci maddəsi hər kəsin fikir və söz azadlığını təsbit etməklə buna təminat verir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan Hüquqlarının və X7 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 10-cu maddəsi hər kəsin öz fikrini ifadə etmək azadlığını təsdiq edir. «X3rşı» işdə Avropa Məhkəməsi bildirmişdir ki, ifadə azadlığı hüququ demokratik cəmiyyətin mühüm dayaqlarından birini, habelə onun tərəqqisinin və hər kəsin inkişafının əsas şərtlərindən birini təşkil edir. Lakin həm Azərbaycan Respublikasının Konstitusiyası və qanunları, həm də Avropa Konvensiyası fikri ifadə etmək azadlığını mütləq bir hüquq kimi qəbul etmirlər. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinə əsasən hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Avropa Konvensiyasının 10-cu maddəsinin 2-ci bəndinə görə fikri ifadə etmək azadlığının həyata keçirilməsi milli təhlükəsizlik, ərazi bütövlüyü və ya ictimai asayiş maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq üçün, sağlamlığın, yaxud mənəviyyatın qorunması üçün, digər şəxslərin nüfuzu və hüquqlarının müdafiəsi üçün, gizli əldə edilmiş məlumatların açıqlanmasının qarşısını almaq üçün və ya ədalət mühakiməsinin nüfuz və qərəzsizliyini təmin etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan müəyyən rəsmiyyətə, şərtlərə, məhdudiyyətlərə və ya sanksiyalara məruz qala bilər. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi Avropa Konvensiyasının 10-cu maddəsində nəzərdə tutulmuş fikri ifadə etmək azadlığına müdaxilə edilib-edilməməsi ilə bağlı qiymətləndirmə testi müəyyən etmişdir: Həmin test aşağıdakı şərtləri özündə ehtiva edir: 1) bu azadlığa müdaxilə qanunda nəzərdə tutulmalıdır; 2) müdaxilə qanuni məqsəd daşımalıdır (Avropa Konvensiyasının 10-cu maddəsinin 2-ci bəndində göstərilən hallar); 3) demokratik cəmiyyətdə zəruri olmalıdır-4) istifadə olunan vasitələr qanuni məqsədlərə adekvat olmalıdır. Yəni qanuni məqsədlərin əldə olunması üçün seçilən vasitələr şəxs üçün ağır məhrumiyyətlər yaratmamalı, bu zaman ədalətli tarazlıq prinsipinə riayət olunmalıdır. Avropa Konvensiyasının 10-cu maddəsinin 2-ci bəndindən görünür ki, fikri ifadə etmək azadlığını məhdudlaşdırmağa yönəlmiş əsaslardan biri də digər şəxslərin nüfuzu və hüquqlarının müdafiəsidir. «Bladet Tromso və Stensaas Norveçə qarşı» işdə Avropa Məhkəməsi qərara aldı ki, fiziki şəxslərin nüfuzuna qarşı hücum baş verdikdə və digər şəxslərin hüquqlarına xələl gətirildikdə ifadə azadlığını müşayiət edən vəzifə və öhdəliklər xüsusi əhəmiyyət kəsb edir. «Kastells İspaniyaya qarşı» işdə Avropa Məhkəməsi qeyd etdi ki, ərizəçinin ifadə azadlığı hüququna müdaxilə digər şəxslərin hüquqlarını qorumaq məqsədi güdüb. Məhkəmə hesab edir ki, fikri ifadə etmək azadlığının məhdudlaşdırılması ilə əlaqədar diffamasiya qanunlarının tətbiqi üçün faktual rəyləri və qiymətləndirici mülahizələri fərqləndirmək lazımdır. Faktual rəylər faktları ifadə edən fikirlər, qiymətləndirici mülahizələr isə faktlara qiymət verən fikirlərdir. Faktual rəylərdən fərqli olaraq qiymətləndirici mülahizələrin həqiqətə uyğunluğunu sübut etməyi tələb etmək olmaz. Lakin burada da istisnalar vardır. «Yerusəlim Avstriyaya qarşı» işdə Avropa Məhkəməsi nəzərə çatdırdı ki, qiymətləndirici mülahizələr hər hansı faktual bazaya malik olmadıqda, yəni faktlara söykənmədikdə, zəruri həddi aşan mülahizələr hesab oluna bilər. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, ləkələyici məlumatlar iki qrupa bölünür:1-ci qrupa aid olan məlumatlara kontekstativ ləkələyici məlumatlar deyilir. Belə ki, bu zaman yayılan məlumatlar özlüyündə ləkələyici omaya bilər, ancaq onların hər hansı ləkələyici şəkil, məqalə başlığı və sair sistematikləşdirici ifadənin altında verilməsi və bununla da həmin ləkələyici fon və ifadələrin bu şəxsə aidiyyəti təəssüratını yaratması ümumən ləkələyici məlumat sayıla bilər. 2-ci qrupa aid olan məlumatlar isə per se ifadəsi altında olan məlumatlardır ki, onlar ümumi anlamda, yəni cəmiyyət tərəfindən birmənalı şəkildə şərəf və ləyaqəti alçaldan ləkələyici məlumatlar kimi qəbul olunur. İş materiallarından görünür ki, Cavabdeh X13 Xidmətinin Şəki Ərazi Şöbəsinin baş məsləhətçisi İddiaçı fəaliyyətini tənqib edərək, onun iş fəaliyyətində yol verdiyi qanunsuzluqlardan, Balakən rayonunda dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı qanun pozuntularına yol verilməsindən, bir sıra dövlət əmlakını əsassız olaraq öz adına və qohumlarının adına özəlləşdirməsindən, korrupsiya ilə əlaqədar hüquqpozmalara yol verməsindən X13 Xidmətinin Şəki Ərazi Şöbəsinin və həmin şöbənin baş məsləhətçisi İddiaçı tabe olduğu Azərbaycan Respulikasının İqtisadiyyat naziri Mikayıl Cabbarova şəxsən müraciət etmiş, müraciətində qeyd etdiyi məsələlərin araşdırılmasını və müvafiq tədbirlərin görülməsini xahiş etmişdir. Bu xüsusda nəzərə çatdırılmalıdır ki, dövlət orqanlarına müraciət və onların və onların vəzifəli şəxslərinin fəaliyyətinin tənqidi isə vətəndaşın Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilmiş hüququdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır. Hər bir müraciətə qanunla müəyyən edilmiş qaydada və müddətlərdə yazılı cavab verilməlidir. Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarının və onların vəzifəli şəxslərinin, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, habelə ayrı-ayrı vətəndaşların fəaliyyətini və ya işini tənqid etmək hüququ vardır. Tənqidə görə təqib qadağandır. Təhqir və böhtan tənqid sayıla bilməz. Dövlət orqanlarına müraciət və müraciətdə qaldırılan məsələlərlə bağlı müvafiq tədbirlər görülməsini tələb etmək hüququ həmçinin «Vətəndaşların müraciətləri haqqında» Azərbaycan Respublikasının Qanununda da öz əksini tapmışdır. Belə ki, «Vətəndaşların müraciətləri haqqında» Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının dövlət və bələdiyyə orqanlarına, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərə və büdcə təşkilatlarına və ya onların vəzifəli şəxslərinə şəxsən və ya nümayəndə vasitəsilə yazılı və ya şifahi formada, fərdi və ya kollektiv şəkildə müraciət etmək hüququ vardır. Həmin Qanunun 1.2-ci maddəsinə əsasən vətəndaşlar müraciət etmək hüququnu sərbəst və könüllü həyata keçirirlər. Vətəndaşın öz müraciət hüququnu həyata keçirməsi digər şəxslərin hüquqlarını və azadlıqlarını pozmamalıdır. Yenə idə həmin Qanunun 1.3-cü maddəsinə əsasən irqinə, milliyyətinə, dininə, dilinə, cinsinə, mənşəyinə, əmlak vəziyyətinə, qulluq mövqeyinə, əqidəsinə, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətinə görə şəxsin müraciət etmək hüququnu məhdudlaşdırmaq qadağandır. «Vətəndaşların müraciətləri haqqında» Azərbaycan Respublikası Qanununun 4.0cı maddəsinə əsasən vətəndaşların müraciətlərinə baxılmasının əsas prinsipləri aşağıdakılardır: 4.0.1. qanunçuluq; 4.0.2. vətəndaşların müraciət hüququnun sərbəst və könüllü həyata keçirməsinə şərait yaradılması; 4.0.3. müraciətlərə dair tələblərin vahidliyi; 4.0.4. fiziki və hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin qorunması; 4.0.5. müraciətlərə baxılmasında ayrı-seçkiliyə və süründürməçiliyə yol verilməməsi; 4.0.6. müraciətə baxan subyektlərin və onların vəzifəli şəxslərinin fəaliyyətində şəffaflığın təmin edilməsi; 4.0.7. vətəndaşların müraciət etmək hüququ ilə dövlət maraqlarının uzlaşdırılması. Həmin Qanunun 6.1-ci maddəsinə əsasən vətəndaşlar müraciətlərini həmin məsələyə baxılmasını bilavasitə təmin etməli olan müraciətə baxan subyektlərə və ya onların vəzifəli şəxslərinə yazılı formada təqdim edir və ya şifahi formada bildirirlər. «Vətəndaşların müraciətləri haqqında» Azərbaycan Respublikası Qanununun 7.1ci maddəsinə əsasən müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri bu Qanunla müəyyən edilmiş qaydada verilən yazılı müraciətləri mütləq qəbul etməli, qeydiyyata almalı və onlara baxılmasını təmin etməlidirlər. Bu Qanunun tələblərinə uyğun olaraq verilən müraciəti qəbul etməkdən imtina qadağandır. Həmin Qanunun 7.5-ci maddəsinə əsasən müraciətdə göstərilən məsələyə baxıldıqda və bu barədə vətəndaşa (kollektiv müraciətlərdə - müraciət edən şəxslərdən birinə) əsaslandırılmış cavab verildikdə müraciət baxılmış hesab olunur. Müraciətə dövlət dilində cavab verilir. «Vətəndaşların müraciətləri haqqında» Azərbaycan Respublikası Qanununun 7.13-cü maddəsinə əsasən vətəndaşların müraciətlərini aidiyyəti üzrə baxılmaq üçün qanunazidd hərəkətindən (hərəkətsizliyindən) şikayət edilən müraciətə baxan subyektə və ya onun vəzifəli şəxslərinə göndərmək qadağandır. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən dövlət orqanlarında korrupsiya ilə əlaqədar hüquqpozmalar barədə müraciətlərə, bu maddənin xüsusiyyətləri nəzərə alınmaqla, bu Qanuna müvafiq olaraq baxılır. «Vətəndaşların müraciətləri haqqında» Azərbaycan Respublikası Qanununun 9.2ci maddəsinə əsasən korrupsiya ilə əlaqədar hüquqpozmalar barədə müraciət daxil olduqda dövlət orqanının rəhbəri müraciət üzrə xidməti araşdırma təyin edir. Xidməti araşdırmanı müvafiq dövlət orqanında daxili nəzarət xidməti aparır. Xidməti araşdırma 20 iş günü müddətində başa çatdırılmalı və nəticəsi barədə məlumat dövlət orqanının rəhbərinə təqdim olunmalıdır. Əlavə materialların və məlumatların əldə edilməsi tələb olunduqda dövlət orqanı rəhbərinin bu müddəti 10 iş günü uzatmaq hüququ vardır. Həmin Qanunun 9.2-1-ci maddəsinə əsasən barəsində məlumat verilən şəxsə, həmçinin araşdırmanın nəticəsində birbaşa və ya dolayısı ilə maraqlı olan şəxslərə korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatın araşdırılması həvalə edilə bilməz. «Vətəndaşların müraciətləri haqqında» Azərbaycan Respublikası Qanununun 9.3cü maddəsinə əsasən dövlət orqanının rəhbəri xidməti araşdırmanın nəticəsi barədə məlumatı aldıqdan sonra müraciət üzrə aşağıdakı qərarlardan birini qəbul edir: 9.3.1. müraciətin əsaslı olduğu təsdiq edildikdə, eyni zamanda əməldə mülki-hüquqi və ya inzibati məsuliyyəti yaradacaq əlamətlər olduqda Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görülməsi, cinayət əlamətləri olan hüquqpozmalar aşkar edildikdə, müvafiq sənədlərin Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsi barədə; 9.3.2. müraciətin əsaslı olması təsdiq edildikdə, lakin əməldə mülki-hüquqi, inzibati və ya cinayət məsuliyyəti yaradacaq əlamətlər olmadıqda aidiyyəti şəxslərin intizam məsuliyyətinə cəlb edilməsi barədə; 9.3.3. müraciətin əsaslı olduğu təsdiq edilmədikdə şikayət üzrə icraata xitam verilməsi barədə. Həmin Qanununun 9.4-cü maddəsinə əsasən müraciət etmiş şəxsə qəbul olunmuş qərar haqqında əsaslandırılmış cavab verilməklə həmin qərardan şikayət etmək hüququ izah olunur. «Vətəndaşların müraciətləri haqqında» Azərbaycan Respublikası Qanununun 9.5ci maddəsinə əsasən vətəndaşın dövlət orqanı rəhbərinin qərarından yuxarı dövlət orqanına şikayət vermək hüququ vardır. Bu müddəa vətəndaşın dövlət orqanı rəhbərinin qərarından məhkəməyə şikayət vermək hüququnu məhdudlaşdırmır. Həmin Qanunun 9.6-cı maddəsinə əsasən dövlət orqanları istisna olmaqla, digər müraciətə baxan subyektlərdə korrupsiya ilə əlaqədar hüquqpozmalar barədə müraciətlərə bu Qanunun 7-ci maddəsində müəyyən edilmiş qaydada 20 iş günü müddətində baxılır. «Vətəndaşların müraciətləri haqqında» Azərbaycan Respublikası Qanununun 10.1-ci maddəsinə əsasən bu Qanunun 9.2-ci, 9.6-cı və 10.2-10.4-cü maddələrində göstərilən hallar istisna olmaqla, vətəndaşların müraciətlərinə ən geci 15 iş günü, əlavə öyrənilmə və yoxlanılma tələb edən müraciətlərə isə ən geci 30 iş günü müddətində baxılır. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən bu Qanunun 9.2-ci, 9.6-cı, 10.3-cü və 10.4cü maddələrində göstərilən hallar istisna olmaqla, müraciətə baxılması üçün əlavə məlumatların əldə edilməsi və ya aidiyyəti üzrə sorğu göndərilməsi tələb edildikdə, müraciətə baxan subyektin vəzifəli şəxsinin müraciətə baxılması müddətini ən çoxu 30 iş günü uzatmaq hüququ vardır. Bu barədə müraciət edən vətəndaşa, habelə müraciəti baxılmaq üçün bu Qanunun 7.11-ci maddəsinə uyğun olaraq digər müraciətə baxan subyektə göndərmiş yuxarı dövlət orqanına onun tələbi ilə məlumat verilməlidir. «Vətəndaşların müraciətləri haqqında» Azərbaycan Respublikası Qanununun 12.1 və 12.2-ci maddələrinə əsasən müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyən edilən və təminat verilən qaydada vətəndaşların yazılı və şifahi formada təkliflər vermək, ərizə ilə müraciət etmək, vəzifəli şəxslərin qanunazidd hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüquqlarının sərbəst həyata keçirilməsi üçün şərait yaradılmasını təmin etməlidirlər; müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri vətəndaşların təkliflərini, ərizə və şikayətlərini qəbul etməli, onlara bu Qanunla müəyyən olunmuş qaydada və müddətlərdə baxmalı və cavab verməlidirlər. Həmin Qanunun 12.3-cü maddəsinə əsasən müraciətə baxan subyektlərin vəzifəli şəxsləri vətəndaşların müraciətlərinə baxarkən: 12.3.1. müraciətə obyektiv, hərtərəfli və vaxtında baxılmasını təmin etməlidirlər; 12.3.2. məsələnin mahiyyətini öyrənməli və onun həlli üçün lazımi sənədləri tələb etməlidirlər; 12.3.3. müraciətə baxılmasının nəticəsi haqqında vətəndaşlara yazılı formada məlumat verməli, müraciət təmin edilmədikdə bunun səbəblərini göstərməli, şikayət vermək qaydasını izah etməlidirlər; 12.3.4. müraciətlər barəsində əsaslandırılmış qərarların qəbul edilməsini və bu qərarların vaxtında və düzgün yerinə yetirilməsini təmin etməlidirlər. Yenə də həmin Qanunun 12.4-cü maddəsinə əsasən dövlət orqanlarının və onların vəzifəli şəxslərinin, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, habelə ayrı-ayrı vətəndaşların fəaliyyətinin və ya işinin tənqid edilməsi ilə bağlı, yaxud vətəndaşın və ya digər şəxslərin hüquq və azadlıqlarının bərpası və müdafiəsi məqsədi ilə edilən müraciətə görə vətəndaşı təqib etmək qadağandır. «Vətəndaşların müraciətləri haqqında» Azərbaycan Respublikası Qanununun 14.0-cı maddəsinə əsasən müraciətinə baxılan vətəndaşın aşağıdakı hüquqları vardır: 14.0.1. müraciətin tam və hərtərəfli araşdırılması üçün əlavə sənəd və materiallar təqdim etmək və ya bu sənədlərin əldə edilməsini (o cümlədən elektron formada) müraciətə baxan subyektdən xahiş etmək; 14.0.2. müraciətə baxılmasının dayandırılması barədə ərizə ilə müraciət etmək; 14.0.3. təkrar yazılı müraciətə ilkin müraciətə baxılmasının nəticəsi barədə sənədləri əlavə etmək; 14.0.4. ictimai informasiya və fərdi məlumatların əldə edilməsi məqsədi ilə sorğu vermək; 14.0.5. müraciətin baxılmasına dair sənədlərin və materialların digər şəxslərin hüquqlarına və qanuni mənafelərinə toxunmaması və ya qanunla dövlət sirri təşkil edən məlumatlara və ya qanunla qorunan digər məlumatlara aid edilməməsi şərti ilə həmin sənəd və materiallarla tanış olmaq; 14.0.6. müraciətin qeydiyyat nömrəsi və daxilolma tarixi barədə, müraciət aidiyyəti üzrə göndərildikdə həmin məktubun qeydiyyat nömrəsi və göndərilmə tarixi barədə məlumat almaq; 14.0.7. müraciətə baxılması barədə yazılı cavab və ya müraciətin aidiyyəti üzrə göndərilməsinə dair məlumat almaq; 14.0.8. müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək; 14.0.9. müraciətin məzmununda vətəndaşın ailə və şəxsi həyatına aid sirr olan, habelə peşə və ya kommersiya sirri olan sənədlərin və ya məlumatların məxfiliyinin təmin olunmasını tələb etmək. Göründüyü kimi, Azərbaycan Respublikasının qanunvericiliyi şəxslərə dövlət orqanlarının və onların vəzifəli şəxslərinin fəaliyyətini tənqid etmək, onların işində yol verdiyi qanunsuzluqlar, o cümlədən korrupsiya ilə əlaqədar hüquqpozmalar barədə tabel olduqları dövlət orqanlarının vəzifəli şəxslərinə müraciət etmək və müvafiq tədbirlər görmək barədə hüququ verir, bu hüquq konstitusion bir hüquq kimi həm Azərbaycan Respublikasının Konstitusiyasında, həm də Azərbaycan Respublikasının qanunlarında əks olunmuşdur. Bununla qanunvericilik dövlətin idarə edilməsində vətəndaşların iştirakının xüsusi formasını müəyyən edir, vətəndaşlara ictimai həyatın bütün sahələri üzrə əhalini maraqlandıran çatışmazlıqları və qanun pozuntularını müəyyən etmək, onların aradan qaldırılması üçün tədbirlər görmək, bu qanun pozuntularına yol verən vəzifəli şəxslərin cəzalandırılmasını təmin etməklə dövlət idarəetməsində şəffaflığa nail olmaq, cəmiyyətin daha da inkişafına və cəmiyyətdə ədalətin bərqərar olmasına təkan vermək imkanı yaradır. Belə ki, insanların cəmiyyətin inkişafına mane olan məsələlər, Azərbaycan Dövlətinin korrupsiyaya qarşı apardığı mübarizə, xüsusən dövlət əmlakının özəlləşdirilməsində korrupsiya faktları ilə bağlı informasiya almaq və həmin korrupsiya hüquqpozmaların aradan qaldırılmasını dövlət orqanlarından tələb etmək hüququ vardır. Vətəndaşların dövlət orqanlarına müraciəti isə bu məsələlərin həlli və plüralizm şəratində cəmiyyətin tərəqqisinə nail olunması üçün effektiv bir mexanizm rolunu oynayır. Ona görə də qanunvericilik haqlı şəkildə tənqidə görə vətəndaşların təqib edilməsini qadağan edir. Bu konteksdə də Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat nazirinə müraciətində X13 Xidmətinin Şəki Ərazi Şöbəsinin baş məsləhətçisi İddiaçı fəaliyyətini tənqid etmiş, onun iş fəaliyyətində yol verdiyi qanunsuzluqlar, Balakən rayonunda dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı qanun pozuntularına yol verilməsi, bir sıra dövlət əmlakını əsassız olaraq öz adına və qohumlarının adına özəlləşdirməsi, korrupsiya ilə əlaqədar hüquqpozmalara yol verməsi barədə məlumatlar verərək, bu məsələlərin araşdırılmasını iddiaçının və onun işlədiyi şöbənin tabe olduğu İqtisadiyyat nazirindən bu halların araşdırılmasını, xüsusən korrupsiya ilə bağlı hüquqpozmaların araşdırılması və müvafiq tədbirlərin görülməsini xahiş etmişdir. Cavabdeh bu məsələlərin araşdırılmasına səlahiyyətli olan İqtisadiyyat nazirinə şəxsən müraciət etməklə İddiaçı şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələməsi ehtimal olunan sözügedən məlumatları yaymamış, onları yaymaq və X9 şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələmək məqsədində olmamışdır. Belə ki, onun İddiaçı barəsində verdiyi məlumatlar, xüsusən korrupsiyya hüquqpozmaları ilə verdiyi məlumatlar şəxsən İqtisadiyyat nazirinə ünvanlanmış, ona çatdırılmış, başqa şəxsə və ya şəxslər dairəsinə yayılmamışdır. Qeyd edildiyi kimi, burada məqsəd də həmin məlumatları qəsdən yaymaqla iddiaçının şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələmək deyil, aidiyyəti vəzifəli şəxsdən bu məlumatların araşdırılması və onlar barəsində müvafiq tədbirlərin görülməsini xahiş etmək olmuşdur. Cavabdeh təkrarən İqtisadiyyat nazirinə yazdığı müraciətində birinci müraciətdə qaldırılan məsələlərin araşdırılmamasını göstərməklə təkrarən onların araşdırılmasını və müvafiq tədbirlərin görülməsini xahiş edir. Qeyd edildiyi kimi, dövlət orqanlarına və onların vəzifəli şəxslərinə şəxsən müraciət etmək və qaldırılan məsələrin araşdırılmasını və onlar barədə müvafiq qərarın qəbul edilməsini tələb etmək hüququ isə Azərbaycan Respublbikasının qanunlarında təsbit olunmuşdur. Cavabdeh da həmin hüququndan istifadə etmişdir. Heç də əsassız deyildir ki, Cavabdeh İddiaçı şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələmək məqsədi olduğu halında, o, müraciətində qeyd etdiyi məlumatları onların araşdırılmasının bilavasitə səlahiyyətində olduğu İqtisadiyyat nazirinə şəxsən müraciət etməzdi, əksinə bu məlumatları başqa şəxslə dairəsinə yayar, həmçinin kütləvi informasiya vasitələrində, kütləvi nümayiş etdirilən yerdə yayardı ki, bunlar da edilməmişdir. İş materialllarından da görünür ki, Cavabdeh müraciətində qaldırılan məsələlər «Vətəndaşların müraciətləri haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun araşdırılmamış, qanuna görə xidməti araşdırmanın nəticəsi barədə məlumatı aldıqdan sonra müraciət üzrə aşağıdakı qərarlardan biri; müraciətin əsaslı olduğu təsdiq edildikdə, eyni zamanda əməldə mülki-hüquqi və ya inzibati məsuliyyəti yaradacaq əlamətlər olduqda Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görülməsi, cinayət əlamətləri olan hüquqpozmalar aşkar edildikdə, müvafiq sənədlərin Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsi barədə; müraciətin əsaslı olması təsdiq edildikdə, lakin əməldə mülki-hüquqi, inzibati və ya cinayət məsuliyyəti yaradacaq əlamətlər olmadıqda aidiyyəti şəxslərin intizam məsuliyyətinə cəlb edilməsi barədə və müraciətin əsaslı olduğu təsdiq edilmədikdə şikayət üzrə icraata xitam verilməsi barədə qərarlardan hər hansı biri qəbul edilməmiş və bu müvafiq qərar müraciət müəllifi Cavabdeh göndərilməmişdir. Bununla da Cavabdeh həmin müraciətinin əsaslı olubolmaması, orada verilən məlumatların təsdiqini tapıb-tapmaması, xüsusən İddiaçı korrupsiya ilə bağlı hüquqpozmalara yol verib-verməməsi müəyyən edilməmişdir. Ümumiyyətlə Cavabdeh həmin müraciəti ilə bağlı hərtərəfli araşdırma aparılmaqla onun hər hansı hüquqi məsuliyyət daşıyıb-daşımaması (mülki-hüquqi, inzibati və cinayət məsuliyyəti və sair) müəyyən edilməmişdir. Belə olan halda Cavabdeh cinayət, inzibati və mülki-hüquqi məsuliyyətinə görə təqsirsizlik prezumpsiyası hüququ vardır ki, həmin hüquq da müvafiq olaraq Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, İnsan Hüquqlarının və X7 Haqqında Konvensiyasının (Avropa Konvensiyası) 6-cı maddəsində, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21-ci maddəsində, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsində və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096 və 1097-ci maddələrində müəyyən olunur. Qanunda təsbit olunmuş həmin hüququn ümumi mahiyyətinə görə heç kəs hər hansı əməlin törədilməsində təqsiri qanuni qüvvəyə minmiş məhkəmə qərarı (o cümlədən hökmü) ilə müəyyən olunmadığı təqdirdə təqsirsiz sayılır. İş materiallarından görünür ki, Cavabdeh barəsində də bu xüsusda onun təqsirli olması barədə qanuni qüvvəyə minimş məhkəmə verdikti yoxdur və iddiaçı tərəfindən də belə məhkəmə qərarının olmasını təsdiq edən sübut təqdim edilməmişdir. Qeyd olunanların konteksində məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh öz fikrini ifadə etmək, X13 Xidmətinin Şəki Regional şöbəsinin baş məsləhətçisi İddiaçı fəaliyyəti, qanunlara və digər insanlara münasibəti haqqında məlumatları və qiymətləndirici mülahizələrini söyləmək hüququna malikdir. Dövlət orqanlarına müraciət etmək və öz fikirləri söyləmək hüququnu isə ona Azərbaycan Respublikasının Konstitusiyası və qanunları verir. Bu hüququn həyata keçirilməsi isə iddiaçının şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələyən məlumatların yayılması kimi qəbul oluna bilməz. Faktual bazaya söykənmiş qiymətləndirici mülahizələrin, həmçinin hətta bu faktual bazaya söykənməyərək, vəzifəli şəxsin idarəçilik fəaliyyətinə və onun bu fəaliyyəti ilə sıx bağlı olan idarəetmə və insani keyfiyyətlərinə münasibəti əks etdirən qiymətləndirici rəylərin ifadə edilməsi isə diffamasiya, yəni şəxsin şərəf və ləyaqətini ləkələmə kimi qiymətləndirilə bilməz. Digər tərəfdən, iddiaçı haqqında bu müraciəti iddiaçının onun ehtimal edilən hüquqlarını və qanunları pozması ilə bağlı cavabdehin onun haqqında bildirdiyi tənqiddir ki, qanun normasının tələbinə görə də həmin tənqidə görə cavabdeh təqibə məruz qala bilməz. Bu xüsusda məhkəmə «Lingens Avstriyaya qarşı» iş üzrə Avropa Məhkəməsinin presedentinə istinad edib, onu da qeyd edir ki, dövlət orqanında çalışan şəxslərin, ictimai xadimlərin tənqib hədləri adi vətəndaşalara nisbətən daha genişdir. Çünki onlar müəyyən vəzifələr tutmaqla və ictimai funksiyaları yerinə yetirməklə, cəmiyyət üçün daha açıqdırlar və bunu şüurlu şəkildə qəbul etmişlər. Belə olan halda, cəmiyyətin də onlar haqqında, hətta onların fəaliyyəti, mənəvi keyfiyyətləri, həmçinin şəxsi həyat sferasına aid olan bəzi məsələlər barədə məlumat almaq hüquqları vardır. Bu hüquqların həyata keçirilməsi, yəni həmin şəxslər barəsində ictimaiyyəti maraqlandıran informasiyaların cəmiyyətə çatdırılması Avropa Konvensiyasının 10-cu maddəsində təsbit edilən fikri ifadə etmək azadlığından doğur. Ona görə də vəzifəli şəxslər və ictmai xadimlər tənqidə adi vətəndaşlara nisbətən daha dözümlü olmalıdır. İş materiallarından görünür ki, iddiaçı X13 Xidmətinin Şəki Regional şöbəsinin baş məsləhətçisi vəzifəsində işləyir, Balakən rayonunda dövlət əmlakının özəlləşdirilməsi məsələləri üzrə funksional fəaliyyəti həyata keçirir. Cavabdeh İqtisadiyyat Nazirinə şəxsi müracətində iddiaçının yerinə yetirdiyi iş fəaliyyəti üzrə araşdırılmasını tələb etdiyi məlumatları göstərmiş, heç də iddiaçının şərəf və ləyaqətini ləkələyən məlumatlar yayması məqsədlərini həyata keçirməmiş, onun belə bir qəsdi olmamışdır. Bu hala görə isə cavabdehin mülki-hüquqi məsuliyyətinə cəlb edilməsi şübhəsiz ki, onun öz fikrini ifadə etmək azadlığına qeyri-adekvat və demokratik cəmiyyətdə zəruri olmayan müdaxiləyə gətirib çıxarardı ki, bu da yolverilməzdir. Məhkəmə nəzərə çatdırır ki, cavabdehin dövlət hakimiyyəti orqanının yüksək vəzifəli şəxsinə müraciət etməklə tabeçiliyində olan iddiaçının fəaliyyətinin araşdırılması və onun barəsində müvafiq tədbirin görülməsini xahiş etməsinə görə hər hansı formada, o cümlədən monetar formada hüquqi məsuliyyətə cəlb olunması Azərbaycan Respublikası Konstitusiyasının 47 və Avropa Konvensiyasının 10-cu maddəsində müəyyən edilmiş fikir və söz azadlğına qeyri-adekvat bir müdaxilə üçün zəmin yaradır. Sübuta ehtiyac yoxdur ki, cavabdehin nazirə şəxsən müraciətində göstərdiyi və araşdırmasını tələb etdiyi məlumatlarda ifadə etdiyi fikrindən daşındırmağa məcbur edilməsi söz və fikri ifadə etmək azadlığına qeyri-adekvat və əsassız bir müdaxilə olardı, bu da demokratik cəmiyyətdə zəruri deyildir. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2015-ci il tarixli, 3 saylı qərarının 2-ci bəndində göstərilir ki, hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfıyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Həmin Qərarın 6-cı bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq şəxs tərəfindən yayılmış məlumatlarda fıkrin və ya faktın əks etdirilməsi fərqləndirilməli və bu hala əhəmiyyət verilməlidir. Faktların mövcudluğu nümayiş oluna bilsə də, fikirlərin həqiqiliyi sübut oluna bilən deyildir. Fikirlərin həqiqiliyini sübut etmək tələbinə riayət etmək mümkün deyil və bu tələb Konvensiyanın 10-cu maddəsi ilə təmin edilmiş hüququn əsas hissəsi olan fikir azadlığının özünü pozur (bax, yuxarıda qeyd olunan De Haes və Gijsels, § 42 və Lingens, § 46). Eyni zamanda, üçüncü tərəfin davranışı barədə iddialar irəli sürüldüyü hallarda bəzən faktın təqdimatı ilə fikirlər arasında fərqi müəyyən etmək çətin olur. Buna baxmayaraq, hətta fikirlər faktlara əsaslanmadıqda onlar olduqca əsassız ola bilər (bax, Jerusalem Avstriyaya qarşı, §43). İş üzrə İddiaçı Cavabdeh İqtisadiyyat nazirinə yazdığı müraciətində onun şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələyən məlumatlar yaymasını və bunu qəsdən etməsini iddia tələbinin əsaslandırıldığı hallar kimi göstərsə də, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat nazirinə yazdığı müraciətində onun haqqında şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələyən yalan məlumatlar yaymasını və bunu qəsdən etməsini, bu müraciətin və orada göstərdiyi məlumatların onun dövlət orqanının rəhbər vəzifəli şəxsinə həmin məlumatları çatdırmaqla onların araşdırılması və bu barədə müvafiq qərarın çıxarılmasını tələb etməsində ifadə olunan müraciət hüququnun həyata keçirilməsinə aid olmamasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmiş, iddia tələbini əsaslandırdığı bu halları sübut edə bilməmişdir. Halbuki qanuna görə (MPM-nin 77.1-ci maddəsi) iddia tələbinin əsaslandırıldığı halları sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Göstərilənlər əsasında məhkəmə həmçinin hesab edir ki, cavabdehin iddiaçının şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələyən yalan məlumatlar yayması və onun əməlinin bu məqsədlə əhatə olunması təsdiq olunmadığı üçün, iddia Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyat Nazirliyinə ünvanladığı müraciətdə iddiaçıya aid məlumatların həqiqətə uyğun olmaması səbəbindən təkzib edilməsi hissəsində də təmin edilməməlidir. Bu tələbə hüquqi qiymət verən məhkəmə onu da nəzərə çatdırır ki, ümumiyyətlə İqtisadiyyt nazirinə müraciətində verdiyi məlumatlarda ifadə olunan söylədiyi fikrə görə cavabdehdən təkzibin tələb edilməsi onun söylədiyi fikirdən dönməyə məcbur edilməsidir ki, qanun da bunu qadağan edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 47-ci maddəsinin İİ hissəsinə görə heç kəs fikir və əqidəsindən dönməyə məcbur edilə bilməz. Hazırki iddia tələbində cavabdehdən təkzib istənilməsinin tələb edilməsi birmənalı şəkildə onun fikrindən dönməyə məcbur edilməsi olardı ki, bu da konstitusion normaya görə qətiyyən qəbuledilən sayıla bilməz. Qeyd olunanlara əsasən də məhkəmə belə tələbi qanuni və əsaslı saymır və onun rədd olunması nəticəsinə gəlir. Hazırki iddianın predmetindən həmçinin görünür ki, iddiaçı cavabdehdən onun şərəf və ləyaqətini ləkələyən hərəkətlərinə görə ona vurulan mənəvi zərərin əvəzi kimi 10000 manat pulun tutulmasını tələb edir. Qeyd edildiyi kimi, iddiaçı, cavabdehin onun şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələyən məlumatları yayması və bununla da onun şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkəmələk məqsədi daşımasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. İş materialları ilə də cavabdehin iddiaçının şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələyən məlumatları yayması, bunu qəsdən etməsi və iddiaçının şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkəmələk məqsədi daşıması müəyyən olunmamışdır. Eynilə iddiaçı, cavabdehin onun şərəf, layaqət və işgüzar nüfuzunu ləkələyən məlumatlar yayması, bunu qəsdən etməsi nəticəsində fiziki və mənəvi sarsıntılar və iztirablar keçirməsi, bunun cavabdehin sözügedən qanunsuz hərəkəti nəticəsində baş verməsi, həmin qanunsuz hərəkətlə iddiaçının tələb etdiyi 10000 manat mənəvi zərər arasında səbəbli əlaqənin olması və həmin məbləğdə mənəvi zərərin vurulmasında cavabdehin təqsirinin olmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmiş və 10000 manat mənəvi zərər tələbi hissəsində də iddia tələbininin əsaslandırıldığı halları sübut edə bilməmişdir. Halbuki qanuna görə iddia tələbinin əsaslandırıldığı halları sübut etmə vəzifəsi iddiaçının üzərinə düşür. Bu xüsusda məhkəmə onu da bildirir ki, qeyd edilən mənəvi zərərin vurulmasının əsası və məbləği barədə iddia ərizəsində göstərilən və heç bir sübutla təsdiqini tapmayan ehtimaledici ifadələr iddianın təmin olunması üçün faktoloji və hüquqi əsas kimi qəbul edilə bilməz. Göstərilənlər iddia tələbinin əsassız olduğunu göstərir. Məhkəmə, Cavabdeh izahatını dinləyib, iş üzrə sübutları araşdırıb, həmin sübutlara yuxarıda göstərilən qanun normalarına əsasən hüquqi qiymət verərək, hesab edir ki, İddiaçı Cavabdeh qarşı savabdeh Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə ünvanladığı müraciətdəki ona aid (rüşvət tələb etməyi, rüşvətxor olmağı, ərizədə qeyd olunan əmlaklara sahib olması, Pitimat Şabanovaya himayədarlıq etməyi, vəzifə səlahiyyətlərindən sui- istifadə edərək dövlət əmlakını özünün və yaxınlarının adına özəlləşdirməsi) məlumatların həqiqətə uyğun olmaması səbəbindən təkzib edilməsi və cavabdehdən şərəf və ləyaqətinə (şəxsiyyətinə), o cümlədən, işgüzar nüfuzuna vurduğu mənəvi zərərin əvəzi olan 10.000 (on min) manat pulun tutulması tələbinə dair iddiası əsassız olduğundan təmin olunmamalıdır. Həmçinin iddianın təmin olunmaması nəticəsinə gəlindiyi üçün hazırki iddianın qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı aid edilməli və İddiaçı 150 manat ekspertiza xərci alınaraq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142593 Büdcə səviyyəsinin kodu:3 Ekspertiza xərci SAP (XİİS) hesabı X12 Agentliyi Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT CREAZ22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Azərbaycan Respublikası MPM-nin 118.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə məbləğ, onlar öz vəzifələrini yerinə yetirdikdən sonra məhkəmə tərəfindən depozit hesabından verilir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət e t d i: İddiaçı Cavabdeh qarşı Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə ünvanladığı müraciətdəki ona aid (rüşvət tələb etməyi, rüşvətxor olmağı, ərizədə qeyd olunan əmlaklara sahib olması, Pitimat Şabanovaya himayədarlıq etməyi, vəzifə səlahiyyətlərindən sui- istifadə edərək dövlət əmlakını özünün və yaxınlarının adına özəlləşdirməsi) məlumatların həqiqətə uyğun olmaması səbəbindən təkzib edilməsi və cavabdehdən şərəf və ləyaqətinə (şəxsiyyətinə), o cümlədən, işgüzar nüfuzuna vurduğu mənəvi zərərin əvəzi olan 10.000 (on min) manat pulun tutulması tələbinə dair iddiası təmin olunmasın. Hazırki iddianın qaldırılması üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu İddiaçı qızına aid edilsin. İddiaçı 150 manat ekspertiza xərci alınaraq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142593 Büdcə səviyyəsinin kodu:3 Ekspertiza xərci SAP (XİİS) hesabı X12 Agentliyi Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT CREAZ22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** hesabına ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Zamin Tahirov