Məhkəmə qərarları › İş №2(019)-732/2021

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-732/2021

30.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-732/2021 30.07.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, İddiaçı oğlunun və Cavabdeh iştirakı ilə İddiaçı oğlunun Cavabdeh qarşı 7362 (yeddi min üç yüz altmış iki) manat pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 7362 (yeddi min üç yüz altmış iki) manat və dövlət rüsumu olaraq ödədiyi 30 manat pulun alınaraq, ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddiasını müdafiə edib, onunla əsaslandırmışdır ki, Balakən rayonunun Talalar kəndində yaşayır. Həyətyanı sahəsində meyvə saxlanılması üçün soyuducu vardır. 2020-ci ilin oktyabr ayında soyuducuya xurma məhsulu qoymuşdur. Dekabr ayının əvvəllərindən məhsulu satmağa başlayır. Həmin ilin dekabr ayında tanışı Balakən rayonu Tülü kənd sakini X2 rayonu Talalar kənd sakini Cavabdeh ilə onlara gələrək, xurma məhsulu istədiklərini bildirmişlər. Məlum olmuşdur ki, xurmanı Cavabdeh alır. Cavabdeh ondan hər biri 22 ton olmaqla 3 maşın xurma alacağını bildirmişdir. O, məhsulu nağd satdığını Fərmana demiş, o da onunla razılaşmışdır. Cavabdeh 2 maşın xurma məhsulunu pulunu nağd ödəməklə aparmışdır. 3-cü maşın xurma məhsulunu doldurulduqdan sonra Cavabdeh ona bildirmişdir ki, məhsulun dəyəri olan 12362 manat pul Rusiyadan Bank vasitəsilə göndərilir və səhərisi gün pulu ona verəcəkdir. O da məhsul soyuducudan çıxarılaraq maşına yüklənildiyi üçün Fərmanla razılaşmışdır. Lakin sonrakı gün Fərman ona verməli olduğu 12362 manat pulu ödəməmişdir. Yalnız həmin vaxtdan 10 gün keçdikdən sonra Asif Akkubayev məhsulun dəyərinin bir hissəsi olan 5000 manat pulu ona vermişdir. 2020-ci ilin sonundan indiyə qədər dəfələrlə Fərmandan xurma məhsulunun pulu olan 7362 manat borc pulu tələb etsə də, Cavabdeh borcunu qaytarmır. Buna görə də göstərilən iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənləri nəzərə alıb, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək verdiyi izahatında bildirmişdir ki, həqiqətən də İddiaçındn 2020-ci ilin dekabr ayında tanışı Balakən rayonu Tülü kənd sakini X10 ilə birlikdə onlara gələrək, hər biri 22 ton olmaqla 3 maşın xurma almış, 2 maşın xurma məhsulunun pulunu İddiaçı nağd ödəməklə aparmışdır. 3-cü maşın xurma məhsulunu avtomaşına doldurduqdan sonra İddiaçı məhsulun dəyəri olan 12362 manat pulu Rusiyadan Bank vasitəsilə göndərildiyi üçün səhərisi gün verəcəyini bildirmiş, İddiaçı da bununla razılaşmışdır. O, həmin vaxtdan 10 gün keçdikdən sonra ödəməli olduğu 12362 manat puldan 5000 manatını Asif Akkubayev vasitəsilə İddiaçı ödəmişdir. Belə ki, o, İddiaçı olan borcunu ödəmək üçün Asif Akkubayevə 5000 manat pul vermiş və Asif Akkubayev də onun xahişini yerinə yetirərək, həmin pulu İddiaçı ödəmişdir. İddiaçı ona xarab məhsul vermişdir. O, özü 14000 manat ziyana düşmüşdür. Ona görə də qalan pulu İddiaçı ödəyə bilməmişdir. İddiaçının iddia tələbi əsassızdır. Qeyd edilənləri nəzərə alaraq iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, o, evdə olduğu zaman Cavabdeh onlara gələrək xurma məhsulu lazım olduğunu bildirmişdir. O da İddiaçı xurma olduğunu deyərək, ikisi birlikdə Əligilə getmişlər. Həmin vaxt Rusiya Federasiyasına aparmaq üçün Dibirov X8 Əli Nuru oğlundan 3 maşın xurma məhsulu almış, 2 maşın xurmanın pulunu Cavabdeh nəqd qaydada İddiaçı ödəmişdir. 3-cü maşın xurmanının pulunu isə Cavabdeh səhəri günü Rusiyadan göndərməklə ödəyəcəyini bildirmişdir. Üçüncü maşın xurmanın pulu 12362 manat etmişdir. Fərman evində İddiaçı xurmaya görə verməli olduğu 12362 manat puldan 5000 manat pulu İddiaçı vermək üçün ona vermis, o da aparıb həmin 5000 manat pulu İddiaçı vermişdir. Cavabdeh İddiaçı xurmanın pulundan 7362 manat borcu qalmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, həqiqətən də 2020-ci ilin dekabr ayında Rusiya Federasiyasına aparmaq üçün Dibirov X8 Əli Nuru oğlundan 3 maşın xurma məhsulu almış, 2 maşın xurmanın pulunu Cavabdeh nəqd qaydada İddiaçı ödəmişdir. 3-cü maşın xurmanının pulunu isə Cavabdeh səhəri günü Rusiyadan göndərməklə ödəyəcəyini bildirmişdir. Üçüncü maşın xurmanın pulu 12362 manat etmişdir. Cavabdeh 12362 manat xurmanın pulundan cəmi 5000 manatı İddiaçı ödəmişdir. İddiaçı Cavabdeh 12362 manat xurmanı sabaha qədər nisyə verməsi və Cavabdeh 12362 manat xurma pulunu səhər İddiaçı ödəməsi barədə vəd verməsi onun yanında baş vermişdir. Belə ki, o, həmin xurma məhsunu X5 ilə birlikdə maşina yükləmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 da X1 və X4 ifadəsinə uyğun ifadə verərək, onların ifadəsində göstərdiyi halları təsdiq etmişdir. İş materiallarında olan 08.06.2021-ci il tarixli qəbzdən görünür ki, İddiaçı hazırki iddianın qaldırılması üçün 30 manat dövlət rusumu ödəmişdir. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək, hesab edir ki, iddia əsaslıdır və əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Cavabdeh 2020-ci ilin dekabr ayında İddiaçı məxsus olan 12362 manat dəyərində xurma məhsulunu həmin məhsulun pulunu səhərisi gün ödəmək şərtilə nisyə olaraq götürmüşdür. Cavabdeh söz verdiyi vaxtda ödəniş etməmiş, bundan 10 gün sonra iddiaçıya verməli olduğu 12362 manat məbləğdən 5000 manat ödəniş etmiş, qalan 7362 manat pulu halhazıradək İddiaçı ödəməmişdir. Cavabdeh məhkəmədə verdiyi izahatında həqiqətən də İddiaçı 2020-ci ilin dekabr ayında pulunu səhəri gün ödəmək şərtilə 12362 manat dəyərində xurma məhsulu götürdüyünü, bunun 5000 manatını ödədiyini, qalan məbləği isə ödəmədiyini təsdiq etmiş, bunu İddiaçı ona zay məhsul verməsi ilə əsaslandırmışdır. Cavabdeh həmin pulu ödəmədiyindən iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Həmçinin iddiaçı hazırki iddianın qaldırılması üçün 30 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə təhqiqatı zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında xurma məhsulunun şifahi nisyə alqı-satqısından yaranan müqavilə münasibətləri mövcud olmuş, həmin müqavilə üzrə iddiaçı cavabdeh qarşısındla öz öhdəliklərin yerinə yetirərək, cavabdehə 12362 manat dəyərində pulunu bir gün ərzində ödəmək şərtilə xurma məhsulu vermiş, lakin cavabdeh həmin müqavilədən yaranan öhdəliklərini tam yerinə yetirməmiş, həmin 12362 manat puldan cəmi 5000 manatı iddiaçıya ödəmiş, qalan 7362 manatı ödəməmiş, həmin məbləğdə iddiaçıya ziyan vurmuş və onun hesabına əsassız varlanmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 568.1-ci maddəsinə əsasən satıcı alqısatqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 569.1-ci maddəsinə əsasən satıcının əşyanı alıcıya vermək vəzifəsinin icrası müddəti alqı-satqı müqaviləsi ilə, müqavilə həmin müddəti müəyyənləşdirməyə imkan vermədikdə isə bu Məcəllənin 427-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 81.1-ci maddəsinə əsasən satıcı alıcıya keyfiyyəti alqı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 581.2-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 582.1-ci maddəsinə əsasən satıcının alıcıya verməli olduğu əşya alıcıya verildiyi məqamda bu Məcəllənin 581-ci maddəsində nəzərdə tutulan tələblərə uyğun gəlməlidir, bu şərtlə ki, alqı-satqı müqaviləsində əşyanın həmin tələblərə uyğunluğunu müəyyənləşdirməyin ayrı məqamı nəzərdə tutulmasın. Verilən əşya bu cür əşyaların adətən istifadə edildiyi məqsədlər üçün ağlabatan müddət ərzində yararlı olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 587.1-ci maddəsinə əsasən əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə aşağıdakıları tələb etsin: 587.1.1. alış qiymətinin mütənasib azaldılması; 587.1.2. əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması; 587.1.3. əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 587.2-ci maddəsinə əsasən əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: 587.2.1. alqı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; 587.2.2. lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 587.3-cü maddəsinə əsasən bu Məcəllənin 587.1 və 587.2-ci maddələrində göstərilmiş qüsurların aradan qaldırılması və ya əşyanın əvəz edilməsi tələbini alıcı, əgər əşyanın xarakterindən və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, irəli sürə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 587.5-ci maddəsinə əsasən əgər alıcı əşyanın qüsurları ilə əlaqədar alqı-satqı müqaviləsinin ləğvini və ya alınmış əşyanın müqaviləyə uyğun əşya ilə əvəz edilməsini tələb edərsə, o, qüsurlu əşyanı satıcıya onun hesabına qaytarmağa borcludur. Bu zaman tərəflərin müqavilə üzrə əldə etdiklərinin geri qaytarılması bu Məcəllənin 157-ci maddəsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 588.1-ci maddəsinə əsasən əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 589.1-ci maddəsinə əsasən əgər alqısatqı müqaviləsi ilə ayrı qayda müəyyənləşdirilməyibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri bu şərtlə irəli sürə bilər ki, həmin qüsurlar bu maddədə müəyyənləşdirilmiş müddətdə aşkar edilsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 589.2-ci maddəsinə əsasən əgər əşya üçün qarantiya və ya yararlılıq müddəti müəyyənləşdirilməyibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri həmin əşyanın alıcıya verildiyi gündən iki il ərzində və ya alğı-satqı müqaviləsi ilə nəzərdə tutulmuş daha uzun müddətdə irəli sürə bilər. Daşınmalı və ya poçtla göndərilməli əşyanın qüsurlarının aşkar edilməsi müddəti əşyanın təyinat yerinə çatdırıldığı gündən hesablanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 589.6-cı maddəsinə əsasən yararlıq müddəti müəyyənləşdirilmiş əşyanın qüsurları ilə bağlı tələbləri alıcı həmin qüsurları əşyanın yararlıq müddəti ərzində aşkara çıxardığı halda irəli sürə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 589.7-ci maddəsinə əsasən müqavilədə nəzərdə tutulan qarantiya müddəti iki ildən az olduqda və alıcı əşyanın qüsurlarını qarantiya müddəti bitəndən sonra, lakin əşyanın ona verildiyi gündən iki il ərzində aşkar etdikdə, satıcı bu şərtlə məsuliyyət daşıyır ki, alıcı əşyanın qüsurlarının əşya alıcıya verilənədək əmələ gəldiyini və ya həmin məqamadək yaranmış səbəblərdən əmələ gəldiyini sübuta yetirsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.2-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.7-ci maddəsinə əsasən əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 459.1-ci maddəsinə əsasən zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 459.5-ci maddəsinə əsasən əgər ilkin vəziyyətin bərpası yolu ilə zərərin əvəzinin ödənilməsi mümkün deyildirsə və bunun üçün tənasübsüz surətdə böyük xərclər zəruridirsə, kreditora pul əvəzi verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə iş üzrə mövcud sübutlara yuxarıda göstərilən qanun normalarına əsasən hüquqi qiymət verərək, hesab edir ki, hazırki iddianın təmin olunması üçün bütün faktoloji və hüquqi əsaslar mövcuddur, ona görə də iddia təmin olunmaqla Cavabdeh vurduğu ziyanın əvəzi olaraq 7362 manat alınaraq İddiaçı verilməli və bununla da İddiaçı pozulmuş hüquqları bərpa olunmalıdır. Məhkəmə iş üzrə Cavabdeh İddiaçı ona keyfiyyətsiz-zay xurma məhsulu verməsi ilə bağlı iddia tələbinə etirazına iş materialları ilə əlaqəli şəkildə qiymət verərək, hesab edir ki, həmin etirnaz qəbul olunmamalıdır. Belə ki, cavabdeh Dibirov X8 Əli Nuru oğlu tərəfindən ona keyfiyyətsiz-zay xurma məhsulu verməsini təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Eyni zamanda işdəki sübutlardlan da görünür ki, Cavabdeh 2020-ci ilin dekabr ayında İddiaçı məxsus xurma məhsuluna Asif Akkubayevlə birlikdə Əli Şabanoun iştirakı ilə baxış keçirmiş, bu zaman həmin xurmaların keyfiyyətsiz (zay) olması müəyyən edilməmiş və Cavabdeh bu barədə İddiaçı heç bir irad bildirməmişdir. Sonra Cavabdeh İddiaçı 3 avtomaşın xurma götürmüş, 2 avtomaşın xurmanın pulunu nəqdi qaydada ödəmiş, 3-cü avtomaşın xurmanı isə pulunu bir günə ödəmək şərtilə nisyə almışdır. Cavabdeh bundan 10 gün sonra 3-cü avtomaşının xurmanın 12362 manat nisyə satış pulundan 5000 manatı İddiaçı ödəmişdir. Xurmaların keyfiyyətsiz olduğu təqdirdə Cavabdeh 2 avtomaşın xurma götürməsi və pulunu dərhal ödəməsi, 3-cü avtomaşın xurmanını pulunun 5000 manatını isə 10 gündən sonra ödəməsi ağlabatan deyildir. Bu fakt onun iddiaçı tərəfindən ona zay xurma verilməsi barədə bildirdiklərini təkzib edir. Digər tərəfdən, Cavabdeh iddia etdiyi ona kefiyyətsiz xurma verilməsi ilə bağlı İddiaçı xurmaları götürəndə və sonradan heç bir irad və narazılıq bildirməmiş, keyfiyyətsiz məhsul verilməsi ilə bağlı qanunda nəzərdə tutulmuş xurmanın alış qiymətinin mütənasib azaldılması və ya xurmanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması və yaxud xurmanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsini tələb etməmiş, həmçinin alqı-satqı müqaviləsinin icrasından imtina etməmiş və iddiaçıdan xurma üçün ödədiyi pul məbləğinin qaytarılmasını və ya lazımi keyfiyyətli olmayan xurma məhsulunun müqaviləyə uyğun xurma məhsulu ilə əvəz olunmasını İddiaçı tələb etməmişdir. Həmçinin Cavabdeh alıcı kimi xurma məhsulunun zay olmasını ona verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəlməsini təsdiq edən heç bir möbtəbər sübutu məhkəməyə təqdim etməməklə bunu sübuta yetirə bilməmişdir. Qanuna görə yalınz alıcı əşyanın keyfiyyətsiz olmasının ona verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəlməsini sübut edərsə, bu halda əşyanın qüsurları üçün satıcı cavabdehdir. Ümumiyyətlə cavabdeh aldığı xurma məhsulunun keyfiyyətsiz olması ilə bağlı, yəni aldığı məhsulun qüsurları ilə bağlı iddiaçıya heç bir tələb irəli sürməmişdir. Həmçinin İddiaçı tərəfindən Cavabdeh zay deyil, keyfiyyətli xurma məhsulunun verilməsi iş üzrə iddiaçının izahatı və şahidlərin ifadələri ilə də təsdiq olunur. Qeyd olunanlar cavabdehin iddia tələbinə etirazının tamamilə əsassız olmasını göstərir. Məhkəmə iş üzrə müəyyən olunmuş hallara tətbiq edilməli olan hüquq normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh vurulmuş ziyanın əvəzi olaraq 7362 manat pul və 30 manat dövlət rüsumu alınaraq, İddiaçı verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ət e tdi: İddia təmin edilsin; Cavabdeh 7362 (yeddi min üç yüz altmış iki) manat pul və 30 manat dövlət rüsumu alınaraq, İddiaçı verilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar