Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-735/2020 30.09.2020 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəkjjjnbnbnbnbnbnb.şkjjjjmə iclas katibi X3 qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti «Cavabdeh» İstehsalat Birliyinə qarşı cərimənin ləğv edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti «Cavabdeh» İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, «Cavabdeh» X1 X4 İdarəsinin mütəxəssisləri tərəfindən hesablanmış 205 (iki yüz beş) manat cərimənin ləğv edilməsi və dövlət rüsumu olaraq ödədiyi 20 manatın cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək göstərdi ki, Balakən rayonunun Qullar kəndində yaşayır. Orada şəxsi mülkiyyətində olan yaşayış evi var. Ailələri qaz istehlakçısıdır. Bütün qaz istifadəçilərində olduğu kimi onunda yaşadığı evə qaz sayğacdan gəlir. Qaz sayğacı rayon Qaz İstismarı idarəsinin işçiləri tərəfindən yaşayış evindən 30 metr kənarda, hasarın üzərində yol tərəfdən yerləşdirilmişdir. Uzun müddət istifadəsində olan G-4 markalı ******* saylı qaz sayğacına xx.xx.2019-cu il tarixdə “Cavabdeh” İB Zaqatala X4ı idarəsinin mütəxəssisləri tərəfindən baxış keçirilmiş və yeni sayğacla əvəz edilmişdir. Sayğac dəyişdirilərkən mütəxəssislər tərəfindən ona sayğacın köhnəldiyi bildirilmişdir. 2020-ci ilin iyul ayında “Cavabdeh” İB-nin Balakən rayon şöbəsinin mütəxəssisi tərəfindən ona bildirilmişdir ki, qaz istifadəsi ilə bağlı 205 manat cərimə olunmuşdur. Bununla bağlı “Cavabdeh” İB-nin Balakən rayon şöbəsində maraqlanarkən ona xx.xx.2019-cu il tarixə qədər istifadəsində olmuş "Cavabdeh” İB Zaqatala X4ı idarəsinin mütəxəssisləri tərəfindən götürülmüş G-4 markalı ******* nömrəli qaz sayğacına baxış keçirilmiş və laboratoriya rəyinə əsasən məlum olmuşdur ki, sayğacın hesablama mexanizmini hərəkətə gətirən maqnit ötürücüsü yararsız vəziyyətdə olmuşdur. Bundan sonra barəsində “təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx xxxxxxx 2019cu il tarixdə ******* saylı Akt tərtib olunmuşdur. Həmin akta əsasən o, 205 manat cərimə olunmuşdur. Cərimə olunduğunu bildikdən sonra o, qaz idarəsinin məsul işçilərinə sayğaca onun və ailə üzvləri tərəfindən heç bir müdaxilə olunmadığını bildirmişdir. Müntəzəm olaraq o, qaz ödənişlərini etmişdir. Sayğac götürüldükdən yalnız 5 ay sonra laboratoriya rəyi verilmiş, 1 il 4 aydan sonra isə cərimə olunmağı ona məlum olmuşdur. Qaz sayğacı evindən kənarda yerləşir. Onun mühafizəsinə özü və ailə üzvləri cavabdeh deyillər. Cərimə olunmağı qanunsuzdur. Cərimənin silinməsini “Cavabdeh” İB Balakən rayon şöbəsindən tələb etmiş, lakin orada ona mübahisə ilə bağlı Məhkəməyə müraciət etməli olduğu izah edilmişdir. Ona görə də göstərilən tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti «Cavabdeh» İstehsalat Birliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx xxxxxxx 2019-cu il tarixli ******* nömrəli aktdan görünür ki, Balakən rayonu Qullar kəndində İddiaçı oğluna məxsus G-4 markalı ******* saylı məişət qaz sayğacına baxış keçirilən zaman “Cavabdeh” İB –nin 29/1710-01817-1 №li aktına əsasən hesablama mexanizmini hərəkətə gətirən maqnit ötürücüsünün yararsız vəziyyətdə olduğu akşar olunmuşdır. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş abonentin saldosundan görünür ki, İddiaçı İdris oğlunun təbii qazdan istifadə nəticəsində borcu yoxdur. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sübutları tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, «Cavabdeh» İB X5 X2 Xidmət Sahəsində istehlakçı kimi qeydiyyatda olan Balakən rayonu Qullar kəndində yaşayan İddiaçı İdiris oğlu “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilə əsasında məişət qaz sayğacı vasitəsilə təbii qazdan istifadə edir. Onun evinə aid qaz sayğacı evdən kənarda küçədə quraşdırılmışdır. xx xxx 2019-cu ildə «Cavabdeh» İB-nin Zaqatala X4 İdarəsinin əməkdaşları tərəfindən İddiaçı oğlunun yaşadığı evin qaz sayğacına baxış keçirilmiş, sayğacın köhnəldiyi aşkarlanmış və sayğacı yenisi ilə əvəz etmişlər. 2020-ci ilin avqust ayında iddiaçıya bildirilmişdir ki, qazdan istifadə qaydalarını pozduğuna görə ona 205 manat cərimə hesablanmışdır. İddiaçı sayğaca heç bir müdaxilə etmədiyini göstərərək hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilən “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu maddəsinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Göründüyü kimi “Qazdan istifadə Qaydaları”nda imperativ qaydada müəyyən edilmişdir ki, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı tərəfindən öz hesabına həyata keçirilir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, işin hallarını, iddiaçının evinə aid qaz sayğacının küçədə yerləşməsini, qaz sayğacına kənar müdaxilənin iddiaçı tərəfindən edilməsinə dair heç bir sübut təqdim edilməməsini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, «Cavabdeh» İB-nin Zaqatala X4 İdarəsi tərəfindən iddiaçıya hesablanmış 205 manat borc silinməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən iddiaçının ödədiyi 20 manat dövlət rüsumu xərci Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Cavabdeh” İstehsalat Birliyindən alınıb İddiaçı verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. «Cavabdeh» İB-nin Zaqatala X4 İdarəsi tərəfindən İddiaçı İdris oğluna hesablanmış 205 manat borc silinsin. 20 manat dövlət rüsumu xərci cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Cavabdeh” İstehsalat Birliyindən alınıb İddiaçı verilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən H.Q.Səlimov
Məhkəmə qərarları › İş №2(019)-735/2020
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-735/2020
30.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver