Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-745/2020 21.10.2020 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X11 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı cehiz əşyalarının götürülməsi tələbinə dair ilk, Cavabdeh İddiaçı qarşı mənzildən istifadə hüququnun tanınması və evə köçürülmə tələbinə dair qarşılıqlı iddialar üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək cavabdehə məxsus olan 1 ədəd stol və 6 ədəd stulun, 1 ədəd taxtın, 2 ədəd şkafın (qab qacaq və paltar yığan), 1 ədəd trimonun, 1 ədəd kamotun, 1 ədəd telefon tutacağının, 1 ədəd divanın, 2 ədəd xalçanın, 1 ədəd yataq dəstinin mülkiyyətində olan Balakən rayonu, Qazma kəndində yerləşən fərdi yaşayış evindən çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək İddiaçı daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış Balakən rayonu Qazma kəndində yerləşən fərdi yaşayış evindən istifadə hüququnun tanınması və xx xxxxxxx 2015-ci il tarixdə doğulmuş qızı X7 ilə birlikdə evə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında ilk iddianı müdafiə edərək, qarşılıqlı iddianı qəbul etməyərək göstərdi ki, oğlu- X10 ilə Cavabdeh xx xxxxxx 2014-cü ildə rəsmi nikaha daxil olaraq evlənmişlər. Cavabdeh oğlu ilə ailə qurduqdan sonra onun mülkiyyətində olan Balakən rayonu, Qazma kəndində yerləşən fərdi yaşayış evində məskunlaşmışdır. Həmin vaxt cavabdehin gətirdiyi cehiz əşyaları da onun evində yerləşdirilmişdir. Oğlu ilə cavabdehin birgə nikahlarından xx xxxxxxx 2015-ci ildə X7 adlı uşaqları olmuşdur. Ailə münasibətləri pozulduğundan xx xxx 2016-cı il tarixdən onlar ayrılmışlar və hazırda da ayrı-ayrılıqda yaşayırlar. O, vaxtdan da Cavabdeh uşağı ilə birlikdə atası evində yaşayırlar. Cavabdeh məhkəməyə müraciət edərək uşağın saxlanılması üçün oğlundan aliment tutulmasını xahiş etmiş və Balakən Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə uşağın saxlanılması üçün oğlundan hər ay 130 manat alimentin tutulması qət edilmişdir. Lakin ayrılmaqlarına və uzun müddət ayrı yaşamalarına baxmayaraq cavabdeh özünə məxsus olan cehiz əşyalarını onun evindən aparmamışdır. Dəfələrlə əşyalarının evindən götürülməsi barədə xəbərdarlığına baxmayaraq cavabdeh buna məhəl qoymamışdır. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, cavabhehə məxsus əşyaların onun mülkiyyətində olan evdə qalması mülkiyyətindən maneəsiz istifadəsinə maneəçilik törədir və bu da mülkiyyətçi kimi bir sıra hüquqlarını məhdudlaşdırır. Cavabdehə məxsus əşyaları qoruyub saxlamaq onun vəzifə borcu deyildir. Həmin əşyaların evindən çıxarılmaması gələcəkdə əşyaların zədələnməsi ilə nəticələnə bilər ki, bu da üzərinə məsuliyyət qoyulmasına gətirib çıxara bilər. Ona görə də göstərilən tələblə məhkəməyə müraciət etməli olmuşdur. O, həmçinin göstərdi ki, qarşılıqlı iddia əsassızdır. Cavabdeh 2016-cı ildən onun evində yaşamır. Bundan sonra da cavabdehin onun evində yaşaması mümkün deyildir. Cavabdehi evində saxlamaq onun vəzifəsi, borcu deyildir. Ona görə də qarşılıqlı iddia rədd edilməlidir. Qeyd edilənləri nəzərə alaraq ilk iddianın təmin, qarşılıqlı iddianın isə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, iddiaçının oğlu X10 ilə nikahlarını xx xxxxxx 2014-cü ildə Balakən rayonu Qazma kənd X8 28 sayla rəsmiləşdirməklə evlənmişlər. Birgə yaşadıqları müddətdə xx xxxxxxx 2015-ci il tarixdə X7 adında bir uşaqları olmuşdur. Evləndikdən sonra onunla və iddiaçı ilə aralarında ailə münaqişələri zəminində mübahisələr yaranmağa başlamışdır. Tez-tez aralarında ailə münasibətləri zəminində mübahisələri olmuş, buna görə də ailə münasibətləri uzun sürməmişdir. xx xxx 2016-cı il tarixdə iddiaçının oğlundan ayrılaraq atası evinə qayıtmışdır. Hazırda iddiaçının oğlu ilə birgə nikahlarından olan uşaq özünün himayəsindədir. Lakin iddiaçının oğlu ilə aralarında olan nikah pozulmamışdır. Hal-hazırda o, İddiaçı ailə üzvü hesab edilir. İddiaçının oğlu ona müraciət edərək həmin evə qayıtmasını xahiş edir. İddiaçı ilə bir evdə yaşamaq çətin olduğu üçün müvəqqəti olaraq həmin evdən çıxmışdır. İddiaçı ona məxsus olan əmlaklarının az bir hissəsini qeyd etmişdir. Onun həmin evdə taxt, şkaf, tirmo, tumba ilə birlikdə yataq dəsti, şkaf, stol-stul, kamot, televizor altlığı ilə birlikdə qonaq dəsti, künс divan, mətbəx mebeli, sandıq, qab-qacaq və qızıl-zinət əşyaları iddiaçı və onun digər ailə üzvlərinin istifadəsindədir. O, həmin evdən özü üçün bir neçə paltarını götürərək evdən çıxmışdır. Qalan bütün əşyaları oradadır. O, dəfələrlə gəlin köçdüyü evə qayıdıb orada yaşamağa cəhd göstərsə də, cavabdeh İddiaçı Qurbanhacı oğlu onu uşaqla birlikdə evə buraxmamış və ora qayıdıb yaşamasına maneçilik törətmişdir. Onun başqa yaşamağa şəraiti və imkanı yoxdur. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. O, məhkəməyə göndərdiyi ilk iddiaya qarşı etirazında işə onun iştirakı olmadan baxıb ilk iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə göndərdiyi ilk iddiaya qarşı etirazında göstərmişdir ki, o, iddiaçının oğlu X10 ilə nikahlarını xx xxxxxx 2014-cü ildə Balakən rayonu Qazma kənd X8 28 sayla rəsmiləşdirməklə evlənmişlər. Birgə yaşadıqları müddətdə xx xxxxxxx 2015-ci il tarixdə X7 adında bir uşaqları olmuşdur. Evləndikdən sonra onunla və iddiaçı ilə aralarında ailə münaqişələri zəminində mübahisələr yaranmağa başlamışdır. Tez-tez aralarında ailə münasibətləri zəminində mübahisələri olmuş, buna görə də ailə münasibətləri uzun sürməmişdir. xx xxx 2016-cı il tarixdə iddiaçının oğlundan ayrılaraq atası evinə qayıtmışdır. Hazırda iddiaçının oğlu ilə birgə nikahlarından olan uşaq özünün himayəsindədir. Lakin iddiaçının oğlu ilə aralarında olan nikah pozulmamışdır. Hal-hazırda o, İddiaçı ailə üzvü hesab edilir. İddiaçının oğlu ona müraciət edərək həmin evə qayıtmasını xahiş edir. İddiaçı ilə bir evdə yaşamaq çətin olduğu üçün müvəqqəti olaraq həmin evdən çıxmışdır. Eyni zamanda onun bütün əşyaları həmin evdədir. İddiaçı ərizədə əşyaların bir hissəsini yazmışdır. O, qalan əşyaları barədə məhkəmədə ayrıca iddia qaldıracaqdır. Ailə vəziyyəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəkdir. İşə onun iştirakı olmadan baxıb iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, Balakən rayonu Qazma kəndində yerləşən 0.12 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi xx.xx.2016-cı il tarixdə tam mülkiyyət hüququ ilə İddiaçı adına, torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ ilə İddiaçı, X1, X2 və X5 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2(019)-344/2018 nömrəli qətnaməsinin surətindən görünür ki, həmin qətnaməyə əsasən xx xxxxxx 2018-ci il tarixdən başlayaraq cavabdeh X4 xx xxxxxxx 2015-ci ildə doğulmuş X3 yetkinlik yaşına çatana qədər baxılıb saxlanması üçün hər ay 130 (bir yüz otuz) manat sabit pul məbləğində aliment tutulub iddiaçı Cavabdeh verilməsi qət edilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sənədləri tədqiq edərək hesab edir ki, ilk iddia təmin, qarşılıqlı iddia təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında tərəflərin izahatı, işdə olan sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Cavabdeh İddiaçı gəlinidir. İddiaçının oğlu–X10 xx xxxxxx 2014cü il tarixdə rəsmi nikahla Cavabdeh ilə evlənmişlər. Cavabdeh İddiaçı mülkiyyətində olan Balakən rayonu, Qazma kəndində yerləşən fərdi yaşayış evinə gəlin köçmüş və cehiz apardığı əşyaları da həmin evdə yerləşdirmişdir. Birgə nikahlarından xx xxxxxxx 2015-ci ildə X7 adında bir uşaqları olmuşdur. Cavabdeh xx xxx 2016-cı ildə uşağı ilə birlikdə iddiaçının evindən çıxıb atası evinə getmişdir, o vaxtdan da valideynlərinin yanında yaşayır. xx.xx.2016-cı il tarixdə mübahisəli fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə İddiaçı adına, torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ ilə İddiaçı, X1, X2 və X5 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Cavabdeh iddiaçıya məxsus fərdi yaşayış evində yaşamasa da özünə məxsus əşyaları oradan aparmamışdır. Ona görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Eyni zamanda cavabdeh iddiaya etiraz edərək və qarşılıqlı iddia verərək iddiaçının mülkiyyətində olan, Balakən rayonu Qazma kəndində yerləşən fərdi yaşayış evindən istifadə hüququnun tanınması və xx xxxxxxx 2015-ci il tarixdə doğulmuş qızı- X7 ilə birlikdə evə köçürülməsini tələb edir. Məhkəmə mübahisənin düzgün həlli ilə bağlı öncə cavabdehin mübahisəli evdə istifadə hüququnun olub-olmamasına, onun həmin evə köçürülməsinə dair qarşılıqlı iddia ərizəsinə aydınlıq gətirilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İş materiallarından göründüyü kimi cavabdehlə iddiaçı arasında hüquq münasibətləri 2014-cü ilin dekabr ayında, yəni cavabdeh iddiaçının evinə gəlin köçdüyü vaxtdan yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair xx xxxxxxx 2013-cü il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun hüquqi mövqeyi belə olmuşdur ki, yaşayış sahəsindən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Hazırkı işdə tərəflər arasında münasibətlər xx xxxxxxx 2009-cu ildən sonra yarandığından onlar arasındakı mübahisəyə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsi baxımından da hüquqi qiymət verilməlidir. Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinə görə yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Sözügedən qərarda Konstitusiya Məhkəməsinin Plenumu qərar almışdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəsli isə qardaş və bacıların yetkinlik yaşına çatmayan və ya əmək qabiliyyəti olmayan qardaş və bacılarını saxlamaq vəzifəsini, baba və nənənin nəvələrini saxlamaq vəzifəsini, nəvələrin baba və nənəni saxlamaq vəzifəsini, yetirmələrin öz faktik tərbiyəçilərini saxlamaq vəzifəsini, ögey oğul və qızların ögey ata və ananı saxlamaq vəzifəsini müəyyən edir. Həmin fəsildə qaynatanın və ya qaynananın gəlini saxlamaq vəzifəsi müəyyən edilməmişdir. Həmçinin Mülki Məcəllənin 27.2-ci maddəsinə görə on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Ona görə məhkəmə bu nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30cu maddəsinin tələbləri baxımından, Cavabdeh İddiaçı xüsusi mülkiyyətində olan, Balakən rayonu Qazma kəndində 0.12 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evindən istifadə hüququ yoxdur və o uşağı ilə birlikdə həmin evə köçürülə bilməz. İlk iddia tələbi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Göründüyü kimi, həm milli qanunvericilik, həm də, beynəlxalq hüquq, o cümlədən X12 Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu və öz mülkiyyətindən maneəsiz istifadə hüququnu tanıyır və həmin hüquqa təminat verir. Məhkəmə Cavabdeh İddiaçı xüsusi mülkiyyətində olan, fərdi yaşayış evindən istifadə hüququnun olmamasını, buna baxmayaraq iddiaçı tələb etsə də əşyalarını sonuncunun mülkiyyətində olan evdən götürməməsini nəzərə alaraq hesab edir ki, ilk iddia tələbi əsaslıdır və təmin edilməlidir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara qeyd edilən hüquq normalarına uyğun qiymət verərək bu nəticəyə gəlir ki, ilk iddia təmin edilməli, Cavabdeh üzərinə, özünə məxsus olan 1 ədəd stol və 6 ədəd stul, 1 ədəd taxt, 2 ədəd şkaf (qab qacaq və paltar yığan), 1 ədəd trimo, 1 ədəd kamot, 1 ədəd telefon tutacağı, 1 ədəd divan, 2 ədəd xalça, 1 ədəd yataq dəstini İddiaçı Balakən rayonu Qazma kəndində yerləşən evindən çıxartmaq vəzifəsi qoyulmalıdır. Qarşılıqlı iddia təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İlk iddia təmin edilsin. Cavabdeh üzərinə, özünə məxsus olan 1 ədəd stol və 6 ədəd stul, 1 ədəd taxt, 2 ədəd şkaf (qab qacaq və paltar yığan), 1 ədəd trimo, 1 ədəd kamot, 1 ədəd telefon tutacağı, 1 ədəd divan, 2 ədəd xalça, 1 ədəd yataq dəstini İddiaçı Balakən rayonu Qazma kəndində yerləşən evindən çıxartmaq vəzifəsi qoyulsun. Qarşılıqlı iddia təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən H.Q.Səlimov
Məhkəmə qərarları › İş №2(019)-745/2020
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-745/2020
21.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver