Məhkəmə qərarları › İş №2(019)-759/2021

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-759/2021

02.08.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-759/2021 02.08.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, İlk iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və ilk iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbinə dair ilk və Cavabdeh İddiaçı qarşı alimentin miqdarının artırılması tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Balakən Rayon Məhkəməsinin 04 sentyabr 2020-ci il tarixli, 2(019) 611/2020 saylı qətnaməsinə əsasən İddiaçı tutulan 13 iyun 2010-cu il tarixdə anadan olmuş X3 və 27 noyabr 2011-ci ildə anadan olmuş Mahmudova Ay gül Samır qızının yetkinlik yaşına çatana qədər saxlanmaları üçün hər ay hər uşağa görə 160 manat cəmi 320 manat sabit pul məbləğində aliment məbləğini azaldaraq, hər uşaq üçün hər ay 100 manat cəmi 200 manat alimentin tutularaq cavabdehə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia üzrə Cavabdeh qarşılıqlı iddia üzrə İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Balakən Rayon Məhkəməsinin 04 sentyabr 2020-ci il tarixli, 2(019) 611/2020 saylı qətnaməsinə əsasən İddiaçı 13 iyun 2010-cu il tarixdə anadan olmuş X3 və 27 noyabr 2011-ci ildə anadan olmuş X4 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün hər ay hər uşaq üçün 200 (iki yüz) manat cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində alimentin tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddianı müdafiə edərək, qarşılıqlı iddianı isə qəbul etməyərək, ilk iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh Balakən Rayon Məhkəməsinə müraciət edərək, Balakən Rayon Məhkəməsinin 23 iyun 2016-cı il tarixli, 2(019)976/2016 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alımentın miqdarım dəyişdirilərək 13 iyun 2010-cu il tarixdə anadan olmuş X3 və 27 noyabr 2011-ci il tarixdə anadan olmuş X5 yetkinlik yaşma çatana kimi saxlanmaları üçün hər ay hər bir uşaq üçün 170 manat cəmi 340 manat sabit pul məbləğində alıment tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin 04 sentyabr 2020-ci il tarixli, 2(019)611/2020 saylı qətnaməsinə əsasən iddia qismən təmin edilmiş, 13 iyun 2010-cu il tarixdə anadan olmuş X6 və 27 noyabr 2011-ci ildə anadan olmuş X5 yetkinlik yaşma çatana qədər saxlanmaları üçün hər ay hər uşağa görə 160 manat cəmi 320 manat sabit pul məbləğində aliment tutulması qərara alınmışdır. Balakən Rayon Məhkəməsinin qətnaməsindən verilmiş apellyasıya şikayəti təmin edilməmiş, Balakən Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Onun 3 övladı var. 11 mart 2016-cı il tarixdə anadan olmuş X18 adlı bir övladı daha vardır. Həmin övladına da hər ay 120 manat aliment ödəyir. Cəmi ödədiyi aliment məbləği 440 manat təşkil edir. Heç bir yerdə işləmir. Gəliri yoxdur. Evin tək oğul övladıdır. Valideynləri ilə birlikdə qalır. Onların qayğısına o, qalır. Atası ürək xəstəliyindən əziyyət çəkir. 2017-oi il tarixdə açıq ürək əməliyyatı keçirmişdir. Atasının aldım təqaüd heç nəyə çatmır. Yaşayış evinə gələrək evinə baxış keçirilməsini, hansı şəraitdə yaşadığını görməyi xahiş edir. Buna görə də alimentin miqdarının azaldılması tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənləri nəzərə alaraq, ilk iddianın təmin edilməsi və qarşılıqlı iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında ilk iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilk iddianı qəbul etməyərək, qarşılıqlı iddianı isə müdafiə edərək, qarşılıqlı iddiasını onunla əsaslandırmışdır ki, o, Balakən şəhəri, Fizuli küçəsi, dalan 3, ev 16-da yaşayır. 14 avqust 2009-cu rəsmi nikahla Balakən şəhər sakini İddiaçı ilə evlənmişdir. Onların birgə nikahından 13 iyun 2010-cu ildə X16 və 27 noyabr 2011-ci ildə isə X19 adında iki uşaqları olmuşdur. Cavabdehlə xasiyyətləri uyğun gəlməmişdir. Cavabdehlə aralarında baş vermiş narazılıqla əlaqədar cavabdehdən ayrılmış və aralarında olan nikah Balakən Rayon Məhkəməsinin 21 noyabr 2013-cü il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Hazırda o, uşaqlarla birlikdə atası evində yaşayır. Balakən Rayon Məhkəməsinin 23 iyun 2016-cı il tarixli, 2(019)- 976/2016 nömrəli qətnaməsi ilə həmin məhkəmənin 21 iyun 2013-cü il tarixli qətnaməsi dəyişdirilmiş və 23 iyun 2016-cı il tarixli qətnaməyə əsasən himayəsində olan 13 iyun 2010-cu il tarixdə anadan olmuş X11 və 27 noyabr 2011-ci ildə anadan olmuş X5 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər bir uşaq üçün 117 manat olmaqla cəmi 234 (manat) sabit pul məbləğində alimentin alınıb ona verilməsi qət edilmişdir. Sonradan o, yenidən alimentin miqdarının artırılması tələbi ilə məhkəməyə müraciət etmiş, Balakən Rayon Məhkəməsinin 04 sentyabr 2020-ci il tarixli, 2(019)- 611/2020 saylı qətnaməsinə əsasən iddia qismən təmin edilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 07 fevral 2017-ci il tarixli, 2(102)- 894/2017 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilmiş, qətnamə qanuni qüvvəsini aldığı gündən başlayaraq 13 iyun 2010-ci il tarixdə anadan olmuş X3 və 27 noyabr 2011-ci ildə anadan olmuş X5 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün cavabdeh İddiaçı hər ay hər uşağa görə 160 (bir yüz altmış) manat, cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində aliment tutulub ona verilməsi,iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsininin Mülki Kollegiyasına apellyasiya şikayəti vermişdir. Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 noyabr 2020-ci il tarixli, 2(107)- 2102/2020 nömrəli qətnaməsinə əsasən Balakən Rayon Məhkəməsinin 04 sentyabr 2020ci il tarixli, 2(019)-611/2020 nömrəli qətnaməsi dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. O, iddiaçının iddia ərizəsində göstərilənlərlə razı deyildir. İddiaçının iddia ərizəsində göstərdikləri yalandır. Belə ki, İddiaçı ikinci evləndiyi həyat yoldaşı ilə ayrılmamışdır, bir yerdə yaşayırlar. Sadəcə olaraq alimentin miqdarının azadılması ilə bağlı ikinci həyat yoldaşı aliment tələbi ilə məhkəməyə müraciət edərək aliment tələb etmişdir. Lakin onlar hazırda bir yerdə yaşayırlar. Ailə qanunvericiliyinin tələblərinə əsasən cavabdeh də onunla birlikdə uşaq üzərində məsuliyyət daşıyır və uşaqlara baxmaq onun da vəzifəsidir. Ancaq cavabdeh İddiaçı uşaqlara ödədiyi alimentlə uşaqları baxmaq onun üçün çox çətindir. Məhkəmə qətnaməsi ilə təyin olunan alimentin məbləği isə uşaqların aylıq ehtiyaclarını ödəmir. Uşaqlar məktəbdə oxumaqla onları tələbatları da çoxalmışdır və o, aldığı maaşla uşaqların tələbatlarını ödəyə bilmir. Ona görə də alimentin miqdarının artırılması tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. O, Balakən rayonu, Zərifə Əliyeva adına şəhər 3 saylı orta məktəbində işləyir və ayda 120 manat əmək haqqı alır. Başqa gəlir yeri yoxdur. Əvvəllər valideynlərinin köməkliyi ilə uşaqlarını saxla bilirdi. Onun valideynlərinin hər ikisi ölüblər və iki uşağı təkbaşına baxır. Ona görə də alimentin miqdarının azaldılmasına etiraz edir və alimetin miqdarının artırılmasını tələb edir. İlk iddianın rədd edilməsi, qarşılıqlı iddianın isə təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İş materiallarında olan Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 23 iyul 2014-cü il tarixdə verilmiş AZ-İ seriyalı, 931311№-li nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə X15 arasında nikah Balakən rayon Qeydiyyat şöbəsində 23 iyul 2014-cü il tarixdə 150 nömrə ilə nikah qeyd edilmiş, nikah bağlanandan sonra arvada Dibirova soyadı verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən rayon VVADQ şöbəsi tərəfindən 31 mart 2016-ci il tarixdə verilmiş AZ-İİİ seriyalı 716994 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X18 11 mart 2016-cı il tarixdə anadan olmuş, atası İddiaçı, anası X15 yazılmışdır. İşə əlavə olunan və məhkəmə iclasında tədqiq edilən Balakən Rayon Məhkəməsinin 04 sentyabr 2020-ci il tarixli, 2(019)-611/2020 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 07 fevral 2017-ci il tarixli 2(102)-894/2017 nömrəli qərarı ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi, qətnamə qanuni qüvvəsini aldığı gündən başlayaraq 13 iyun 2010-ci il tarixdə anadan olmuş X3 və 27 noyabr 2011-ci ildə anadan olmuş X5 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün cavabdeh İddiaçı hər ay hər uşağa görə 160 (bir yüz altmış) manat, cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutulub iddiaçı Cavabdeh verilməsi qət edilmişdir. İşdə olan Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11.11.2020-ci il tarixli, 2(019)-2102/2020 saylı qətnaməsindən görünür ki, iş üzrə Balakən Rayon Məhkəməsinin 4 sentyabr 2020-ci il tarixli 2(019)-611/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmış, cavabdeh İddiaçı və iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmişdir. İşdə olan Balakən Rayon Məhkəməsinin 15.03.2021-ci il tarixli, 2(019)-354/2021 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, ərizənin verildiyi 12 fevral 2021-ci il tarixdən başlayaraq tərəflərin birgə nikahından 11 mart 2016-cı ildə doğulmuş X12 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh İddiaçı hər ay 120 (yüz iyirmi) manat sabit pul məbləğində alimentin alınaraq, iddiaçı X7 verilməsi qət edilmişdir. İşə əlavə olunan və məhkəmə iclasında tədqiq edilən 5 saylı ƏMHM-nin 29.07.2021-ci il tarixli 740 nömrəli arayışında göstərilir ki, Cavabdeh 2012-ci il tarixdən Z.Əliyeva adına şəhər 3 saylı məktəbdə müəllim işləyir. Onun əmək haqqı 118.95 manat təşkil edir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon İcra Hakimiyyəti Gərəkli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 21 iyun 2010-cu il tarixdə verilmiş AZ-İİ seriyalı 454639 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X16 13 iyun 2010-cu il tarixdə anadan olmuş, atası İddiaçı, anası Cavabdeh yazılmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon İcra Hakimiyyəti Gərəkli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 07 dekabr 2011-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 791363 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X17 27 noyabr 2011-ci il tarixdə anadan olmuş, atası İddiaçı, anası Cavabdeh yazılmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş ölum haqqında şəhadətnamədən görünür ki, X8 21.02.2017-ci il tarixdə ölmüşdür. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş ölum haqqında şəhadətnamədən görünür ki, X9 29.08.2020-ci il tarixdə ölmüşdür. İş materiallarından həmçinin görünür ki, ilk iddia üzrə İddiaçı tərəfindən ilk iddianın qaldırılması üçün 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə ilk iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdehi və ilk iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ilk iddia əsassız olduğundan təmin edilməməli, qarşılıqlı iddia isə qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh ilə 14 avqust 2009-cu rəsmi nikahla evlənmişlər. Onların birgə nikahından 13 iyun 2010-cu ildə X16 və 27 noyabr 2011-ci ildə isə X19 adında iki uşaqları olmuşdur. Uşaqlar hazırda Cavabdeh himayəsində və yanında yaşayırlar. Balakən Rayon Məhkəməsinin 04 sentyabr 2020-ci il tarixli, 2(019)-611/2020 saylı qətnaməsinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 07 fevral 2017-ci il tarixli, 2(102)-894/2017 nömrəli qərarı ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi, qətnamə qanuni qüvvəsini aldığı gündən başlayaraq 13 iyun 2010-ci il tarixdə anadan olmuş X3 və 27 noyabr 2011-ci ildə anadan olmuş X5 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün cavabdeh İddiaçı hər ay hər uşağa görə 160 (bir yüz altmış) manat, cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutulub iddiaçı Cavabdeh verilməsi qət edilmişdir. İddiaçı Balakən Rayon Məhkəməsinin 04 sentyabr 2020-ci il tarixli, 2(019)-611/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının çox olmasını göstərməklə, onun azaldılması barədə iddia ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh alimentin miqdarının azaldılmasına etiraz edir və alimetin miqdarının artırılmasını tələb edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə əsasən uşaqlara qayğı göstərmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 99-cu maddəsinə əsasən ailə üzvləri arasında aliment ödənilməsi barədə saziş olmadıqda aliment tutulması barədə tərəflər məhkəməyə müraciət edə bilərlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm dəyişən olarsa, ya qazancının (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissəsi kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2020-ci ildə uşaqlar üçün yaşayış minimumu 170 manat məbləğində müəyyən edilmişdir. «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2021-ci ildə uşaqlar üçün yaşayış minimumu 175 manat məbləğində müəyyən edilmişdir. «Uşaq hüquqları haqqında» Konvensiyanın 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafeyini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. «Uşaq hüquqları haqqında» Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. «Uşaq hüquqları haqqında» Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin ediliməsi üçün əsas məsuliyyəti valideynlər daşıyır. BMT-nin «Uşaq Hüquqları Bəyannaməsi» nin 2 saylı prinsipinə əsasən uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. BMT-nin «Uşaq Hüquqları Bəyannaməsi» nin 4 saylı prinsipinə əsasən uşaq sosial təminatın faydalarından istifadə etməlidir. O, sağlam böyümək və inkişaf etmək hüququna malik olmalıdır, bu məqsədlə o, eləcə də anası, doğumdan əvvəl və sonra müvafiq qulluq daxil olmaqla, xüsusi qulluq və mühafizə ilə təmin olunmalıdır. Uşağın lazımi qidalanma, mənzil, əyləncə və tibbi xidmət hüququ olmalıdır. İnsan Hüquqlarının və X14 Haqqında Konvensiyanın 7 sayıl Protokolunun 5-ci maddəsinə görə ərlə arvad bərabər hüquqlara malikdirlər və uşaqları ilə münasibətlərdə, habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Məhkəmə qeyd edir ki, mahiyyət etibarı ilə valideynlərlə uşaqların münasibətlərində aliment institutunun mövcudluğunun qanunverici tərəfindən tanınması ilk növbədə və birmənalı olaraq uşaqların mənafelərinin qorunmasına yönəlmişdir. Qanun normasının mənasına görə heç bir yerdə işləməmək, az gəlir əldə etmək, yaxud digər əsaslar valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Göstərilən hallar ancaq alimentin miqdarının müəyyən edilməsində nəzərə alına bilər. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə,valideynlər mənbəyindən asılı olmayaraq, öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir. «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarında göstərilir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatını ödəmək vəzifəsindən azad etmir. Həmin qərarda Konstitusiya Məhkəməsi belə nəticəyə gəlmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu qərarın birinci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 №-li qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi”). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum olanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qanun normasının mənasına görə tərəflərinin ailə vəziyyətlərinin dəyişməsi dedikdə, aliment ödəyən şəxslərin himayəsində olan şəxslərin sayının artması və bunun onun maddi vəziyyətinə mənfi təsir etməsi başa düşülür. Aliment ödəyən şəxsin vəziyyətinin dəyişməsinə o hallar da daxildir ki, onunla müqayisədə birinci növbədə aliment ödəməli olan şəxslər meydana çıxmış olur. Ailə Məcəlləsinin 112.1-ci maddəsində göstərilən tərəflərin maddi vəziyyətinin dəyişməsi dedikdə, onların maddi vəziyyətlərinin yaxşılaşması və ya pisləşməsi nəzərdə tutulur. Qanun normasının mənasına görə bu hal aliment ödəyən, yaxud aliment alan şəxsin gəlirinin çoxalması və ya azalması ilə əlaqədar olur. Belə ki, aliment öbdəyən şəxs gəlirləri azaldıqda, o, alimentin miqdarının azaldılmasını, əksinə, onun gəlirləri çoxaldıqda, aliment alan şəxs alimentin miqdarının artırılmasını tələb edə bilər. Ailə Məcəlləsinin 112.1-ci maddəsində məhkəməyə həmçinin tərəflərin həm də diqqətəlayiq başqa maraqlarını nəzərə almaqla alimentin miqdarını dəyişməsi və ya alimenti ödəyən şəxsi onun ödəməkdən azad etməsi səlahiyyətləri verilmişdir. Tərəflərin başqa diqqətəlayiq maraqlarına aliment alan şəxsin aliment verən şəxsə qarşı cinayət törətməsi və yaxud ailədə nalayiq hərəkətlərə yol verməsi; ailə üzvləri ilə amansız davranması, spirtli içkilərdən və narkotik vasitələrdən sui-istifadə etmsəsi və bu səpkidə sair hallar aid edilə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» 28 mart 2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 8.13-cü bəndində göstərilir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. İlk iddia ilə bağlı məhkəmə qeyd edir ki, iş materiallarından görünür ki, Balakən Rayon Məhkəməsinin 04 sentyabr 2020-ci il tarixli, 2(019)-611/2020 saylı qətnaməsilə alimentin miqdarı müəyyən olunduqdan sonra hazırki iş üzrə İddiaçı ailə və ya maddi vəziyyətində hər hansı dəyişiklik olmamış; yəni onun himayəsində olan şəxslərin sayı artmamış, gəliri azalmamış, həmçinin onun diqqətəlayiq hər hansı maraqları meydana çıxmamışdır. Balakən Rayon Məhkəməsinin 04 sentyabr 2020-ci il tarixli, 2(019)-611/2020 saylı qətnaməsi ilə alimentin miqdarı müəyyən olunarkən tərəflərin, o cümlədən İddiaçı ailə və maddi vəziyyəti; onun başqa nikahdan11 mart 2016-cı il tarixdə doğulmuş X18 adlı uşağının olması, maraqları, 2020-ci il üçün ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumunun məbləği, valideynlərin uşaqlarına həmin yaşayış minimumu məbləğindən az olmayan maddi təminat yaratmaq vəzifəsi və bu xüsusda tərəflərin mənafeləri arasında ədalətli tarazlıq prinsipi nəzərə alınmışdır. İddiaçı tərəfindən Balakən Rayon Məhkəməsinin 04 sentyabr 2020-ci il tarixli, 2(019)-611/2020 saylı qətnaməsindən verilən apellyasiya şikayətinə baxan apellyasiya instansiyası məhkəməsi də qətnamədə alimentin tutulmasına əsas olmuş faktoloji və hüquqi hallara hüquqi qiymət verərək, onları əsaslı hesab etmişdir. Aliment təyin olunduqdan sonra isə İddiaçı tutulan alimentin miqdarının dəyişdirilməsinə (azaldılmasına) səbəb ola biləcək ailə və maddi vəziyyətində hər hansı əsaslı halın baş verməsi müəyyən olunmur. Həmçinin iş materiallarından görünür ki, İddiaçı və X15 uşaqları 11 mart 2016-cı il tarixdə doğulmuş X18 ilə bir ailədə yaşayırlar. İddiaçı və X2 nikahları pozulmamışdır və onlar bir evdə, bir ailədə yaşamaqla bir yerdə uşaqları Ramalı maddi cəhətdən təmin edirlər. Bu səbəbdən İddiaçı oğlu Ramala aliment verməsi barədə ilk iddianın əsaslandırdığı hal aliment məbləğinin azaldılması üçün əsas kimi qəbul oluna bilməz. Ona görə də məhkəmə hesab edir ki, hazırki işdə alimentin miqdarının dəyişilməsinə (azaldılmasına) əsas ola biləcək hallar müəyyən olunmadığı və aliment təyin olunduqdan sonra uşaqlar üçün yaşayış minimumunun 2021-ci il üçün daha da artması şəraitində bu alimentin miqdarının dəyişdirilməsi (azadılması) şübhəsiz kimi, İddiaçıla Cavabdeh birgə nikahından doğulmuş uşaqların maddi vəziyyətinə və əvvəlki təminat səviyyəsinə mənfi təsir göstərəcəkdir ki, bu da yolverilməzdir. Məhkəmə qeyd edir ki, alimentin azaldılması barədə məhkəməyə müraciət edən şəxs bu tələbini mötəbər sübutlarla əsaslandırmalıdır. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcudluğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birincİ instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ-hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin başqa halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv,qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası MPM (MPM-nin 77.1-ci maddəsi) sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Azərbaycan Respublikası MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır. Bu da qanunun tələbindən irəli gəlir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi bildirmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. İlk iddia üzrə İddiaçı Balakən Rayon Məhkəməsinin 04 sentyabr 2020-ci il tarixli, 2(019)-611/2020 saylı qətnaməsilə alimentin miqdarı müəyyən olunduqdan sonra onun himayəsində olan şəxslərin sayı artmaqla, bunun onun maddi vəziyyətinə mənfi təsir etməsi və ya başqa formada ailə vəziyyətində dəyişiklik olması və gəlirləri azalmaqla maddi vəziyyətinin pisləşməsi və ya başqa formada maddi vəziyyətində dəyişiklik olması, həmçinin başqa diqqətəlayiq maraqlarının meydana çıxması və bu halların təyin olunmuş alimentin miqdarının azaldılması üçün faktoloji və hüquqi əsas yaratmasını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmiş, iddia tələbinin əsaslandırıldığı halları sübut edə bilməmişdir. Halbuki qanuna görə (MPM-nin 77.1-ci maddəsi) iddia tələbinin əsaslandırıldığı halları sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Qeyd edilənlər də ilk iddia tələbinin tamamilə əsassız olmasını göstərir. Göstərilənlərin konteksində məhkəmə qarşılıqlı iddia tələbinə hüquqi qiymət verərək, həmçinin hesab edir ki, xeyrinə aliment ödənilən uşaqların böyüdükcə maddi tələbatlarının yüksəlməsi, aliment təyin edilən 4 sentyabr 2020-ci il tarixdə uşaqlar üçün yaşayış minimumunun ölkə üzrə 170 manat olduğu təqdirdə, hazırda bu yaşayış minimumunun artması (2021-ci ildə uşaqlar üçün yaşayış minimumunun 175 manat təşkil etməsi) və bu xüsusda uşaqların təminat səviyyəsinin maksimal saxlanması zərurəti qarşılıqlı iddia tələbi üzrə alimentin miqdarının dəyişdirilməsi (artırılması) üçün qanunda göstərilən əsas kimi qəbul edilməlidir. Belə ki, 13 iyun 2010-ci il tarixdə anadan olmuş X3 və 27 noyabr 2011-ci ildə anadan olmuş X1 üçün Balakən Rayon Məhkəməsinin 04 sentyabr 2020-ci il tarixli, 2(019)-611/2020 saylı qətnaməsi ilə təyin edilmiş hər ay hər uşağa görə 160 (bir yüz altmış) manat, cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində aliment həmin uşaqların yaşının və bu xüsusda tələbatlarının artması zərurətinə cavab vermir. Ona görə də həmin alimentin miqdarı artırılmalıdır. Uşağa ən azından yaşayış minimumunun təmin edilməsi valideynin birbaşa vəzifəsidir və yuxarıda qeyd olunduğu kimi, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqlarla bölüşməyə borcludurlar. Qarşılıqlı iddia üzrə iddiaçının izahatından və iş materiallarından həmçinin görünür ki, qarşılıqlı iddia üzrə cavabdehin ödədiyi aliment yetkinlik yaşına çatmayan uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün yetərli deyildir və bu səbəbdən qarşılıqlı iddia üzrə iddiaçının marağını əhəmiyyətli dərəcədə pozur. Belə ki, 13 iyun 2010ci il tarixdə anadan olmuş X16 və 27 noyabr 2011-ci ildə anadan olmuş X17 böyüdükcə onların tələbatı, o cümlədən maddi tələbatı artır. Bu da uşaqları saxlamaq üçün valideynlərin üzərinə əlavə vəzifələr qoyur. Ölkə üzrə uşaqların saxlanması üçün yaşayış minimumunun artması da uşaqların mənafeyinin qorunmasına, hazırki şəraitdə onların təminatı səviyyəsinin mümkün qədər maksimal saxlanması zərurətinin təmin edilməsinə yönəlmişdir. Bu xüsusda uşaqların əvvəlki təminat səviyyəsinin maksimal saxlanması və tərəflərin mənafeləri arasında ədalətli tarazlığın təmin edilməsi zərurəti nəzərə alınaraq, qarşılıqlı iddia üzrə təyin olunmuş alimentin dəyişdirilərək (artırılaraq) hər ay hər bir uşaq üçün 200 manat müəyyən olunması tələbinin qismən-hər ay hər bir uşaq üçün 175 manat hissəsində təmin edilməsi əsaslı və ədalətlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, qarşılıqlı iddia uşaqların saxlanması üçün hər ay hər bir uşaq üçün 175 manatdan artıq alimentin dəyişdirilməsi (artırılması) tələbi hissəsində təmin edilməməlidir. Belə ki, qarşılıqlı iddia üzrə iddiaçı alimentin miqdarının aylıq hər bir uşaq üçün 200 manat müəyyən edilməsinin zəruri olmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmiş, məhz 200 manat aliment tələbinin tam əsaslı olmasını sübut edə edə bilməmişdir. Halbuki qanuna görə ( MPM-nin 77.1-ci maddəsi) bu vəzifə onun üzərinə düşür. Ona görə də məhkəmə qarşılıqlı iddia üzrə təyin olunmuş alimentin miqdarının ayda hər bir uşaq üçün 175 manatadək dəyişdirilməsi (artırılması), bu məbləğdən artıq tələb hissəsində isə qarşılıqlı iddianın rədd olunması nəticəsinə gəlir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 №-li qərarının 8.14-cü bəndində qeyd edilir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Ona görə də məhkəmə belə qənaətə gəlir ki, qarşılıqlı iddia üzrə təyin olunmuş alimentin dəyişdirilməsi (artırılması) hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, qarşılıqlı iddia qismən təmin olunmalı, Balakən Rayon Məhkəməsinin 04 sentyabr 2020-ci il tarixli, 2(019)-611/2020 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilməli (artırılmalı), 13 iyun 2010-ci il tarixdə anadan olmuş X3 və 27 noyabr 2011-ci ildə anadan olmuş X5 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən hər ay hər uşağa görə 175 manat, hər ay cəmi 350 manat sabit pul məbləğində aliment tutularaq, Cavabdeh verilməli, qarşılıqlı iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, ilk iddianın təmin olunmaması nəticəsinə gəlindiyi üçün ilk iddianın qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu ilk iddia üzrə İddiaçı aid edilməli, qarşılıqlı iddia qismən təmin olunduğu və qarşılıqlı iddia üzrə iddiaçı hazırki qarşılıqlı iddia ilə bağlı dövlət rüsumunu ödəməkdən azad olunduğu üçün, qarşılıqlı iddianın təmin olunmuş hissəsinə münasib olaraq ilk iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 26.25 manat məbləğində dövlət rüsumu tutularaq, Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “X24” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumü ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmuyu ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına uyğun müvafiq qiymət verərək, hesab edir ki, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbinə dair ilk iddiası əsassız olduğundan təmin edilməməli, qarşılıqlı iddia qismən təmin edilməli, Balakən Rayon Məhkəməsinin 04 sentyabr 2020-ci il tarixli, 2(019)-611/2020 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilməli (artırılmalı), 13 iyun 2010-ci il tarixdə anadan olmuş X3 və 27 noyabr 2011-ci ildə anadan olmuş X5 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən hər ay hər uşağa görə 175 manat, hər ay cəmi 350 manat sabit pul məbləğində aliment tutularaq, Cavabdeh verilməli, qarşılıqlı iddia qalan hissədə təmin olunmamalıdır. Məhkəmə həmçinin hesab edir ki, ilk iddianın qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu ilk iddia üzrə İddiaçı oğluna aid edilməli, qarşılıqlı iddianın təmin olunmuş hissəsinə münasib olaraq ilk iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 26.25 manat məbləğində dövlət rüsumu tutularaq, Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı Cavabdeh Murtuzəli qızına qarşı alimentin miqdarının azaldılması tələbinə dair ilk iddiası təmin edilməsin; ilk iddianın qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu ilk iddia üzrə İddiaçı aid edilsin. Qarşılıqlı iddia qismən təmin edilsin; Balakən Rayon Məhkəməsinin 04 sentyabr 2020ci il tarixli, 2(019)-611/2020 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilsin (artırılsın); 13 iyun 2010-ci il tarixdə anadan olmuş X3 və 27 noyabr 2011-ci ildə anadan olmuş X5 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən hər ay hər uşağa görə 175 manat, hər ay cəmi 350 manat sabit pul məbləğində aliment tutularaq, Cavabdeh verilsin; qarşılıqlı iddia qalan hissədə olunmasın; ilk iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 26.25 manat məbləğində dövlət rüsumu tutularaq, Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar