Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № 2(019)-798/2021 12.07.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, İddiaçı1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 Cavabdeh qarşı 28.09.2012-ci il tarixli 4Ə-460 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, ********** reyestr nömrəli 21.01.2015-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışın ləğv olunması tələbinə dair məhkəməyə daxil olmuş iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq, müəyyən etdim: İddiaçı1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Balakən rayon Notariat Kontorunda bağlanmış 28.09.2012-ci il tarixli 4Ə- 460 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh adma verilmiş ********** reyestr nömrəli 21.01.2015-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışın ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra Azərbaycan Respublikası MPM) 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Hazırki ərizənin məhkəmə icraatının mümkünlüyü yoxlanılarkən müəyyən edilmişdir ki, ərizənin Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət olunmamışdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 149.2.2-ci maddəsinə əsasən ərizədə işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları göstərilməlidir. Lakin hazırki iddia ərizəsində iddiaçılar kimi göstərilən İddiaçı1, İddiaçı2 və İddiaçı4 poçt ünvanları göstərilməmişdir. Belə ki, qanuna görə hər bir iddiaçının poçt ünvanı iddia ərizəsində dəqiq və tam göstərilməlidir (şəhər yaşayış məntəqələrində o cümlədən müvafiq küçə və evin və mənzilin nömrəsi). Çünki hər bir iddiaçı mülki prosesdə iştirak edən, prosessual hüquq və vəzifələrə malik olan, irəli sürülmüş iddia tələbinin əsaslandırılması ilə bağlı sübut etmə yükünü daşıyan müstəqil prosessual subyektdir. Qeyd olunanlar yuxarıda göstərilən qanun normalarına əsasən hazırki ərizənin qaytarılması üçün əsasdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən hesab edirəm ki, İddiaçı1, İddiaçı2, İddiaçı4 qızının və İddiaçı3 Cavabdeh qarşı 28.09.2012-ci il tarixli 4Ə-460 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, ********** reyestr nömrəli 21.01.2015-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışın ləğv olunması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və İddiaçı1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 iddia ərizəsinin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 149-152,263-264 və 266- 268-ci maddələrini rəhbər tutub, q ə r a r a a l d ı m: İddiaçı1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 Cavabdeh qarşı 28.09.2012-ci il tarixli 4Ə-460 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, ********** reyestr nömrəli 21.01.2015-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışın ləğv olunması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın; İddiaçı1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 iddia ərizənin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə müraciət etmək hüququ izah edilsin. Qərardaddan surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamin Tahirov
Məhkəmə qərarları › İş №2(019)-798/2021
Balakən Rayon Məhkəməsi Qərardad — İş №2(019)-798/2021
12.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver