Məhkəmə qərarları › İş №2(019)-8/2021

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-8/2021

05.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-8/2021 05.05.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi Doldolova Ramilə Kamil qızının katibliyi, İddiaçı, Cavabdeh, onun vəkili Nümayəndə iştirakları ilə İddiaçı Cavabdeh qarşı ziyan tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Balakən rayonu Hənifə kəndində yerləşən 0,25 ha həyətyanı torpaq sahəsindən I qanunsuz istifadə etdiyinə görə Cavabdeh ona vurduğu 5000 (beş min) manat ziyanın alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddiasını müdafiə edərək izahatında göstərdi ki, X2, X1, X3 və X4 0.7833 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Onlar 04 aprel 2018-ci il tarixdə mülkiyyətlərinə verilmiş 0.7833 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin 18 saylı Ərazi İdarəsindən reyestr nömrəsi **********95 olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışlar. X6 və ailə üzvləri onlara məxsus olan 0.7833 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini satdıqlarını bildirmişlər. Torpaq sahəsinə ehtiyacı olduğuna görə həmin torpaq sahəsini almaq qərarına gəlmişdir. X6, X5, X7 və X9 05 aprel 2018-ci il tarixli AN-İ nömrəli alqı-satqı müqaviləsi ilə özlərinə məxsus olan Balakən rayonu Hənifə kəndində yerləşən 0.7833 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini ona 500 manata satmışdırlar. Bundan sonra o, 05 aprel 2018-ci il tarixli AN-İ nömrəli alqı-satqı müqaviləsi əsasında Balakən rayonu Hənifə kəndində yerləşən 0.7833 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə öz adına Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 18 saylı Ərazi İdarəsindən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışdır. Cavabdeh 0.25 ha torpaq sahəsini qanunsuz zəbt etdiyinə görə ona qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək daşınmaz əmlakın dövlət reyestri ilə mülkiyyətinə verilmiş Balakən rayonu Hənifə kəndində yerləşən 0.25 ha həyətyanı torpaq sahəsindən Cavabdeh çıxarılması, iddiaçının həmin torpaq sahəsinə mülkiyyət hüququnun bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin 16 may 2019-cu il tarixli 2(019)-559/2019 nömrəli qətnaməsi ilə onun iddiası təmin edilmiş, Cavabdeh onun mülkiyyətində olan, Balakən rayonu Hənifə kəndində yerləşən 0,25 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılması və onun həmin torpaq sahəsinə mülkiyyət hüququnun bərpa olunması qət edilmişdir. Cavabdeh 20 ildir ki, ona məxsus olan 0.25 ha torpaq sahəsindən istifadə edir və ona maddi ziyan vurmaqda davam edir. Cavabdehin bu müddət ərzində onu qanuni torpaq sahəsindən istifadə hüququndan məhrum etdiyinə və orada əkin biçin apara bilmədiyinə görə hesab edir ki, ona cavabdeh tərəfindən 5000 (beş min) manat zərər vurulmuşdur. Buna görə də iddia tələbi ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, o, İddiaçı mülkiyyətində olan torpaq sahəsindən istifadə etmir. O.özünün mülkiyyətində olan torpaq sahəsindən istifadə edir. İddiaçı onun tərəfindən 0,25 ha torpaq sahəsindən istifadə etməklə ona maddi ziyan vurulması barədə hər hansı mötəbər sübutu, ekspert, mütəxəssis rəyini məhkəməyə təqdim edə bilməmişdir.İddiaçının istinad etdiyi Balakən Rayon Məhkəməsinin 16 may 2019-cu il tarixli 2(019)-559/2019 nömrəli qətnaməsi Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107) -106/2020 nömrəli, 17 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə ləğv edilmiş, İddiaçı onun torpaq sahəsindən çıxarılması tələbinə dair iddiası rədd edilmişdir. Ona görə də iddiaçının iddia tələbi əsassızdır. İddia tələbinin təmin edlməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İşdə olan Balakən Rayon Məhkəməsinin 16 may 2019-cu il tarixli 2(019)-559/2019 nömrəli qətnaməsindən görünür ki, həmin qətnamə ilə İddiaçı iddiası təmin edilmiş, Cavabdeh Məhəmərəsul oğlunun İddiaçı mülkiyyətində olan , Balakən rayonu Hənifə kəndində yerləşən 0.25 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılması və İddiaçı həmin torpaq sahəsinə mülkiyyət hüququnun bərpa edilməsi qət edilmişdir. İşdə olan Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107) -106/2020 nömrəli, 17 sentyabr 2020-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh apellyasiya şikayəti təmin edilmiş, Balakən Rayon Məhkəməsinin 16 may 2019-cu il tarixli 2(019)- 559/2019 nömrəli qətnaməsi ləğv edilmiş, İddiaçı Cavabdeh qarşı daşınmaz əmlakın dövlət reyestri ilə mülkiyyətinə verilmiş Balakən rayonu Hənifə kəndində yerləşən 0.25 ha həyətyanı torpaq sahəsindən Cavabdeh çıxarılması, iddiaçının həmin torpaq sahəsinə mülkiyyət hüququnun bərpa edilməsi tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsi tərəfindən 14.04.2016-cı il tarixli 046379 nömrəli torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Balakən rayonu Hənifə kəndində yerləşən 0.70 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında iddiaçının izahatı, işdə olan sübutların bilavasitə tədqiqi əsasında işin faktiki halları araşdırılarkən müəyyən edildi ki, İddiaçı mülkiyyətində Balakən rayonu Hənifə kəndində yerləşən 0.7833 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. İddiaçı həmin torpaq sahəsinin 0,25 hektar hissəsinin Cavabdeh tərəfindən zəbt edildiyini iddia edərək, daşınmaz əmlakın dövlət reyestri ilə mülkiyyətinə verilmiş Balakən rayonu Hənifə kəndində yerləşən 0.25 ha torpaq sahəsindən Cavabdeh çıxarılması, iddiaçının həmin torpaq sahəsinə mülkiyyət hüququnun bərpa edilməsi tələbinə dair iddia ərizəsi Balakən Rayon Məhkəməsinə müraciət etmişdir. Balakən Rayon Məhkəməsinin 16 may 2019-cu il tarixli 2(019)-559/2019 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh İddiaçı mülkiyyətində olan, Balakən rayonu Hənifə kəndində yerləşən 0.25 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılması və İddiaçı həmin torpaq sahəsinə mülkiyyət hüququnun bərpa edilməsi qət edilmişdir. Bundan sonra İddiaçı hazırkı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Balakən rayonu Hənifə kəndində yerləşən 0,25 ha həyətyanı torpaq sahəsindən qanunsuz istifadə etdiyinə görə Cavabdeh ona vurduğu 5000 (beş min) manat ziyanın alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sözügedən iddia tələbinə məhkəmədə baxılan dövrdə Cavabdeh Məhəmərəsul oğlu Balakən Rayon Məhkəməsinin 16 may 2019-cu il tarixli 2(019)-559/2019 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermiş, bu səbəbdən hazırkı işin icraatı dayandırılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107) - 106/2020 nömrəli, 17 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilmiş, Balakən Rayon Məhkəməsinin 16 may 2019-cu il tarixli 2(019)- 559/2019 nömrəli qətnaməsi ləğv edilmiş, İddiaçı Cavabdeh qarşı daşınmaz əmlakın dövlət reyestri ilə mülkiyyətinə verilmiş Balakən rayonu Hənifə kəndində yerləşən 0.25 ha həyətyanı torpaq sahəsindən Cavabdeh çıxarılması, iddiaçının həmin torpaq sahəsinə mülkiyyət hüququnun bərpa edilməsi tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. Həmin qətnamə qanuni qüvvəsini aldıqdan sonra hazırkı işin icraatı təzələnmiş və məhkəmə baxışı təyin edilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin zərərin əvəzinin ödənilməsini müəyyən edən 21-ci maddəsinə görə hüququ pozulmuş şəxs pozulmuş hüququnun bərpası üçün çəkdiyi xərcləri, əmlakından məhrum olması ilə əlaqədar və ya hüququ pozulmasaydı, əmlakı zədələnməsəydi, onun adi mülki dövrüyyə şəraitində əldə edəcəyi gəlirlərin əvəzini tələb edə bilər. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüqüqu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarının nəticəvi hissəsinin 1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mülki Məcəllənin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1096.2-ci maddəsinin tələbinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, işin hallarını, Cavabdeh İddiaçı mülkiyyətində olan 0,25 hektar torpaq sahəsindən istifadə etməməsini, ona ziyan vurmamasını nəzərə alaraq hesab edir ki, İddiaçı Cavabdeh qarşı ziyan tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddəsini rəhbər tutaraq, məhkəmə qət etdi : İddiaçı Cavabdeh qarşı ziyan tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar