Məhkəmə qərarları › İş №2(019)-817/2020

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-817/2020

10.11.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-817/2020 10.11.2020 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi-vəkili Nümayəndə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Balakən Rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı uşağın yaşayış yerinin onun yanında olmasının müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Balakən Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2 (019) -543/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş xx.xx.2011-ci il tarixdə anadan olmuş X11 yaşayış yerinin dəyişdirilərək onun yanında olmasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi-vəkili Nümayəndə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, xx xxxxxxxx 2011-ci il tarixdə doğulmuş X11 Balakən Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli, 2(019)-543/2018 nömrəli qətnaməsi ilə müəyyən edilmiş yaşayış yerinin dəyişdirilərək, atası İddiaçı Balakən rayonu Hənifə kəndində yerləşən yaşayış yeri kimi müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, xx xxxxxx 2010-cu il tarixdə Balakən rayonu Talalar kənd sakini Cəlilova (Süleymanova) Zülfıyyə Nazim qızı ilə evlənmişlər. Nikahları xx.xx.2011 -ci il tarixdə 16 sayla Balakən rayon Hənifə kənd İƏD-də rəsmiləşdirilmişdir. Onunla birgə yaşadıqları dövrdə 1 oğulları olmuşdur. X13 -xx.xx.2011 ci il tarixdə doğulmuşdur.Balakən Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(019)- 543/2018 saylı qətnaməsi ilə X8 ilə aralarında bağlanmış rəsmi nikahın pozulması və oğulları xx.xx.2011-ci il tarixdə doğulmuş X11 anası X2 yanında saxlanılması qərara alınmışdır. Həmin vaxtdan oğlu Həsən gah anası Zülfıyyənin, gah da Zülfıyyənin valideynləri olan Balakən rayon Talalar kənd sakinləri Cavabdeh1 və Cavabdeh2 himayəsində yaşamışdır. xx xxxxx 2020-ci il tarixdə Cəlilova (Süleymanova) Zülfıyyə Nazim qızı vəfat etmişdir. Həmin vaxtdan sonra oğlu Həsən onun valideynləri ilə birlikdə yaşadığı Balakən rayonunun Talalar kəndində yerləşən ata evinə gəlmişdir və onun himayəsində yaşayır. Oğlunu həmişə yaxşı baxmış, təhsili və tərbiyəsi ilə məşğul olmuşdur. Onun maddi və mənəvi istəklərini yüksək səviyyədə yerinə yetirməyə çalışır. Oğlu Həsən də onun himayəsində olmaqla onunla birlikdə yaşamaq istəyir. Hal-hazırda oğluna valideynin itirilməsi ilə bağlı tətbiq olunacaq imtiyazlardan istifadə etmək istəyir. Buna görə də oğlu Həsənin yaşayış yerinin onun yanında olmasının müəyyən edilməsi barədə məhkəmə qərarının əldə edilməsi onun üçün vacibdir və məhkəməyə müraciət etməli olmuşdur. Mən valideynlik hüququndan məhrum edilməmiş, nə də onun bu hüququ məhdudlaşdırılmamışdır. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi-vəkili Nümayəndə iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək xx.xx.2011-ci il tarixdə doğulmuş X11 həm baba və nənəsinin, həm də atasının yanında yaşadığını,hazırda uşağın atasının yanında yaşadığını, X11 yaşayış yerinin dəyişdirilərək atası İddiaçı yanında olmasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına təkrarən gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Balakən Rayon İcra Hakimiyyətinin başçısı yanında Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsi X9 təmsil etdiyi qəyyumluq və himayə komissiyasının rəyini müdafiə edərək, göstərdi ki, komissiya uşağın gələcək mənafeyini və mövcud qanunvericiliyi nəzərə alaraq X11 yaşayış yerinin atası İddiaçı yanında müəyyən edilməsini məqsədəuyğun hesab edir və bu barədə qanuni qətnamə qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 52-ci maddəsinə əsasən uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. Məhkəmə iclasında qanuni nümayəndəsinin və qəyyumluq və himayəçilik komissiyasının nümayəndəsinin iştirakı ilə xx.xx.2011-ci il tarixdə doğulmuş X13 anasının vəfat etdiyini, həm baba və nənəsinin, həm də atasının yanında yaşadığını, hazırda atası İddiaçı yanında yaşadığını, bundan sonra atası İddiaçı yanında daimi qalmaq istədiyini bildirərək, onun yaşayış yerinin dəyişdirilərək atası İddiaçı yanında olmasının müəyyən edilməsini xahiş etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş Balakən rayon Hənifə kənd inzibati ərazi dairəsi tərəfindən verilmiş xx xxx 2011-cu il tarixli AZ-İ seriyalı 658490 nömrəli nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı ilə X3 arasında xx xxx 2011-cı il tarixdə 16 nömrə ilə nikah bağlanmışdır, nikah bağlanandan sonra arvada Cəlilova soyadı verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş Balakən rayon Qeydiyyat şöbəsi tərəfindən xx xxxx 2018-ci il tarixdə verilmiş AZ-İ seriyalı 291847 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı ilə X10 arasında olan nikah ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx xxxx 2018-ci il tarixdə 73 nömrə ilə qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən xx xxxx 2020-ci il tarixdə verilmiş 645 nömrəli ölum haqqında akt qeydindən çıxarışdan görünür ki, X3 xx xxxxx 2020-ci il tarixdə ölmüşdur. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən rayon Hənifə kənd inzibati ərazi dairəsi tərəfindən xx xxxxxx 2011-cu il tarixdə verilmiş AZ-İİ seriyalı, 791360 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X13 xx.xx.2011-cı il tarixdə anadan olmuş, atası İddiaçı, anası X10 yazılmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən rayon Hənifə kənd inzibati ərazi dairəsi tərəfindən xx xxxxxx 2020-ci il tarixdə verilmiş 992 nömrəli arayışdan görünür ki, İddiaçı arvadı X10 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. X18 atası İddiaçı himayəsindədir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli 2(019)-543/2018 nömrəli qətnaməsinin surətindən görünür ki, iddia təmin edilmiş, İddiaçı ilə cavabdeh X10 arasında bağlanmış xx.xx.2011-ci il tarixdə Balakən rayon Hənifə kənd inzibati ərazi dairəsində 16 nömrə ilə qeyd edilmiş nikahın pozulması, onların birgə nikahından olan uşağı xx.xx.2011-ci il tarixdə doğulmuş X11 anası X4 yanında saxlanması qət edilmişdir. Məhkəmə iddiaçının nümayəndəsi-vəkilinin və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Balakən Rayon İcra Hakimiyyətinin başçısı yanında Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsinin izahatlarını və yetkinlik yaşına çatmayan uşağın fikrini dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edərək, hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi zamanı müəyyən edildi ki, İddiaçı X3 ilə nikahlarını xx.xx.2011-ci il tarixdə 16 sayla Balakən rayon Hənifə kənd inzibati ərazi dairəsində rəsmiləşdirməklə evlənmişlər. Birgə nikahlarından xx.xx.2011-ci il tarixdə X13 adında bir uşaqları olmuşdur. Balakən Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli 2(019)-543/2018 nömrəli qətnaməsi ilə İddiaçı ilə cavabdeh X10 arasındakı nikah qeydi pozulmuş, boşanmadan sonra tərəflərin uşağı -xx.xx.2011-ci il tarixdə doğulmuş X13 anası X5 yanında saxlanmışdır. X3 xx xxxxx 2020-ci il tarixdə ölmüş, onun ölümündən sonra uşaq həm cavabdehlərin, həm də iddiaçının yanında yaşamışdır. Daha sonra isə xx.xx.2011-ci il tarixdə doğulmuş X13 iddiaçının yanında qalmışdır. İddiaçı uşağın yaşayış yerinin onun yanında olmasının müəyyən edilməsi barədə hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Qəyyumluq və himayə orqanı uşağın atasının himayəsinə verilməsini uşağın mənafeyinə uyğun hesab edir. BMT-nin Baş Assambleyasının xx xxxxxx 1959-cu il tarixli 1386(XİU) saylı qətnaməsi ilə elan edilmiş X6 8-ci prinsipinə əsasən uşaq bütün şəraitdə ilk yardım olunanlar arasında olmalıdır. BMT-nin xx xxxxxx 1989-cu il tarixli “Uşaq hüquqları haqqında” Konvensiyasının 3-cü maddəsinə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya onun üçün qanuna görə məsuliyyət daşıyan digər şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə uşağı təmin etməyi öhdəyə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görür. Həmin Konvensiyanın 9-cu maddəsinə əsasən iştirakçı dövlətlər təmin edirlər ki, uşaq və valideynləri onların arzusuna zidd olaraq ayrı düşməsinlər, amma məhkəmənin qərarına uyğun olaraq səlahiyyətli orqanların tətbiq edilən qanuna və prosedurlara müvafiq surətdə belə ayrılığın uşağın ən yaxşı mənafeyi üçün zəruri olduğunu müəyyənləşdirdikləri hallar istisna təşkil edir. Belə müəyyənləşdirmə bu və ya digər konkret halda, məsələn, valideynlər uşaqla qəddarcasına rəftar etdikdə və ya onun qayğısına qalmadıqda və ya valideynlər bir-birindən ayrı yaşadıqda və uşağın yaşayış yeri barədə qərar qəbul edilməli olduqda zəruri ola bilər. “Uşaq hüquqları haqqında “Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. “Uşaq hüquqları haqqında “Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. “Uşaq hüquqları haqqında “Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Göründüyü kimi həm beynəlxalq hüquqi aktlar, həm də Azərbaycan Respublikasının qanunvericiliyi ilə birmənalı olaraq müəyyən edilmişdir ki, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşaqların mənafeyi üstün tutulmalı, onların maraqlarının daha yaxşı təmin edilməsinə diqqət yetirilməlidir. Azərbaycan Respublikası Aliə Məcəlləsinin 58.1-58.3-cü maddələrinə əsasən valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Valideynlər digər şəxslərlə müqayisədə öz uşaqlarının tərbiyəsində üstün hüquqlara malikdirlər. Azərbaycan Respublikası Aliə Məcəlləsinin63.1-ci maddəsinə əsasən valideynlər məhkəmənin qərarına və ya qanuna əsaslanmadan uşağı yanında saxlayan hər hansı şəxsdən onu geri qaytarmağı tələb edə bilərlər. Bu halda mübahisə yarandıqda valideynlər məhkəməyə müraciət etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrininmüvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək bu nəticəyə gəlir ki, iddia təmin edilməli, xx xxxxxxxx 2011-ci il tarixdə doğulmuş X11 Balakən Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli, 2(019)-543/2018 nömrəli qətnaməsi ilə müəyyən edilmiş yaşayış yeri dəyişdirilərək, atası İddiaçı Balakən rayonu Hənifə kəndində yerləşən yaşayış yeri kimi müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. xx xxxxxxxx 2011-ci il tarixdə doğulmuş X11 Balakən Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli, 2(019)-543/2018 nömrəli qətnaməsi ilə müəyyən edilmiş yaşayış yeri dəyişdirilərək, atası İddiaçı Balakən rayonu Hənifə kəndində yerləşən yaşayış yeri kimi müəyyən edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar