Məhkəmə qərarları › İş №2(019)-82/2021

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-82/2021

01.02.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-82/2021 01.02.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, X3, İddiaçı nümayəndəsi Nümayəndə, və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və X19 Xidmət X5rşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və əmlaka mülkiyyət hüququnun bərpa edilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və X19 Xidmət X5rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış X19 Xidmət Mərkəzinin Notariat Ofisində xx xxxxxx 2017-ci il tarixdə 3M-50 nömrə ilə qeydə alınmış X15 Müqaviləsinin etibarsız hesab edilməsi və həmin əmlaka mülkiyyət hüququnun bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Balakən rayonunun Meşəşambul kənd sakinidir, 84 yaşı var. X7 xx.xx.2006-cı ildə ölmüşdür. 3 il əvvəl, yəni xx.xx.2017-ci il tarixdə mərhum əri X6 ona miras qalmış Balakən rayonu Meşəşambul kəndində yerləşən həyətyanı torpaq sahəsi olan 0.0113 ha torpaq sahəsindən və 60.80 kv.m fərdi yaşayış evindən ona düşən miras payını digər miras şəriki olan cavabdeh- qızı Cavabdeh1 bağışlamışdır. O, bağışlama müqaviləsini öz iradəsindən asılı olmayaraq aldadılaraq imzalamışdır. Belə ki, müqavilə bağlanıldıqdan 7-8 ay sonra ona məlum olmuşdur ki, qızı Nəzmiyyət onu aldatmış və ona bağışlama müqaviləsi imzalatmışdır. 07.11. 2017-ci il tarixdə qızı Cavabdeh1 onu torpaq pulu almaq bəhanəsi ilə Balakən rayonuna aparmışdır. Orada ona heç bir idarə və təşkilata girmədən yolda oturduğu taksi maşınında müəyyən sənədlər imzalatmışdır. Bundan sonra ona 100 manat pul vermiş, torpaq pulu aldığını bildirmiş və bu barədə heç kimə deməməsini xahiş etmişdir. Bundan sonra qızı Nəzmiyyət onu özü ilə Dağıstan Respublikasının Maxaçqala şəhərinə aparmış, bir müddət orada qızı Nəzmiyyətlə yaşamışdır. Sonra onlar 2018-ci ilin yay ayında Maxaçqala şəhərindən öz evlərinə qayıtmışlar. Bundan sonra qızı yaşadıqları evi və torpaq sahəsini satmaq istədiyini bildirmişdir. Bununla bağlı aralarında mübahisə yaranmış və həmin vaxt Nəzmiyyət ona bildirmişdir ki, “yaşadığı ev, torpaq özünün adınadır, evi istərsə satar, istəsə bağışlayar”. Həmin vaxt ona məlum olmuşdur ki, Nəzmiyyət onu aldatmış, onu Notariat Kontoruna aparmış və torpaq pulu almaq bəhanəsi ilə ona bağışlama müqaviləsi imzalatmışdır. O, ahıl şəxsdir. Milliyəti avardır. Azərbaycan dilində nə danışmağı, nə də yazmağı bilmir. Sənədləri imzalayarkən taksi maşınında olmuşdur. Ona imzaladığı sənədlərin mahiyyəti avar dilində notarius tərəfındən təqdim olunmuş tərcüməçi tərəfindən izah olunmamışdır. O, Notariat Kontoruna gedərək, orada lazımi sənədləri imzalamaq iqtidarında olduğu halda, Notariat Kontoruna dəvət olunmamışdır. Bağışlama müqaviləsində fotoşəkli çəkilməmişdir. Şəklin hansı səbəbdən olmaması barədə müqavilədə qeyd yoxdur. Ona həmişə oğlu Nümayəndə baxmışdır. Hal-hazırda da onunla birlikdə yaşayır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddianı müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və X19 Xidmət Mərkəzinin Notariat Ofisinin nümayəndəsi məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına təkrarən gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 ifadəsində göstərdi ki, xx xxxxxx 2017-ci il tarixdə X19 Xidmət X4bağından keçəndə avtomaşında Ayşa Mehdiyevanı görmüş, bu zaman Ayşa hansısa kağıza imza etmişdir. Amma aralarında xeyli məsafə olduğundan həmin vaxt X17 X2, yoxsa digər hansısa sənədə imza etməsini görməmiş, bilməmiş və kimdənsə eşitməmişdir. Lakin həmin vaxt Ayşanın bağışlama müqaviləsinə imza etməsini ehtimal edir. Məhkəmə iş üzrə iddiaçının nümayəndəsini, iddiaçının vəkilini və şahidin ifadəsini dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş RX seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, X8 Balakən rayonu Meşəşambul kəndində yerləşən 60.80 kv.metr olan fərdi yaşayış evi və 0.0113 ha torpaq sahəsinə xüsusi mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunan xx xxxxxx 2017-ci il tarixli, 3M-50 saylı X15 Müqaviləsindən görünür ki, İddiaçı mərhum xx.xx.2006-cı ildə vəfat etmiş X6 miras qalan, Balakən rayonu Meşəşambul kəndində yerləşən 0.0113 ha istifadəsində olan torpaq sahəsindən və onun üzərində yerləşən ümumi sahəsi 60.80 kv.metr olan fərdi yaşayış evindən ona düşən miras payını digər miras şəriki olan qızı Cavabdeh1 bağışlamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 18 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2017-cu il tarixdə verilmiş reyestr nömrəsi **********54-10301, inventar nömrəsi 359 olan Texniki Pasportdan görünür ki, Balakən rayonu Meşəşambul kəndində 0.0113 ha istifadəsində olan torpaq sahəsi və onun üzərində yerləşən 60.80 kv.metr olan fərdi yaşayış evinə Cavabdeh1 adına texniki pasport tərtib edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunan xx xxxxxx 2017-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2012-cı ildə vəfat etmiş X8 vərəsəsi Balakən rayonu Sarıbulaq kəndində yaşayan qızı Cavabdeh1dır və o, miras əmlakdan 1/6 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanıda DƏDRX-nin 18 saylı Ərazi İdarəsi tərəfindən xx/xx/2017 tarixdə X10 verilmiş **********54-10301 reyestr nömrəli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Balakən rayonu Meşəşambul kəndində yerləşən 60.80 kv.metr olan fərdi yaşayış evi və 0.0113 ha torpaq sahəsindən ibarətdir. Miras əmlakın Nümayəndə çatacaq 1/6 hissə məcburi paya qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmədən açıq saxlanılır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunan xx xxxxxx 2017-ci il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2012-cı ildə vəfat etmiş X8 vərəsəsi Balakən rayonu Sarıbulaq kəndində yaşayan qızı Cavabdeh1dır və o, miras əmlakdan 4/6 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanıda DƏDRX-nin 18 saylı Ərazi İdarəsi tərəfindən xx/xx/2017 tarixdə X10 verilmiş **********54-10301 reyestr nömrəli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Balakən rayonu Meşəşambul kəndində yerləşən 60.80 kv.metr olan fərdi yaşayış evi və 0.0113 ha torpaq sahəsindən ibarətdir. Miras əmlakın Nümayəndə çatacaq 1/6 hissə məcburi paya qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmədən açıq saxlanılır. İş materiallarından həmçinin görünür ki, İddiaçı hazırki iddianın qaldırılması üçün 10 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iddiaçının nümayəndəsini, onun vəkilini və şahid ifadəsini dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında işdə olan sübutların bilavasitə tədqiqi əsasında işin faktiki halları araşdırılarkən müəyyən edildi ki, İddiaçı Cavabdeh1 anasıdır. İddiaçı xx xxxxxx 2017-ci il tarixdə X19 Xidmət Mərkəzinin Notariat Ofisində bağladığı 3M-50 saylı X18 Müqaviləsi ilə mərhum əri-xx.xx.2006-cı ildə vəfat etmiş X6 miras qalmış, Balakən rayonu Meşəşambul kəndində yerləşən 0.0113 ha torpaq sahəsindən və onun üzərində yerləşən ümumi sahəsi 60.80 kv.metr olan fərdi yaşayış evindən ona düşən miras payını digər miras şəriki olan qızı Cavabdeh1 bağışlamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 18 saylı Ərazi İdarəsi tərəfindən Balakən rayonu Meşəşambul kəndində 0.0113 ha torpaq sahəsi və onun üzərində yerləşən 60.80 kv.metr fərdi yaşayış evi üzrə Cavabdeh1 adına xx.xx.2017-cu il tarixdə reyestr nömrəsi **********54-10301, inventar nömrəsi 359 olan Texniki Pasport tərtib edilmişdir. İddiaçı sonradan özünün miras əmlakdan payını bağışlamaqdan imtina etdiyini bildirərək, Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 2017-ci il tarixli, 3M-50 nömrəli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və həmin əmlaka mülkiyyət hüququnun bərpa edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində iddia tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 339.2, 347.1-347.2 və 666.1-ci maddələrinə istinad etmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası qanunvericiliyinin tərkib hissəsi olan «İnsan Hüquqlarının və X11 Haqqında» Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “X12”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-146.2-ci maddələrinə görə daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla); daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.6-cı maddəsinə əsasən əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 328.1-ci maddəsinə əsasən əgər tərəflər hüquq və vəzifələrin əmələ gəlməsini baş verib-verməyəcəyi məlum olmayan hallardan asılı etmişlərsə, əqd şərtlə bağlanmış sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 328.2-ci maddəsinə əsasən bu Məcəllənin müəyyənləşdirdiyi tələblərə zidd olan, yaxud icrası mümkün olmayan şərt etibarsızdır. Belə şərtdən asılı olan əqd tamamilə etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 328.3-cü maddəsinə əsasən tərəflərin iradəsindən asılı olan şərt, yəni baş verməsi və ya baş verməməsi yalnız tərəflərin əqddəki arzusundan asılı olan şərt etibarsızdır. Belə şərtlə bağlanmış əqd etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.1-ci maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 334.1-ci maddəsinə əsasən əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 334.2-ci maddəsinə əsasən əqdin notarial təsdiqlənməsi qaydası “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339.3-cü maddəsinə əsasən aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339.5-ci maddəsinə əsasən əgər 339.1, 339.2 və 339.4-cü maddələrdə göstərilən əsaslardan biri üzrə əqd etibarsız sayılmışdırsa, bu Məcəllənin 337.5-ci maddəsinin qaydaları tətbiq edilir. Bundan başqa, digər tərəf hakimiyyətdən sui-istifadə nəticəsində zərərçəkənə vurduğu real zərərin əvəzini ödəyir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 347.1-ci maddəsinə əsasən vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 347.2-ci maddəsinə əsasən vacib əhəmiyyətli yanılma aşağıdakı hallardır: 347.2.1. şəxs razılıq verdiyi əqdi deyil, başqa əqdi bağlamaq istəmişdir; 347.2.2. şəxs bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhv etmişdir; 347.2.3. tərəflərin vicdanlılıq prinsipini rəhbər tutmaqla əqdin əsası kimi nəzərdən keçirdikləri hallar mövcud deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 347.3-cü maddəsinə əsasən əqdin motivləri barəsində yanılma, onun razılaşma predmeti olduğu hallar istisna edilməklə, vacib əhəmiyyətə malik deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 347.4-cü maddəsinə əsasən kontragentin şəxsiyyəti barəsində yanılma yalnız o zaman vacib sayılır ki, əqdin bağlanması üçün kontragentin şəxsiyyəti və ya şəxsi keyfiyyətlərinin nəzərə alınması başlıca əsas olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 347.5-ci maddəsinə əsasən predmetin əsas xüsusiyyətləri barəsində yanılma yalnız o zaman vacib sayılır ki, predmetin dəyərinin müəyyənləşdirilməsi üçün əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 347.6-cı maddəsinə əsasən yazılı əqdlər bağlanarkən buraxılmış xırda səhvlər düzəlişə hüquq verir, lakin mübahisə etməyə hüquq vermir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 347.7-ci maddəsinə əsasən vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqdi mübahisələndirmiş tərəf yanılmanın digər tərəfin təqsiri üzündən əmələ gəldiyini sübuta yetirərsə, özünə dəymiş real zərərin əvəzini ödəməyi digər tərəfdən tələb edə bilər. Bu, sübuta yetirilməsə, vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqdi mübahisələndirmiş tərəf digər tərəfin tələbi ilə ona dəymiş real zərərin əvəzini ödəməyə, hətta yanılmanın yanılan tərəfdən asılı olmayan səbəblərdən əmələ gəldiyi hallarda da borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.2-ci maddəsinə əsasən bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 668.1-ci maddəsinə əsasən bağışlama aşağıdakı hallarda etibarlıdır: 668.1.1. daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə… Azərbaycan Respublikası Mülki Məcəlləsinin 670.1-ci maddəsinə əsasən bağışlama şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 670.3-cü maddəsinə əsasən bağışlama müqaviləsinə uyğun olaraq hədiyyə verən və onun vərəsələri hədiyyə alanın götürdüyü öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi barədə iddia verə bilərlər. Əgər öhdəliyin icrası ilə ictimai mənafelərə riayət edilirsə, hədiyyə verənin ölümündən sonra icranı müvafiq icra hakimiyyəti orqanı tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 671-ci maddəsinə əsasən hədiyyə verən hədiyyə alanın ondan qabaq ölməsi halı üçün bağışlanmış əşyanın restitusiyası hüququnu özündə saxlaya bilər. Torpaq sahələri və ya onlara əşya hüquqları bağışlanarkən bu cür restitusiya hüququ daşınmaz əmlakın dövlət reyestrində qabaqcadan qeydə alına bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1-ci maddəsinə əsasən hədiyyə verən aşağıdakı hallarda bağışlamaqdan imtina edə bilər: 673.1.1. hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; 673.1.2. hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; 673.1.3. o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.2-ci maddəsinə əsasən hədiyyə verən bağışlamaq barəsində verdiyi vədi aşağıdakı hallarda ləğv edə və onun icrasından imtina edə bilər: 673.2.1. bu Məcəllənin 673.1-ci maddəsində nəzərdə tutulan hallarda; 673.2.2. vəd verildikdən sonra hədiyyə verənin əmlak münasibətləri bağışlamanı onun üçün son dərəcə ağır yükə çevirə biləcəyi dərəcədə dəyişdikdə; 673.2.3. vəd verildikdən sonra hədiyyə verənin ailə hüquq münasibətləri üzrə əvvəllər olmamış, yaxud çox cüzi həcmdə olmuş öhdəlikləri yarandıqda. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.3-cü maddəsinə əsasən imtina yalnız onun əsasının hədiyyə verənə məlum olduğu gündən bir il ərzində imtina haqqında bildirişin hədiyyə alana çatdığı halda qüvvədədir. Hədiyyə verənin həmin ilin sonunadək öldüyü halda imtina hüququ qalan müddət üçün onun vərəsələrinə keçir. Əgər hədiyyə alan hədiyyə verəni qəsdən öldürmüşsə və ya bağışlamanı ləğv etməkdə ona mane olmuşsa, hədiyyə verənin vərəsələri bağışlamaqdan imtina edə bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.4-cü maddəsinə əsasən bağışlamaqdan imtina edildikdə hədiyyə alan, əgər bağışlanmış predmet onun mülkiyyətindədirsə, hədiyyəni qaytarmağa borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 674.1-ci maddəsinə əsasən aşağıdakı hallarda bağışlama imtina hüququnun həyata keçirilməsinə zərurət olmadan ləğv edilir: 674.1.1. bağışlanması vəd edilmiş əşya itirildikdə və ya məhv olduqda; 674.1.2. hədiyyə verənin əmlakı üçün müsabiqə icraatı başlandıqda. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair» xx xxxxxx 2012-ci il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1-ci maddəsində nəzərdə tutulan bağışlama müqaviləsi əvəzsiz ikitərəfli müqavilə olmaqla hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Həmin Məcəllənin 670.1-ci maddəsinə uyğun olaraq bağışlama hədiyyə verənin bəhrələnməsi ilə bağlı olmayan şərtlərin və öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Mülki Məcəllədə nəzərdə tutulan müqavilə növlərindən biri də bağışlama müqaviləsidir. İş materiallarından göründüyü kimi, İddiaçı heç bir şərt və öhdəliyin yerinə yetirilməsini müəyyən etmədən mərhum əri X6 miras qalmış Balakən rayonu Meşəşambul kəndində yerləşən 0.0113 ha torpaq sahəsindən və onun üzərində yerləşən ümumi sahəsi 60.80 kv.metr olan fərdi yaşayış evindən ona düşən miras payını X19 Xidmət Mərkəzinin Notariat Ofisində təsdiq olunmuş xx xxxxxx 2017-ci il tarixli X15 Müqaviləsi əsasında qızı Cavabdeh1 bağılşamışdır. Məhkəmə xx xxxxxx 2017-ci il tarixli Miras X2 sənədin düzlüyü və tamlığı prezumpsiyasından yanaşaraq, qeyd edir ki, həmin müqavilədə bütün rekvizitlər; müqavilə tərəflərinin adları (syadı, adı və atasının adı) və müqavilənin predmeti göstərilmiş, müqavilə tərəflərinə onların hüquq və vəzifələri izah edilmiş, notariat hərəkətlərinin nəticələri barədə onlara xəbərdarlıq edilmiş, tərəflər müqaviləyə şəxsən imza etmiş, müqavilənin notarius tərəfindən təsdiq edilməsi, tərəflərin şəxsiyyətinin müəyyən edilməsi, onların fəaliyyət qabiliyyətinin yoxlanması, müqavilənin təsdiqi üzrə dövlət rüsumunun tutulması və müqavilənin müvafiq nömrə ilə informasiya sisteminə daxil edilməsi qeyd edilmiş, müqavilə notariat hərəkətini aparmağa müvəkkil edilmiş şəxs tərəfindən imza edilmiş və müvafiq möhürlə təsdiq edilmişdir. Eyni zamanda həmin müqavilənin tamlığını və düzgünlüyünü pozan hər hansı pozuntu və qanunsuzluqlar müəyyən edilməmişdir. İş materialları ilə mübahisələndirilən xx xxxxxx 2017-ci il tarixli X15 Müqaviləsinin bağlanması üçün tərəflərin iradəsinə hər hansı formada təsir edilməsi; hakimiyyətdən suiistifadə, aldatma, hədə təsiri altında, bir tərəfin o biri tərəflə pis niyyətlə razılığa gəlməsi və ya iddiaçının ağır vəziyyətə düşməsi nəticəsində əqdin bağlanması halları müəyyən edilməmişdir. xx xxxxxx 2017-ci il tarixli bağışlama müqaviləsinin bağlanması tərəflərin, o cümlədən İddiaçı iradə ifadəsinin nəticəsi olmuş, o cümlədən iddiaçıya hüquq və vəztifələri izah edilməklə o, notari hərəkətlərinin nəticələri barədə xəbərdarlıq edilmiş və iddiaçı buna imza etmişdir. İddiaçı xx xxxxxx 2017-ci il tarixli X15 Müqaviləsinin bağlanması zamanı Cavabdeh1 onu aldatması, guya torpaq pulunu alması barədə sənədə imza etdirməsi və notiariusda onun hüquqlarının və notariat hərəkətlərinin aparılmasının nəticələri barədə xəbərdarlıq edilməməsi barədə bildirdikləri işdəki sübutlarla tam təkzib olunur və iddiaçı tərəf də belə bir halın olmasını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Əksinə iş materiallarından görünür ki, qeyd edildiyi kimi, İddiaçı hüquq və vəzifələri izah edilməklə, notariat hərəkətlərinin aparılmasının nəticələri barədə xəbərdarlıq edilmiş və Ayşa Mehdiyeva da buna imza etmişdir. Digər tərəfdən, İddiaçı Cavabdeh1 100 manat məbləğində torpaq pulunu almasını və torpaq sənədinə imza etməsini təsdiq etmiş, lakin bu zaman hansı torpaq sənədinə imza etməsini və Cavabdeh1 ona hansı torpaqla bağlı 100 manat ödəməli olmasını göstərməmişdir. İş materialları ilə tərəflər arasında X15 Müqaviləsindən başqa, iddiaçı tərəfindən Cavabdeh1 digər hansısa torpaq sahəsinin satılması, bağışlanması və digər qaydada özgənikiləşdirilməsi müqaviləsinin bağlanması və notarial qaydada təsdiq edilməsi, məhz bu əqdə görə Cavabdeh1 İddiaçı 100 manat ödəməli olması təsdiq olunmur və iddiaçı tərəfindən də belə bir halın olmasını təsdiq edən hər hansı mötəbər sübutlar məhkəməyə təqdim olunmamışdır. Qeyd olunanlar o nəticəyə gəlməyə əsas verir ki, tərəflər arasında mübahisələndirilən bağışlama müqaviləsindən başqa, hansısa torpaq sahəsinin Aişə Qoçiyeva tərəfindən Cavabdeh1 satılması və ya sair formada özgəninkiləşdiriləməsi və məhz buna görə cavabdehin iddiaçıya 100 manat ödəməli olması barədə heç bir digər müqavilə bağlanmamışdır. Bu xüsusda iddiçının göstərdiyi hal mövcud olmamışdır. Həmçinin İddiaçı razılıq verdiyi əqdi deyil, başqa əqdi bağlamaq istəməsi, bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhv etməsi və tərəflərin vicdanlılıq prinsipini rəhbər tutmaqla əqdin əsası kimi nəzərdən keçirdikləri halların mövcud olmaması, yəni sözügedən əqdin vacib əhəmiyətli yanılmanın təsiri altında bağlanmasını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Ümumiyyətlə İddiaçı iddia tələbinin əsaslandırıldığı halları təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmiş və bununla da iddia tələbinin əsaslılığını sübut edə bilməmişdir. Halbuki qanuna görə (MPM-nin 77.1-ci maddəsi) bu vəzifə iddiaçının üzərinə düşür. Bu xüsusda məhkəmə iddiaçı tərəfin şahidi olan X9 məhkəmə iclasında verdiyi ifadəsini iddia tələbinin əsaslandırıldığı halları sübut edən mötəbər sübut kimi qəbul etmir. Belə ki, X14 ifadəsində xx xxxxxx 2017-ci il tarixdə X19 Xidmət X4bağından keçəndə avtomaşında Ayşa Mehdiyevanı gördüyünü, bu zaman Ayşanin hansısa kağıza imza etdiyini gördüyünü, amma aralarında xeyli məsafə olduğundan həmin vaxt Ayşa Mehdiyevanın hansı sənədə imza etməsini görmədiyini və bilmədiyini, həmin vaxt Ayşanın bağışlama müqaviləsinə imza etməsini ehtimal etdiyini bildirmişdir. Göründüyü kimi, X24 Qoçiyevanın xx xxxxxx 2017-ci il tarixdə avtormaşında məhz xx xxxxxx 2017-ci il tarixli Miras X2 və ya başqa sənədə imza edib-etmədiyini görməmiş və bilməmişdir. O, bunu ehtimal etdiyini qeyd etmişdir. Azərbaycan Respublikası MPM-nin 104.1-ci maddəsinə əsasən şahid ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirir. Azərbaycan Respublikası MPM-nin 104.3-cü maddəsinə əsasən alınma mənbəyini göstərə bilmədən şahid tərəfindən verilən məlumatlar sübut hesab edilmir. Qanun normalarının məzmunundan görünür ki, şahid gördüyü və ya alınma mənbəyini göstərdiyi mənbədən aldığı işə aid olan məlumatları və halları məhkəməyə bildirməlidir. X1 məhkəmədə verdiyi ifadəsində xx xxxxxx 2017-ci il tarixdə İddiaçı avtomaşında xx xxxxxx 2017-ci il tarixli müqaviləni imzalamasını görmədiyini və bilmədiyini bildirmiş, həmçinin xx xxxxxx 2017-ci il tarixdə hansı vaxtda (saat və dəqiqə) Ayşanın avtomaşında olduğunu göstərməmiş, həmçinin İddiaçı xx xxxxxx 2017-ci il tarixli bağışlama müqaviləsini notariat kontorunda deyil, avtomaşında imzalamasını hansı mənbədən eşitdiyini bildirməmiş, bunu ehtimal etdiyini qeyd etmişdir. Qanunun tələbinə görə isə şahidin görmədiyi, mənbəyini göstərmədiyi, yalnız ehtimal etdiyi məlumat sübut sayıla bilməz. Ona görə də məhkəmə X9 şahid qismində verdiy ifadəsini mötəbər sübut hesab etmir. İddiaçı tərəfindən isə iddia tələbinin əsaslandırıldığı hallara dair digər hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə həmçinin hesab edir ki, xx xxxxxx 2017-ci il tarixli X15 Müqaviləsinin etibarsız hesab edilməsi barədə iddia tələbinin rədd olunması nəticəsinə gəlindliyi üçün, iddia həmin əmlaka iddiaçının mülkiyyət hüquqlarının bərpa edilməsi hissəsində də təmin olunmamalıdır. Belə ki, iş materiallarındlan görünür ki, xx xxxxxx 2017-ci il tarixli müqavilə ilə İddiaçı tərəfindən mərhum əri X6 miras qalmış 0.0113 ha torpaq sahəsi və həmin torpaq sahəsinin yerləşdiyi 60.80 kv.metr evdən miras payı qızı Cavabdeh1 bağışlanılmış, Cavabdeh1 həmin bağışlanma predmetini-miras payı qəbul etmişdir. Bununla da İddiaçı həmin miras paya hüquqları tam olaraq Cavabdeh1 keçmiş və bu paya Cavabdeh1 mülkiyyət hüquqları yaranmışdır. Həmin xx xxxxxx 2017-ci il tarixli müqavilə qanunauyğun bağlanmış və onun etibarsızlığı üçün qanunda göstərilmiş faktoloji hallar və hüquqi əsaslar müəyyən edilməmişdir. Ona görə də İddiaçı həmin miras paya hüquqları artıq mövcud deyildir. Belə olan halda İddiaçı həmin miras paya mülkiyyət hüquqları bərpa edilə bilməz. Məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354-cü maddəsində etibarsız əqdlər üzrə iddia müddətləri nəzərdə tutulmuşdur ki, həmin müddətlər də kəsici müddətlər adlanır. Qanun normasının tələbinə görə kəsici iddai müddətləri tərəf ərizə vermədən də məhkəmə tərəfindən tətbiq oluna bilər. İddia ərizəsində və iddiaçının nümayəndəsinin məhkəmədə verdiyi izahatında İddiaçı xx xxxxxx 2017-ci il tarixli X15 Müqaviləsinin aldadılma nəticəsində bağlandığını 2018-ci ilin yay ayında bildiyi göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. İddiaçı isə hazırki iddai ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət etmişdir. İş materiallarından görünür ki, İddiaçı xx xxxxxx 2017-ci il tarixli X15 Müqaviləsinin mübahisələndirilməsi üçün qanunda nəzərdə tutulmuş iddia müddətini ötürmüş, həmin müddətin bərpası barədə məhkəməyə vəsatət verməmiş və həmin müddət bərpa olunmamışdır. Yuxarıda göstərilənlər hazırki iddia tələbinin heç bir faktoloji və hüquqi əsaslara malik olmadığını göstərir. Ona görə də hazırki iddia təmin olunmamalıdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, hesab edir ki, İddiaçı Cavabdeh1 və X19 Xidmət X5rşı İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış X19 Xidmət Mərkəzinin Notariat Ofisində xx xxxxxx 2017-ci il tarixdə 3M-50 nömrə ilə qeydə alınmış X15 Müqaviləsinin etibarsız hesab edilməsi və həmin əmlaka onun mülkiyyət hüququnun bərpa edilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməldir. Həmçinin iddia təmin edilmədiyi üçün ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edidlir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı Cavabdeh1 və X19 Xidmət X5rşı İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış X19 Xidmət Mərkəzinin Notariat Ofisində xx xxxxxx 2017-ci il tarixdə 3M-50 nömrə ilə qeydə alınmış X15 Müqaviləsinin etibarsız hesab edilməsi və həmin əmlaka onun mülkiyyət hüququnun bərpa edilməsi tələbinə dair iddiası təmin edilməsin. Hazırki iddianın qaldırılması üçün ödənilmiş 10 manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən, qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar