Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-831/2021 11.08.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, İddiaçı Məhəmməd qızının və Cavabdeh Şeyix oğlunun iştirakı ilə, İddiaçı Məhəmməd qızının Cavabdeh qarşı aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı qızı Cavabdeh oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Balakən rayon Qaysa kənd sakini Cavabdeh azyaşlı 08 iyun 2020-ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay sabit pul məbləğində 170 (yüz yetmiş) manat aliment tutularaq, İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddiasını müdafiə edərək, onunla əsaslandırmışdır ki, o, 19 avqust 2020-ci ildə rəsmi nikahla Cavabdeh ilə evlənmişdir. Rəsmi nikahdan 08 iyun 2020ci ildə X5 adında bir övladları dünyaya gəlmiş, ilk vaxtlarda ailə münasibətləri yaxşı olmuş, son bir neçə ayda ailə-məişət zərrinində aralarında tez-tez mübahisələr baş vermişdir. Buna görə də o, 18 iyun 2021-ci ildə çıxıb qardaşının evinə gəlmişdir. Qardaşının evində onun öz ailəsi də var. Ona orda yaşamaq üçün də imkan-şərait yoxdur. O, kirayələrdə azyaşlı uşaqla yaşamalıdır. Özü də heç bir yerdə işləmir. İşləməyə imkanı da yoxdur. Bir ili tamam olmuş azyaşlı uşağı var. Uşaq özü də ayaqlarından şikəstdir, iki ayağı əyridir, onun da müalicəyə ehtiyacı vardır. Başqa dolanacaq mənbəyi yoxdur. Cavabdeh Bakı şəhərində firmaların birində işləyir və yüksək əmək haqqı alır. Ona görə də yetkinlik yaşına çatmayan X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində aliment tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək, verdiyi izahatında göstərmişdir ki, o, həyat yoldaşı İddiaçı iddia ərizəsi ilə müraciət etmiş və iş məhkəmənin icraatına qəbul edilmişdir. İşin də məhkəmədə baxılmaq vaxtı artıq təyin olunub 28.07.2021-ci il saat 10:20 də. O, cavabdeh şəxs kimi Azərbaycan Respublikasının qanunlarına və Balakən Rayon Məhkəməsinin bu çağırışına hörmətlə yanaşaraq, məhkəmədə iştirak etməsini özünə borc bilir. O, iddia ərizəsi ilə yaxından tanış olmuş, iddiaçının fikirlərini, tələblərini, qaldırdığı məsələlər barədə də özü də araşdırmalar etmiş və yekunda qərara gəldiklərini doğru-dürüst yalansız cənab hakimə bildirməyi özünə borc bilmişdir. Hər bir gəncin arzusudur ailə qursun, oğul-uşaq sahibi olsun, qurduğu ailə ilə xoşbəxt yaşasın. Axı insan arzu ilə yaşayır. O, həmin arzularla ailə qurmuşdur ki, xoşbəxt yaşasın, gələcəyi üçün övladları üçün. Ancaq alın yazısına hamı inanmalıdır. Onun taleyi də belə oldu. O, 2019-cu ildə kəndin sakini Cənnət xanımla ailə həyatı qurmuşdur. Ailə həyatı qurduqdan sonra bir qız övladı da dünyaya gəldi. Çox mehriban yol gedərək həyatlarını yaşamışlar. Sonralar ailədə nə isə xoşagəlməz hadisələr baş verdiyini hiss etmiş, lakin bir o qədər əhəmiyyət verməmişdir. O, heç bir yerdə iş tapa bilməmiş, ancaq günəmuzd fəhlə işləyərək, ailəni dolandırmışdır. İşdə belə idi elə günləri olub 4 gün iş olmurdu. Ailədə evdə bircə yaşlı şəkər xəstəsi anası onlarla birgə qalır. Yoldaşı Cənnət necə iddia qaldırsada, o, övladının anasıdır. Axı onu da doğub, böyüdüb boya-başa çatdıran anası var. Onu həmişə qoruyub saxlamalıdır. Yoldaşı o, evdə olmayanda anasınıı saymır, yeməyini vermir, hətta onu dəfələrlə təhqir edərək zor işlətmişdir. Artıq onu də evdə sayılmaz adam kimi qeyd edirdi. Onun ailəsinin icazəsi olmadan yoldaşı 4-5 gün anasının evinə gedir orada qalırdı. Onu bir həyat yoldaşı kimi qəbul belə etmirdi. Məsələ buradan qaynaqlanıb. Ancaq onun orada qaldırdığı məsələlər var hamısı yalan böhtandır. Baxın, yoldaşının, qaynanasının iri villası, top dağıtmaz sarayı var. Yoldaşının adında avtomobil maşın var. İndi məhkəməyə işi verdiyi üçün qaçıb çörək sexinə işə girib ki, guya bu imkansızın biridir dolana və uşağa baxa bilmir və çatan yerdə deyir ki, o, onu süründürəcəkdir, ona şad yaşamağa qoymayacaqdır. Onu, övladını evdən qovmamışdır. O, ailənin dağılmasını istəməmiş, həyatından yaşayışından rahat olmasını istəmişdir. Fəhlənin qazancı nə olar, çox çətinliyi var. Yoldaşı deyir firmada işləyir, yalandır. Onun işi fəhləlik günəmuzd olmaqdır. Yazdıqlarını nəzərə alaraq ona övladı üçün kəsiləcək aliment pulunun 130-140 manat civarında olmasına köməklik edilməsini xahiş edir. İddianın qismən təmin ediliməsinə etirazı yoxdur. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Qaysa kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 26 avqust 2019-cu il tarixdə verilmiş AZ-İİ seriyalı 354962 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə Burcaliyeva Cənnət Məhəmməd qızı arasında 26 avqust 2019-cu ildə nikah bağlanmış, nikah bağlandıqdan sonra arvada Telekova soyadı verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən rayon Qaysa kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən 06 iyul 2020-ci il tarixdə verilmiş AZ-İV seriyalı, 437694 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Telekova Cahan Şamil qızı 08 iyun 2020-ci il tarixdə anadan olmuş, atası Cavabdeh, anası isə İddiaçı Məhəmməd qızı göstərilmişdir. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edilmişdir ki, İddiaçı qızı Cavabdeh ilə 26 avqust 2020-ci ilin nikahlarını rəsmiləşdirməklə evlənmişlər. Tərəflərin birgə nikahından 08 iyun 2020-ci il tarixdə X5 adında bir uşaqları olmuşdur. Tərəflər 18 iyun 2021-ci il tarixdən bir-birindən ayrı yaşayırlar. Uşaq anasının yanında və himayəsindədir. Cavabdeh uşağın saxlanması üçün iddiaçıya heç bir maddi köməklik göstərmir. Ona görə də iddiaçı 170 manat sabit pul məbləğində iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İş materialları ilə Cavabdeh işləməsi və aylıq qazanca malik olması müəyyən edilmir. Məhkəmə iclasında həmçinin müəyyən olunmuşdur ki, tərəflər arasında yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün aliment ödənilməsi barədə heç bir saziş bağlanmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri- müntəzəm dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2021-ci ildə uşaqlar üçün yaşayış minimumu 175 manat məbləğində müəyyən edilmişdir. «Uşaq hüquqları haqqında» Konvensiyanın 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafeyini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. «Uşaq hüquqları haqqında» Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. «Uşaq hüquqları haqqında» Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin ediliməsi üçün əsas məsuliyyəti valideynlər daşıyır. BMT-nin «Uşaq Hüquqları Bəyannaməsi»nin 2 saylı prinsipinə əsasən uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. BMT-nin «Uşaq Hüquqları Bəyannaməsi»nin 4 saylı prinsipinə əsasən uşaq sosial təminatın faydalarından istifadə etməlidir. O, sağlam böyümək və inkişaf etmək hüququna malik olmalıdır, bu məqsədlə o, eləcə də anası, doğumdan əvvəl və sonra müvafiq qulluq daxil olmaqla, xüsusi qulluq və mühafizə ilə təmin olunmalıdır. Uşağın lazımi qidalanma, mənzil, əyləncə və tibbi xidmət hüququ olmalıdır. İnsan Hüquqlarının və X4 Haqqında Konvensiyanın 7 sayıl Protokolunun 5-ci maddəsinə görə ərlə arvad bərabər hüquqlara malikdirlər və uşaqları ilə münasibətlərdə, habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarında göstərilir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatını ödəmək vəzifəsindən azad etmir. Həmin qərarda Konstitusiya Məhkəməsi belə nəticəyə gəlmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu qərarın birinci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 №-li qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi”). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum olanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə, iş materialları ilə cavabdehin aylıq qazancının (gəlirinin) müəyyən olunmadığını nəzərə alaraq hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş uşağın mənafeyi nəzərə alınmaqla, onun əvvəlki təminat səviyyəsinin maksimal saxlanması üçün aliment sabit pul məbləğində müəyyən olunmalıdır. Məhkəmə aliment məbləğini müəyyən edərkən həmçinin hesab edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinin tələbinə görə uşağı saxlamaq hər iki valideynin borcudur və valideynlərdən birinin üzərinə qoyulan aliment öhdəliyi onun üçün ağır maddi məhrumiyyətlər yaratmamalıdır. Uşağın və onun himayəsində yaşadığı valideynin mənafeyi ilə aliment tutulan valideynin maddi imkanları və mənafeyi arasında ədalətli tarazlığa riayət olunmalıdır. Məhkəmə onu da qeyd edir ki, alimentin həlli məsələsində həmçinin uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu İddiaçı üzərinə daha çox ağırlığın düşməsi və cavabdehin işləməməsi nəzərə alınmalıdır. Ona görə də məhkəmə hesab edir ki, tərəflərin birgə nikahından 08 iyun 2020ci ildə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 140 (yüz qırx) manat sabit pul məbləğində alimentin alınaraq, İddiaçı Məhəmməd qızına verilməsi uşağın saxlanmasının iddiaçı və cavabdehin vəzifəsi olması zəminində onların mənafeləri, həmçinin uşağın mənafeyi ilə cavabdehin mənafeyi arasında ədalətli tarazlığa səbəb olacaqdır. Ona görə də məhkəmə hesab edir ki, aylıq 170 manat aliment tələbi hissəsində iddia qismən-140 manat hissədə təmin edilməli, alimentin hər ay 140 manatdan artıq tələb hissəsində isə təmin edilməməlidir. Məhkəmə tərəfindən iddianın qismən-140 manat hissəsində təmin edilməsi tərəflərin mənafeləri arasında ədalətli tarazlığın yaradılması və işin yuxarıda göstərilən digər faktiki halları nöqteyi-nəzərindən ədalətli və əsaslıdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normaları əsasında müvafiq qiymət verərək, uşağın anasının yanında yaşamasını, tərəflər arasında alimentin ödənilməsi ilə bağlı saziş olmamasını,cavabdehin uşağın saxlanmasına maddi köməklik göstərməməsini, tərəflərin maddi və ailə vəziyyətlərini nəzərə alaraq, hesab edir ki, iddia qismən təmin edilməli, ərizənin verildiyi 13 iyul 2021-ci il tarixdən başlayaraq tərəflərin birgə nikahından 08 iyun 2020-ci ildə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 140 (bir yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı Məhəmməd qızına ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia qismən təmin olunduğu və iddiaçı hazırki iddia ilə bağlı dövlət rüsumunu ödəməkdən azad olunduğu üçün, iddianın təmin olunmuş hissəsinə münasib olaraq Cavabdeh 24,71 manat dövlət rüsumu tutulub, Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “X6” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumü ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmuyu ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Eyni zamanda alimentin alınması haqqında hazırki qətnamə dərhal icra olunmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 234.2.1 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Ərizənin verildiyi 13 iyul 2021-ci il tarixdən başlayaraq tərəflərin birgə nikahından 08 iyun 2020-ci ildə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 140 (bir yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı Məhəmməd qızına ödənilsin; iddia qalan hissədə təmin edilməsin. Cavabdeh 24,71 manat məbləğində dövlət rüsumu tutularaq, Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. Qətnamə dərhal icra olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Zamin Tahirov
Məhkəmə qərarları › İş №2(019)-831/2021
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-831/2021
11.08.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver