Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № 2(019)-849/2020 28.09.2020 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, İddiaçı və X3 Cavabdeh1, X2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı JN-4xx xxx 40108018 nömrəli Dövlət Aktı üzrə kənd təsərrüfatı məhsulları istahsalı məqsədi üçün ayrılmış 0.74 ha torpağa alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq, müəyyən etdim: İddiaçı və X1 Elşad Nurəddin oğluna, X2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, JN-4xx xxx 40108018 nömrəli Dövlət Aktı üzrə kənd təsərrüfatı məhsulları istahsalı məqsədi üçün ayrılmış 0.74 ha torpağa alqısatqı müqaviləsinin bağlanmış hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra Azərbaycan Respublikası MPM) 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Hazırki iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü yoxlanılarkən müəyyən edilmişdir ki, ərizənin Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət olunmamışdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Azərbaycan Respublikası MPM-nin 149.2.2-ci maddəsinə əsasən ərizədə işdə iştirak edən şəxslərin adları və poçt ünvanları göstərilməlidir. Çünki hər bir iddiaçı və cavabdeh mülki prosesdə iştirak edən, prosessual hüquq və vəzifələrə malik olan, irəli sürülmüş iddia tələbinin müdafiəsi və ya iddia tələbinə etirazın əsaslandırılması ilə bağlı sübut etmə yükünü daşıyan müstəqil prosessual subyektdir. Azərbaycan Respublikası MPM-nin 149.2.3-cü maddəsinə görə ərizədə iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Prosessual qanunvericiliyin iddia ərizəsinin məzmununa dair qeyd edilən müddəası onu tələb edir ki, iddiaçı tərəfindən cavabdehə qarşı yönəldilmiş tələblər konkret və aydın olmalı və həmin tələblər ərizədə dəqiq göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 150.0.5-ci maddəsinə əsasən iddiaçının öz tələblərini əsaslandırdığı hallara dair sənədlər, əgər bu sənədlərin surətləri cavabdehlər və üçüncü şəxslərdə yoxdursa, onlara verilmək üçün bu sənədlərin surətləri iddia ərizəsinə əlavə edilməlidir. Lakin hazırki iddia ərizəsində İddiaçı və X3 iddia tələbi müqavilənin bağlanmış hesab edilməsi kimi qeyd olunmaqla düzgün göstərilməmişdir. Belə ki, xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə Mülki Məcəllədən çıxarılanadək qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 335.2-ci maddəsinin dispozisiyasında müqavilənin etibarlı hesab edilməsi anlayışı yer almışdır. Qanunda müqavilənin bağlanmış hesab edilməsi anlayışı yoxdur. Həmçinin iddiaçı tərəfindən iddia ərizəsinə sənədlərin əsilləri deyil, surətləri əlavə edilmişdir. Hesab edirəm ki, yuxarıda qeyd olunanlar yuxarıda göstərilən qanun normalarına əsasən hazırki ərizənin qaytarılması üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən hesab edirəm ki, İddiaçı və X3 Cavabdeh1, X2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı JN-4xx xxx 40108018 nömrəli Dövlət Aktı üzrə kənd təsərrüfatı məhsulları istahsalı məqsədi üçün ayrılmış 0.74 ha torpağa alqısatqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və İddiaçı və X4 ərizəsinin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 149-152,263-264 və 266-268-ci maddələrini rəhbər tutub q ə r a r a a l d ı m: İddiaçı və X3 Cavabdeh1, X2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı JN-4xx xxx 40108018 nömrəli Dövlət Aktı üzrə kənd təsərrüfatı məhsulları istahsalı məqsədi üçün ayrılmış 0.74 ha torpağa alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın; İddiaçı və X4 ərizənin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə müraciət etmək hüququ izah edilsin. Qərardaddan surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Zamin Tahirov
Məhkəmə qərarları › İş №2(019)-849/2020
Balakən Rayon Məhkəməsi Qərardad — İş №2(019)-849/2020
28.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver