Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № 2(019)-854/2021 26.07.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, İddiaçı1 Məhəmməli qızının və İddiaçı2 Cavabdeh qarşı 16 iyul 2011-ci il tarixində avtonəqliyyat yol qəzası ilə nəticələn bədbəxt hadisənin baş verməsi: üç (3) nəfərin ölümü, hər ölənə görə 5 000 (beş min) manat; AR İcbari sığorta haqqında Qanunun 14.2.1. maddəsi ilə 100% ödənilməsi; üç (3) nəfərin yaralması, onlarda iki (2) nəfərin ağır zədə, bir (1) nəfərin isə az zədə olmasını nəzərə almağınız, 14.2.4. maddəsi ilə 30% ödənilməsi, hər yaralızədə alana 1667 (bir min altı yüz altmış yeddi) manat hadisə nəticəsində üç (3) nəfər ölənə görə 15 000 (on beş min) manat; hadisə nəticəsində üç (3) nəfər zədə alana 5 000 (beş min) manat verilməsi, cəmi: 20 000 (iyirmi min) manat tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq, müəyyən etdim: İddiaçı1 Məhəmməli qızı və Nuriyeva X1 Abdulla Dada oğluna qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, iddia ərizəsinə baxılmasını, 16 iyul 2011-ci il tarixində avtonəqliyyat-yol qəzası ilə bağlı-bədbəxt hadisə, 3 (üç) ölən və 3 (üç) yaralını nəzərə alaraq, cavabdehin icbari sığorta olunduğunu və “Azsığorta”nın üçüncü şəxs qismində sosial sığorta pulunun öhdəlik olaraq üzərinə qoyulmasını və onlar zərərçəkənlərə ödənməsini qanunlar çərçivəsində təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra Azərbaycan Respublikası MPM) 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Hazırki ərizənin məhkəmə icraatının mümkünlüyü yoxlanılarkən müəyyən edilmişdir ki, ərizənin Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət olunmamışdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 149.2.3-cü maddəsinə əsasən ərizədə iddiaçının tələbi göstərilməli, həmçinin Azərbaycan Respublikası MPM-nin 149.2.5-ci maddəsinə əsasən ərizədə ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Lakin hazırki iddia ərizəsində Cavabdeh yönəldilməli olan iddia tələbi göstərilməmişdir. Qeyd olunanlar hazırki iddia ərizəsinin qaytarılması üçün əsasdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən hesab edirəm ki, İddiaçı1 Məhəmməli qızının və İddiaçı2 Cavabdeh qarşı 16 iyul 2011-ci il tarixində avtonəqliyyat - yol qəzası ilə nəticələn bədbəxt hadisənin baş verməsini: üç (3) nəfərin ölümü, hər ölənə görə 5 000 (beş min) manat; AR İcbari sığorta haqqında Qanunun 14.2.1. maddəsi ilə 100% ödənilməsi; üç (3) nəfərin yaralması, onlarda iki (2) nəfərin ağır zədə, bir (1) nəfərin isə az zədə olmasını nəzərə almağınız, 14.2.4. maddəsi ilə 30% ödənilməsi, hər yaralı-zədə alana 1667 (bir min altı yüz altmış yeddi) manat hadisə nəticəsində üç (3) nəfər ölənə görə 15 000 (on beş min) manat; hadisə nəticəsində üç (3) nəfər zədə alana 5 000 (beş min) manat verilməsi, cəmi: 20 000 (iyirmi min) manat tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və İddiaçı1 Məhəmməli qızına və İddiaçı2 iddia ərizəsinin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 149-152,263-264 və 266- 268-ci maddələrini rəhbər tutub, q ə r a r a a l d ı m: İddiaçı1 Məhəmməli qızının və İddiaçı2 Cavabdeh qarşı 16 iyul 2011-ci il tarixində avtonəqliyyat - yol qəzası ilə nəticələn bədbəxt hadisənin baş verməsini: üç (3) nəfərin ölümü, hər ölənə görə 5 000 (beş min) manat; AR İcbari sığorta haqqında Qanunun 14.2.1. maddəsi ilə 100% ödənilməsi; üç (3) nəfərin yaralması, onlarda iki (2) nəfərin ağır zədə, bir (1) nəfərin isə az zədə olmasını nəzərə almağınız, 14.2.4. maddəsi ilə 30% ödənilməsi, hər yaralı-zədə alana 1667 (bir min altı yüz altmış yeddi) manat hadisə nəticəsində üç (3) nəfər ölənə görə 15 000 (on beş min) manat; hadisə nəticəsində üç (3) nəfər zədə alana 5 000 (beş min) manat verilməsi, cəmi: 20 000 (iyirmi min) manat tələbinə tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın; İddiaçı1 Məhəmməli qızına və İddiaçı2 iddia ərizəsinin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə müraciət etmək hüququ izah edilsin. Qərardaddan surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamin Tahirov
Məhkəmə qərarları › İş №2(019)-854/2021
Balakən Rayon Məhkəməsi Qərardad — İş №2(019)-854/2021
26.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver