Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № 2(019)-894/2021 06.08.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbinə dair iddia ərizəsini ona əlavə edilmiş sənədlərlə birlikdə nəzərdən keçirərək, müəyyən etdim: İddiaçı Cavabdeh qarşı iddia ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Balakən Rayon Məhkəməsinin 01 oktyabr 2020-ci il tarixli 2(019)-732/2020 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının azaldılaraq 31 dekabr 2012-ci ildə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün ondan hər ay 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində aliment tutulub Cavabdeh qızma verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinə ona əlavə edilmiş sənədlərlə birlikdə baxaraq hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, ərizənin məzmunundan görünür ki, İddiaçı Cavabdeh qarşı iddia ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Balakən Rayon Məhkəməsinin 01 oktyabr 2020-ci il tarixli 2(019)-732/2020 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının azaldılaraq 31 dekabr 2012-ci ildə anadan olmuş X1 yetkinlik yaşma çatana kimi saxlanması üçün ondan hər ay 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində aliment tutulub Cavabdeh qızma verilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. İddia tələbi ailə münasibətlərindən irəli gələn mübahisə olmasına baxmayaraq tərəflər “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak etməmişlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 7-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə uyğun olaraq ailə münasibətlərindən irəli gələn mübahisələr mediasiya yolu ilə həll oluna bilər. Ailə münasibətlərindən irəli gələn mübahisələrlə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Məhkəmə işin hallarını, iddia tələbinin ailə münasibətlərindən irəli gələn mübahisə olmasına baxmayaraq tərəflərin “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak etməmələrini nəzərə alaraq hesab edir ki, İddiaçı iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. İddiaçı izah olunmalıdır ki, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak etdikdən sonra yenidən ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 7-1-ci maddəsini və Azərbaycan Respublikası MPM-nin 152,263-264 və 268.1-ci maddələrini rəhbər tutub q ə r a r a a l d ı m: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçı izah olunur ki, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak etdikdən sonra yenidən ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Qərardaddan surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamin Tahirov
Məhkəmə qərarları › İş №2(019)-894/2021
Balakən Rayon Məhkəməsi Qərardad — İş №2(019)-894/2021
06.08.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver