Məhkəmə qərarları › İş №2(019)-9/2021

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-9/2021

21.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-9/2021 21.10.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, İddiaçı (bundan sonra iddiaçı "xxxx" MMC) nümayəndəsi X9 iştirakı ilə İddiaçı "xxxx" MMC-nin ölmüş Cavabdeh hüquqi varisləri X11, X8, X10 və X5 qarşı borc tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı İddiaçı MMC cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, iddia tələbinin təmin edilməsi,4200 manat əsas borcun,4200 manat cərimə borcunun, 693 manat faiz borcunun, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manatın, 50 azn məhkəmə xərclərinin, ümumilikdə 9173 (doqquz min bir yüz yetmiş üç) manat pulun Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş ölüm haqqında akt qeydindən çıxarışdan görünür ki, Cavabdeh 17.12.2017-cı ildə ölmüşdür. Bu barədə 10 yanvar 2018-cı il tarixli 03 №-li akt qeydi tərtib olunmuşdur. Balakən Rayon Məhkəməsinin 29.11.2019-cu il tarixli, 2(019)-839/2019 nömrəli qərardadı ilə iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borc tələbinə dair mülki işin icraatı ölmüş Cavabdeh hüquq varisi müəyyən edilənədəkdayandırılmışdır. Məhkəmənin sorğusu əsasında alınaraq, iş materiallarına əlavə edilmiş Balakən rayon Gərəkli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 31.08.2021-cı il tarixli, 61 saylı arayışından görünür ki, Cavabdeh vəfat etdiyi 17.12.2017-cı il tarixdə Balakən rayonu Gərəkli kəndində daimi qeydiyyatda olmuşdur. Mərhumun aşağıda qeyd edilən vərəsələri olmuşdur: yoldaşı-X11, oğlu-X15 oğlu, oğlu-X10, qızı-X6 Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair» 16 oktyabr 2020ci il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243 və 1306.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 306.4 və 307.2.9-cu maddələrinə əsasən, vərəsələrin vərəsəlik şəhadətnaməsi almaması miras qoyanın kreditorlarının öhdəliklərin icrasının miras qalmış əmlak hesabına təmin edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq hüququnu məhdudlaşdırmır və kreditorların bu cür tələblərinə iddia icraatı qaydasında baxılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respeublikası MPM) 58.1-ci maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. Azərbaycan Respublikası MPM-nin 58.2-ci maddəsinə əsasən hüquq varisi prosesə daxil olana qədər prosesdə edilmiş bütün hərəkətlər, onun əvəz etdiyi şəxs üçün məcburi olduğu kimi, hüquqi varisi üçün də məcburidir. Göstərilənlərə əsasən məhkəmə ölmüş Cavabdeh onun hüquqi varisləri olan arvadı- X11, oğlu-X15 oğlu, oğlu-X10 və qızı-X6 ilə əvəz etmiş və hazırki mülki iş üzrə icraatı təzələyərək, məhkəmə baxışına təyin etmişdir. İddiaçı nümayəndəsi X14 iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, ölmüş Cavabdeh hüquqi varisləri X11 (həyat yoldaşı), oğlu X15 oğlu, oğlu X10 və qızı X2 işə cəlb edilməsini, həmçinin həmin hüquqi varislərə qarşı iddia tələbinin həcmini 4200 manat cərimə borcu, 693 manat faiz borcu, 50 manat məhkəmə xərcləri hissəsində azaldaraq, ölmüş cavabdeh Cavabdeh hüquq varisləri X11, X15 oğlu, X10 və X1 4200 manat əsas borc və 30 manat dövlət rüsumunun alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X14 iddianı müdafiə edərək onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında 10 oktyabr 2016-cı il tarixli AT-50 saylı alqı-satqı müqaviləsinə əsasən iddiaçı tərəfindən nisyə olaraq cavabdehə elit növlü toxumluq buğda verilmişdir. 10 oktyabr 2016-cı il tarixli, 213903 saylı qaiməyə əsasən 12000 kq buğda toxumunun dəyəri 6750 manatdır. Cavabdeh müəssisəyə ödənilməmiş 4200 azn borcu qalmışdır. Alqı-satqı müqaviləsinin 3.3-cü bəndinə əsasən “Alıcı” aldığı malın dəyərini 01.08.2017-ci il tarixinə qədər natura şəklində 33750 kq buğda məhsulunu ödəməyi öhdəsinə götürür. Alqı-satqı müqaviləsinin 3.5-ci bəndinə əsasən «Alıcı” göstərilən müddət ərzində malların dəyərini ödəməzsə, qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyır və hər gecikdirilmiş təqvim günü üçün ödənilməmiş məbləğin 1.5 % həcmində cərimə, dəbbə pulu ödəməlidir. “Alıcı” o cümlədən vurduğu ziyana və əldən çıxmış faydaya görə “satıcı” qarşısında məsuliyyət daşıyır. Cavabdeh İddiaçı MMC-dən götürdüyü elit növlü buğdanın dəyərini və gecikdirilmiş təqvim günü üçün ödənilməmiş məbləğin 1.5 % həcmində cərimə əlavəsi ilə manatla 4200 manat 2017-ci ilin biçin sonunadək İddiaçı MMC-yə nağd pul formasında olmaqla ödəməli idi. Cavabdeh müqavilə ilə müəyyən edilmiş müddətdə qaytarmalı olduğu pul məbləğini iddiaçıya qaytarmayaraq üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirməmiş, nəticədə onun İddiaçı MMC-yə borcu yaranmışdır. Fermerlər, hüquqi və fiziki şəxslər tərəfindən toxumluq buğda almaq məqsədilə İddiaçı MMC-yə edilən çoxsaylı müraciətlər cavabdeh tərəfin öz öhdəliyini müqavilədə göstərilən müddətdə (2017-ci ilin biçin sonunda) icra etməməsi səbəbindən cavabsız qalmış, cavabdehin təqsirli hərəkəti ucbatından iddiaçı yeni təkliflər və sifarişləri tam həcmdə yerinə yetirə bilmək imkanından məhrum olmuş və bununla da əlavə gəlirlərdən fayfdalanmaq imkanından məhrum olmuşdur. Borcun ödənilməsi ilə əlaqədar olaraq cavabdeh tərəfə dəfələrlə şifahi xəbərdarlıq edilmiş, hər dəfə müxtəlif vədlər verməklə borcu ödəməkdən yayınmışdır. Bütün bunlara baxmayaraq Cavabdeh yenə də müqavilə əsasında üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. Cavabdeh ardıcıl olaraq 2 ildən artıq müddət ərzində İddiaçı MMC-ni əlavə gəlirlərdən faydalanmaq imkanından da məhrum etməklə iddiaçıya maddi ziyan vurmuşdur. Cavabdeh hüquqi varisləri X11, X8, X10 və X6 miras evdə yaşamaqla və miras torpaq sahəsini əkibbecərməklə ondan qalmış mirası qəbul etmişlər. Müqavilə öhdəliklərini yerinə yetirməməsi səbəbindən 4200 manat əsas borc və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 4250 manat pul ölmüş cavabdehin hüquq varislərindən alınıb onlara verilməlidir. Qeyd edlilənləri nəzərə alıb, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, ölmüş Cavabdeh hüquqi varisləri X11, X15 oğlu, X10 və X6 məhkəmə iclasına təkrarən gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə ölmüş Cavabdeh hüquqi varisləri X11, X15 oğlu, X10 və X3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi əsaslıdır və əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 10 oktyabr 2016-cı il tarixli AT-50 saylı alqı-satqı müqaviləsindən və həmin tarixli qaimədən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh nisyə olaraq 6750 manat dəyərində 12000 kq elit növlü toxumluq buğda verilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən İddiaçı MMC -nin 21 noyabr 2019-cu il tarixli 287 nömrəli arayışından görünür ki, 10 oktyabr 2016-cı il tarixli AT-50 saylı alqı-satqı müqaviləsinə və 10 oktyabr 2016-cı il tarixli 213903 saylı qaiməyə əsasən Cavabdeh İddiaçı MMC-yə 6750 manat borcu yaranmışdır. Borclu tərəfindən 2018-ci il tarixdə ödəniş olmuş, İddiaçı MMC-yə 4200 manat borcu qalmışdır. İş materiallarında olan 15.08.2019-cu il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı "xxxx" MMC tərəfindən hazırki iddianın qaldırılması ilə əlaqədar 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh arasında 10 oktyabr 2016-cı il tarixli AT-50 saylı alqı-satqı müqaviləsinə və 10 oktyabr 2016-cı il tarixli, 213903 saylı qaiməyə əsasən iddiaçı tərəfindən nisyə olaraq Cavabdeh 6750 manat dəyərində elit növlü 12000 kq toxumluq buğda verilmişdir. Cavabdeh tərəfindən iddiaçı təşkilata 2018-ci il tarixdə müəyyən ödənişlər olunmuş və onun İddiaçı MMC-yə həmin buğda məhsulundan ödənilməmiş 4200 AZN borcu qalmışdır. Bununla da Cavabdeh İddiaçı MMC-yə 4200 manat maddi ziyan vurmaqla, İddiaçı MMC-nin hesabına həmin məbləğdə əsassız varlanmışdır. Ona görə də həmin 4200 manat əsas borc ölmüş Cavabdeh hüquq varisləri X11, X15 oğlu, X10 və X1 Cavabdeh qalmış mirasın hər birinin payına mütənasib surətdə birgə qaydada alınaraq İddiaçı MMC-yə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 568.1-ci maddəsinə əsasən satıcı alğısatqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 569.1-ci maddəsinə əsasən satıcının əşyanı alıcıya vermək vəzifəsinin icrası müddəti alğı-satqı müqaviləsi ilə, müqavilə həmin müddəti müəyyənləşdirməyə imkan vermədikdə isə bu Məcəllənin 427-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.2-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar:1159.1.1.Birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1307-ci maddəsinə əsasən mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1308-ci maddəsinə əsasən vəsiyət edən bütünlüklə borcun və ya onun bir hissəsinin ödənilməsini bir və ya bir neçə vərəsəyə həvalə edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1309-cu maddəsinə əsasən vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsaəsn məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə müəyyən olunmuş hallara tətbiq edilməli olan hüquq normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, 4200 manat əsas borc və 30 manat ödənilmiş dövlət rüsumu ölmüş Cavabdeh hüquq varisləri X7, X15 oğlundan, X10ndan və X1 Cavabdeh qalmış mirasın hər birinin payına mütənasib surətdə birgə qaydada alınaraq İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ət e tdi: İddia təmin edilsin; 4200 manat əsas borc və 30 manat ödənilmiş dövlət rüsumu ölmüş Cavabdeh hüquq varisləri X7, X4, X10ndan və X1 Cavabdeh qalmış mirasın hər birinin payına mütənasib surətdə birgə qaydada alınaraq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar