Məhkəmə qərarları › İş №2(019)-933/2020

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-933/2020

12.11.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-933/2020 12.11.2020 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X14 qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Balakən Rayon Məhkəməsinin xx xxx 2017-ci il tarixli qətnaməsi ilə Cavabdeh xeyrinə tutulmuş aliment məbləğinin azaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Balakən Rayon Məhkəməsinin 2(019)-89/2009 nömrəli mülki iş üzrə xx xxxxxx 2009-cu il tarixli qətnaməsinə əsasən ondan Cavabdeh xeyrinə uşaqları- xx xxxxxxx 2004-cü il təvəllüdlü X16 və xx xxxxxx 2005-ci il təvəllüdlü X2 üçün qazancından hər ay hər bir uşaq üçün 30 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Sonradan Cavabdeh müraciəti əsasında Balakən Rayon Məhkəməsində işə yenidən baxılaraq məhkəmənin 2(019)-848/2017 nömrəli mülki iş üzrə xx xxx 2017-ci il tarixli qətnaməsi ilə uşaqları- X16 və X1 üçün Cavabdeh xeyrinə qazancından hər ay hər bir uşaq üçün 100 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. O, xx xxxxxx 2010-cu il tarixində ikinci dəfə ailə həyatı qurmuş və hal-hazırda həmin evlilikdən Əzimzadə Tərlan və Əzimzadə Tamerlan adlı iki uşağı vardır. X4 xx xxxxxxxx 2015-ci il tarixində əməliyyat olunmuşdur və hal- hazırda da səhhəti ilə bağlı problemləri var, müalicəsi davam etdirilməlidir. Eləcə də özünün səhhətində də ciddi problemlər yaranıb və o, ürəyində yaranan xəstəliklərdən dolayı əziyyət çəkir. Onu da vurğulamaq istəyir ki, onun 2016-cı ilə qədər rəsmi iş yeri olsa da, 2016-cı ildən sonra daimi iş yeri olmadığı üçün,qazanc məqsədi ilə müəyyən müddətlərdə xaricdə, Ukraynada olmuşdur. Buna baxmayaraq, 2018-ci ilə kimi mütəmadi olaraq alimenti ödəmişdir. Lakin 2018-ci ildə səhhəti ilə bağlı 10 oktyabr tarixindən 25 gün müddət ərzində Ukrayna Respublikasının Kiyev şəhərində xəstəxanada müalicə almış və müalicə aldığı müddətdə səhhəti ilə bağlı xərclərinə görə üzrlü səbəbdən 2018-ci il üçün hesablanmış 650 manat məbləğində alimenti ödəyə bilməmişdir. 2019-cu ildə isə yenə səhhəti ilə bağlı problemlərə görə Bakı şəhərində xəstəxanada müalicə almışdır. Bunun nəticəsində isə müalicə ilə əlaqədar xərcləri yarandığına görə üzrlü səbəbdən 2019-cu il üçün hesablanmış 1200 manat məbləğində alimenti ödəyə bilməmişdir. Hal-hazırda isə daimi iş yeri və gəlir mənbəyi yoxdur. Elə bu səbəbdən də xəstəliyi ilə bağlı müalicəsini davam etdirməkdə çətinlik çəkir. COVİD-19 pandemiyası nəticəsində qazanc mənbəyini tamamilə itirmişdir. Daimi gəliri yoxdur və hər uşaq üçün 100 manat məbləğindəki alimenti ödəməkdə çətinlik çəkir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. O, məhkəməyə teleqram göndərərək göstərmişdir ki, məhkəmə iclasında üzürlü səbəblərdən iştirak edə bilməyəcəkdir. Buna görə xahiş edir ki, məhkəmə iclası onun iştirakı olmadan keçirilsin və işə mahiyyəti üzrə qətnamə qəbul edilsin. İddia tələbini müdafiə edir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. O, məhkəməyə ərizə göndərərək göstərmişdir ki, o, boşandıqdan sonra evsiz qalaraq iki azyaşlı uşağı çox pis vəziyyətdə saxlamışdır. 2018-ci ildə ürək əməliyyatından çox-çox ağır olan bağırsaq amputasiyası əməliyyatı keçirtmişdir. O, İddiaçı bu əsassız iddiaları ilə bağlı məhkəmələrə getməkdən yorulmuşdur. O, hər uşağa görə 100 manat məbləğində alimenti tələb edir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin 4 saylı X11 filialı tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş **********8 nömrəli arayışdan görünür ki, İddiaçı (FİN xxxxxxx) “Məşgulluq» alt sistemində xx.xx.2019-cu il tarixdən işsiz kimi qeydiyyatdadır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin «Əmək müqaviləsi bildirişi» alt sistemində əldə olunan məlumata əsasən İddiaçı xx.xx.2020-ci il tarixinə qüvvədə olan aktiv əmək müqaviləsi aşkar olunmadı. İşdə olan Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2009-cu il tarixli 2(019)-89/2009 saylı qətnaməsinin surətindən görünür ki, həmin qətnaməyə əsasən İddiaçı ilə cavabdeh Əzimova (Malahova) Esmira Ramazan qızı aralarında xx xxxxxxx 2003-cü il tarixdə bağlanmış 637 nömrəli nikahın pozulması, boşanmadan sonra uşaqları xx xxxxxxx 2004-cü il təvəllüdlü X9 və xx xxxxxx 2005-ci il təvəllüdlü X6 anaları X3 yanında qalmaları, cavabdeh İddiaçı xx xxxxxx 2009-cu il tarixdən başlayaraq xx xxxxxxx 2004-cü il təvəllüdlü X9 və xx xxxxxx 2005-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər bir uşaq üçün sabit pul məbləğində 30 manat alimentin tutulub cavabdeh X3 xeyrinə verilməsi qət edilmişdir. İşdə olan Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli 2(019)-62/2014 nömrəli qətnaməsindən görünür ki, həmin qətnaməyə əsasən xx xxxxxxx 2004-cü il tarixdə anadan olmuş X9 və xx xxxxxx 2005-ci ildə anadan olmuş X6 yetkinlik yaşına çatana kimi baxılıb saxlanmaları üçün Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2009-cu il tarixli 2(019)- 89/2009 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi, xx xxxxxx 2014-cü il tarixdən hesablanmaqla hər ay hər bir uşaq üçün 50 (əlli) manat sabit pul məbləğində alimentin cavabdeh İddiaçı alınıb iddiaçı X3 xeyrinə verilməsi qət edilmişdir. İşdə olan Balakən Rayon Məhkəməsinin xx xxx 2017-ci il tarixli 2(019)-848/2017 nömrəli qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli 2(019)-62/2014 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilmiş, qətnamə qanuni qüvvəsini aldığı gündən başlayaraq cavabdeh İddiaçı xx xxxxxxx 2004-cü il tarixdə anadan olmuş X9 və xx xxxxxx 2005-ci ildə anadan olmuş X6 yetkinlik yaşına çatana kimi baxılıb saxlanmaları üçün hər ay hər bir uşaq üçün 100 (bir yüz) manat miqdarında alimentin alınıb iddiaçı X3 xeyrinə verilməsi qət edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kliniki Tibbi Mərkəzi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş Holter EKQ müayinədən görünür ki, İddiaçı sutka ərzində monitor müşahidə zamanı EKQ-də ürəyin keçiriciliyinin pozğunluğu -İİdərəcəli İ-tipli natamam sinaurikulyar blokada -vaxtaşırı tranzitor İİ-ci dərəcəli Mobits İİ-ci tipli natamam Sinaurikulyar blokadanın epizodları -və mədəciklərin ərkən repolyarizasiya sindiromu müşahidə olundu. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən xx xxxx 2018-ci il tarixdə verilmiş AZ-T seriyalı 009175 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X10 arasında xx.xx.2010-cu ildə nikah bağlanmış, nikah bağlanandan sonra arvada Əzimova soyadı verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 xx.xx.2011-ci ildə anadan olmuşdur. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 xx.xx.2009-cu ildə anadan olmuşdur. Məhkəmə işdə olan sübutları bilavasitə tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh ilə xx xxxxxxx 2003-cü ildə rəsmi nikah bağlamaqla evlənmiş, onların rəsmi nikahlarından xx xxxxxxx 2004-cü ildə X16 və xx xxxxxx 2005-ci ildə X13 adında iki uşaqları olmuşdur. Uşaqlar cavabdehin himayəsində yaşayırlar. Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2009-cu il tarixli 2(019)-89/2009 saylı qətnaməsinə əsasən İddiaçı cavabdeh Əzimova (Malahova) Esmira Ramazan qızı ilə aralarında xx xxxxxxx 2003-cü il tarixdə bağlanmış 637 nömrəli nikahın pozulması, boşanmadan sonra uşaqları- xx xxxxxxx 2004-cü il təvəllüdlü X9 və xx xxxxxx 2005-ci il təvəllüdlü X6 anaları X3 yanında qalmaları, cavabdeh İddiaçı xx xxxxxx 2009-cu il tarixdən başlayaraq xx xxxxxxx 2004-cü il təvəllüdlü X9 və xx xxxxxx 2005-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər bir uşaq üçün sabit pul məbləğində 30 manat alimentin tutulub cavabdeh X3 xeyrinə verilməsi qət edilmişdir. xx xxxxxxx 2004-cü il tarixdə anadan olmuş X9 və xx xxxxxx 2005-ci ildə anadan olmuş X6 yetkinlik yaşına çatana kimi baxılıb saxlanmaları üçün müəyyən edilmiş alimentin miqdarı Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli 2(019)- 62/2014 nömrəli qətnaməsi ilə artırılaraq hər ay hər bir uşaq üçün 50 (əlli) manat, Balakən Rayon Məhkəməsinin xx xxx 2017-ci il tarixli 2(019)-848/2017 nömrəli qətnaməsi ilə isə hər ay hər bir uşaq üçün 100 (bir yüz) manat sabit pul məbləğində müəyyən edilmişdir. İddiaçı xəstəliyi və ailə vəziyyəti ilə əlaqədar alimenti ödəyə bilmədiyini göstərərək hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh alimentin miqdarının azaldılmasına etiraz edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Konstitusiyanın 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcədə aliment verməyə borclu olan valideyn qazancı (gəliri) qeyri müntəzəm dəyişən olarsa,ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 112-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında “Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasında “X8” xx xxxxxx 2009-cu il tarixli Qanunun 1-ci bəndinə edilən dəyişikliyə əsasən 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə görə aliment alınması haqqında iddialarda iddanın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən olunur. Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq olunan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutları tətbiq edilməli hüquq normalarına müvafiq qiymətləndirərək, işin hallarını, hazırda uşaqlar üçün yaşayış minimumunun 170 manat olmasını, iddiaçının hər uşaq üçün 100 manat aliment ödəməsini, ödənilən məbləğin uşaqlar üçün yaşayış minimumundan xeyli az olmasını, qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən H.Q.Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar