Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-951/2021 20.09.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X6 qızının katibliyi, iddiaçı Əliyeva Ayşə İlyas qızının, Cavabdeh oğlunun iştirakları ilə, İddiaçı Əliyeva Ayşə İlyas qızının Cavabdeh qarşı aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Əliyeva Ayşə İlyas qızı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh ilə birgə nikahlarından olan 27.11.2020-ci il təvəllüdlü X1 baxılıb saxlanması üçün Cavabdeh Məhəmməd oğlundan hər ay əmək haqqının dörddə bir hissəsi miqdarında aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Əliyeva Ayşə İlyas qızı məhkəmə iclasında iddianı müdafiə edərək göstərdi ki, o, Cavabdeh ilə 2019-cu ildə rəsmi nikah bağlamadan evlənmiş, 23.05.2020-ci ildə nikahlarını Bakı ASAN xidmət Mərkəzi Qeydiyyat şöbəsində 05 sayla rəsmiləşdirmişlər.Cavabdeh ilə birgə nikahlarından 27 noyabr 2020-ci ildə X2 adında bir uşaqları olmuşdur.Onlar evləndikdən sonra aralarında tez-tez ailə münasibətləri zəminində mübahisələri olmuş, Bəxtiyar bütün qazancını özünə xərcləməklə ailəyə laqeyd münasibət göstərmişdir. Bu səbəbdən də münaqişələri olmuş və 01.07.2021-ci il tarixdə onlar ayrılmışlar. Lakin aralarında olan rəsmi nikah pozulmamışdır. Bəxtiyar əvvəlki arvadı ilə barışmışdır.Birgə nikahlarından olan uşaq özünün himayəsində yaşayır. Ətriyyat mağazasında satıcı işləyir, təkbaşına uşağa baxmaq onun üçün çox çətindir. Cavabdeh Bakı şəhərində "xxxx" ASC-də hüquq şöbəsinin rəisi vəzifəsində işləyir, onun aylıq əmək haqqı 1200 manat təşkil edir. Lakin, o, uşağın maddi tələbatı ilə maraqlanmır.Bəxtiyar uşağa baxmağa borcludur.Ona görə də Cavabdeh birgə nikahlarından olan bir uşağın yetkinlik yaşına çatanadək baxılıb saxlanması üçün aliment tutulması tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Сavabdeh Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul edərək göstərdi ki, o, iddiaçı Əliyeva Ayşə İlyas qızı ilə 2019-cu ildə rəsmi nikah bağlamadan evlənmiş, 23.05.2020-ci ildə nikahlarını Bakı ASAN xidmət Mərkəzi Qeydiyyat şöbəsində 05 sayla rəsmiləşdirmişlər. Birgə nikahlarından 27 noyabr 2020-ci ildə X2 adında bir uşaqları olmuşdur. Aralarındakı narazılığa görə 01.07.2021-ci il tarixdə ayrılmışlar.Lakin aralarında olan rəsmi nikah pozulmamışdır. Birgə nikahlarından olan uşaq iddiaçının himayəsində yaşayır. Bakı şəhərində ləğv prosesində olan "xxxx" ASC-də hüquqşünas işləyir. Onu bir ay müddətinə işə götürmüşlər. Müqavilənin müddətinin uzadılıb-uzadılmamasından məlumatı yoxdur.Onun əvvəlki nikahından da iki uşağı vardır. Ona görə də alimentin sabit pul məbləği ilə müəyyən edilməsini xahiş edir və hər ay sabit pul məbləğində 180-200 manat aliment verməyə razıdır. Qeyd etdikləri nəzərə alınmaqla iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 3 saylı Bakı Asan Xidmət mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən 05 aprel 2021-ci il tarixdə verilmiş AZ-İV seriyalı 583212 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X2 27.11.2020-ci il tarixdə anadan olmuş, atası Cavabdeh Məhəmməd oğlu, anası isə İddiaçı göstərilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 5 saylı Bakı “Asan Xidmət Mərkəzi” Qeydiyyat Şöbəsi tərəfindən 23 may 2020-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 396082 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh oğlu ilə X4 arasında 23 may 2020-ci il tarixdə 1394 nömrə ilə nikah qeyd edilmiş, nikah bağlanandan sonra arvada Əliyeva soyadı verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş X3 iştirak edilməsi barədə 19.08.2021-ci il tarixli 00/93/7 nömrəli arayışdan görünür ki, İddiaçı X3 iştirak etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, iddiaçı Əliyeva Ayşə İlyas qızı Cavabdeh oğlu ilə 2019-cu ildə evlənmiş, 23.05.2020-ci ildə nikahlarını Bakı “Asan Xidmət” Mərkəzi Qeydiyyat şöbəsində 05 nömrə ilə qeydə aldırmışlar.Birgə nikahlarından 27 noyabr 2020-ci il tarixdə Əlizadə Melisa Bəxtiyar qızı adında bir uşaqları olmuşdur. Tərəflər 07.07.2021-ci il tarixdən ayrı yaşayırlar. Uşaq iddiaçının himayəsindədir. Cavabdeh uşağa baxmağa iddiaçıya maddi köməklik göstərmir. Ona görə də iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Konstitusiyanın 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.1 1 uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Uşaq hüquqları haqqında “Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə görə aliment alınması haqqında iddialarda iddanın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən olunur. Məhkəmə işin hallarını, maddi hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Alimentin sabit pul məbləğində tutulması barədə cavabdehin xahişi ilə bağlı məhkəmə qeyd edir ki, alimentin sabit pul məbləğində tutulmasının əsasları və qaydası Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm dəyişən olarsa, ya qazancının (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissəsi kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sözügedən maddənin məzmunundan da göründüyü kimi alimentin sabit pul məbləği ilə müəyyən edilməsi yalnız uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə mümkündür.Hazırkı işdə isə iddiaçı alimentin sabit pul məbləği ilə müəyyən edilməsini xahiş etmir. Ona görə də cavabdehin həmin xahişi əsaslı hesab oluna bilməz. Cavabdeh əvvəlki nikahından iki uşağının olmasını göstərsə də, bu uşaqlar barədə, onlara aliment verib- verməməsi barədə heç bir sübutu məhkəməyə təqdim etmədi. Halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni zamanda tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, tərəflərin birgə nikahından olan azyaşlı uşağın anasının yanında yaşamasını, tərəflər arasında alimentin ödənməsi ilə bağlı saziş olmamasını,cavabdehin uşağın saxlanmasına maddi köməklik göstərməməsini, tərəflərin maddi və ailə vəziyyətlərini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, ərizənin verildiyi 20 avqust 2021-ci il tarixdən başlayaraq 27 noyabr 2020-ci ildə doğulmuş Əlizadə Melisa Bəxtiyar qızının yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarında aliment tutularaq, iddiaçı Əliyeva Ayşə İlyas qızına ödənilməlidir. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220,234.2.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi İddia təmin edilsin. 20 avqust 2021-ci il tarixdən başlayaraq 27 noyabr 2020-ci ildə doğulmuş Əlizadə Melisa Bəxtiyar qızının yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarında aliment tutularaq iddiaçı Əliyeva Ayşə İlyas qızına verilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №2(019)-951/2021
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-951/2021
20.09.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver