Məhkəmə qərarları › İş №2(019)-983/2021

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-983/2021

29.09.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-983/2021 29.09.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X4 qızının katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Balakən Rayon Məhkəməsinin 21 iyun 2018-ci il tarixli 2(019)-888/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməklə himayəsində olan, 07 noyabr 2016-ci ildə anadan olmuş oğlu X2 yetkinlik yaşına çatana kimi baxılıb saxlanması üçün hər ay 200 (iki yüz) manat sabit pul məbləğində alimentin Cavabdeh alınıb onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək izahatında göstərdi ki, o, Cavabdeh ilə 2015-ci ildə qeyri-rəsmi nikahla evlənmişdir. Nikahlarını 15.09.2016-cı ildə Balakən rayon Qeydiyyat Şöbəsində 187 nömrə ilə rəsmiləşdirmişlər. Cavabdeh ilə birgə nikahlarından 07 noyabr 2016-cı ildə X3 adında bir uşaqları olmuşdur. Xasiyyətləri uyğun gəlmədiyindən Cavabdeh ilə ailə münasibətləri uzun sürməmiş və ayrılmışlar. Uşaq özünün himayəsində yaşayır. O, 2018-ci ildə aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. Balakən Rayon Məhkəməsinin 2(019)-888/2018 nömrəli, 21.06.2018-ci il tarixli qətnaməsinə əsasən bir uşağın saxlanmasına görə 140 manat aliment müəyyən edilmişdir.Cavabdehin ödədiyi 140 manat alimentlə hazırki dövrdə uşağı saxlamaq və onun tələbatlarını ödəmək çox çətindir. Cavabdehin kifayət qədər qazancı olsa da könüllü olaraq bu məbləği artırmır. Cavabdeh oğlu-Öməri saxlaması üçün hər ay 200 manat aliment ödəmək iqtidarındadır. Buna görə də alimentin miqdarının artırılması tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.Qeyd ediləndləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Nümayəndə iddianı qəbul etməyərək göstəri ki, Cavabdeh oğludur. Oğlu Ramid heç yerdə işləmir. Onlar çətin vəziyyətdə yaşayırlar. Onlar, çox çətinliklə 140 manat alimenti ödəyirlər. Onların bundan artıq məbləğdə aliment ödəmək imkanları yoxdur. İddiaçı uşağı saxlaya bilmirsə versin onlara özləri uşağa baxarlar. İddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş X1 iştirak edilməsi barədə 31.08.2021ci il tarixli 00824 nömrəli arayışdan görünür ki, İddiaçı X1 iştirak etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 16 dekabr 2016-cı il tarixdə verilmiş AZ-İİİ seriyalı 878310 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 07 noyabr 2016-cı il tarixdə anadan olmuş, atası Cavabdeh, anası isə İddiaçı göstərilmişdir. İşdə olan Balakən Rayon Məhkəməsinin 21 iyun 2018-ci il il tarixli 2(019)- 888/2018 nömrəli qətnaməsindən görünür ki, həmin qətnaməyə əsasən iddianın qismən təmin edilməsi, 29 may 2018-ci il tarixdən başlayaraq Cavabdeh 07 noyabr 2016-cı il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 140 (bir yüz qırx) manat sabit pul məbləğində alimentin alınıb İddiaçı xeyrinə tutulması qət edilmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edilmişdir ki, İddiaçı 2015-ci ildə qeyri-rəsmi nikahla Cavabdeh evlənmiş, nikahları 15.09.2016-cı ildə Balakən rayon Qeydiyyat Şöbəsində 187 nömrə ilə qeydə alınmışdır. Tərəflərin birgə nikahlarından 07 noyabr 2016-cı ildə X3 adında bir uşaqları olmuş, uşaq hazırda iddiaçının himayəsində yaşayır. Balakən Rayon Məhkəməsinin 21 iyun 2018-ci il tarixli 2(019)-888/2018 saylı qətnaməsinə əsasən Cavabdeh 07 noyabr 2016-cı ildə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 140 manat sabit pul məbləğində alimentin tutulub İddiaçı verilməsi qət edilmişdir. İddiaçı ödənilən alimentin miqdarının uşağın tələbatını ödəmədiyini göstərərək hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Konstitusiyanın 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcədə aliment verməyə borclu olan valideyn qazancı (gəliri) qeyri müntəzəm dəyişən olarsa,ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa , yaxud onun qazancı və sair gəliri yoxdursa , habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında “Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2021-ci ildə yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, tərəflər arasında alimentin ödənməsi ilə bağlı saziş olmamasını, cavabdehin ödədiyi alimentin uşağın tələbatını ödəməməsini, tərəflərin maddi və ailə vəziyyətlərini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Balakən Rayon Məhkəməsinin 21 iyun 2018-ci il tarixli 2(019)-888/2018 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməli, qətnamə qanuni qüvvəsini aldığı gündən başlayaraq 07 noyabr 2016-cı ildə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Balakən Rayon Məhkəməsinin 21 iyun 2018-ci il tarixli 2(019)-888/2018 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. Qətnamə qanuni qüvvəsini aldığı gündən başlayaraq 07 noyabr 2016-cı ildə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 175 ( bir yüz yetmiş beş) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar