Məhkəmə qərarları › İş №2(019)-988/2021

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-988/2021

03.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-988/2021 03.11.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X17 qızının katibliyi, İddiaçı Yusif oğlunun, onun nümayəndəsi Nümayəndə Sultan oğlunun və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsinin və onun əsasında verilmiş torpağa mülkiyyət hüququna dair reyestrdən çıxarışların ləğv edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh ilə X9 arasında olan alqı-satqı müqaviləsinin və onun əsasında verilmiş torpağa mülkiyyət hüququna dair reyestrdən çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh, oğlu Nümayəndə Soltan oğluna və həyat yoldaşı X4 qarşı torpaq sahəsindən çıxarma və oradan istifadəyə yaradılmış maneənin aradan qaldırılması tələbi ilə iddia qaldırmış və iddiası təmin edilmişdir. Onun səhhətində problem olduğu üçün həmin prosesə cəlb edilməmiş və bunu ondan gizlətmişlər. Bu prosesin mahiyyəti barədə icra məmurunun könüllü icra ilə bağlı bildirişindən sonra xəbər tutmuşdur. Hesab edir ki, Cavabdeh iddiasının əsası kimi istinad etmiş olduğu sənədlərin qanuni əsası olmadığından, həmin sənədlər ləğv olunmalıdır. Belə ki, mübahisə predmeti olan torpaq sahəsi faktiki olaraq onların sahibliyində olmuş torpaq sahəsidir və həmin torpaq sahəsinin bütün vergilərini də müntəzəm olaraq məhz o, ödəmişdir. Balakən rayon XDS İcraiyyə Komitəsinin 16 fevral 1984-cü il tarixli 4 saylı protokoldan çıxarışa əsasən mübahisəli torpaq sahəsi Balakən rayon sakini X1 mülkiyyətində olmuşdur. Həmin qərara əsasən sözügedən torpaq sahəsinin 0,25 ha və 0,05 ha hissəsi X1 razılığı əsasında ona verilmişdir.Qüvvədə olan Balakən rayon DSX İcraiyyə Komitəsinin 16 fevral 1984-cü il tarixli 4 saylı qərarından görünür ki, mübahisələndirilən torpaq sahəsi üzrə mülkiyyət hüququ ona verilmişdir. Hazırda sözügedən qərarlar mübahisələndirilməyib və qüvvədədir. İş materiallarından da görünür ki, hazırda Cavabdeh mülkiyyət hüququ əldə etdiyi torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi əvvəllər Aşabel Saramanovaya məxsus olmuşdur. Hesab edir ki, cavabdeh başqasının, yəni onun hüquqlarında yüklü olan torpaq sahəsini qanunsuz əldə edibdir. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, xüsusi mülkiyyətində Balakən şəhəri, M.F.Axundov küçəsi-2 (əvvəlki ünvanı Nərimanov küçəsi- 24) ünvanında 0,15 ha həyətyanı torpaq sahəsi və ümumi sahəsi 42,9 kv/m fərdi vaşayış evi vardır. Onun həmin əmlaklar üzərindəki hüquqları 28 fevral 2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, RX seriyalı ******* nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmişdir. Cavabdehlər Nümayəndə Soltan oğlu və X6 RX seriyalı ******* nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən mülkiyyətində olan Balakən şəhəri, M.F.Axundov küçəsi-2 (əvvəli ünvan: N.Nərimanov küçəsi-24) ünvanında yerləşən 0,15 ha həyətyanı torpaq sahəsi və fərdi yaşayış evindən istifadə və sahiblik etməyinə imkan vermirlər. Belə ki, mülkiyyətində olan həmin əmlaka daxil olan kimi cavabdehlər dərhal onun və yaxınlarının üzərinə hücum çəkərək həmin əmlakın onların (cavabdehlərin) olduğunu iddia edir və ora daxil olan şəxsləri oradan qovurlar. Əsasları da odur ki, güya ki, özünə məxsus əmlakın yerləşdiyi torpaq sahəsi əvvəllər onlara verilmişdir. Halbuki Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19.05.2020-ci il tarixli 2(107)-82/2020 nömrəli icra sənədinə əsasən cavabdehlər Nümayəndə və X2 üzərinə RX seriyalı ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən 0,15 ha həyətyanı torpaq sahəsindən istifadə və sahiblik etməsinə qarşı yönəlmiş qərəzli hərəkətlərinə-onu torpaq sahəsinə və evə daxil olmağa qoymamalarına, ora daxil olduqda onu qovmalarına və təhdid etmələrinə son qoymaları vəzifəsi qoyulmuş, cavabdeh Nümayəndə və X5 zəbt etdikləri, onun mülkiyyətində olan torpaq sahəsindən çıxarılmalıdırlar.Hesab edir ki, o, mülkiyyətində olan torpaq sahəsini və fərdi yaşayış evini qanuni əsaslarla almışdır. Həmin sənədlərin ləğv edilməsi üçün heç bir əsas yoxdur.Göstərilənləri nəzərə alaraq iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 15.02.2018-ci il tarixli AN-İ N ******* saylı alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı X7 mülkiyyət hüququ ilə özünə məxsus olan, ünvan 6 ünvanında yerləşən, istifadəsində olan 0,15 ha torpaq sahəsini və üzərindəki ümumi sahəsi 42,9 kv/m., yaşayış sahəsi 42,9 kv/m. olan 2 otaqlı fərdi yaşayış evini 30000 manata Cavabdeh satmışdır. Alqı-satqı müqaviləsi reyestrdə 4Ə-78 nömrə ilə qeydə alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın və texniki pasportun təsdiq edilmiş surətlərindən görünür ki, ünvan 5 ünvanında yerləşən 0,15 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində 1958-ci ildə tikilmiş, ümumi sahəsi 35,50 kv/m olan fərdi yaşayış evi 28.02.2018-ci ildə tam mülkiyyət hüququ ilə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon XDS İcraiyyə Komitəsinin 16 fevral 1984-cü il tarixli 4 saylı çıxarışının surətində göstərilir ki, şəhər sakini X1 həyətyanı torpaq sahəsindən 0.25 ha kəsilərək X10 ev tikmək üçün verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon XDS İcraiyyə Komitəsinin 16 fevral 1984-cü il tarixli 4 saylı çıxarışının surətində göstərilir ki, həmin qərarla şəhər sakini X1 həyətyanı torpaq sahəsindən 0.05 ha kəsilərək X10 ev tikmək üçün verilmişdir. İşdə olan Zaqatala Rayon Məhkəməsinin 15 iyul 2019-cu il tarixli 2(033)-569/2019 nömrəli qərardadına əsasən İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi, maraqlı şəxslər X3, XXX Xanım Soin qızı, X7 və Cavabdeh qarşı iddia tələbinin “mülkiyyətinə verilmiş Balakən rayon XDS İcraiyyə Komitəsinin 16 fevral 1984-cü il tarixli 4 nömrəli protokolundan çıxarışa əsasən 0,25 ha və 16 fevral 1984-cü il tarixli N- 10/60 saylı çıxarışına əsasən mülkiyyətinə verilmiş 0,05 ha torpaq sahələrinə ölçülüb plan cizgisinin verilməsi və bunun əsasında mülkiyyətinə çıxarışın verilməsi öhdəliyinin DƏDRX-nin üzərinə qoyulması tələbinə dair” hissəsi üzrə mülki işin icraatına xitam verilmişdir. İşdə olan Zaqatala Rayon Məhkəməsinin 15 iyul 2019-cu il tarixli 2(033)-569/2019 nömrəli qətnaməsinin surətindən görünür ki,İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə, maraqlı şəxslər X3, XXX Xanım Soin qızı, X7 və Cavabdeh qarşı 09.12.1997-ci il tarixli qeydiyyat vəsiqəsininin,09.12.1997-ci il tarixli müqavilənin, 25.06.2009-cu il tarixli ******* saylı çıxarışın, 15 iyul 2009-cu il tarixli müqavilənin, 07.08.2009-cu il tarixli ******* saylı çıxarışın, 09.02.2018-ci il tarixli AN-İ ******* saylı alqısatqı müqaviləsinin, 15.02.2018-ci il tarixli ******* saylı alqı-satqı müqaviləsinin və 28.02.2018-ci il tarixli ******* saylı çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. İşdə olan Balakən Rayon Məhkəməsinin 06 iyun 2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, cavabdehlər Nümayəndə və X2 üzərinə RX seriyalı ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən 0,15 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evindən iddiaçı Cavabdeh istifadə və sahiblik etməsinə qarşı yönəlmiş qərəzli hərəkətlərinə-iddiaçını torpaq sahəsinə və evə daxil olmağa qoymamalarına, ora daxil olduqda onu qovmalarına və təhdid etmələrinə son qoymaları vəzifəsinin qoyulması, cavabdeh Nümayəndə və X2 zəbt etdikləri, iddiaçı Cavabdeh mülkiyyətində olan torpaq sahəsindən çıxarılmaları qət edilmişdir. İşdə olan Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19.05.2020-ci il tarixli 2(107)-82/2020 nömrəli qətnaməsinə əsasən cavabdehlər Nümayəndə və X5 tərəfindən verilmiş apelyasiya şikayətinin qismən təmin edilməsi, Balakən Rayon Məhkəməsinin 06 iyun 2018-ci il tarixli, 2(019)-624/2018 saylı qətnaməsi qismən, cavabdehlər Nümayəndə və X2 üzərinə RX seriyalı ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən 0,15 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evindən iddiaçı Cavabdeh istifadə və sahiblik etməsinə qarşı yönəlmiş qərəzli hərəkətlərinəiddiaçını evə daxil olmağa qoymamalarına son qoymaları vəzifəsinin qoyulması hissəsində ləğv edilməsi, həmin hissədə yeni qətnamə qəbul edilməklə iddia tələbinin həmin hissədə təmin edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Məhkəmə iddiaçının, onun nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarını bilavasitə araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki,cavabdeh Əliyeva X16 şəhər sakini X7 ilə 15.02.2018-ci il tarixli AN-İ N ******* nömrəli alqı-satqı müqaviləsi bağlayaraq, sonuncunun mülkiyyətində olan,ünvan 6 ünvanında yerləşən, istifadəsində olan 0,15 ha torpaq sahəsini və üzərindəki ümumi sahəsi 42,9 kv/m, yaşayış sahəsi 42,9 kv/m. olan 2 otaqlı fərdi yaşayış evini 30000 manata almışdır. Onlar arasındakı alqı-satqı müqaviləsi reyestrdə 4Ə-78 nömrə ilə qeydə alınmışdır. Həmin müqavilə əsasında sözügedən torpaq sahəsi və üzərində inşa edilmiş fərdi yaşayış evi 28.02.2018-ci ildə tam mülkiyyət hüququ ilə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Ona RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış və fərdi yaşayış evinin texniki pasportu verilmişdir. İddiaçı İddiaçı həmin torpaq sahəsinin ona məxsus olduğunu iddia edərək hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edildi ki, İddiaçı 2019-cu ildə cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə, maraqlı şəxslər X3, XXX Xanım Soin qızı, X7 və Cavabdeh qarşı iddia ərizəsi ilə Zaqatala Rayon Məhkəməsinə müraciət edərək 09.12.1997-ci il tarixli qeydiyyat vəsiqəsininin,09.12.1997-ci il tarixli müqavilənin, 25.06.2009-cu il tarixli ******* saylı çıxarışın, 15 iyul 2009-cu il tarixli müqavilənin, 07.08.2009-cu il tarixli ******* saylı çıxarışın, 09.02.2018-ci il tarixli AN-İ ******* saylı alqı-satqı müqaviləsinin, 15.02.2018-ci il tarixli ******* saylı alqı-satqı müqaviləsinin və 28.02.2018-ci il tarixli ******* saylı çıxarışın etibarsız hesab edilməsi, mülkiyyətinə verilmiş Balakən rayon XDS İcraiyyə Komitəsinin 16 fevral 1984-cü il tarixli 4 nömrəli protokolundan çıxarışa əsasən 0,25 ha və 16 fevral 1984cü il tarixli N- 10/60 saylı çıxarışına əsasən mülkiyyətinə verilmiş 0,05 ha torpaq sahələrinə ölçülüb plan cizgisinin verilməsi və bunun əsasında mülkiyyətinə çıxarışın verilməsi öhdəliyinin DƏDRX-nin üzərinə qoyulması tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin 15 iyul 2019-cu il tarixli 2(033)-569/2019 nömrəli qərardadı ilə iddia tələbinin “mülkiyyətinə verilmiş Balakən rayon XDS İcraiyyə Komitəsinin 16 fevral 1984-cü il tarixli 4 nömrəli protokolundan çıxarışa əsasən 0,25 ha və 16 fevral 1984-cü il tarixli N- 10/60 saylı çıxarışına əsasən mülkiyyətinə verilmiş 0,05 ha torpaq sahələrinə ölçülüb plan cizgisinin verilməsi və bunun əsasında mülkiyyətinə çıxarışın verilməsi öhdəliyinin DƏDRX-nin üzərinə qoyulması tələbinə dair hissəsi üzrə mülki işin icraatına xitam verilmiş, eyni tarixli,eyni nömrəli qətnamə ilə iddia tələbinin “ 09.12.1997-ci il tarixli qeydiyyat vəsiqəsinin ,09.12.1997-ci il tarixli müqavilənin, 25.06.2009-cu il tarixli ******* saylı çıxarışın, 15 iyul 2009-cu il tarixli müqavilənin, 07.08.2009-cu il tarixli ******* saylı çıxarışın, 09.02.2018-ci il tarixli AN-İ ******* saylı alqı-satqı müqaviləsinin, 15.02.2018-ci il tarixli ******* saylı alqı-satqı müqaviləsinin və 28.02.2018-ci il tarixli ******* saylı çıxarışın etibarsız hesab edilməsi tələbinə dair hissəsinin rədd edilməsi qət edilmişdir. Məhkəmə qeyd edir ki, Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 4.1-ci mаddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qorunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qorumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Həmin normаnın təhlilindən göründüyü kimi, şəxslər məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа bu şərtlə mаlikdirlər ki, onlаrın hüquq və аzаdlıqlаrının, eləcə də mаrаqlаrının qorunmаsı qаnunlа nəzərdə tutulmuş olsun. Eyrenin İrlandiyaya qarşı iş üzrə İnsan hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəməyə müraciət etmək hüququ şəxsin hüquq və vəzifələrinin müəyyən edilməsi və öz işini lazımi qaydada təqdim etməsi üçün onun işinə müstəqil və qərəzsiz məhkəmə tərəfindən baxılması hüququna malik olması deməkdir. Şəxsin məhkəməyə müraciət etmək hüququnun olmaması ədalətli məhkəmə araşdırması hüququnu mənasız edir. "M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında deyilir: "Mülki mübаhisənin qаnuni həlli üçün işə bаxаn məhkəmə, o cümlədən tаm hüquqlu məhkəmə kimi аpellyаsiyа instаnsiyаsı məhkəməsi ilk növbədə iddiа qаldırmış şəxsin müvаfiq subyektiv hüquqа mаlik olub-olmаmаsını аrаşdırmаlıdır. Subyektiv mənаdа hüquq normаtiv-hüquqi аktlаrlа müəyyən olunmuş zаhiri аzаdlığı ifаdə edir. Şəxsiyyətin dаvrаnışının bu və yа digər üsulunu seçməklə şüurlu olаrаq məqsədləri müəyyən etmək və onlаrın istiqаmətində hərəkət etmək imkаnı belə аzаdlığın dаxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhаtəsinə düşmür. Həmin аzаdlığın ictimаi münаsibətlərdə öz məqsədini ifаdə etmək imkаnı kimi qəbul olunаn xаrici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xаrici) cəhət hüquqi ixtiyаr kimi təzаhürü ehtivа edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyаr; bаşqа (borclu) şəxslərdən tələb etmək hüququ; müdаfiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bаğlıdır. Birinci element isə bəzən yаlnız qаnunlа müəyyən olunmuş qаydаyа riаyət edilməklə yаrаnır. Belə qаydаlаrа riаyət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdаfiə hüququnun yаrаnmаsındаn, eləcə də həyаtа keçirilməsindən söhbət gedə bilməz." Göründüyü kimi, Azərbаycаn Respublikаsı Konstitusiyа Məhkəməsinin hüquqi mövqeyinə görə, mülki mübаhisəni həlli edən məhkəmə ilk növbədə iddiа qаldırmış şəxsin müvаfiq subyektiv hüquqа mаlik olub-olmаmаsını аrаşdırmаlıdır. İddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi üçün müvаfiq subyektiv hüquqа mаlik olub-olmаmаsı məhkəmə tərəfindən аrаşdırılаrkən məlum olmuşdur ki, onun hazırkı iddianı qaldırmağa subyektiv hüququ olmamışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbаycаn Respublikаsının qаnunvericiliyinin tərkib hissəsi olаn «İnsаn hüquqlаrının və əsаs аzаdlıqlаrının müdаfiəsi hаqqındа» Konvensiyаnın 1 sаylı Protokolunun 1-ci mаddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən mаneəsiz istifаdə etmək hüququnа mаlikdir. Heç kəs, cəmiyyətin mаrаqlаrı nаminə, qаnunlа və beynəlxаlq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisnа olmаqlа, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Marks Belçikaya qarşı” 13.06.1979-cu il tarixli işində qeyd etmişdir ki, hər bir şəxsin öz əmlakından maneəsiz istifadə etmək hüququnu tanıyan 1-ci maddə, mənasına görə mülkiyyət hüququnun qarantiyası rolunu oynayır. Ona görə ki, öz mülkiyyəti üzərində sərəncam vermək hüququ mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Göründüyü kimi, həm milli qanunvericilik, həm də, beynəlxalq hüquq, o cümlədən Avropa İnsan Hüquqları Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu və öz mülkiyyətindən maneəsiz istifadə hüququnu tanıyır və həmin hüquqa təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-421.2-ci maddələrinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.1-423.2-ci maddələrinə görə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Sadalanan maddi hüquq normalarının məzmunundan göründüyü kimi müqavilənin ləğvi ilə bağlı iddianı məhkəməyə yalnız müqavilədə tərəf olan şəxs müraciət edə bilər . İş materiallarından görünür ki, İddiaçı ləğvini tələb etdiyi Balakən rayon Dövlət Notariat Kontorunda bağlanmış 15.02.2018-ci il tarixli AN-İ N ******* nömrəli 4Ə-78 nömrə ilə reyestrdə qeydə alınmış alqı-satqı müqaviləsində tərəf deyildir, həmin müqavilənin tərəfləri X7 və Cavabdehdır. Belə olan halda 15.02.2018-ci il tarixli AN-İ N ******* nömrəli 4Ə-78 nömrə ilə reyestrdə qeydə alınmış alqı-satqı müqaviləsində tərəf olmayan İddiaçı həmin müqavilənin ləğvini tələb etməyə subyektiv hüququ yoxdur. Ona görə də onun alqı-satqı müqaviləsinin ləğv edilməsinə dair tələbi təmin edilməməlidir. İddiaçı izah olunur ki, o, Balakən rayon Dövlət Notariat Kontorunda bağlanmış 15.02.2018-ci il tarixli AN-İ N ******* nömrəli , 4Ə-78 nömrə ilə reyestrdə qeydə alınmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbi ilə bağlı məhkəməyə müraciət edə bilərdi. O, həmin iddia tələbi ilə Zaqatala Rayon Məhkəməsinə müraciət etmiş, Zaqatala Rayon Məhkəməsinin 15 iyul 2019-cu il tarixli 2(033)-569/2019 nömrəli qətnaməsi ilə onun iddiası rədd edilmişdir. O,da məhkəmənin həmin qətnaməsi ilə razılaşmış, hətta apellyasiya şikayəti verməmişdir. İddia tələbinin daşınmaz əmlakın dövlət reyestrindən verilmiş Çıxarışın ləğv edilməsi barədə hissəsi ilə bağlı məhkəmə vurğulayır ki, Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Qanunun 8.0 və 8.0..3-cü maddələrinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Cavabdeh adına verilmiş RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış 15.02.2018-ci il tarixli AN-İ N ******* nömrəli alqı-satqı müqaviləsi əsasında verildiyindən iddia tələbi həmin hissədə də təmin edilə bilməz. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş,mümkün və mötəbər sübutlara tam,hərtərəfli,obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, işin hallarını,maddi hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsinin və onun əsasında verilmiş torpağa mülkiyyət hüququna dair reyestrdən çıxarışın ləğv edilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsinin və onun əsasında verilmiş torpağa mülkiyyət hüququna dair reyestrdən çıxarışın ləğv edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar