Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-1035/2023 24.06.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İddiaçı- İddiaçı vəkalətli nümayəndəsi Nümayəndə1, Cavabdeh- Cavabdeh, onun vəkalətli nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə İddiaçı Cavabdeh sabit pul məbləğində aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MüəyyənEtdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2013-cü ildə anadan olmuş X1 və xx.xx.2014-cü il tarixində anadan olmuş X2 oğlunun yetkinlik yaşma çatana kimi saxlanılmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 220 manat sabit pul məbləğində alimentin tutularaq onun xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı vəkalətli nümayəndəsi və vəkjili Nümayəndə1 iddianı müdafiə etdi və izahatında göstərdi ki, İddiaçı ilə Cavabdeh birgə nikahlarından xx.xx.2013-cü ildə Raqub, xx.xx.2014-cü ildə isə Əsma adlı uşaqları anadan olmuşdur. Tərəflərin aralarında olan nikahları Beyləqan rayon məhkəməsinin 2017-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Cavabdeh- Cavabdeh 2022-ci ilin avqust ayından etibarən uşaqların saxlanılması üçün heç bir maddi yardım və ya köməklik göstərmir. Uşaqlardan biri 4-cü sinif şagirdi, digəri isə 3-cü sinif şagirdidir. İddiaçı 2023-cü ilin mart ayında Mediasiya Şurasına alimentlə bağlı müraciət etmiş, cavabdeh isə mediasiya Şurasına gəlməkdən imtina etmişdir. Ona görə də iddiaçı hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Odur ki, xx.xx.2013-cü ildə anadan olmuş X1 və xx.xx.2014-cü il tarixində anadan olmuş X2 oğlunun yetkinlik yaşma çatana kimi saxlanılmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 220 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında izahat verən Cavabdeh iddianı qismən qəbul etdi izahatında göstərdi ki, İddiaçı ilə birgə nikahlarından iki uşaqları anadan olmuşdur. İddiaçı ilə xasiyyətləri uyğun gəlmədiyindən ayrılmışlar və aralarında bağlanmış nikahları Beyləqan rayon məhkəməsinin 2017ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Uşaqlarının saxlanması üçün aliment ödəməyə etirazı olmasa da, tələb edilən məbləğdə aliment ödəməyə maddi imkanı yoxdur. Beyləqan rayon Yuxarı Çəmənli İƏD üzrə nümayəndəsi vəzifəsində işləyir. Aylıq əmək haqqı 932.99 manat təşkil edir. Həminəmək haqqının 1/3 hissəsi miqdarında alimen tödəməyə etiraz etmir. Ona görə də, iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İşdə olan doğum haqqında şəhadətnamələrdən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2013-cü ildə Raqub, xx.xx.2014-cü ildə isə Əsma adlı uşaqları anadan olmuşdur. İşdə olan Beyləqan rayon məhkəməsinin 18 sentyabr 2017-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında 23 aprel 2012-ci il tarix qeyd edilmiş nikahları pozulmuşdur. Məhkəmə iddiaçının vəkalətli nümayəndəsinin və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, məhkəmə tədqiqində müəyyən oldu ki, İddiaçı ilə Cavabdeh birgə nikahlarından xx.xx.2013-cü ildə Raqub, xx.xx.2014-cü ildə isə Əsma adlı uşaqları anadan olmuşdur. Tərəflərin münasibətləri pozulduğundan ayrılmışlar. İddiaçı uşaqları ilə birlikdə valideynlərinin yanında yaşayır. Cavabdeh isə uşaqların saxlanması üçün iddiaçıya aliment ödəmir. Ona görə də iddiaçı cavabdehdən iki uşağın saxlanması üçün sabit pul məbləğində hər ay hər uşaq üçün 220 manat aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinin tələbinə görə «valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa,eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri)qeyri-müntəzəm ,dəyişən olarsa …, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə almentin valideynin qazancından (gəlirindən)müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində tutula bilər.» Həmin Məcəllənin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə vəziyyəti, diqqətəlayiq digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Uşaq Hüquqları haqqında» 20 noyabr 1959-cu il tarixli Bəyənnamənin 6-cı maddəsinə əsasən uşaq mümkün olduqda, valideynlərin himayəsində və onların məsuliyyəti altında və hər bir halda məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. «Uşaq Hüquqları haqqında» BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. «Uşaq Hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən uşağın ailədə valideynləri ilə birlikdə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. Azərbaycan Respublikasında 2017-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa görə Azərbaycan Respublikasında uşaqlar üçün yaşayış minimumu 136 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Məhkəmədə müəyən edildi ki, iddiaçı iki azyaşlı uşaqları ilə birlikdə yaşayır və heç yerdə işləmir. Cavabdeh Elgün Səfərov isə uşaqların saxlanması üçün maddi yardım göstərmir. İddiaçı hər ay cavabdehdən sabit pul məbləğində alimentin alınıb ona ödənilməsini tələb etsə də məhkəmədə müəyyən edildi ki, Məmmədov X3 rayon Yuxarı Çəmənli İƏD üzrə nümayəndəliyində ərzi nümayəndəsi vəzifəsində işləyir. Aylıq əmək haqqı 932.99 manat təşkil edir. Cavabdehin qazancı barədə arayış təqdim edildiyindən alimentin yalnız sabit pulməbləğində müəyyən edilməsi əsaslı hesab edilə bilməz. Lakin cavabdehin əmək haqqından aliment qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında alimentin tutulması uşaqların əvvəlki təminat səviyyəsinə yetərli olmadığına görə aliment həm sabit pul məbləğində, həm də cavabdehin qazancından tutulmaqla müəyyən edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.2-ci maddəsinə görə aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarda aliment tutulur . Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77-ci maddəsinin tələbinə görə «hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.» Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından görünür ki, iddiaçı hazırkı tələblə 28 aprel 2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir.Ona görə də cavabdehdən tutulan aliment iddiaçının məhkəməyə ərizə ilə müraciət etdiyi həmin vaxtdan hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 212-220, 227, 233.1 və 234-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Beyləqan rayonununYuxarı Çəmənli kəndində qeydiyyatda olan və yaşayan Cavabdeh 28 aprel 2023-cü il tarixdən başlayaraq hər ay hər uşağa görə sabit pul məbləğində 20 (iyirmi) manat və qazancın (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında aliment tutularaq xx.xx.2013-cü ildə anadan olan Raqub və xx.xx.2014-cü ildə anadan olan Əsma adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün Beyləqan rayonunun İİ Şahsevən kəndində qeydiyyatda olan və yaşayan uşağın anası- İddiaçı verilsin. Cavabdeh 62.12 (altmış iki manat on iki qəpik) manat dövlət rüsumuna görə alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra edilsin. Qətnamədən tərəflər onun surətni rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərizində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev.
Məhkəmə qərarları › İş №2(020)-1035/2023
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-1035/2023
24.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver