Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-1057/2024 30.09.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İddiaçı- İddiaçı, Cavabdehlər- Cavabdeh1 və Cavabdeh3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı 1.22 ha torpaq sahəsinə dair şifahi alqı-satqı müqaviləsinin təsdiq edilməsi və ya pul tələbinə dair ərizəsinə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 arasında 2014-cü ilin iyul ayında bağlanılmış 1.22 ha torpaq sahəsinin şifahi alqı-satqısına dair müqavilənin təsdiq edilməsi və ya 1.22 ha torpaq sahəsini almaq üçün cavabdehlərə ödədiyi 2.400 (iki min dörd yüz) ABŞ dollarının indiki dövrə formalaşmış bazar qiymətinin dəyəri olan yəni 12.000 (on iki min) manat məbləğində pulun və mütəxəssis rəyi üçün ödədiyi 125 (bir yüz iyirmi beş) manat pulun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat nömrəsi ********** olan, reyestr nömrəsi **********85 olan və qeydiyyat tarixi xx.xx.2014-cü il olan Çıxarışa əsasən Beyləqan rayonu, Təzəkənd kəndində yerləşən 1.22 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini 2014-cü ilin iyul ayında 2.400 ABŞ dollarına Cavabdeh1 ömürlük almışdır. Həmin torpaq sahəsini alarkən doğma xalası oğlu X3 iştirakı ilə Cavabdeh1 və onun oğlanları Cavabdeh2 və Cavabdeh3 iştirakı ilə aralarında şifahi alqı-satqı müqaviləsi bağlanılmışdır. Cavabdeh1la aralarında yüksək səviyyədə inam və etibar olduğundan və ona təcili pul lazım olduğundan həmin vaxt alqısatqını notarial qaydada tam şəkildə sənədləşdirə bilməmişlər. Cavabdehlər onlardan aldığı 1.22 ha torpaq sahəsinin çıxarışının və torpaq sahəsinin planı və ölçüsünün əslini ona vermişlər. Hazırda da həmin sənədlərin əsli ondadır. Cavabdehlərdən Cavabdeh2 hərbiçi olduğundan mütəmadi olaraq hərbi xidmətlə bağlı yaşadığı ünvanda olmadığından və məlum 2-ci Qarabağ müharibəsində oğlu Vətən uğrunda gedən döyüşlərdə şəhid olduğundan bir müddət özünə qapandığından aralarında olan alqısatqını notarial qaydada sənədləşdirilməmişlər. Cavabdehlərdən 2.400 ABŞ dollarına aldığı 1.20 ha torpaq sahəsinə dair sənədlərin əsli hal hazıra kimi onda olmaqla yanaşı həmin torpaq sahəsi 2014-cü ilin iyul ayından etibarən indiyədək onun istifadəsindədir. Həmin torpaq sahəsini aldığı gündən etibarən son zamanlara kimi istifadə etməklə həmin torpaq sahəsinə külli miqdarda xərc qoyaraq abadlaşdırma və yaxşılaşdırma işləri apararaq tam yararlı vəziyyətə gətirmişdir. Hazırda həmin torpaq sahəsində 7 illik yonca bitkisi əkmişdir. Lakin cavabdehlərdən Cavabdeh2 qanunsuz olaraq özbaşına heç bir məlumat vermədən əkdiyi yoncanı kombayın gətizdirərək biçdirirək aparmışdır. O, bu barədə Cavabdeh2 öz iradın bildirsə də cavabdeh ona əhəmiyyət verməyərək öz heyvanlarını gətirib aldığı torpaq sahəsində otarır. Cavabdeh torpaq sahəsində qanunsuz işlər görərək ona külli miqdarda ziyan vurmuşdur. Hesab edir ki, onların arasında bağlanmış torpağın alqı-satqısına dair əqd etibarlıdır. Ona görə də, əqdin etibarlı hesab edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsində alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsini göstərməklə əslində o, həmin ərizəsində əqdin etibarlı hesab edilməsini tələb etmişdir və onun iddiasının həmin hissəsi o cür də qiymətləndirilməlidir. İddiaçının məhz tələbi də ondan ibarətdir və bu barədə məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə iclasında izahat verən Cavabdeh1 iddianı qəbul etmədi və göstərdi ki, o, iddiaçıya torpaq sahəsini satmamışdır. İddiaçını tanımamışdır. İddiaçını birinci dəfədir ki, görür. X10 arasında olan şifahi razılığa əsasən həmin torpaq sahəsini ildə 300 manat verilməklə Şahlara 5-7 il müddətinə icarəyə vermişdir. Həmin torpaq sahəsi övladlarına məxsusdur. O, arvadına məxsus payı Şahlar Quliyevə satmışdır. Mübahisəli torpağı isə satmamışdır. İddiaçı icarə pulunu vermədiyinə görə aralarında olan razılıq pozulmuşdur. Şahlar indiyə kimi onlara cəmi 1.500 manata yaxın pul vermişdir. İddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında izahat verən Cavabdeh3 iddianı qəbul etmədi və izahatında göstərdi ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat nömrəsi ********** olan, reyestr nömrəsi **********85 olan və qeydiyyat tarixi xx.xx.2014-cü il olan Çıxarışa əsasən Beyləqan rayonu, Təzəkənd kəndində yerləşən 1.22 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi onun və qardaşının mülkiyyətinə verilmişdir. O, iddiaçıya torpaq sahəsi satmamışdır. X9 arasında olan şifahi razılığa əsasən həmin torpaq sahəsini icarəyə vermişdir. Sonradan iddiaçı icarə pulu vermədiyinə görə aralarında narazılıq yaranmışdır. Toprağı atası icarəyə vermişdir. Atası onlara bildirmişdir ki, torpağı icarəyə verir və Şahlar Quliyev onlara hər il icarə pulu verəcəkdir. Lakin icarə pulunu vaxtında vermədiklərinə görə pozuluşmuşlar. Ona görə də iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclasında izahat verən Cavabdeh2 iddianı qəbul etməmiş və göstərmişdir ki, onun və qardaşının mülkiyyətində olan torpaq sahəsini Şahlar Quliyevə icarəyə vermişlər. Şahlar Quliyev onlardan torpağı payızlıq otarmaq üçün almışdır. Şahlar iddiaçı ilə birlikdə torpağı istifadə edərək onlara qaytarmamışlar. İddiaçı onlara pul verməmiş və onlar iddiaçıya torpaq satmamışlar. Həmin torpaq sahəsini icarəyə atası vermiş və icarə pulunu da atası almışdır. Atası da onlara torpağı icarəyə verdiyini bildirmişdir. İddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X6 ifadəsində göstərdi ki, İddiaçı onun xalası oğludur. O, 2008-ci ildə Cavabdeh1 ona və ailə üzvlərinə məxsus 5,2 ha pay torpaq sahəsinin 4 ha hissəsini almışdır. İddiaçıla təsərrüfatları bir olduğundan Hasil ondan satılıq torpaq olarsa ona bildirməsini xahiş etmişdir. Cavabdeh1 ona torpaq sahəsinin 1,22 ha hissəsini də satmaq istədiyini bildirmişdir. Həmin vaxt onun pulu olmadığından və xalası oğlu İddiaçı ondan xahiş etdiyindən Hasilə Zahidin torpaq satdığını və torpağı almağı təklif etmişdir. Hasil onunla razılaşmış, 2014-cü ilin iyul ayında o, İddiaçıla birlkdə Cavabdeh1 həmin torpaq sahəsini 2400 ABŞ dollarına almağa razılaşmış və pulu Zahidə vermişlər. Cavabdeh1 torpaq sahəsini nə vaxt olsa sənədləşdirəcəklərinə söz vermişdir. 2019-cu ildə İddiaçı dedi ki, “gedək torpaq sahəsini sənədləşdirək”. Onlar Cavabdeh1 evinə getmiş və torpağı sənədləşirməyi ona bildirmişlər. Həmin vaxt Zahid torpağı sənədləşdirməkdən imtina etmiş, Cavabdeh2 isə pullarını qaytaracaqlarını bildirmişdir. Onlar razılaşmışlar. Lakin cavabdehlər nə pulu verməmiş, nə də ki, torpaq sahəsini sənədləşdirməmişlər və demişlər ki, “biz torpaq sahəsini sənə icarəyə vermişik”. Həmin vaxt İddiaçı xəstələnmiş və bir müddət müalicə almışdır. Sonradan oğlu şəhid olduğunua görə başları qarışmış və torpağı sənədləşdirə bilməmişlər. O, 2400 ABŞ dolları pulu Cavabdeh1 tam vermişdir. Məhkəmə iclasında iddiaçı tərəfindən dəvət edilib dindirilən şahid X8 ifadəsində göstərmişdir ki, 2014-cu ildə sürücü kimi İddiaçı və onun xalası oğlunu özünə məxsus avtomobili ilə Təzəkənd kəndində yerləşən torpaq sahəsinə aparmışdır. Onlar həmin torpaq sahəsinə çatarkən suçunun yeri suladığını görmüşlər. Həmin vaxt onun avtomobilində İddiaçı xalası oğlu Hasildən pulu alıb aparıb sonradan tanıdığı Cavabdeh1 vermişdir. O, həmin vaxt avtomobildə olmuş və onların arasında nə söhbət olduğundan məlumatı olmamışdır. Hasildən eşitmişdir ki, Cavabdeh1 torpaq sahəsi almışdır. Məhkəmə iclasında iddiaçı tərəfindən dəvət edilib dindirilən şahid X7 ifadəsində göstərmişdir ki, 2014-cü ildə qonşusu İddiaçı ona zəng edərək xalası oğlu Şahların torpaq sahəsini suvarmaq lazım olduğunu bildirmişdir. O, Hasillə razılaşmış və səhəri gün torpağı suvarmağa getmişlər. Yer sulayarkən Şahların İddiaçı satılıq torpaq sahəsi olduğunu deməsini, Hasilin isə onunla razılaşdığını görmüşdür. İddiaçı buna etiraz etməmişdir və almağa razı olduğunu demişdir. İddiaçı xalası oğlu Şahlara axşam pulu gətirəcəyini və onunla gedib torpaq sahəsini almasına köməklik etməsini bildirmişdir. Axşam onlar cavabdehlərin evinə getmişlər. Evdə İddiaçı pulu sayıb Şahlara vermişdir. Onlar maşında qalmış Şahlar isə pulu aparıb Zahidə vermişdir. Həmin vaxt digər cavabdehlər orada olmamışlar. 2023-cü ilin dekabr ayında axşamüstü İddiaçı ona “bizim bir torpaq məsələmiz var, torpağı məndən qaytarmaq istəyirlər, gedirik onu danışmağa” demişdir. O, da hər iki tərəflə birlikdə gedib çayxanada söhbət etdikdə Cavabdeh2 “1 ay müddətinə pulu düzəldib verəcəm torpaq sahəsini qaytararsınız” deyə bildirmişdir. Məhkəmə iclasında iddiaçı tərəfindən dəvət edilib dindirilən şahid X1 ifadəsində göstərmişdir ki, 2023-cü ilin dekabr ayının ortalarında Şahlar və Xəzər onun işlətdiyi çayxanaya gələrək söhbət etmişlər. Söhbət əsnasında Şahlar Xəzərə demişdir ki, “mən xalam oğlundan 2400 ABŞ dolları pul alıb vermişəm sizə, pulumu qaytar torpağınızı verim”. Xəzər isə Şahlara dedi ki, “13-cü maaşımı alıb gətirib borcumu bağlayacam”. Onların arasında olan söhbət bundan ibarət olmuşdur. Həmin vaxt Hasil də orada olmuşdur. Ona məlum olmuşdur ki, torpağı Hasil almışdır. Məhkəmə iclasında iddiaçı tərəfindən dəvət edilib dindirilən şahid X2 ifadəsində göstərmişdir ki, Cavabdeh1 ilə əmi uşağı sayılırlar. Cavabdeh2 və Cavabdeh3 isə əmisi uşaqlarıdırlar. O, 2014-cü ildən Təzəkənd kəndində Su birliyinin idarə heyyətinin sədri vəzifəsində işləmişdir. 2015-ci illərdə həmin torpaqların Şahların aldığını bilir. 2015-2016-cı illərdə Hasil ondan Şahların torpaq sahəsinin yanında yerləşən torpaq sahəsinə suyun verilməsinə köməklik göstərməsini xahiş etmişdir. O, Hasillə əmisi oğlu Xəzərin torpaq sahəsinin üstündə mübahisələrinin olmasını bilmiş və Xəzərə demişdir ki, “mən Sizi barışdıraram, gətirin Hasilin pulunu verin o, da torpaq sahəsini qaytarıb Sizə versin”. Həmin vaxt əmisi oğlu Xəzər demişdir ki, “13-cü maaşımı alım Hasilin pulunu verəcəm”. Bu söhbət 2023-cü ilin qış aylarında olmuşdur. Həmin söhbətdən 10-15 gün keçdikdən sonra onların arasında yenə mübahisə başlamış və həmin vaxt Xəzər demişdir ki, “mən ona pul qaytarmayacam, mənim ona pul vermək məqsədim yoxdur və mən Hasilə deyəcəm ki, torpaq sahəmi icarəyə vermişəm”. Bu mübahisənin gəlib məhkəməyə çıxmağının səbəbi əmisi Cavabdeh1 və əmisi oğlanlarının özləridir. Məhkəmə iddiaçının, cavabdehlərin izahatını, şahid ifadələrini və iş materiallarını araşdırıb toplanmış sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilimiş çıxarışdan görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat nömrəsi ********** olan, reyestr nömrəsi **********85 olan və qeydiyyat tarixi xx.xx.2014-cü il olan Çıxarışa əsasən Beyləqan rayonu, Təzəkənd kəndində yerləşən 1.22 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh3 və Cavabdeh2 mülkiyyətlərinə verilmişdir. İş materiallarına əlavə edilimiş Paritet-M MMC nin 31 may 2024-cü il tarixli rəyindən görünür ki, İddiaçı istifadəsində olan Beyləqan rayonunun Təzəkənd kənd ərazisində yerləşən 1.20 ha əkin sahəsini almaq üçün verdiyi 2400 ABŞ dollarının 2014-cü ildə 1883 manat təşkil etmişdir. Həmin rəyə əlavə 24 sentyabr 2024-cü il tarixli 69 nömrəli məktubdan görünür ki, iyul 2024-cü ildəki 1883 manat (2400 ABŞ dolları) 2024-cü il tarixə AZN -lə ekvivalenti 3766,00 manat təşkil edir. Məhkəmədə işin araşdırılmış halları ilə müəyyən edildi ki, Cavabdeh3 və Cavabdeh2 mülkiyyətindəki torpaq sahəsi onların öz razılıqları ilə ataları Cavabdeh1 tərəfindən 2014-cü ildə 2400 ABŞ dollarına İddiaçı satılmışdır. Cavabdeh iddiaçıdan həmin pulu qəbul etmiş və torpaq sahəsini sənədləşdirməyi öhdəsinə götürmüşdür. Lakin sonradan vədinə əməl etməmişdir. Azərbaycan Respublikası MM-nin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Həmin Məcəllənin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 648.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir. Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Həmin Məcəllənin 324.3-cü maddəsinə əsasən bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Həmin Məcəllənin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 325.1-ci maddəsinə əsasən başqa tərəfin qəbul etməsi tələb olunan iradə ifadəsi başqa tərəfə çatdığı andan etibarlı olur. Həmin Məcəllənin 336.1. Əgər tərəflərdən biri əqddən əmələ gələn hüququn dövlət qeydiyyatına alınmasından boyun qaçırırsa, onda qeydiyyat digər tərəfin ərizəsi ilə məhkəmənin qərarı əsasında həyata keçirilir. Beləliklə məhkəmədə müəyyən olundu ki, torpağın alqı-satqısı ilə bağlı iddiaçı öz öhdəliyini yerinə yetirmiş, cavabdehlər torpağın pulunu alıb iddiaçıya həmin torpaq sahəsini satmağı öhdəsinə götürsələr də sonradan buna əməl etməmişlər. Cavabdehlərin həmin torpaq sahəsini icarəyə vermələri barədə izahatlarını məhkəmə inandırıcı hesab etmir. Ona görə də məhkəmə hesab edir ki, tərəflər arasında torpaq alqı-satqısı ilə bağlı iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirdiyindən cavabdehlər isə həmin torpaq sahəsinin sənədləşdirilməsindən boyun qaçırdığından iddia əqdin etibarlı hesab edilməsinə dair hissəsində təmin edilməlidir. İddia həmin hissədə təmin edildiyindən məhkəmə iddianın pul tələbinə dair hissəsini əsaslı hesab etmir. Azərbaycan Respublikası MPM-nin 9.3-cü maddəsinə əsasən hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istfadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 9.3-cü maddəsinə əsasən hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istfadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə toplanmış sübutların məcmusuna hüquqi cəhətdən obyektiv qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 arasında 2014-cü ilin iyul ayında bağlanılmış 1.22 ha torpaq sahəsinə dair əqd etibarlı hesab edilməlidir. İşə əlavə edilmiş 004030 nömrəli vəsiqənin surətindən görünür ki, İddiaçı şəhid ailə üzvüdür. Dövlət Rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə-şəhid ailələri, müharibə veteranları, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada dövlət rüsumuna görə 100 manat alınıb dövlət büdcəsinə keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213-220, 227, 233.1 və 234-cü maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. İddiaçı ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 arasında 2014-cü ilin iyul ayında bağlanılmış Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat nömrəsi ********** olan, reyestr nömrəsi **********85 olan və qeydiyyat tarixi xx.xx.2014-cü il olan Çıxarışa əsasən Beyləqan rayonu,Təzəkənd kəndində yerləşən 1.22 ha torpaq sahəsinə dair əqd etibarlı hesab edilsin. Cavadehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 dövlət rüsumuna görə 100(yüz) manat alınıb Azərbaycan Respublikası dövlət büdcəsinə keçirilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №2(020)-1057/2024
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-1057/2024
30.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver