Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-1059/2025 22.07.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Hakim Cabbarlı Xatın Mahir qızının sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının azaldılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının azaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh 01 iyul 2019-cu il təvəllüdlü əkiz olan - X5 və X6 ata bir, ana ayrı olan 29 may 2012-ci il təvəllüdlü X2 normal şəraitdə yaşamaq hüquqlarına malik olduqlarını nəzərə almaqla Beyləqan rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(020)-2270/2018 saylı qətnaməsinə əsasən tutulan alimentin Beyləqan rayon məhkəməsinin 8(020)-43/2025-003 nömrəli, xx.xx.2025 ci il tarixli qərardadına əsasən indeksasiya olunan və 29 may 2012-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı hər ay hər uşağa görə sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0.92 misli həddində sabit pul məbləğində müyyən olunmuş alimentin miqdarının ölkə üzrə sonrakı artımlar nəzərə alınmaqla müəyyən edilmiş minimum əmək haqqının 0.30 misli həddinədək azaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə evlənərək, nikahlarını 2011-ci il tarixində qeyd etdirmişdilər. Birgə yaşadıqları müddət ərzində onların həmin nikahdan 29 may 2012-ci il tarixində anadan olmuş Səid adlı uşaqları vardır. Beyləqan Rayon Məhkəməsinin 16 iyul 2013-cü il tarixli qətnaməsinə əsasən nikahları pozulmuş və bir uşağın saxlanılması üçün hər ay 145 manat sabit pul məbləğində alimentin tutularaq onun 29 may 2012-ci il tarixdə anadan olmuş Səid adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması qət edilmişdir. Beyləqan Rayon Məhkəməsinin 2(020)- 234/2014 saylı, 28 yanvar 2014-cü il tarixli məhkəmə əmrinə əsasən 29 may 2012-ci il təvəllüdlü Səid adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün aylıq qazancının və bütün növ gəlirlərinin ¼ hissəsi məbləğində alimentin tutularaq Cavabdeh xeyrinə ödənilməsi qət edilmişdir. Bundan sonra Beyləqan Rayon Məhkəməsinin 2(020)- 2270/2018 saylı, 19 noyabr 2018-ci il tarixli qətnaməsinə əsasən 29 may 2012-ci il təvəllüdlü Səid adlı uşaqlarının yetkinlik yaşına çatanadək saxlanılması üçün Beyləqan Rayon Məhkəməsinin 2(020)-234/2014 saylı, 28 yanvar 2014-cü il tarixli məhkəmə əmrinə əsasən tutulan alimentin miqdarı artırılaraq hər ay bir uşaq üçün 120 manat sabit pul məbləğinsə müəyyən edilmişdir. Bundan sonra Beyləqan Rayon Məhkəməsinin 8(020)- 43/2025 saylı qərardadına əsasən Beyləqan Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(020)-2270/2018 saylı qətnaməsi ilə tutulan aliment indeksasiya olunaraq 29 may 2012-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan İddiaçı hər ay hər uşağa görə sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.8 misli həddində sabit pul məbləğində alimentin tutularaq Cavabdeh xeyrinə ödənilməsi qərara alınmışdır. Sonradan isə həmin qərardadda dəyişiklik edilərək 0.8 misli, 0.92 misli ilə əvəz edilməsi qərara almmışdır. Bu isə onun ailə vəziyyətinin daha da ağırlaşmasına gətirib çıxarmışdır. Belə ki, o, ikinci dəfə X8 ilə ailə həyatı qurmuşdur. Onun həmin nikahdan da 01 iyul 2019-cu il tarixində anadan olmuş əkiz övladları - Atakişiyev Onur və Atakiyeva Öznur adlı uşaqları vardır. Aylıq əmək haqqı isə 451.50 manatdır. Başqa bir yerdə isə işləməyə vaxt və ya şəraiti yoxdur. Beyləqan Rayon Məhkəməsinin 8(020)-43/2025 saylı qərardadına əsasən həmin əmək haqqının 368 manatı Səid adlı uşağın saxlanılması üçün ödənildikdən sonra yerdə qalan 82 manat pulla onun və həyat yoldaşının, digər iki əkiz övladlarının saxlanılması üçün kifayət etmir. Axı onlar da Azərbaycan Respublikasının vətəndaşlarıdır. Onların da normal şəraitdə yaşamaq hüquqları vardır. Digər tərəfdən qanun qarşısında hamı bərabər hüquqlara malik olmaqla, uşaqların qarşısında da eyni hüquq və vəzifələrə malikdir. Lakin cavabdeh - Cavabdeh bu gün 29 may 2012-ci il təvəllüdlü X9 münasibətdə həmin hüquqlardan və vəzifələrdən sanki azad edilmiş, onun saxlanılmasına dair bütün hüquq və vəzifələr yalnız ona aid edilmişdir. İkinci ailədən olan 01 iyul 2019-cu il təvəllüdlü əkiz övladları - X5 və X6 da ata bir, ana ayrı olan 29 may 2012-ci il təvəllüdlü X2 normal şəraitdə yaşamaq hüquqlarına malik olduqlarını nəzərə almaqla Beyləqan Rayon Məhkəməsinin 8(020)- 43/2025 saylı qərardadına əsasən - sonrakı artımlar nəzərə alınmaqla minimum əmək haqqının 0.92 misli həddində müyyən edilmiş alimentin miqdarının azaldılmasına zərurət yaranmışdır. Bu gün ölkə üzrə müəyyən olunmuş yaşayış minimumu da bunu tələb edir. Alimentin azaldılması tələbi ilə Mediasiya şurasına da müraciət etmişdi. Lakin cavabdeh Məmmədova X10 iştirak etməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X4 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirərək izahatında göstərmişdir ki, iddiaçı tərəf iddia tələbini əmık haqqısının az olması ilə əsaslandırır. Lakin həmin əmək haqqı real görsənmir. Belə ki, departament direktorunun 450 manat əmək haqqı alması inandırıcı deyildir. Ona görə də iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: AZ-İİ seriyalı 129622 №-li Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X8 arasında rəsmi nikah 29 may 2016-cı il tarixdə 5 saylı “Bakı ASAN Xidmət” mərkəzi Qeydiyyat şöbəsində bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2842 № ilə qeyd edilmişdir. Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsinin nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 16 №-li Arayışdan görünür ki, İddiaçı ailə tərkibi - həyat yoldaşı X8, oğlu xx.xx.2019-cü il təvəllüdlü X12, qızı – xx.xx.2019-cü il təvəllüdlü X3 ibarətdir. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı "xxxx" MMC-də əmək fəaliyyətinə xx.xx.2024-cü il tarixdən başlayıb və hal-hazırda əməliyyat departamentin direktoru vəzifəsində çalışır. Aylıq əmək haqqı əmək müqaviləsinə müvafiq olaraq vergilər çıxıldıqdan sonra 451,50 manat məbləğindədir. Beyləqan Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(020)-2270/2018 saylı qətnaməsindən görünür ki, Beyləqan şəhəri, M.Ə.Rəsulzadə küçəsi bina 103, ev 9-da yaşayan İddiaçı xx.xx.2012-ci il tarixdə aradan olyuş Səid adlı uşağın saxlanılması üçün Cavabdeh nəfinə ödədiyi alimentin miqdarı artırılaraq bir uşağa görə hər ay 120 manat sabit pul məbləğində müəyyən edilməsi qət edilmişdir. Beyləqan Rayon Məhkəməsinin 03 aprel 2025-ci il tarixli 8(020)-43/2025 saylı qərardadından və həmin qərardadda yol verilmiş yanlışlığın aradan qaldırılması barədə 16 aprel 2025-ci il tarixli qərardaddan görünür ki, Beyləqan Rayon Məhkəməsinin xx.xx.2018ci il tarixli, 2(020)-2270/2018 saylı qətnaməsi ilə tutulan aliment indeksasiya olunsun və 29 may 2012-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı hər ay uşağa görə sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,92 misli həddində sabit pul məbləğində alimentin tutularaq, Cavabdeh ödənilməsi qərara alınmışdır. xx.xx.2025-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə Arayışdan görünür ki, ilkin mediasiya sessiyasında İddiaçı nümayəndəsi iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya və 10 manat poşt xərci ödənilmiş, lakin, Cavabdeh ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə rəsmi olaraq məlumatlandırılmasına baxmayaraq, ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Beyləqan Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(020)-2270/2018 saylı qətnaməsi ilə 29 may 2012-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün sabit pul məbləğində-120 manat miqdarında aliment tutulmuş, daha sonra Beyləqan Rayon Məhkəməsinin 03 aprel 2025-ci il tarixli 8(020)-43/2025 saylı qərardadı ilə həmin qətnamə ilə tutulan aliment indeksasiya olunaraq, 29 may 2012-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı hər ay sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,92 misli həddində sabit pul məbləğində alimentin tutularaq, Cavabdeh ödənilməsi qərara alınmışdır. Hal-hazırda iddiaçı himayəsinə iki azyaşlı uşağının olması və əmək haqqının 451,20 manat təşkil etməsi nəzərə alınaraq, alimentin miqdarının azaldılmasını xahiş edir, cavabdeh isə iddia tələbini qəbul etmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2016-cı il tarixli Qərarının 8.13-cü bəndinə əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərindən göründüyü kimi alimentin azaldılmasına o halda yol verilir ki, tərəflərdən birinin maddi vəziyyətində hər hansı dəyişiklik olsun. Məhkəmə iddiaçının ailə və maddi vəziyyətində baş vermiş dəyişikliyi nəzərə alaraq hesab edir ki, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etməkdə tam haqlı olmuşdur. «Uşaq Hüquqları haqqında» Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə adambaşına uşaqlar üçün 246 manat məbləğində təsdiq edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2016-cı il tarixli qərarına əsasən:
1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir.
2. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarının 8.4-1.-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Qanunvericiliyin tələbinə əsasən tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Göründüyü kimi qanunun bu norması imperativ xarakter daşımır və qanun alimentin dəyişməsini işin hallarına görə məhkəmənin mülahizəsinə təqdim edir. İddiaçıdan alimentin tutulmasına dair qətnamə 2018-ci il tarixdə qəbul edilmişdir və həmin vaxtdan hazıra kimi iddiaçının ailə və maddi vəziyyətində dəyişiklik baş vermişdir. Məhkəmə iddiaçının aylıq qazancının azaldığını, himayəsində iki azyaşlı uşaqlarının olmasını, Beyləqan Rayon Məhkəməsinin 03 aprel 2025-ci il tarixli 8(020)- 43/2025 saylı qərardadına əsasən Beyləqan Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(020)-2270/2018 saylı qətnaməsi ilə tutulan alimentin indeksasiya olunduqdan sonra tutulan aliment məbləğinin minimum əmək haqqının 0,92 misli həddində müəyyən edildikdən sonra(yəni 2025-ci il üzrə 368 manat) alimentin məbləğinin kifayət qədər çox olduğunu, onun qazancı ilə uyğunluq təşkil etmədiyini, alimentin ödənilməsində müəyyən çətinliklər yaratdığını və uşağın mənafeyi nəzərə alaraq hesab edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment azaldılmalı, cavabdehdən tutulacaq sabit aliment məbləği hər ay uşağa görə sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,62 misli həddində müəyyən edilməlidir ( 400 manat (2025-ci il üzrə minimum əmək haqqı) x 0,62=248). Məhkəmə eyni zamanda iddiaçının tutulan alimentin minimum əmək haqqının 0,30 misli həddinədək azaldılması ilə bağlı isə qeyd edir ki, tutulan aliment məbləğin həmin həddə qədər azaldılması aliment tutulan uşağın mənafeyinə və yaşayış şəraitinə əsaslı şəkildə pozulmasına gətirib çıxara bilər. Beləliklə məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki,iddia tələbi qismən təmin edilməli Beyləqan Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(020)-2270/2018 saylı qətnaməsi ilə tutulan və Beyləqan Rayon Məhkəməsinin 03 aprel 2025-ci il tarixli 8(020)-43/2025 saylı qərardadı ilə indeksasiya olunan alimentin miqdarı azaldılmalı və 29 may 2012-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı hər ay sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,62 misli həddində sabit pul məbləğində aliment tutularaq, Cavabdeh ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 8-2/2016 saylı qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı azaldılarkən və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı azaldılmış alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Belə olan halda məhkəmə hesab edir ki, alimentin artırılmış miqdarı məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin hallarına Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. xx.xx.2018-ci il tarixli, 2(020)-2270/2018 saylı qətnaməsi ilə tutulan və Beyləqan Rayon Məhkəməsinin 03 aprel 2025-ci il tarixli 8(020)-43/2025 saylı qərardadı ilə indeksasiya olunan alimentin miqdarı azaldısın və 29 may 2012-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, hər ay sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,62 misli həddində sabit pul məbləğində tutulan alimentin məbləği azaldılsın İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Beyləqan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Xatın Cabbarlı